Türkiyədə bələdiyyə başçısı və müavini həbs edildi .....                        Dohada güclü partlayış səsləri eşidilib .....                        Serbiyanın İrandakı səfiri Astara vasitəsilə təxliyə edildi .....                        Bu gün Novruzun ikinci - Od çərşənbəsidir .....                        İraqda hərbi aviabazaya dron hücum .....                        İrandakı qarşıdurmadan ən çox Dubay zərər görüb .....                        İran səmasında ABŞ və İsrail PUA-ları vuruldu .....                        Zelenski Yaxın Şərq ölkələrinə Ukraynanın köməyini təklif edib .....                        Ramazanın 13-cü gününün duası - İmsak və iftar vaxtları .....                       
Tarix : 23-06-2016, 13:42
Azərbaycan Respublikası Silahlı Qüvvələri - 98

Azərbaycan Hərb Tarixi Muzeyində Silahlı Qüvvələrin yaradılmasının 98 illiyi münasibəti ilə “Ordumuz - qürurumuz!” adlı tədbir keçirilmişdir.
Azərbaycan Respublikası Silahlı Qüvvələri - 98

Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından bir müddət sonra - 1918-ci ilin 26 iyununda Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə təməli qoyulmuş müasir Azərbaycan Silahlı Qüvvələri çətin, əzablı, amma şərəfli bir inkişaf yolu keçmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Müharibə şəraitində olan Azərbaycan Respublikasında ordu quruculuğuna böyük onəm verilir, onun inkişaf tempi daim diqqət mərkəzində saxlanılır və fəxrlə deyə bilərik ki, Silahlı Qüvvələrimiz son illərdə regionda öz sözünü deməyə qadir olan ən qüdrətli hərbi gücdür.
Azərbaycan Respublikası Silahlı Qüvvələri - 98

Tədbirdə Müdafiə Nazirliyinin, Heydər Əliyev adına ali hərbi məktəblərin, MN Tibb Baş İdarəsinin, Veteran şuralarının, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin, Təlim Tədris Mərkəzinin, Hərbi Dənizçilik məktəbinin, Qarabağ müharibəsi veteranlarının, hərbi hissələrin, şəhər muzeylərinin və digər müəssisələrin nümayəndələri iştirak etmişdir.
Azərbaycan Respublikası Silahlı Qüvvələri - 98

Tədbirdə muzey rəisi e.o. polkovnik Əzizağa Qənizadə, Elmi işlər üzrə rəis müavini, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov və digərlərinin çıxışları dinlənilmiş, Azərbaycan Silahlı Qüvvələrinin yaranma və inkişaf tarixinə həsr olunmuş sənədli filmin nümayişi olmuşdur.
Azərbaycan Respublikası Silahlı Qüvvələri - 98

Tədbirin bədii hissəsində estradamızın məşhur müğənnilərinin ifasında hərbi-vətənpərvərlik mövzusunda mahnılar səsləndirilmişdir.

Nuranə Nəcəfova


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!