“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
Tarix : 29-06-2016, 17:48
Fransa parlamentində Azərbaycanla bağlı məsələ müzakirə olunacaq


Fransa Milli Assambleyasının Xarici Məsələlər üzrə Komitəsinin bu gün keçiriləcək toplantısının gündəliyinə Fransanın Azərbaycanla ikitərəfli siyasi, iqtisadi və diplomatik münasibətlərinə dair xüsusi araşdırma komitəsinin yaradılması məsələsi daxil edilib.

Butov.az-ın məlumatına görə, APA-nın Avropa müxbiri xəbər verir ki, Fransa Milli Assambleyasının internet səhifəsindəki məlumata əsasən bu təşəbbüs Fransa parlamentinin mərkəzçi UDİ (Demokrat və Bitərəflərin Birliyi) qrupunun üzvləri, başda ermənipərəst mövqe ilə tanınan Fransua Roşbluan, eləcə də Tyeri Benua, Şarl de Kurson və digər deputatlar tərəfindən irəli sürülüb. Məruzəni Elizabet Giqunun edəcəyi bildirilir.

Fransa-Qarabağ dostluq qrupunun sədri, bu məsələnin təşəbbüsçüsü olan Fransua Roşbluan deyib ki, Fransa öz diplomatik, iqtisadi və hərbi fəaliyyəti ilə müharibə aparan tərəfləri təşviq etməməlidir. O, Azərbaycanda insan hüquqların pis vəziyyətdə olmasını əsas gətirərək, bir çox fransız siyasətçisi və deputatının Azərbaycanla yaxınlığından, onların “təsiretmə siyasətindən” narahat olduğuna görə belə bir təşəbbüslə çıxış etdiyini bildirib.

Fransa Milli Assambleyasının deputatı, Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Mansel isə Fransua Roşbluanı bu təşəbbüslə Azərbaycandan əvəz çıxmaqda ittiham edib: “Məsələn, mən heç erməni diasporunun UDİ qrupuna qarşı seçki şantajına dair xüsusi bir araşdırma komitəsinin yaradılmasını təklif etmirəm”.

Qeyd edək ki, Fransa parlamentinin bir çox deputatı, eləcə də Azərbaycanın Fransadakı səfirliyi bu təşəbbüsə qarşı çıxaraq, belə bir məsələnin Fransa parlamentində müzakirəsinin Dağlıq Qarabağ münaqişəsinin həllində iştirak edən və ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olan Fransa ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərə ciddi xələl gətirə biləcəyini vurğulayıblar.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!