Türkiyə 24 ildən sonra dünya çempionatında oynayacaq .....                        Ağdamda 22 yaşlı şəxs dayısı qızını üzündən bıçaqladı .....                        Azərbaycanda elektron siqaretlər qadağan olunub .....                        Türkiyə yığmasının baş məşqçisi huşunu itirdi - FOTO .....                        Azərbaycan bayrağı Ankarada Cümhuriyyət qülləsində .....                        Zaqatalada qəza - Xəsarət alanlar var .....                        Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək .....                        Fidan HƏMAS nümayəndələri ilə görüşdü .....                        Tramp: İran artıq məğlub edilib .....                       
Tarix : 4-04-2017, 14:41
Gənclər və İdman Nazirliyində yeni təyinat olub

Butov.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, Lütfiyar Rüstəmov nazirliyin İdman məktəbləri sektorunun müdiri kimi fəaliyyətə başlayıb. L.Rüstəmov bu vəzifədə bir müddət öncə vəzifəsindən kənarlaşdırılmış Mütalib Həsənovu əvəzləyib. Xəbəri "Report"a açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova da təsdiqləyib.

Qeyd edək ki, Lütfiyar Əyyub oğlu Rüstəmov 27 oktyabr 1961-ci ildə Ağdamın Gülablı kəndində anadan olub. 1992 - 1995-ci illərdə Azərbaycan Respublikası İdman Komitəsi, qurumun adı dəyişdirildikdən sonra Gənclər və İdman Nazirliyində mütəxəssis vəzifəsində çalışıb. Daha sonra L.Rüstəmov Türkiyə Şahmat Federasiyasının dəvəti ilə 2001-ci ilədək İstanbul Özəl Ortadoğu Kollecində müəllim, 2006-cı ildən Azərbaycan yığmasının seleksiya üzrə baş məşqçisi vəzifəsində çalışıb. FİDE ustası və beynəlxalq dərəcəli hakim olan nazirlik əməkdaşı 1992 - 1995-ci illərdə Azərbaycan yığmasının baş məşqçisi postunu tutub. "Azərbaycanın əməkdar məşqçisi", "Fəxri bədən tərbiyəsi və idman işçisi" fəxri adları almış təcrübəli mütəxəssis 2013-cü ildə ölkədə şahmatın inkişafındakı fəaliyyətinə görə Prezident İlham Əliyev tərəfindən mənzillə mükafatlandırılıb. L.Rüstəmov yeni təyinatadək gənclər və idman nazirinin müavini İsmayıl İsmayılovun köməkçisi olub.
Gənclər və İdman Nazirliyində yeni təyinat olub


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!