Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 29-07-2017, 13:07
Vətən Sarıbaşdan başlayır - Amin Babayev


Bu günlərdə ölkənin bəzi saytlarında dərc olunmuş “4 əsirlik tarixi olan, 10 ailənin yaşadığı kənd məhv olur..... “Unudulmuş Sarıbaşdan Reportaj” adlı yazı əsilli-köklü bir sarıbaşlı olaraq məni Sizə müraciət etməyə vadar etdi.

Mən şübhə etmirəm ki, fotomüxbir Vüqar İbadov bu reportajı sidqi ürəklə və vətənpərvərlik ruhu ilə öz zamanında bütün bölgəmizin qürur mənbəyi olan Sarıbaş kəndinin bugünki vəziyyətinə ürəkdən acıdığı üçün hazırlamışdır. Vəziyyət həqiqətən acınacaqlıdır. Lakin reportajda Sarıbaş kəndinin yaşı və əhalisinin mənşəyi haqda işlədilən ifadələr həqiqətdən çox uzaqdır və təhrif olunmuş məlumatlardır. Ola bilsin Vüqar İbadov bu məlumatların hansı mənbədən olmasının fərqinə varmayıb və bir az ehtiyatsızlıq edib.

Ataların bir misalı var: “Əslini danan haramzadədir”

Namuslu və ləyaqətli insanlar özlərinin milli mənsubiyyəti ilə fəxr etməlidirlər. Ancaq kiməsə qondarma adın verilməsi hər kəs üçün təhqiramiz bir məsələdir. Adı çəkilən reportajla əlaqədar məni və mənə telefon açmış onlarla sarıbaşlını narahat edən çox ciddi məqamlara həsr olunmuş yazımı dərc etməyinizi Sizdən xahiş edirəm. Hesab edirəm ki, Siz ən azı ədalət naminə bir çox mətləblərə aydınlıq gətirməyimizə yardımcı olacaqsınız.


VƏTƏN SARIBAŞDAN BAŞLAYIR

İnsan cəmiyyətinin mövcud olduğu tarixdən bu günə qədər öz torpağını, Vətənini, milliliyini qoruyub saxlaya bilməyən bir çox xalqların və dövlətlərin adı ya dünya xəritəsindən tamamilə silinmiş, ya da onlar böyük millətlər arasında assimilyasiya olunaraq ibtidailiyini tamamilə itirmişlər. Azərbaycanın ərazisinin təbii zənginliyi, onun bol-bol sərvətləri və geosiyasi mövqeyi tarixən bir çox digər dövlətlərin və millətlərin diqqətini cəlb etmiş və zaman-zaman baş verən həmlələr və işğallar nəticəsində biz tarixi torpaqlarımızın böyük bir hissəsini itirməyə məruz qalmışıq. Bu, xalqımızın tarixinə yazılmış acı bir həqiqətdir. İllər boyu tarixi abidələrimizin, milli ənənələrimizin, xalqın sərvətlərinin və onun qeyrətli oğullarının dəyərləndirilməsinə qarşı bizdə olan “milli passivlik”, laqeydlik, etinasizlıq və “unutqanlıq” kimi bəzi xüsusiyyətlər başımıza faciələr açmışdır.

Əfsuslar olsun ki, indi də bu proseslər davam etməkdədir və imperializm ruhu canlarında və qanlarında olan üzdəniraq qonşularımızın torpaqlarımıza sahib çıxmaq, bizi öz əsarətinə almaq həvəsi və xülyaları daha da güclənməkdədir. Onlar bu məqsədlərinə nail olmaq üçün əllərində oyuncaq kimi saxlandıqları bir çox mürtəci qüvvələrin nadanlığından məharətlə istifadə edərək ilk növbədə tariximizi bayağılaşdırmaq, təhrif etmək, yaddaşımızı koraşlamaq kimi iyrənc siyasət yeridirlər.

Bu qüvvələrin əsrlər boyu nişangahında olan bölgələrdən biri də Şəki-Zaqatala ərazisidir.

Azərbaycanın bu dilbər güşəsini ələ keçirmək və öz adlarına yazmaq istəyində olanları biz hamımız yaxşı tanıyırıq. Tarix boyu bizim ərazimizdə məskunlaşan digər millətləri biz böyük tolerantlıq hissi ilə qəbul edərək onları heç vaxt özümüzdən ayırmamışıq, aramızda ayrı seçkilik yaratmamışıq. Hətta son tikəmizi tərəddüd etmədən onlarla bölüşmüşük...

