Təcili yardım maşınları ilə meyit daşına bilər? - AÇIQLAMA .....                        İnsan beynində mikroplastik aşkarlandı - İLK DƏFƏ .....                        İsveçrədə məktəbə hücum: 10 nəfər öldü .....                        Azərbaycanda meyitlər yandırılacaq? - RƏSMİ .....                        Kadi yenidən "Qarabağ"da .....                        Ərdoğan Suriya prezidenti ilə nələrdən danışdı... .....                        Təyyarəmizi Rusiya raketi vurub - RƏSMİ MƏNBƏ .....                        "Əhmədli"də şübhəli çanta aşkarlandı .....                        Rusiya ifşa edildi: 8 dəqiqə sonra məlumat verilibmiş .....                       
19-12-2024, 16:43
Azərbaycandan Suriyanın suverenliyinə dəstək


Azərbaycandan Suriyanın suverenliyinə dəstək

“Suriyada Əsəd rejiminin süqutundan sonra ölkədə sülhün və sabitliyin bərpa olunması və vətəndaş qarşıdurmasına son qoyulması mütləq dərəcədə vacibdir”.
Bunu Baş nazir Əli Əsədov Qahirədə D-8 11-ci Zirvə görüşündə deyib.
“Azərbaycan Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha ifadə edir. Ümidvarıq ki, bütün məsələlər Suriya xalqının iradəsinə uyğun şəkildə və ölkədaxili siyasi dialoq vasitəsilə həll olunacaq.
Azərbaycan Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasında öz dəstəyini əsirgəməyəcək. Bu istiqamətdə praktiki addımların atılması istiqamətində qardaş Türkiyə ilə yaxın təmasları davam etdiririk”, - hökumət başçısı vurğulayıb.
19-12-2024, 16:40
Nazirlik Tovuz məktəbindəki hadisəni nəzarətə götürdü - FOTO


Nazirlik Tovuz məktəbindəki hadisəni nəzarətə götürdü - FOTO

Tovuz rayonu Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbdə baş verən hadisə Elm və Təhsil Nazirliyi və tabe qurumlarının ciddi nəzarətindədir.
Bu barədə Nazirlikdən məlumat verilib.
Bildirilir ki, Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəhbərliyi xəstəxanada müalicəsi davam etdirilən şagirdlərə baş çəkib, onların vəziyyəti ilə maraqlanıb. Hadisə nəticəsində zərər çəkmiş şəxslərin hər birinin səhhəti diqqət mərkəzində saxlanılır.
Qeyd edək ki, hadisənin baş vermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır. İctimaiyyətə əlavə məlumat veriləcək.


19-12-2024, 16:29
Tovuz məktəbində zəhərlənən şagirdlərin son durumu


Tovuz məktəbində zəhərlənən şagirdlərin son durumu

Tovuz məktəbində zəhərlənən şagirdlərin sayı 71-ə çatıb.
Bu barədə TƏBİB-dən məlumat verilib.
"Zərərçəkənlər müvafiq şöbələrə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir.
19-12-2024, 16:17
Bəhruz Niftəliyevə yeni vəzifə verildi


Bəhruz Niftəliyevə yeni vəzifə verildi

Mədəniyyət telekanalının dirketor müavini, Prezident mükafatçısı, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Bəhruz Niftəliyev Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin (AQDİM) sədr müavini təyin olunub.
Bu barədə idarə heyəti qərar verib.
Niftəliyev Bəhruz Allahverdi oğlu 8 may 1987-ci ildə Bakı şəhərində, ziyalıailəsində anadan olub. Bakı şəhəri, Nəsimi rayonu 35 saylı orta məktəbdə təhsil alıb. 2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “Televiziya rejissorluğu” ixtisasına qəbul olub.
Tələbəlik illərində fəal gənc kimi “İlyas Əfəndiyev” adına xüsusi təqaüdə layiq görülüb. Universitetin müvafiqixtisası üzrə bakalavr və magistatura pillələrini fərqlənmə diplomu ilə bitirib. 2021-ci ildə “Müasir Azərbaycan televiziya efirinin struktur problemləri” mövzusunda yazdığı dissertasiya işini uğurla müdafiə edib. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur.
Həmin il Prezident mükafatına layiq görülüb. Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin idarə heyətinin fəxri üzvü, həmçinin Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının, Qərbi Azərbycan İcmasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Müdafiə Şurasının Seminar üzvüdür.
Əmək fəaliyyətinə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də müxbir kimi başlayıb. “Mədəniyyət xəbərləri” redaksiyasında redaktor, baş redaktorun müavini vəzifələrində çalışıb. Hazırda Mədəniyyət telekanalının direktor müavinidir. Bir sıra bədii-sənədli filmlərin müəllifidr.
19-12-2024, 16:07
Putin Zelenski ilə danışıqlar üçün şərtini açıqladı


Putin Zelenski ilə danışıqlar üçün şərtini açıqladı

Rusiya Ukrayna ilə bağlı ilkin şərt olmadan, lakin İstanbul razılaşmaları və reallıqlar əsasında dialoq aparmağa hazırdır.
Bunu Prezident Vladimir Putin illik mətbuat konfrasında bildirib.
O, vurğulayıb ki, Kreml Ukraynanın istənilən nümayəndəsi, o cümlədən Volodimir Zelenski seçkiyə gedib legitimlik qazanarsa, onunla danışıqlara hazırdır. Kreml müqavilələri yalnız qanuni hakimiyyətlərlə imzalayacaq.
Putin qeyd edib ki, Rusiyanın şərtlər əvvəllər, o cümlədən iyun ayında Rusiya Xarici İşlər Nazirliyindəki çıxışında açıqlanıb. “Əgər kimsə seçkiyə getsə, legitimlik qazanacaq... İstənilən şəxslə danışacağıq. O cümlədən Zelenski ilə. Biz sadəcə olaraq qanuni olanlarla imzalaya bilərik. Rada və Rada sədri legitimdir”, - deyə Putin bildirib.
19-12-2024, 16:01
Bakı qəbiristanlıqlarında məzar yeri tapılmır - VİDEO


Bakı qəbiristanlıqlarında məzar yeri tapılmır - VİDEO

Paytaxtdakı qəbirstanlıqlarda məzar yeri tapılmır.
Bunu şəhər sakinləri iddia edirlər.
Onların sözlərinə görə, bəzi qəbirstanlıqlarda dəfn üçün yer tapmaq artıq müşkülə çevrilib.
Məzar yeri problemi daha çox Bakıdakı köhnə qəbirstanlıqlarda müşahidə olunur.
Xüsusilə, Yasamal, Qurd Qapısı və Keşlə kimi ərazilərdə demək olar ki, boş yer qalmayıb.
Millət vəkili Ceyhun Məmmədov deyir ki, bu məsələdə bir neçə amilin rolu var. Başlıca səbəb isə ölkə əhalisinin, xüsusilə də paytaxtda məskunlaşanların sayının artmasıdır.
Ceyhun Məmmədovun sözlərinə görə, bir nəslin bir neçə nümayəndəsinin eyni məzarlıqdan əvvəlcədən yer təyin etməsi də qəbirstanlıqlardakı sıxlığın yaranmasının digər səbəblərindəndir. Millət vəkili sakinlərin “məzar yerləri satılır” iddiasına da fikir bildirdi.
Millət vəkili mövcud vəziyyətdən bir neçə çıxış yolu olduğunu da qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!