Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                       
Tarix : 17-04-2017, 18:40
Badamdar qəsəbəsi və Şıx yamacında iməciliklər keçirilib - FOTOLAR

Səbail rayonunda xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə əlaqədar növbəti iməcilik keçirilib.

Butov.az xəbər verir ki, Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, Badamdar qəsəbəsinin yeni yaşayış massivində və keçən il Şıx yamacında salınmış «Ekoloji park»da keçirilən iməciliklərdə min nəfərə yaxın sakin iştirak edib.

Badamdar qəsəbəsində 4,8 hektar sahədə salınmış Zeytun bağında ağaclara qulluq göstərilib, ərazi daş və məişət tullantılarından təmizlənib. Ağaclara ilboyu qulluq göstərilməsi üçün burada su çənləri quraşdırılıb və damcı üsulu ilə suvarma xətləri çəkilib.

İməcilikdə 1000 ədəd yeni ağac əkilib. Yeni əkilən ağacların əksəriyyətini ərazinin iqliminə uyğun olan Eldar şamı və zeytun ağacları təşkil edib.

Şıx yamacında 29 hektar sahədə salınmış «Ekoloji park»ın ərazisində keçirilən iməcilikdə isə keçən il əkilən ağaclara qulluq göstərilib. Ərazidə təmizlik işləri görülüb, yaşıllıqlar alaq otlarından təmizlənib, damcı üsulu ilə suvarılmaq üçün çəkilən xətlər yoxlanılıb.

Rayonda yaşıllaşdırma, yeni ağacların əkilməsi, yaşıllıqlara qulluq və abadlıq işləri davam etdiriləcəkdir.
Badamdar qəsəbəsi və Şıx yamacında iməciliklər keçirilib - FOTOLAR
Badamdar qəsəbəsi və Şıx yamacında iməciliklər keçirilib - FOTOLAR
Badamdar qəsəbəsi və Şıx yamacında iməciliklər keçirilib - FOTOLAR


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!