"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 21-05-2014, 13:51

QAF DAĞINDA DOĞULAN QIZ

 

Eldar İSMAYIL

 

QAF DAĞINDA DOĞULAN QIZ

Tahirə Məsimzadə Azərbaycanımızın dilbər guşələrindən olan Qəbələ toprağının yetışdirdiyi vətənpərvər, millətsevər övladlarından biridir. Qafqaz sıra dağlarının ətəyində yerləşən Nohur gölünü camalının güzgüsü seçən Nohur qışlaq obasında dünyaya göz açan Tahirə Qarabağ savaşlarında düşmənə qarşı əlində silah vuruşmuş, igidlik göstərmişdir.

Tale onu bu gün qardaş Türkiyənin İzmir şəhərinə gətirib çıxarmışdır. Burada da ona hər şeydən əvvəl Azərbaycanın və Türkiyənin şərəfini qorumaq kimi şərəfli bir tale yükü nəsib olmuşdur. Tahirə xanım Facebook səhifələrində hər gün Azərbaycan və Türkiyə qardaşlığını nəinki gündəmdən düşməyə qoymur, “bir millət, iki dövlət” şüarını fəxrlə, iftixarla dünyaya yayır. Bu poemanı xalqını, millətini ürəkdən sevən qətiyyətli və şərəfli millət qızı Tahirə xanıma həsr etməkdən qürur duyuram.

QAF DAĞINDA DOĞULAN QIZ

 

 

POEMA GİRİŞ

Bayraqsız yaşaya bilməz Tahirə,

Qəlbi Azərbaycan, gözü Türkiyə!

Sinəsi üstündə yanan tonqalın

Odu Azərbaycan, közü Türkiyə!

 

Qəbələ gülşəni, İzmir cənnəti,

Öpər bu toprağı, qucar milləti...

Ağzından düşməyən şirin söhbəti-

Sözü Azərbaycan, sözü Türkiyə!

 

Həyatı, varlığı böyük bir dastan,

Doymaz əqrəbadan, ayrılmaz dostdan..

Fikiri, xəyalı Turan, Türküstan,

Özü Azərbaycan, özü Türkiyə!

***

Bura qədim Qəbələ,

Bura güllər diyarı.

Gözəllikdi bu yerin

Tanrı payı, meyarı.

Meşələr sərt dağların

Yamacını bürüyür,

Dərələrdən baş alıb,

Gədiklərə yeriyir...

Ağaclar qızıl yarpaq,

Yarpaqlar şəbnəmlidi.

Yurdun torpağı, daşı,

Sərvəti önəmlidi.

Burda insanların

Ləyaqəti yaşayır.

Bu vətənə, torpağa,

Sədaqəti yaşayır.

Burda doğulan insan

Dağlar tək əzəmətli...

Koroğlu tək mərd olur,

Nigar kimi ismətli.

 

***

 

Günlərin bir günündə

Nohur-qışlaq kəndində

Eyvazın, Cariyənin

Nurlu ailəsində

Bir qız gəldi dünyaya.

Bu körpənin gəlişi

Xeyir- dua gətirdi

Bu elə, Bu obaya...

Tahirə adlı bir qız

Böyüdü gündən-günə

Böyüdü arpa boyu.

Içində tufan gəzdi,

Igidlikdən danışdı

Tomris soyadı-soyu.

Nohur-qışlaq gölünü,

Cəldliklə üzüb keçdi.

“Yeddi gözəl” çölünü

At sürüb gəzib keçdi.

Güllərdən ətir aldı,

Yarpaqlardan təravət.

Dərədən nəfəs aldı,

Zirvələrdən cəsarət...

Qartallarla yarışdı,

Tərlanlara oxşadı.

Dağlar qızı Tahirə

Qaf dağının qoynunda

Aslanlar tək yaşadı.

 

***

 

Vaxt gəldi zaman yetdi,

Kor olmuş qəvi düşman

Yenə ayağa qalxdı.

Quduzlaşmış köpəklər

Arxasına güvənib

Bizimlə cəngə çıxdı.

Qarabağ torpağında

Qan axdı su yerinə...

Azərbaycan tuş gəldi

Faşistlərin şərinə...

Igid, ərən oğullar,

Cəsarətlə,

Mərdliklə

Qalxdı dərhal ayağa...

Qəbələli Tahirə

Sarılaraq silaha

Ər tək çıxdı qabağa!

