"Fənərbağça" qalib gəlib .....                        Trampdan İranla bağlı VACİB AÇIQLAMA .....                        Faciəli şəkildə ölən tələbələrin FOTOSU .....                        Erməni nazir Vaqif Xaçaturyanın səhhətindən danışdı .....                        ABŞ 24 saat ərzində İranı bombalayacaq - KİV .....                        Ukraynada fövqəladə vəziyyət elan edildi .....                        Naxçıvanda iki türk tələbə dəm qazından öldü .....                        İsraillə ABŞ İranı müzakirə etdi .....                        Britaniya hərbçiləri Qətərdəki hərbi bazanı tərk edir .....                       
Tarix : 26-12-2015, 14:29
“Kəsilməyən atəş səsləri”

Hərbi jurnalist Vahid Məhərrəmovun kitabının təqdimatı keçirilib

Yaxın günlərdə Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda tanınmış hərbi jurnalist mayor Vahid Məhhərəmovun “Kəsilməyən atəş səsləri” ktabının təqdimat mərasimi keçirilib. Tədbirdə V.Məhərrəmovun qələm dostları, həmkarları, oxucuları, ailə üzvləri, yaxın qohumları və başqaları iştirak ediblər. Qeyd edim ki, oxucularının 9-cu dəfədir görüşünə gələn Vahid Məhhərəmov “Kəsilməyən atəş səsləri” kitabına müxtəlif illərdə yazdığı hekayələrini, publisistik məqalələrini və povestini daxil edib. Müharibədən bəhs edən hekayələrin qəhrəmanları olan zabit və əsgərlər cəsarət və hünərləri ilə oxucuda rəğbət hissi oyadır. Burada toplanan əsərlərin mövzusu həyatdan götürülüb, reallığı əks etdirir. Müəllifin povest və hekayələrinin qəhrəmanları müxtəlif peşə adamları, sadə insanlardır. Demək olar ki, onların hər biri bizə tanış və doğmadır. Əsərlərin mövzu müxtəlifliyi də diqqət çəkən məqamlardandır.
Təqdimat mərasimini açıq elan edən AYB-nin katibi yazıçı İlqar Fəhmi V.Məhərrəmovun yaradıcılığının əsas qayəsini təşkil edən Qarabağ ağrı-acısından, doğma torpağının düşmən işğalında olmasından danışıb. Onun birbaşa müharibə anlarından keçməsini dilə gətirən yazıçı “Yazı masam səngər idi” hekayələr toplusunu şahidi olduğu hadisələrin içindən isti-isti yazıldığını söylədi. “Qışın sazağında, yayın qızmarında evində oturub çay içə-içə yazmayıb bu hekayələri, Vahid müəllim”, - deyə yazıçı çıxışına davam edib. “Onun yaradıcılığını bizlərə sevdirən məhz əsərlərinin müharibədə - döyüş meydanında, səngərdə yazılmasıdır”.
[center]“Kəsilməyən atəş səsləri”
Sonra tədbirin aparıcısı İlqar Fəhmi sözü kitabın ön söz müəllifi filologiya elmləri doktoru Vaqif Yusifliyə verib. O, “Nağıllar, gerçəklər” adlı ön sözündən bəzi məqamları dilə gətirərək V.Məhərrəmovun şəxsiyyət kimi bütövlüyündən söhbət açıb. “Vahid əslən Qarabağlıdır. Doğulduğu, dünyaya göz açdığı torpağını çox sevir və Qarabağ müharibəsi başlanandan Azərbaycan Silahlı Qüvvələrində bir hərbi jurnalist kimi fəaliyyət göstərir. Həm müharibənin ən qızğın və şiddətli anlarında, həm də müharibədən sonrakı illərdə (atəşkəs dövründə) Vahidin qələmi həmişə işləyib – Səməd Vurğun demişkən, “Bu gün bir süngüdür əlimdə qələm!”
Yazıçılardan Elçin Hüseynbəyli, Zemfira Məhhərəmli, tarix elmləri doktoru Mehman Süleymanov, tədqiqatçı jurnalist Şəmistan Nəzirli, ehtiyatda olan mayorlar Həmzəli İlyas, Rəşid Faxralı, şairlərdən Qəşəm Nəcəfzadə, Dayandur Sevgin, hərbi juranlist Səfər Mahmudzadə, ehtiyatda olan polkovnik-leytenant Təranə Məmmədova və digərləri çıxış edərək qələm dostlarının müharibə yaradıcılığından ürək dolusu danışıb, ona gələcək işlərində uğurlar arzulayıblar.

Lalə HÜSEYNOVA


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!