Lakin Azərbaycandan hələ də gözlərini cəkə bilməyən və onu öz əsarəti altına almaq istəyən bəzi dövlətlərin xüsusi xidmət orqanlarının maliyyələşdirdiyi şovinist qruplar və təşkilatlarla yanaşı ölkəmizin və xalqımızın sərvətlərini amansızca talıyaraq haram yolla milyardlar qazanmış işbazlar öz nadürüst niyyətlərini həyata keçirmək üçün hər cür əməllərə əl atırlar.

Birincilərin niyyəti daha geniş masştablıdır. Yəni onların son məqsədi bu regionu Rusiya Federasiyasının tərkibinə birləşdirmək arzusundadırlar.

İkincilər isə özünün füsunkar təbiəti və gözəlliyi ilə seçilən qədim sərhəd kəndi Sarıbaşı yeni gəlir mənbəyinə çevirmək, yəni Sarıbaşda qalan ailələrin oradan köçürülməsini tezləşdirməklə böyük turizm və sağlamlıq mərkəzi yaratmaq istəyindədirlər.

Hər iki qüvvə ictimaiyyət arasında və mərkəzi icra orqanları səviyyəsində mənfi rəy yaradaraq sarıbaşlıları gözdən salmaq və nəhayət Sarıbaşda qalanların iradəsini qıraraq onların köçməsini tezləşdirmək istəyirlər. Bu məqsədlə onlar həm də çalışırlar ki, kənddə yaşayanların sosial həyat şəraiti günü – gündən ağırlaşsın və insanları bu həyat tərzi ilə bezikdirsinlər.

Məni bu sətirləri yazmağa məcbur edən bu günlərdə mətbuatda dərc olunan “4 əsirlik tarixi olan, 10 ailənin yaşadığı kənd məhv olur... Unudulmuş Sarıbaşdan Reportaj” məqaləsi oldu.

İlk baxışda məqalənin məzmunu və verilmiş fotolar belə bir təsəvvür yaradır ki, bu məqaləni dərc etdirənlərin Sarıbaş kəndinin bugünki vəziyyətinə həqiqətən “canları yanır” və onlar bu kəndin vəziyyətinə ürəkdən acıyırlar. Amma məqalənin başlanğıcında qalın və qara hərflərlə nəzəri diqqəti cəlb edən “Qax rayonunun Sarıbaş kəndi XVI əsrin ortalarında Dağıstandan köçüb gələn Misafrar tayfalarından olan Saxur ailələrinin məskunlaşması ilə yaranıb” ifadəsi tam başqa bir təəssürat yaradır. Daha doğrusu, həmin ifadənin “Sadval” nəfəsli olmasına heç şübhə yeri qalmır.

Ola bilsin ki, müəllif Sarıbaş haqqında məlumatları “sadvalçılar”- ın Vikipediya.az Ensiklopediyasında yerləşdirdikləri məlumatlardan götürmüşdür. Yuxarıda adları qeyd olunan mürtəci qüvvələr son 10-15 ildə You Tube və Vikipediya Ensiklopediyasında Sarıbaş haqqında həqiqətə uyğun olmayan çoxlu məlumatlar yerləşdirmişlər.

Sarıbaşlı tarixçi alim professor R. Tahirzadənin rəhbərliyi ilə bir qrup Sarıbaş ziyalısının işləyib hazırladıqları və Sarıbaş haqqında tarixi faktlara əsaslanan məlumatlar isə həmin qüvvələr tərəfindən dəfələrlə Vikipediyadan silinmişdir. Bu hadisə axırıncı dəfə 2015-cu ilin sentyabrında olub. Ona görə də bizim şübhələrimiz əsaslı və israrlıdır.

Bu da danılmaz faktdır ki, son vaxtlar müxtəlif internet saytlarında və dövri mətbuatda bizim bölgəmizin və qədim Sarıbaşın tarixi və əhalimizin mənşəyi haqda həqiqətə uyğun olmayan bir çox məlumatlar yayımlanaraq tariximizə “yalançı don” geyindirməyə çalışırlar. Son 10-15 ildə Şəki-Zaqatala regionunun bir çox yerlərində (Məsələn, Zaqatala və Balakəndə) baş verən seperatçı ruhlu əməllər dövlətimiz tərəfindən qətiyyətlə dəf edilmişdir.