Döyüşlərə atıldı,

Qorxu nədi bilmədi...

Gecə-gündüz vuruşdu,

Yuxu nədi bilmədi.

Pələng cürətli bu qız,

Cəbhədə şirə döndü.

Nər kimi nərildədi,

Yenilməz nərə döndü.

Yaralı əsgərlərin

Yarasını sarıdı.

Bir əlində avtomat,

Sağı-solu qorudu.

Tərlanlar tək şığıdı,

Namərd düşman üstünə,

Neçə-neçə cəlladtək

Dərhal girdi qəsdinə.

Harda oldu Qələbə

Çala bildi Tahirə.

Yüksəklikdə yerləşən

Neçə düşmən mövqeyin

Ala bildi Tahirə.

Cəbhədən xəbər gəldi,

Bəd xəbər ürək yaxır,

Xoş xəbər quş qanadlı.

Düşmənə aman vermir

Qəbələli bir şahin,

Bir qız Tahirə adlı...

Milli ruhlu bir qartal,

Elçibəyin əsgəri,

Türkün hünərvər qızı.

Qısa zaman içində

Hər tərəfə səs saldı,

Xalqın mötəbər qızı.

Mükafatlar,

Təltiflər

Bəzədi sinəsini.

Türk aləmi dinşədi

Onun od nəfəsini,

Onun qeyrət səsini.

Xalqa dərin məhəbbət,

Torpağa böyük sevgi,

Istək var bu insanda...

Ona Tomris dedilər

Ona Nigar dedilər

Anam Azərbaycanda!

 

***

 

Sönməz bir vulkan oldu,

Od saçdı atəş kimi.

Böyük türk aləmində

Parladı günəş kimi.

Seçdi Tahirə haman

Ege sahillərini,

Seçdi şanlı İzmiri.

Burda da qılıncımı

Bir an qoymadı qına

Bu Qəbələ pələngi,

Bu Azərbaycan şiri.

Izmirdə haray çəkdi,

Yenə “Qarabağ!”- dedi.

Kar olmuş dünya eşit,

Bizim olub, olacaq

Yenə bu torpaq!-dedi.

Türkiyəyi qatanlar,

Türkiyəyi satanlar

Hədəfinə çevrildi.

Tahirənin gücülə

Saxta, çürük fikirlər

Boş qafalar gərildi.

Atatürkə həqarət

Edənləri odladı,

Ləyaqətsiz yol tutub

Gedənləri odladı.

Türkün şərəf-şanını

Qaldırmağa can atdı.

“Birləşin!”-deyib durdu.

Yatanları oyatdı.

Yalanlara dözmədi:

Murdar bir dəri kimi,

Iylətməyin, söylədi.

Şərəfsizlik içində

Bu milləti, Bu xalqı

Inlətməyin, söylədi.

Feysbuğa girəndə

Açdı bağlı sandığı,

Açdı tökdü pambığı.

Yalanı, Haqsızlığı

Çırpdı yönətənlərin,

Sifətinə, Başına.

Dünənki həqarəti,

Bugünkü məşəqqəti

Yerindəcə boğdu o.

Vara yox deyənləri,

Yoxa var deyənləri

Yetərincə boğdu o.

Türkün kimliyini

“Ayaq altda” qoyanı

Tanıtdı türk elinə!

Gecə-gündüz hər zaman

Millətçi hərəkatın

Addımladı önündə.

Sözünü qılınc kimi

Dedi naqis üzünə

Vətənin dar günündə.

Yolsuzluğa, Rüşvətə,

Oğruları qoruyan

Hər kəsə qarşı oldu.

Şər deyən, Böhtan yayan

Namərdə, Şərəfsizə,

Bəd səsə qarşı oldu.

Seçkilərdə millətin

Oyunu oğurlayan

Hırsıza lənət dedi.

Xalqın var- dövlətini

Parçalayıb udana

Dönüb biqeyrət dedi.

Cəza evində yatan

Aydınların ağrısı

Onun dərdi, Kədəri,

Bu bir xəyanət işi,

Bu suçsuz insanların

Ola bilməz qədəri.

Tahirə belə görür,

Belə düşünür ancaq,

Dad edir, Haray çəkir...

Ədalət deyir, ancaq,

Həqiqət deyir, ancaq.

Insanlara üz tutub

Ləyaqət deyir, ancaq.

