Tehran küçələrində böyük izdiham .....                        Rza Pəhləvi ilə gizli görüş .....                        Trampdan İranla bağlı mesaj: Hazır olun! .....                        İran rejiminin son günləridir - Almaniyadan reaksiya .....                        “Qalatasaray” səfərdə qələbə qazandı .....                        Mirzoyan Rubio ilə görüşdü .....                        "20 Yanvar"da maşın alışdı .....                        ABŞ İranı vuracaq - Hədəflər məlum oldu .....                        Ceyhun Bayramov Fidanla regionu müzakirə etdi .....                       
Tarix : 4-10-2013, 17:17
Gənclər İttifaqı könüllülər hazırlayacaq

«Bakı şəhəri gəncləri arasında könüllülük hərəkatının təbliği»
LAYİHƏSİ
«Bakı şəhəri gəncləri arasında könüllülük hərəkatının təbliği» layihəsi Azərbaycan Gənclər İttifaqı tərəfindən bu ilin sentyabr ayından Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənərək həyata keçirilməyə başlayıb.
Layihənin məqsədi Bakı şəhərinin Xəzər, Sabunçu və Suraxanı rayonlarındakı yeniyetmə və gənclərə könüllülərin hazırlanması üzrə biliklərin və bacarıqların verilməsi, həmçinin onlar arasında könüllük hərəkatının təbliğindən ibarətdir. Fəaliyyətlər üzrə qarşıya qoyulan vəzifələr qeyd edilən ərazidə təhsil alan yeniyetmə və gənclər arasında könüllülük hərəkatı barədə geniş məlumatların yayılması, müvafiq könüllülər qruplarının formalaşması, onların könüllülük aksiyaları təşkil etməsi, formalaşmış könüllülər qruplarının yerli təşkilatlardakı fəaliyyətlə tanışlıq və onların işlərinə cəlb edilməsini əhatə edir.
Layihə çərçivəsində seçilmiş yeniyetmə və gənclər qrupuları üçün “Könüllülük haqqında məlumat”, “Könüllülük hərəkatının əsas üstünlükləri”, “Könüllülüyün cəmiyyətə töhfəsi”, “Ümumkönüllü bəyannaməsi”, “Könüllülü olmağın yolları”, “Könüllülüyün şəxsi karyera inkişafında rolu”, “Könüllülərin seçilm prinsipləri”, “Könüllülərin vəzifəsi və statusu” kimi mözvular tədris ediləcək. Təlimlərdən sonra hər seçilmiş təhsil ocağında könüllülük ilə əlaqədar təlimləri bitirən arasında daha fəal olanların iştirakı ilə seminarın təşkili planlaşdırılır.
Layihəni icrası zamanı təlimlərdə iştirak etmiş gənclərin yerlərdəki müfaviq təşkilat və qurumlara səfərləri təşkil ediləcək. Bu tip səfərlərin məqsədi təşkilat və qurumlarda könüllü kimi fəaliyyətlər ilə tanış olmaq, könüllülərin gündəlik işinə baxmaq, bu haqda məlumatın tətbiq edilməsini müşahidə etmək, könüllülərin fəaliyyəti haqqında digər vacib məlumatı toplamaqdı.
Qeyd etmək lazımdır ki, layihə “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq tədbirlər planında (“6.5. Gənclərin idarəetmədə və vətəndaş cəmiyyətinin inkişafında iştirakının artırılması” bəndinin “6.5.9. Gənclərin könüllü fəaliyyətə həvəsləndirilməsi” yarımbəndində) nəzərdə tutulan fəaliyyətlərin icrasına yönəlib.
Layihə 2013-cü ilin sonu başa çatacaq.


Paylaş



Bölmə: Xəbər / Karusel / Manşet
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!