Yuxarıda qeyd olunan saytlarda dərc olunan məlumatlara bənzər bir çox çıxışlara cavab olaraq mənim “Region Şəki” qəzetinin 20 avqust, 03 sentyabr və 23 sentyabr 2014-cü il tarixli saylarında bölgəmizin çox qədim güşələrindən biri olan Qax rayonunun Sarıbaş kəndi haqqında 3 məqalə - “Abidə kənd”, “Qədim Sarıbaş kəndinin tarixi abidələri” və “Qədim Sarıbaşın ekologiyası və ekoloji durumu” məqalələrim dərc olunub. Həmin qəzetdə apponentlərimə cavab olaraq dərc olunan növbəti məqaləm isə “Bir daha Sarıbaş haqqında” adlanır. Bu yazılarımı mərkəzi mətbuat orqanlarında deyil, məhz bölgəmizdə sevilərək oxunan “Region Şəki”-də dərc etdirməyimin əsas səbəbi isə baş verənlər haqda camaatımızı dərindən məlumatlandırmaq idi.

Bu yazını yazmaqda məqsədim isə Vqqar İbadovun reportaji ile əlaqədar bəzi vacib məqamları qısa şəkildə diqqətə çatdırmaqdır.

Birincisi - onu qeyd etmək istərdim ki, Sarıbaşın tarixi və sarıbaşlıların mənşəyi barədə xəbər verən bir çox tarixi sənəd və dəlillər həyatdan silinib getsə də qalmaqda olan çoxlu faktlar mövcuddur. Bunlardan biri yerli əhalinin özünə məxsus və Sarıbaşın 6 km-də yerləşən İlisu camaatından çox fərqlənən danışıq dialektinə, adət və məişət qaydalarına malik olmasıdır. Türk alimləri bu dialektin Anadolu türklərinin dialektinə çox yaxın olduğunu təsdiq edirlər.

Dünya tarixində dövlətçiliyini itirən və özləri tarixdən silinən xalqlar haqqında çoxlu faktlar mövcuddur, məsələn, latınlar. Lakin latın dili yaşayır.

Vaxtı ilə mən Qərbi Afrika Universitetlərində çalışdığım zaman belə bir faktın şahidi oldum ki, uzun müddət Fransanın koloniyası olmuş bu dövlətlərdə dövlət dili fransız dili olsa da bu ölkələrdə yaşayan qəbilə və tayfalar öz dillərini qoruyub saxlayırlar. Bu faktlara istinad edərək onu demək istəyirəm ki, bu gün həyatda mövcud olan minlərlə sarıbaşlının (həm yaşlıların, həm də cavanların) leksionunda 5-6 kəlmə olsun belə “saxur” sözü yoxdur. Deməli, həm genetik, həm də etnoqrafik baxımdan itirilməyən atribut dildir və bu nöqteyi nəzərdən sarıbaşlıların saxur mənşəli olmaları fikri həqiqətə uyğun deyildir. Halbuki, Qaxda 500-600 il bundan qabaq məskunlaşan ləzgilər, saxurlar, avarlar və digərləri hələ də öz dillərini və adət-ənənələrini hələ də qoruyub saxlayırlar.

İkincisi - digər fakt onunla bağlıdır ki, kənddə olan bütün evlərin, tikililərin memarlıq üslubu klassik türk memarlıq ənənələri ilə üst-üstə düşür. Hamar çay və kəsilmiş qaya daşlarından inşa edilmiş ev və tikililərin memarlığında zəlzələyə qarşı inşa edilən memarlıq elementləri və bu evlərin ornamenti xüsusi diqqət cəlb edir (D. Axundov Memarlıq, Bakı - 1987) və Türk memarlıq üslubudur.

Üçüncüsü - kəndin bu gün də qalmaqda olan mədrəsəsi, karvansarayı (qonaq evi), qədim hamamın qalıqları, bütün ərazini əhatə edən qapalı kanalizasiya şəbəkəsi, uca minarəsi olan iki mərtəbəli möhtəşəm məscidi Sarıbaşın inkişaf etmiş yaşayış məntəqəsi olmadığından xəbər verir. Sarıbaşa son illərdə səfər edən türk tətqiqatçıları və ilahiyyat alimlərinin fikrinə görə, bu kənd orta hesabla şəhər tipli yaşayış məntəqəsi olmuşdur. Bunu bir daha Sarıbaşın bizə çatmış abidələr kompleksi təsdiq edir.