Turan sözü qəlbinin

Ən dərin guşəsində

Türk kəlməsi qanında,

Damarında, Canında,

Ruhunda, Nəşəsində...

Hay çəkir, Haray salır

“Turan ordusu!”- deyə.

Ildırım tək gurlayır,

Səs salır yerə-göyə...

Şüarı birlik onun,

Amalı dirlik onun...

Tahirə Turan deyir

Turana qurban deyir.

Təbrizin istiqlalı

Onun fikri, amalı.

Kərkükdəki olaylar,

Bu insanın məlalı.

Urumçini, Kiprisi,

Sinəsində daşıyır,

Qazax, Qırğız, Türkmənin,

Həsrətiylə yaşıyır.

Özbək, Tatar türkünə

Daha birləşin!-deyir.

Sizə dişlər qıcanır,

Daha Kürləşin!-deyir.

Izmirə canım deyib,

Istanbul bəbəyində,

Antalya damarında,

Ankara ürəyində.

Bu torpağın, Bu elin

Şanlı hünərvər qızı.

Dayanıb şahin kimi

Igid cəngavər qızı.

 

***

 

Oğlu Xəyal orduda,

Vətənə şərəf verən

Namuslu türk əsgəri...

Keşikdə sayıq durub

O mərdliklə qoruyur

Hər kəndi, hər şəhəri.

Səngərlərdə açır o,

Dirigözlə səhəri!

Ana qürur içində

Ana sevinc daşıyır.

Xəyalın simasında

Əsgərlik həyatına

O yenidən yaşıyır.

Götürüb məktub yazır:

-“Salam, sevimli balam,

Salam , ey əsgər oğlum.

Efe Xəyalım mənim,

Sənin qurbanın olum...

Sən əsgərsən, ay oğlum,

Ürəyim dönür dağa.

Silah əldə səngərdən

Sən səngərə keçəndə

Can gəlir bu torpağa!

İftixarla baxıram

Ay ulduzlu bayrağa!

Mərd ol mənim Xəyalım,

Sənin anan bir pələng,

Güclü bir aslan olub.

Fürsət verməyib bir an,

Düşmən açsın gözünü!

Yaşat canında oğlum,

Bu qeyrətli ananın,

Sən odunu, közünü,

Fəxr et ki, Atatürkün

Qurduğu bir dövləti

Qoruyursan inamla.

Sən və sənin kimilər

Bu vətəni qoruyub

Yaşadırsız ilhamla...

Var ol oğlum, Var ol sən,

Türkiyənin əsgəri...

Fərq etməz zərrə qədər

Tanrı imkan verəndə

Qarabağa çəkərsən

Bu ordunu bir səhər!

Qarabağda törənən

Cinayəti unutma!

Xalqımıza düşmənin

Vurduğu yaraları,

Xəyanəti unutma.

Yaşa oğlum, qeyrətlə

Ən çətin ayaqda da

Cəsarəti itirmə!

Mərd ol mənim mərd oğlum,

Vətən, Millət yolunda

Qətiyyəti itirmə!

Hansı rütbədə olsan,

Hansı kürsüyə qalxsan

Ədaləti itirmə!”

 

***

 

Bu dastanın qəhrəmanı

Nohur-Qışlaq lalasıdı.

Şahdağ onun şah vüqarı,

Azərbaycan qalasıdı.

 

Igidliyi düşüb dilə,

Adı-sanı eldən-elə...

Harda olur olsun belə

O zəfərlər çalasıdı.

 

O bir günəş, o bir ulduz,

Ulduzlar deyildir yalqız.

Qafqazlarda doğulan qız

Böyük Turan balasıdı.

*****

Tahirə adında məğrur bir xanım,

Böyük Türküstanın mötəbər qızı.

Vətənin dərdini dərdinə qatan,

Od tutub alışan səməndər qızı.

 

Şəfqətli aləmdi təbiətiylə,

Seçilər hökmüylə, qətiyyətiylə.

Dostlara bağlıdı məhəbbətiylə

Düşmənlə savaşda cəngavər qızı.

 

Çalışar son qoysun dərdə, bəlaya,

Izmirdə hay çəkib keçər Boluya.

Səs salıb, ün salıb Anadoluya

Gözəl Qəbələnin hünərvər qızı.

 

Aprel 2014-cü il.



Paylaş



Bölmə: Turan / Şəkilçarx / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!