Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 5-10-2015, 13:40
Heydər Əliyev Fondunun dəstəyi ilə eşitmə qüsurlu şəxslər üzərində koxlear implantasiya əməliyyatları aparılır - FOTO


Heydər Əliyev Fondu tərəfindən "Koxlear implantasiya" proqramının həyata keçirilməsinə başlanılıb.

Butov.az Trend-in məlumatına istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə başlanılan proqramın icrası üzrə yerli və xaricdən dəvət olunan mütəxəssislərdən ibarət İşçi qrup yaradılıb. İşçi qrup 2015-ci ilin avqust ayından etibarən eşitmə qüsuru olan 250-dən artıq uşağı pulsuz müayinə edib. Müayinələr nəticəsində 80 nəfər üzərində koxlear implantasiya əməliyyatının keçirilməsinə qərar verilib, 70 nəfərin isə eşitmə aparatına ehtiyac olduğu müəyyən edilib.

"Əhalinin səhiyyə problemlərinin aradan qaldırılmasında yaxından iştirak edən Heydər Əliyev Fondunun "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə" layihələri, tibb müəssisələrinin inşası və yenidən qurulması, müxtəlif patologiyalardan əziyyət çəkən uşaqlar üzərində əməliyyatların aparılması, fiziki qüsurlu insanların cəmiyyətə inteqrasiyasına xidmət edən layihələrin dəstəklənməsi bu gün öz müsbət nəticələrini göstərməkdədir", - deyə Fondun icraçı direktoru Anar Ələkbərov bildirib.

Onun sözlərinə görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu ildən etibarən başlanılmış eşitmə qüsurlu şəxslər, xüsusən də azyaşlı uşaqlar arasında "Koxlear implantasiya" proqramı çərçivəsində paytaxt və regionlardan eşitmə qüsuru olan şəxslər üzərində pulsuz müayinələr aparılmış, mütəxəssislər tərəfindən əməliyyata təyinat alan eşitmə qüsurlu şəxslərə implant qoyulması qərara alınmışdır. "Artıq oktyabrın 5-dək 26 nəfər əməliyyat edilib və bu şəxslər bir illik müddətində Fondun dəstəyi ilə reabilitasiya kursuna cəlb olunublar", - deyə Anar Ələkbərov bildirib.

Koxlear implantasiya əməliyyatı edilən 26 nəfər əsasən 1-6 yaş arasındadır, bir nəfər isə 18 yaşındadır. Bu uşaqlar uğurla əməliyyat olunublar, onlarda eşitmə sinirindən impuls alınıb.

Anadangəlmə eşitmə qüsuru olan 3 yaşlı Raqibin anası Aygün Rəşidli əməliyyatdan razılığını bildirir: "Biləndə ki, uşaq eşitmir, həkimə müraciət etdik. Bizə Heydər Əliyev Fondunun dəstəyi ilə eşitmə qüsurlu uşaqlar üzərində koxlear implantasiya əməliyyatlarının aparıldığını bildirdilər. Sağ olsunlar həkimlər, uşağı müayinə etdilər və əməliyyata qərar verdilər. Əməliyyat uğurla keçdi. Başda Mehriban xanım olmaqla əməyi keçən hər kəsə təşəkkür edirəm."

İki yaşlı Fatimənin anası Məryəm Ağabalayevanın da sevinci hədsizdir. O, sevincini bizimlə bölüşür: "Uşaq 11 aylıq olanda xəbər tutduq ki, eşitmir. Həkimlər problemin həllini implantasiya əməliyyatında görürdülər, buna isə imkan yox idi. Heydər Əliyev Fonduna məktub yazdıq. Tezliklə cavab gəldi. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən "Koxlear implantasiya" proqramından biz də yararlandıq. Əməliyyat yaxşı keçib. Həkimlər deyirlər ki, uşağın eşitməsi 2 aydan sonra bərpa olunacaq. Buna görə Fondun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm".

