Zəngilan və Cəbrayılda qartəmizləmə işləri görülür .....                        Lerikin kəndlərinə işığın verilməsi bərpa olunur - "Azərişıq” .....                        Əliyar Ağayev Avropa Liqasına təyinat aldı .....                        Vaqif Allahverdiyevə 8 il həbs verildi .....                        Rayonlarda qar intensivləşib, 12 dərəcə şaxta var .....                        Bu mükafatı almaq mənim üçün böyük şərəfdir - İlham Əliyev .....                        İlham Əliyev bank prezidenti ilə görüşdü .....                        Avropa Birliyindən Trampa XƏBƏRDARLIQ .....                        Kəlbəcərin yeganə 20 Yanvar şəhidi - Firuz Cabbarov .....                       
Tarix : 15-09-2015, 10:39
Uşaqlar məktəbə necə adaptasiya olmalıdır? (VİDEO)


Dezadaptasiyada valideyinlərin rolu çoxdur

Dərs mövsümünün başlaması ilə bir çox valideynlərin övladlarını məktəbə tam hazırlamadıqları ortaya çıxır.

Butov.az ANS TV-nin məlumatına əsasən bildirir ki, söhbət heç də dərs ləvazimatları və ya geyim dəstindən getmir. İstər birincilər istərsə də tətildən qayıdan şagirdlərin məktədə uyğunlaşması çox çətin olur. Nənə- baba himayəsində, ərköyün və ya əksinə sərt cəza metodları mühitində böyüyən uşaqlar ya islah olunmazlıq nümayiş etdirir ya da dərs rosessində olduqca sakit, interaktivlikdən uzaq bir tərzdə davranırlar. Bundan savayı istirahətin azaldılması və məktəbdən sonra edilməsi, yuxudan tez oyanmaq, ev tapşırıqlarının hazırlanması məsuliyyətinin dərk etdirilməsi kimi öhdəliklər də valideynin üzərinə düşür.

Bəs görəsən onlar hansı vasitələrdən istifadə edirlər, ümumiyyətlə valideynlər bu barədə düşünürlərmi?

Valideyn Möminət Allahverdiyeva bildirib ki, uşağı tətildən ayırmaq çox çətindi. Amma onların dəhşətli dərəcədə sevdikləri kompüter oyunlarını azaltmaqla artıq özlərində məktəbə həvəsi yaranır.

2009-cu ildə qəbul edilər təhsil haqqında qanuna əsasən şagirdlərin məktəbəqədər hazırlığı zəruri hesab olunur. Bu həm bağçada, həm hazırlıq kurslarında həm də fərdi qaydada həyata keçirilə bilər. Bu mərhələdə uşaq artıq bir çox bilik və vərdişlərə yiyələnir ki dərs mövsümündə adaptəyə yardımçı olur.

Psixoloqlar isə valideynlərə məktəb ləvazimatları alarkən övladları ilə birgə getmələrini, məktəbin onların həyatında hansı dəyişiklər edəcəyini uşaqlarına izah etmələrini zəruri sayır.

Psixoloq Elnur Rüstəmov övladları ilə biheveral yəni mükafat və cəza metodu ilə tərbiyə üsulunun daha effektiv olduğnu labüd sayır. Onun fikrincə iki etapdan keçən hazırlıq prossesinin ilk hissəsini onlara bəzi vədlər verməklə evdə aparmaq dazımdır.

Psixoloq düşünür ki, uşaqların məktəbə adaptasiya olmamalarının səbəbi çox vaxt valideyinlərin özləri də olurlar. Çünki, bəzən təşvişdə olan valideyinlər bu hərkətlərini uşaqlara da ötürürlər.

Valideynlər həm də bir şeyi unutmamalıdırlar ki onlardan savayı övladları ilə məktəbin psixoloqu və təbii ki ən əsas şəxslərdən biri peşəkar ibtidai sinif müəllimi də məşğul olmalıdır.




Butov.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!