Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
Tarix : 21-12-2016, 20:02
Azərbaycanlı qaçqın və məcburi köçkünlərin məsələsi Britaniya parlamentində

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanı olan bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün problemi Böyük Britaniya Parlamentinin Milad bayramından öncəki son iclasında qaldırılıb.

Butov.az xəbər verir ki, Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) APA-ya verilən məlumata görə, Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, Mühafizəkarlar Partiyasının üzvü, millət vəkili Bob Bləkman Milad tətilindən öncə parlament müzakirələrində çıxış edib.

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi artıq uzun müddətdir davam edir. Bu unudulmuş münaqişədir və təəssüf ki, Ermənistan, Rusiya və onların müttəfiqlərinin mövqeyi ümumi duruma elə də kömək etməyib.

Bu il Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri o insanlar üçün salınmış düşərgələrdən birinə səfər ediblər. Onlar günahkar olmadıqları halda çox əziyyət çəkirlər. Vacibdir ki, dünyanın həmin bölgəsində insan hüquqları və ümumbəşəri dəyərlər bərpa olunsun”.

Bu bəyanat Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun bu ilin iyul ayında Azərbaycana baş tutan səfərinin nəticəsi olaraq verilib. Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə baş tutan səfərdə müxtəlif partiyaların təmsilçilərindən ibarət nümayəndə heyətinə B. Bləkman rəhbərlik edib.

Onların arasında qrupun sədr müavinləri Mark Menzies, Baronessa Manzur, Lord Kilkluni və qrupun katibi Rocer Qodstif də olub. Bu yaxınlarda məşhur alman fotoqrafı Filip Ratmerin Londonun “Old Truman Brewery” qalereyasında, azərbaycanlı məcburi köçkünlərin portretlərindən ibarət “Evə aparan beş yol” adlı baş tutan sərgisinin açılışında Dostluq Qrupunun səkkiz üzvü iştirak edib.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!