Prezident Davosda görüş keçirdi .....                        İlham Əliyevə verilən mükafat daha əvvəl kimə təqdim edilib? .....                        Zabil Qəhrəmanovun həbs müddəti uzadıldı .....                        Tramp Avropa avtomobil sənayesinə zərbə vurdu .....                        Azərbaycanda milli geyim standartları hazırlanıb .....                        "Niva" ilə 40 yaşlı kişini vurub öldürdü .....                        İranda internet bərpa olunur .....                        İran Ermənistana uçuşları ləğv etdi .....                        Axtarışda olan 3 şəxs ölkəmizə gətirildi .....                       
Tarix : 10-09-2015, 15:05
Miqrantların ərəb ölkələrinə deyil, Avropaya üz tutma SƏBƏBLƏRİ


Butov.az Olaylar saytına əsasən xəbər verir ki, “Şimali Afrika, Yaxın və Orta Şərqdən qaçqın və köçkünlərin böyük bir kütləsinin müharibələrdən, aclıqdan, səfalətdən xilas üçün zəngin ərəb ölkələrinə deyil, Avropaya üz tutmasının bir neçə səbəbi var. Daha doğrusu, bu prosesdə rol oynayan müxtəlif faktorlar var”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib. Elçin Mirzəbəyli qeyd edib ki, miqrantların Avropaya üz tutmalarına əsas səbəb orada həyat tərzinin zəngin ərəb dövlətlərindən daha yüksək olmasıdır: “Zəngin ərəb ölkələrində nəinki miqrantların, hətta sıravi vətəndaşların sosial hüquqları qorunmur. Bundan başqa həmin ölkələrdə tibbi sığorta, təhsil və digər problemlər yetərincədir. Ərəb ölkələrində miqrasiya haqqında qanunvericiliyin, eləcə də miqrantların hüquqlarının qorunması ilə bağlı hüquqi aktlar yalnız formal xarakter daşıyır. Zəngin ərəb ölkələrində miqrant əməyindən qul əməyi kimi istifadə edilir ki, bu da həmin ölkələrə miqrant axınının qarşısını alır. Başqa bir səbəb isə qaçqın və köçkünlər ayrı-ayrı dövlətlərin xüsusi xidmət orqanlarının idarə etdiyi qruplar tərəfindən Avropaya yönləndirilməsidir. Digər tərəfdən miqrantlar yaxşı başa düşürlər ki, onların ölkələrində baş verən olaylar bütün regionu əhatə edə bilər və təhtəlşüur olaraq həmin ərazilərdən daha uzaq olan yerlərə üz tutmağa çalışırlar”.

Butov.az


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!