Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 23-05-2016, 13:50
AZƏRBAYCANDA DƏNİZÇİLƏRİN HAZIRLANMASI VƏ SERTİFİKATLAŞDIRILMASI BEYNƏLXALQ DƏNİZ TƏŞKİLATININ YOXLAMASINDAN UĞURLA KEÇIB


AZƏRBAYCANDA DƏNİZÇİLƏRİN HAZIRLANMASI VƏ SERTİFİKATLAŞDIRILMASI PROSESİ BEYNƏLXALQ DƏNİZ TƏŞKİLATININ YOXLAMASINDAN UĞURLA KEÇMİŞDİR. BU BARƏDƏ BEYNƏLXALQ DƏNIZ TƏŞKİLATI DƏNİZ TƏHLÜKƏSIZLİYİ KOMİTƏSİNİN CARİ İLİN 11-20 MAY TARİXLƏRİNDƏ LONDON ŞƏHƏRİNDƏ KEÇİRİLMİŞ 96-CI SESSİYASINDA MÜVAFİQ QƏRAR QƏBUL ETMİŞDİR.

Ölkəmizin Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış agentliyi olan Beynəlxalq Dəniz Təşkilatına üzv olduğu 1995-ci il tarixindən etibarən dəniz nəqliyyatı sahəsində qoşulduğu 20-dən çox beynəlxalq konvensiya və protokollardan irəli gələrək bu sahəyə dair tələblərin təmin olunması qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası tərəfindən həyata keçirilir.
“Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2006-cı il tarixli 1271 nömrəli Sərəncamında Azərbaycan Respublikasında dəniz gəmiçiliyi sahəsində aparılan siyasətin, habelə Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Dəniz Təşkilatı və digər dəniz təşkilatları ilə əməkdaşlığın, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq dəniz konvensiyalarının icrasına nəzarətin həyata keçirilməsi səlahiyyətlərinin Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasına tapşırılması məsələsi öz əksini tapmışdır.
Azərbaycan Respublikasının 22 aprel 1997-ci il tarixli, 276-IQ nömrəli Qanunla qoşulduğu “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın tələblərinin tətbiqi məqsədi ilə Dövlət Dəniz Administrasiyası tərəfindən məqsədyönlü işlər görülmüşdür və bu proses ciddi nəzarətdə saxlanılır.
Dövlət Dəniz Administrasiyası gəmiçilik sahəsində fəaliyyət göstərən müəssisələr, təşkilatlar və Azərbaycanın Dövlət bayrağı altında üzən gəmilər tərəfindən bu Konvensiyanın tələblərinin yerinə yetirilməsinə nəzarət işini həyata keçirərək müvafiq sahədə böyük uğurların qazanılmasını təmin etmişdir.
Belə ki, Dövlət Dəniz Administrasiyası tərəfindən məhz bu məqsədlə dəniz nəqliyyatı sahəsi üzrə tədris proqramları təsdiq edilmiş, Təlim-Tədris Mərkəzlərinin maddi-texniki bazası əhəmiyyətli dərəcədə gücləndirilmiş, yeni Təlim-Tədris Mərkəzlərinin yaradılması üçün münbit şərait formalaşdırılmış, eləcə də Konvensiyanın əhatə etdiyi məsələlər üzrə qəbul edilmiş normativ hüquqi aktlar Beynəlxalq Dəniz Təşkilatına təqdim edilmişdir.
AZƏRBAYCANDA DƏNİZÇİLƏRİN HAZIRLANMASI VƏ SERTİFİKATLAŞDIRILMASI BEYNƏLXALQ DƏNİZ TƏŞKİLATININ YOXLAMASINDAN UĞURLA KEÇIB


Məlumat üçün qeyd edilməlidir ki, “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın qüvvəyə mindiyi hər bir üzv dövlət ən azı beş ildə bir dəfə adıçəkilən Konvensiyanın tələblərinin tətbiqi üzrə müstəqil qiymətləndirmədən keçməlidir.
Bununla əlaqədar olaraq dənizçilərin hazırlanması, onların bilik, bacarıq və səriştəliliyinin qiymətləndirilməsi, eləcə də sertifikatlaşdırılması sisteminin tətbiqi üzrə Dövlət Dəniz Administrasiyasının fəaliyyəti Beynəlxalq Dəniz Təşkilatının mütəxəssisləri tərəfindən yoxlanılmışdır.
Keçirilmiş yoxlamanın nəticəsi, eləcə də Beynəlxalq Dəniz Təşkilatına təqdim edilmiş sənədlər ətraflı şəkildə təhlil edildikdən sonra ölkəmizdə dənizçilərin hazırlanması sahəsində həyata keçirilən fəaliyyətin qeyd edilən Konvensiyanın tələblərinə uyğun olması barədə Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin cari ilin 11-20 may tarixlərində London şəhərində keçirilmiş 96-cı sessiyasında adıçəkilən Təşkilat tərəfindən qərar qəbul edilmişdir.
Məhz bu səmərəli və effektiv fəaliyyətin göstəricisi olaraq Azərbaycan Respublikasının Beynəlxalq Dəniz Təşkilatının “Ağ siyahısı”nda olması kimi sevindirici və qürurverici hal Dövlət Dəniz Administrasiyası tərəfindən verilmiş diplom və sertifikatların bütün dəniz dövlətləri tərəfindən tanınması deməkdir.

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının mətbuat xidməti


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!