Tehran küçələrində böyük izdiham .....                        Rza Pəhləvi ilə gizli görüş .....                        Trampdan İranla bağlı mesaj: Hazır olun! .....                        İran rejiminin son günləridir - Almaniyadan reaksiya .....                        “Qalatasaray” səfərdə qələbə qazandı .....                        Mirzoyan Rubio ilə görüşdü .....                        "20 Yanvar"da maşın alışdı .....                        ABŞ İranı vuracaq - Hədəflər məlum oldu .....                        Ceyhun Bayramov Fidanla regionu müzakirə etdi .....                       
Tarix : 29-12-2016, 19:50
Nazirlik: Orta məktəblərdə tətbiq olunan təmayülləşmə ənənəvi formadan fərqlənir

"Bu gün Azərbaycanın orta məktəblərində tətbiq olunan təmayülləşmə ənənəvi formadan fərqlənir". Butov.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov bildirib: "Sovet dövründə dərindən öyrənilən ayrı-ayrı fənlər və proqramlar olub. O zaman fərq yalnız həmin fənlərə ayrılan tədris saatlarının artırılması ilə bağlı olub, digər fənlər isə olduğu kimi qalıb. Ancaq indiki təmayülləşmə əvvəlkindən əsaslı şəkildə fərqlənir. Bir neçə il öncə bu prosesə başladıq. Əvvəl 5, sonra 8 məktəbdə bu prosesə başlanıb".

Onu sözlərinə görə, bu il 182 məktəbdə təmayülləşmə tətbiq edilib və artıq 7 mindən çox şagird təmayül siniflərdə təhsil alır: "Burada xüsusi tədris planı tərtib edilir, şagirdlərə yalnız onların meylinə, marağına, qabiliyyətinə uyğun olan fənlər tədris olunur. Gələcəkdə onun təhsilinə karyerasına bilavasitə təsir edən fənlər saxlanılır. Bu da şagirdlərin məhz seçdikləri ixtisas sahələri üzrə çox uğur qazanmasına, ali məktəb yüksək balla daxil olmasına və gələcəkdə ixtisas seçiminə güclü təsir edir. Hazırda təmayül siniflərin bütün ölkədə tətbiqi üzrə təhlillər aparılır, müəyyən təkliflər hazırlanır. Növbəti dərs ilindən isə ildən bütövlükdə bu prosesə keçməyə hazırlaşırıq”.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!