Dördüncüsü - türk dilli xalqların tarixi köklərinin dərinliyini sübut edən və onu dünyada şöhrətləndirən “Kitabi - Dədə Qorqud” dastanın boylarında olan və adları çəkilən toponimlərdə səslənən yer, bitki, heyvan və su adları da Sarıbaşın tarixi haqda maraqlı faktlar, ehtimallar, təşbehlər və elmi məntiqi nəticələr əldə etməyə əsas verir (R. Tahirzadə, “Sarıbaş və sarıbaşlılar”. Bakı - 2013, “Elm və təhsil nəşriyyatı”). Belə ki, bu dastanda Sarıbaşın günəbatan tərəfində yerləşən “Qarşı” dağın adı çəkilir: Sarıbaş kəndinin gündoğan tərəfindən yerləşən “Alagöz” və “Qaraqaya” dağları ilə əlaqədar dastanda “Qazan oğlunu alıb Qaradağlar üzərinə ova çıxardı”. (səh.37) “Qarşı yatan qara dağım” (səhiə 90) və başqa ifadələr, məsələn: - “Asılı-asılı qayalardan, Qazan oğlancığım uçurdurmu?” (səh. 75) – də deyən bu müraciəti Sarıbaşın bu ad yerlərində baş verən hadisələriylə demək olar ki, üst-üstə düşür.

Beşinci - məqalə müəllifinin nəzərinə belə bir faktı çatdırmaq istəyirəm ki, Sarıbaş kəndinin yaşı min ildən çoxdur. Çox görkəmli tarixçi alimimiz professor Rəsul Tahirzadənin arxivində olan materiallar bunu təsdiq edir və ömrünün 85 ilində rəhmətə gedən bu insan həyatının 60 ilini Sarıbaşın və Şəki-Zaqatala regionun tarixinin öyrənilməsinə həsr edib və ondan bizə Sarıbaşın tarixi haqqında çox zəngin bir arxiv miras qalıb.

Prof. R. Tahirzadə özünün sağlığında “Elm” nəşriyyatında çap olunan 484 səhifəlik “Sarıbaş və sarıbaşlılar” adlı tarixi-etnoqrafik monoqrafiyasında qeyd edir ki, Miladın IV əsrdə Sasanilər Albaniya üzərinə hücum edərkən, onlar Sarıbaşı da fəth etmişlər (Eskikəndin və Sarıbaşın ərazisində mövcud olan abidə qalıqları sübut edir). VIII əsrdə Qafqazı işğal edən ərəblər Sarıbaşın ictimai və siyasi həyatında dərin izlər qoymuşlar.

IX-X əsrlərdə Səlcuqların hökmüranlığı dövründə Sarıbaş onların diqqətindən yan keçməmiş, XI-XII əsrlərdə isə gürcü çarı III Giorgun və Tamaranın arasıkəsilməz basqınlarına məruz qalmışdır. 1220-1231-ci illərdə Xarəzm şahlığının vəliəhdi Cəlaləddin Minqburnu buraları talıyaraq Dağıstana keçmişdir (təsadüfi deyildir ki, Sarıbaşda bu gün mövcud olan Calayer dağının adı həmin hadisə ilə bağlıdır). 1390-cı illərdə böyük türk cahangiri Teymurun qoşunları Sarıbaşdan adlıyaraq Dağıstanı fəth etmişlər. 1616-1617-cı illərdə İran şahı Böyük Şah Abbas bu bölgəni zəbt edərkən Sarıbaşın atlı dəstələri, onlarla igidcəsinə vuruşan müqavimət qüvvələri olmuşlar. Bir çox mənbələrə görə, 1840-1841-ci illərdə Nadir şah İlisuda və Sarıbaşda olarkən İlisunun Sumu qalasını inşa etmişdir.

Tarix boyu buralardan keçmiş olan işğalçılar Sasanilər, Ərəblər, Monqollar, Teymurləng, Nadir şah, Rusiya dövləti sarıbaşlıların öz adətlərini dəyişib onları öz dövlətlərinin yazılı qanunları ilə əvəz etmək üçün çox çalışmışlar. Lakin onların cəhdləri heç bir nəticə verməmişdir. Xalqın yaratdığı qanunlar məhz bu adətlərdə min illər yaşamışdır.

Altıncısı - sarıbaşlılar mövcud olduqları tarixdən Sovet dövrünə qədər müstəqil və azad camaatlılıq hüququnu özlərində qoruyub saxlaya bilmişlər. Hətta 300 illik İlisu sultanlığı və Sarıbaşdan Şimalda yerləşən Saxur xanlığı ilə münasibətlərini qarşılıqlı əməkdaşlıq müqavilələri əsasında quraraq, onların siyası quruluşuna daxil olmamışlar (anklava).

