İran ABŞ ilə razılığa gəldi .....                        İordan vadisində partlayış: Bir uşaq ölüb .....                        Bakıda kişi keçmiş arvadının yeni ərini bıçaqlayıb .....                        İkinci cəhd magistratura imtahanı asan olacaq - AÇIQLAMA .....                        Hərbi polisin binası partladı: 3 nəfər öldü .....                        Salyanda bu ailələrə 12 mənzil veriləcək .....                        Rusiya-ABŞ-Ukrayna danışıqları başlayıb - YENİLƏNİB .....                        Magistratura imtahanlarının nəticələri AÇIQLANDI .....                        Kənd Təsərrüfatı Nazirliyində CİDDİ POZUNTULAR .....                       
Tarix : 5-10-2015, 12:47
Prezident İlham Əliyev Fransanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Mönyeni diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Butov.az Aztv.az saytına istinadən bildirir ki, ölkəmizdən və xalqımızdan xoş təəssüratla ayrıldığını deyən səfir Paskal Mönye gələcək fəaliyyəti dövründə də əlaqələrimizin genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib. Səfir Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi sayəsində Fransa ilə Azərbaycan arasında əlaqələrin daha da gücləndirildiyini vurğulayıb.

Paskal Mönyenin Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin inkişafına verdiyi töhfəni qeyd edən dövlətimizin başçısı onun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə əməkdaşlığımızın yüksək səviyyəyə qalxdığını deyib. İkitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və eləcə də Heydər Əliyev Fondunun bu istiqamətdəki fəaliyyətinin önəmini vurğulayan Prezident İlham Əliyev əlaqələrimizin geniş sahələri əhatə etməsindən və əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən enerji, texnologiya, biznes, mədəniyyət və digər sahələrdə strateji tərəfdaşlıq xarakteri daşımasından məmnunluğunu ifadə edib.

Dövlətimizin başçısı səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.


Butov.az


Paylaş



Bölmə: Siyasət / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!