Koxlear implantasiya eşitmə qüsurlu olan şəxslərin tam sosial adaptasiyasına yönəlmiş bir proqramdır. İmplantlar anadangəlmə və qazanılmış eşitmə qüsuru olan insanlara tətbiq edilir. Əməliyyat 3 mərhələdə - pasiyentin hərtərəfli müayinədən keçməsi, cərrahi əməliyyat və reabilitasiya mərhələlərində həyata keçirilir. Müayinə zamanı eşitmə qüsurunun səbəb və dərəcəsi, eyni zamanda implantasiyanın sonrakı səmərəlilik dərəcəsi müəyyən edilir. Koxlear implantasiya ilbizdə olan eşitmə sinirinin liflərinin elektrik impluslarla stimullaşdırılmasından ibarətdir. Əməliyyat zamanı daxili qulağa xüsusi elektrodları olan implant yerləşdirilərək daxili qulaq protezləşdirilir. Koxlear implantasiyada qulağın xarici hissəsinə mikroprosessor (səslərin elektrik impluslara çevrilməsi üçün) və ötürücü qoşulur. Əməliyyatdan sonra bu şəxslərdə eşitmə imkanı yaranır. Koxlear implantansiya nəticəsində tam eşitmə və danışma qüsurlu şəxslər normal həyat tərzinə qayıda bilirlər. Mütəxəssislər erkən yaşlarda aparılan əməliyyatların daha səmərəli nəticələr verdiyini və bu şəxslərə əlilliyin yaranma səbəbinin aradan qaldırıldığını qeyd edir.

Oktyabrın 5-də isə daha 2 uşağın üzərində implantasiya əməliyyatı aparılıb. Zümrüd Bədirzadə 1 yaş 3 aylıq oğlu Səidin implantasiya əməliyyatı sayəsində dünyanın səslərini eşidəcəyinə ürəkdən inanır: "Oğlum vaxtından əvvəl doğulub. Üç aylığında isə xəstələnib və çoxlu antibiotiklər qəbul edib. Bəlkə də, bütün bunlar onun eşitməsində problemlər yaradıb. Müayinədən sonra əməliyyatı məsləhət gördülər. Fikirləşirdik ki, pulu haradan tapaq. Heydər Əliyev Fondunun bu proqramı üzrə müraciət etdik. Siyahıya aldılar. Bu gün isə əməliyyat olunacaq. Nəinki ümid edirəm, dəqiq bilirəm ki, əməliyyatdan sonra oğlum eşidəcək".

Bu gün keçirilən hər iki əməliyyat Vilnüs Tibb Universitetinin professoru Yevgenyus Lessinskas tərəfindən həyata keçirilir. O, bir çox ölkələrdə koxlear implantasiyanın aparılması üzrə milli proqramlara iştirak edir. Bundan əlavə, bu əməliyyatların keçirilməsində Rumıniya, Moldova, Liviya, Özbəkistan, Qazaxıstan, Latviya və digər ölkələrdə təcrübə qazanıb. Bakıda olmağından məmnunluğnu ifadə edən litvalı alim Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun köməyi ilə Azərbaycanda bu əməliyyatların aparılmasının mümkünlüyünü bildirib. Bununla da eşidə bilməyən uşaqlara cəmiyyətin normal üzvləri olmağa yardım edəcəyinə düşündüyünü deyib. Azərbaycanda Fondun dəstəyi ilə pulsuz müayinə və əməliyyatların keçirilməsinin böyük uğur olduğunu qeyd edən litvalı həkim bu təcrübənin səmərəli nəticə verməsinin əsasən yaş faktorundan və valideynlərin uşaqlarda bacarıq yaratma vərdişlərindən asılı olduğunu vurğulayıb.

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Azərbaycanda həyata keçirilən koxlear implantasiya zamanı ilkin mərhələdə 100-dək şəxs üzərində əməliyyat aparılması və həmin şəxslərin reabilitasiya kursundan keçirilməsi nəzərdə tutulub. Bu proqramın icrası nəticəsində qeyd olunan şəxslər eşitmə və danışma qabiliyyətini bərpa etmək imkanı qazanacaqlar.


Butov.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!