Sarıbaşın təbii gözəlliyi, iqlimi və havası nə qədər cəlbedici və rəngarəng olsa da onun keçmişi, tarixi salnaməsi və bu günümüzə gəlib çatmış abidələri hər kəsdə böyük qürur hissi yaradır. Vaxtı ilə özünün mədrəsəsi, karvansarayı, hamamı, kəndin bütün ərazisini əhatə edən qapalı kanalizasiyası olan bu kəndin tarixi abidələrindən övliyyə qəbirləri üzərində yerləşən dörd ziyarətgah (pirlər), uca minarəsi olan iki mərtəbəli möhtəşəm məscid hazırda da qalmaqdadır.
Lakin son 30-40 ilin siyasi cərəyanları bu kənddən də yan keçməmiş və vaxtı ilə 300-350 ailə məskunlaşan bu qədim yaşayış məskənində cəmi 24 ailə qalmışdır.
Sovetlər dövründə bu kənd və onun kolxozu Qax rayonunun ən abad və iqtisadi cəhətdən inkişaf etmiş inzibati vahidlərindən biri idi. İqtisadi nailiyyətlərinə görə kolxoza Lenin ordeni, iki nəfərə isə “Sosialist əməyi qəhrəmanı” adı verilmişdir. Kəndin özünün 1949-cu ildə tikilib başa çatmış su-elektrik stansiyası, 50-ci illərin sonunda inşa edilmiş 20 siniflik orta məktəbi, 200 yerlik müsafir mədəniyyət evi, 12 çarpayılıq müasir xəstəxanası, poçtu və teleqrafı, kənd soveti və kolxoz idarəsi üçün inşa edilmiş inzibati binaları var idi və hazırda da qalmaqdadır.

Böyük Vətən müharibəsi başlayanda Sarıbaşdan müharibəyə 184 kişi və 10 nəfər gənc qız səfərbər edilmişdi. Onlardan 38 nəfəri cəbhədə həlak olmuş, 41 nəfəri itkin düşmüş, 7 nəfər haqda isə heç bir xəbər gəlməmişdir.
Qarabağ müharibəsində Sarıbaşdan 14 igid şəhid olmuşlar.
Son illər dünyada baş verən dərin iqtisadi böhran və ölkəmizdə neft gəlirlərinin azalması səbəbindən Sarıbaşın problemlərinin həll edilməsində müəyyən çətinliklər ortaya çıxmışdır. Buna baxmayaraq 2011-ci ilin noyabrında İlisu-Sarıbaş yolunda Hamamçay çayı üzərində salınmış körpünün açılışında Prezident İ. Əliyev iştirak etmişdir.

Bu gün sarıbaşlılar da əllərini sinəsinə çarpazlayıb dinc durmurlar. Belə ki, onların yaratmış olduqları “Ulu Dağ” xeyriyyə cəmiyyəti sarıbaşlı alim fizika-riyaziyyat elmləri doktoru Abdulla Əhmədovun rəhbərliyi altında Sarıbaşda hər il quruculuq və abadlıq işləri ilə məşğul olaraq kəndin yollarını, abidələrini təmir edirlər. Bu işlər maliyyə imkanları heç də geniş olmayan sarıbaşlıların topladıqları ianələr hesabına aparılır. Belə ki, son 10-15 ildə Sarıbaşda onlarla ev bərpa və təmir edilmişdir. Bu isə həm Sarıbaşda qalan insanların, həm də bütün sarıbaşlıların bu kəndin gələcəyinə olan inamını artırır və onları həvəsləndirir. Onlar Sarıbaşda bu gün mövcud olan 4 möhtəşəm ziyarətgaha və övliyə ocaqlarına böyük inancla yanaşaraq belə bir həqiqəti dərk edirlər ki, onlara arxa çevirmək Allah-Təala tərəfindən heç vaxt bağışlanılmayacaqdır.

Azərbaycanın şimal-qərb sərhəddi Qədim Abidə Kənddən, yəni Sarıbaşdan başlayır.

Bir Qarabağ torpaqlarımızı qaytarmaq üçün həm də ellikcə Qədim Sarıbaşı qorumalıyıq.

Professor, əməkdar elm xadimi Amin Babayev


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!