Prezident İraq Kürdüstanının Baş naziri ilə görüşüb .....                        Paşinyanın 28 il əvvəl etdiyi 20 Yanvar etirafı .....                        Bakıda iki bacı dəm qazından öldü .....                        Sabah Xankəndiyə ilk köç olacaq .....                        Ceyhun Bayramov Hakan Fidanla danışdı .....                        Geomaqnit qasırğası müşahidə olunur .....                        Sabah da qar yağacaq .....                        Prezident Davosda görüş keçirdi .....                        İlham Əliyevə verilən mükafat daha əvvəl kimə təqdim edilib? .....                       
Tarix : 9-05-2015, 15:03
Azərbaycan və Polşa ordu quruculuğunda iştirak edən azərbaycanlı hərbçi haqqında film çəkilir

I Dünya müharibəsində iştirak edən, 1918-ci ilin sentyabrından Milli Orduda korpus komandirinin yanında eskadron komandiri olan Vəlibəy Yadigarov haqqında sənədli film çəkilir. Azərbaycan və Polşa hərb tarixində xüsusi izi olan Vəlibəy Yadigarov haqqında sənədli filmin çəkilişləri üç ölkədə aparılır.
Azərbaycan və Polşa ordu quruculuğunda iştirak edən azərbaycanlı hərbçi haqqında film çəkilir[/center]
Filmin rejissoru Tahir Əliyevin verdiyi məlumata görə, sənəndli filmin çəkilişləri “Gürcüstanda və Polşada artıq yekunlaşıb. İyun-iyul aylarında Azərbaycanda da çəkilişlər bitdikdən sonra film tamaşaçıların ixtiyarına veriləcək”.
Rejissorun sözlərinə görə, filmin çəkilişlərində polşalı həmkarları da iştirak edir. Filmin polşalı rejissorı Leji Lyubax, tərəfdaş qurum isə “Koleydoskop” kinostudiyasıdır.
Azərbaycan və Polşa ordu quruculuğunda iştirak edən azərbaycanlı hərbçi haqqında film çəkilir

T.Əliyev bildirir ki, Varşava çəkilişlərində Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov da yaxından iştirak edib. Rejissor H.Həsənovun filmin ideya müəlliflərindən biri olduğunu vurğulayıb.
Sənədli film Mədəniyyət və Turizm nazirliyinin sifarişi ilə,”Səlnamə” kinostudiyası tərəfindən lentə alınır. Filmin ssenari müəllifi Ramil Ələkbərov, prodüseri Məhsim Məhsimovdur.
Filmə texniki dəstək RTV-yə (Region TV) aiddir.
Azərbaycan və Polşa ordu quruculuğunda iştirak edən azərbaycanlı hərbçi haqqında film çəkilir

Qeyd edək ki, Vəlibəy Yadigarov 1918-ci ilin sentyabrından Milli Orduda korpus komandiri yanında eskadron komandiri olub. XI Ordu Bakıya basqın edəndə üçüncü Şəki süvari alayının pərakəndə dəstəsilə vuruşa-vuruşa Gürcüstan ərzisinə çəkilib.1921-ci ilin martınadək bolşeviklərə qarşı vuruşmuş və həmin il əvvəlcə Türkiyəyə, sonra Polşaya mühacirətə gedib. Polşada "Armiya krayova" xalq ordusunda əməliyyat şöbəsində süvari rəisi və 10-cu süvari atıcılar əlahiddə diviziyasının komandiri olub.
Vəlibəy Yadigarov Polşaya hücum etmiş hitlerçi qəsbkarlara qarşı 1939-cu il 11 sentyabrda təşkil olunan müdafiə kompaniyasında iştirak edib, Mazovetski süvari briqadasının qərargah rəisi olub. Polşanın işğalından sonra Armiya Krayovanın (AK) tərkibinə daxil olan "Olen" polkunun komandiri kimi Varşava üsyanında iştirak edib. Müharibədən sonra Vəlibəy Yadigarov Argentinaya mühacirət edib.1971-ci il dekabrın 13-də Buenes-Ayresdə vəfat edib. 2000-ci ildə nəşi Polşaya gətirilib və təkrar dəfn edilib.
Azərbaycan və Polşa ordu quruculuğunda iştirak edən azərbaycanlı hərbçi haqqında film çəkilir[/center]
Azərbaycan və Polşa ordu quruculuğunda iştirak edən azərbaycanlı hərbçi haqqında film çəkilir


Paylaş



Bölmə: Xəbər / Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!