Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 21-09-2015, 10:20
Rəsmi Bakı Qərbi yox, Rusiyanı seçir (FOTO)


Bakı dərk etməyə başlayıb ki, "Moskva Vilayət Komitəsi" ona daha yaxındır, çünki oradakı xalçalardan hələ bolşevizmin qoxusu yox olmayıb. Bakıda Rusiyanı daha yaxşı anlayırlar, hiss edirlər, amma Azərbaycanda Qərblə bağlı heç nə alınmır."

Butov.az ANS PRESS-in məlumatına əsasən xəbər verir ki, bunu "Yaxın Şərq – Qafqaz" Tədqiqat Mərkəzinin direktoru Stanislav Tarasov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin başçısı Səməd Seyidovun Avropa Parlamentinin deputatlarını birləşdirən "Avronest" təşkilatında və Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramında Bakının fəaliyyətini dondurmağı təklif etdi. Daha əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqını kəskin tənqidə məruz qoydu. Beləliklə, Bakı mövqeyini şimala - Moskvaya doğru kəskin çevirə bilər.

Azərbaycan parlamentinin sədri Oqtay Əsədov da Avropa Parlamentinin başçısı Martin Şultsu kəskin tənqidə məruz qoyub, onu "korlanmış lobbistlərlə" əməkdaşlıqda ittiham edib: "Biz beynəlxalq təşkilatlarda Azərbaycanın iştirakı haqqında qəti qərarı qəbul etməliyik. Hesab edirəm ki, biz Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramında bizim iştirakımıza yenidən baxılması üçün Nazirlər Kabinetinə müraciət etməliyik. Avropa Parlamenti "Azərbaycan barəsində qərəzli qətnamələri" qəbul edərək, "davranış qaydalarını pozur" və "Bakını Dağlıq Qarabağ məsələsində müəyyən şərtləri qəbul etməyə məcbur etmək" hədəfinə nail olmağa çalışır. Azərbaycan əmindir ki, bu, "erməni dəyirmanına su tökmək" xarakteri daşıyır."


Rəsmi Bakı Qərbi yox, Rusiyanı seçir (FOTO)


Avropa Parlamenti

Xatırladaq ki, bu il sentyabrın 10-da Avropa Parlamentinin qəbul etdiyi qətnamədə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət sərt tənqid olunur. Bundan başqa, ilk dəfə Azərbaycan məmurlarına - siyasi motivlər üzrə vətəndaşları təqib edən hakimlərə və siyasətçilərə qarşı sanksiyaların tətbiqi haqqında məsələ qaldırılır.

Təbii ki, bu qərara Bakının reaksiyası daha sərt olmalı idi. Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev qətnaməni "qərəzli və dağıdıcı" adlandıraraq vurğuladı ki, bu, Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərə zərbə vurur. Həmçinin əməkdaşlığın sonrakı perspektivlərinə ciddi maneələr yaradır.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard respublikanın Xarici İşlər Nazirliyinə çağırıldı. Avropa Komissiyası nümayəndə heyətinin Bakıya səfəri ləğv olundu. Bakıda Azərbaycan və Avropa İttifaqı arasında strateji əməkdaşlıq haqqında yeni razılaşmanın hazırlanması ilə bağlı müzakirə aparmaq planlaşdırılsa da, bu, baş tutmadı.

Azərbaycan Prezidenti İlham Əliyev hələ bu ilin iyulunda ölkəsinin Avropa strukturlarına inteqrasiya məsələsinə toxundu: "Mənəvi və iqtisadi böhran artıq Avropada reallığa çevrilib. Bu, bizi fikirləşməyə məcbur edir və biz fikirləşməliyik, Azərbaycan Avropa strukturlarına nə qədər inteqrasiya etməlidir."

S.Tarasov deyir ki, bununla da Azərbaycan ətrafında baş verən son hadisələrin zəncirində qırılmalar oldu. Belə ki, daha əvvəl Avropa İttifaqı enerji resurslarlarının alternativ mənbəyi kimi Bakını göstərirdi. Amma qalmaqallı qətnamənin qəbulu Azərbaycan istiqamətində qərb diplomatiyasının müvəffəqiyyətsizliyi oldu.

"Tamamilə anlaşılmayan səbəbdən Azərbaycan birdən ABŞ tərəfindən hücuma məruz qalmağa başladı, Azərbaycan guya insan hüquqlarının pozulması bəhanəsi ilə kəskin tənqidlə üzləşdi. Sonra Avropa Parlamentində kəskin qətnamə meydana çıxdı. Üstəlik, Bakı Qarabağ probleminin həllində Avropa İttifaqının öz baxışına malik olmasından çoxdan şübhələnirdi. Ona görə də Azərbaycanın cavab reaksiyası çox sərt oldu və bunun erməni lobbisinin işi kimi qiymətləndirdi, Avropa Parlamentində korrupsiyanın mövcudluğunu bildirdi. Bu qətnamənin qəbulunda alman və erməni elementləri ola bilər. Yəni hər şey ciddi siyasi səbəblərlə əsaslanır", – ekspert vurğulayır.


