Masazıra gedənlərin nəzərinə! .....                        Ukrayna üçün vacib sənəd imzalandı .....                        Eldar Əzizov noyabrda təyin etdiyi rəisi işdən çıxardı - Yeni təyinat .....                        Ağsuda maşın aşdı - Ölən var .....                        İran dağılır - İnsanları güllələyirlər .....                        Bakıda güclü duman - Sürət həddi endirildi .....                        Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı anonim sənədlər yayıldı .....                        Bazarda güllələnən azərbaycanlı xəstəxanada öldü .....                        İnsan kimi yeriyə bilən robot hazırlandı .....                       
Tarix : 30-06-2016, 16:33
130 min ədəd nərəcinsli körpə balıq Xəzərə buraxıldı


Neftçala rayonunda fəaliyyət göstərən Xıllı Nərə Balıqartırma Zavodu tərəfindən Kür çayının mənsəbinə bu il ilkin olaraq 130 min ədəd nərəcinsli körpə balıq buraxılıb.

Butov.az “Report”-a istinadən xəbər verir ki, 2003-cü ildən fəaliyyət göstərən zavod, əsasən nərəcinsli balıqların 4 növünün - bölgə, nərə, kələmo və uzunburun balıqların süni yolla artırılması ilə məşğul olur.

İllik 15 milyon ədəd körpə balıq istehsal etmək gücündə olan zavodda inkubasiya, dairəvi hovuzlar, elektron sexlər və təmir-törədici fondu fəaliyyət göstərir. Bunların da ən böyüyü dairəvi hovuzlar sexidir. Nərəcinsli balıqların sürfəsi müəyyən dövrə qədər məhz burada yetişdirilir. Hər bir hovuzda balıqların növündən asılı olaraq, 10 mindən 20 minə qədər körpə balıq saxlanılır.

Bundan başqa, zavodda vaxtaşırı təmir-törədici fondda törədicilərin sayının artırılmasına da xüsusi diqqət yetirilir. Hazırda təmir-törədici fondda 6 min ədəddən artıq nərəcinsli balıq saxlanılır. Müxtəlif növ və yaş qrupuna aid olan balıqların çəkisi 500 qram-15 kiloqram arasında dəyişir.

Yaz-yay fəslində isə nərəcinsli balıqların körpələri 1-1,2 qram olduqdan sonra Kür çayının mənsəbində Xəzər dənizinə yaxın hissəsində suya buraxılır. Bu il ilk dəfə olaraq Kür çayının mənsəbinə 130 min ədəd nərəcinsli körpə balıq buraxılıb.

Qeyd edək ki, mövsüm ərzində 5 milyondan artıq nərə körpəsinin buraxılışı proqnozlaşdırılır.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!