Rəsmi Bakı Qərbi yox, Rusiyanı seçir (FOTO)


Stanislav Tarasov - politoloq

Tədqiqat mərkəzinin direktoru bildirir ki, Azərbaycanın bütün bu proseslərdən çıxış yolu kimi xarici siyasət prinsiplərinə yenidən baxması ola bilər. Bu halda istisna deyil ki, Bakı qərb yönümlü oriyentasiyasını Rusiya istiqamətinə dəyişdirəcək: "Ehtimal ki, burada Türkiyənin mümkün iştirakı ilə hansısa bir lokal layihə doğulur. İki türk ölkəsi indi sözün geosiyasi mənasında depressiya vəziyyətindədir. İranın beynəlxalq səhnəyə çıxışı Türkiyə və Azərbaycan üçün sürpriz oldu. Bu ölkələr anladılar ki, onları dondurulmuş vəziyyətdə saxlayırlar, geosiyasi üstünlüklərinə mane olurlar, təbii ehtiyatlarını konversiya etmək imkanından və xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həllindən uzaqlaşdırırlar. Bu isə Avropa ilə bağlı qıcıqlanmanın elementlərinin görünməsinə əsas yaratdı."


Rəsmi Bakı Qərbi yox, Rusiyanı seçir (FOTO)


Avropa İttifaqı

Ekspert proqnozlaşdırır ki, əgər Azərbaycan həqiqətən bir sıra Avropa institutlarından çıxmağa üstünlük verəcəksə, onda "Şərq Tərəfdaşlığı"ndan imtina ilk addım olacaq. Bu proqrama Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna daxildir. Həmçinin ATƏT-in Minsk qrupunun işindən imtina da ola bilər: "Bakı bu qrupdan çıxan kimi, onlar əks vəziyyətə keçəcəklər və Ermənistanla birgə başlanğıc üçün hansısa hərbi münaqişə şəraiti yaranacaq.

Əgər Azərbaycanı bu təxribata çəkərlərsə, o, beynəlxalq dəstəkdən məhrum olacaq. Bu halda istisna edilməməlidir ki, ABŞ ilə birlikdə Avropa İttifaqı Qarabağ münaqişəsi barəsində doğrudan da hansısa yeni layihəni həyata keçirməyə başlasın. Onlar Azərbaycanı yenilənmiş Madrid prinsiplərini həyata keçirməyə məcbur edirlər, hansı ki, bir neçə rayonun işğaldan azad olmasından və Qarabağa xüsusi aralıq statusunun verilməsindən ibarətdir.

Bu isə onu göstərir ki, Dağlıq Qarabağ tərəf kimi danışıqlar prosesinin iştirakçısı olur. Əgər belə status qərarı alınacaqsa, onda Dağlıq Qarabağda beynəlxalq təşkilatlar nümayəndəlik ofislərini açacaq. ATƏT və Avropa Məsləhət Şurası səfir göndərməyə bilər, amma müvəqqəti işlər vəkilləri, məsləhətçilər və xarici ölkələrin nümayəndələri kimi təmsil olunacaq. Bu isə o deməkdir ki, Qarabağa dövlət statusu verilməyə başlanılır. Azərbaycan isə heç vaxt buna razılıq vermək istəmir və buna daim etirazlarını bildirir."


Rəsmi Bakı Qərbi yox, Rusiyanı seçir (FOTO)


Rusiyanın paytaxtı-Moskva

Ekspert fikrini belə yekunlaşdırır: "Buna görə Azərbaycan uzunmüddətli strategiyanı reallaşdırmağa başlaya bilər. Onun üçün ən perspektivli seçim – şimala döngədir və yeni formatda öz problemlərini həll etmək cəhdi üçün Avrasiya İqtisadi İttifaqına girişdir. Amma Bakının hansı seçimi edəcəyini demək çətindir. Azərbaycan Moskva Vilayət Komitəsindən" gedib, "Vaşinqton Vilayət Komitəsinə" düşdü. İndi o anlamağa başlayır ki, "Moskva Vilayət Komitəsi" ona daha yaxın, çünki orada hələ xalçalardan bolşevizmin qoxusu gəlir. Onlar Rusiyanı daha yaxşı anlayırlar, hiss edirlər. Onlarda Qərblə bağlı heç nə alınmır."

Bu arada “Rossiya 1” telekanalında efirə gedən həftəlik “Vesti nedeli” (Həftənin xəbərləri) verilişində Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli münasibətinə dair reportaj yayımlanıb. Reportajda Azərbaycanın ali qanunverici orqanı Milli Məclisin Avropa Parlamenti ilə münasibətlərin kəsilməsi ilə bağlı qərarından danışılır: “Bu, Avropa Parlamentinin Azərbaycanın “ölkədə daima insan haqlarının pozulması” və “vətəndaş cəmiyyətinə qarşı daimi represiyyalar”da ittiham edildiyi qətnaməsinə cavabdır.”


Rəsmi Bakı Qərbi yox, Rusiyanı seçir (FOTO)


Butov.az


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!