Səfərbərlik Xidmətinin idarə rəisi həbs edildi .....                        Yeniyetmələr arasında dava məktəbdə olmayıb - RƏSMİ .....                        Baş nazirdən aviasiya ilə bağlı yeni qərar .....                        Bu həkimlərin maaşına əlavələr veriləcək - QƏRAR .....                        İtaliyada 5 günlük matəm .....                        Bu şagirdlərə attestat verilməyəcək - RƏSMİ .....                        Gəncədə döyülən yeniyetmənin son durumu .....                        Putin Roma Papasının dəfninə gedəcək? - AÇIQLAMA .....                        “Hesablama Palatasının qarşısında yeni çağırışlar dayanır” .....                       
14-03-2025, 17:53
Müşahidəçilər Ermənistan-Azərbaycan sərhədindən nə vaxt çıxacaq? - AÇIQLANDI


Müşahidəçilər Ermənistan-Azərbaycan sərhədindən nə vaxt çıxacaq? - AÇIQLANDI

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sərhəddə yerləşdirilən Avropa İttifaqının (Aİ) müşahidəçilər missiyasının nə zaman ölkədən çıxarıla biləcəyindən danışıb.
Mirzoyanın sözlərinə görə, Aİ müşahidəçiləri mandatlarına uyğun olaraq sərhədyanı bölgələrdə sabitlik və sülh prosesinə töhfə verirlər.
Ararat Mirzoyan jurnalistlərlə söhbətində Aİ müşahidəçilərinin Azərbaycanla sülh sazişi imzalandıqdan sonra gedəcək, yoxsa qalacaqları sualına cavab verib.
Xarici işlər naziri Aİ-nin mülki missiyasının fəaliyyətinə böyük önəm verdiklərini bildirib və minnətdarıq edib.
Mirzoyan deyib ki, Aİ müşahidəçiləri sülh sazişi imzalanana qədər missiyanı yerinə yetirməyə davam edəcəklər.
Mirzoyan qeyd edib ki, müqavilə imzalanıb ratifikasiya olunanda və qüvvəyə minəndə bu, sülhün bərqərar olması demək olacaq.
"Onların funksiyası sülhə töhfə verməkdən ibarət idi, əgər saziş qüvvəyə minərsə, sülh bərqərar olacaq. Ona görə də Aİ tərəfdaşlarımızla onların mandatına hansı dəyişikliyin edilməsi, əməkdaşlığın necə inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparmalıyıq".
Xatırladaq ki, Ermənistanla Azərbaycan arasındakı danışıqlarda rəsmi Bakının əsas tələblərindən biri üçüncü ölkə nümayəndələrinin sərhəd bölgəsindən çıxarılması idi. Ermənistan bu tələbi artıq qəbul edib.
14-03-2025, 17:50
Konstitusiya Məhkəməsi ilə akademiya arasında memorandum - FOTO


Konstitusiya Məhkəməsi ilə akademiya arasında memorandum - FOTO

Martın 14-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Konstitusiya Məhkəməsinin birgə təşkil etdiyi “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin innovativ dövlət idarəçiliyi siyasəti: suverenliyə aparan yol” mövzusunda seminar keçirilib.
Tədbirin açılışında çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev vurğulayıb ki, Konstitusiya Məhkəməsi ilə ali təhsil və elm müəssisələri arasında daima sıx əməkdaşlıq əlaqələri mövcuddur. Bu baxımdan, Konstitusiya Məhkəməsi gənclər arasında hüquqi biliklərin artırılması və gənclərin dövlətin Əsas Qanununda təsbit edilmiş dəyər və prinsiplər haqqında məlumatlandırılmasına böyük diqqət yetirir.
Daha sonra Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov geniş təqdimatla çıxış edərək bildirdi ki, ölkədə aparılan effektiv dövlət idarəçilik siyasəti nəticəsində Azərbaycan Respublikası dinamik və sürətli inkişaf edərək müasir iqtisadi və sosial cəhətdən dünyanın ən qabaqcıl ölkələri sırasında yer almışdır. Bu nailiyyətlərin əsasında ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən yeni dövlət idarəçilik siyasəti durur.
Tədbirdə Konstitusiya Məhkəməsi və Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Yekun nitqi ilə çıxış edən Fərhad Abdullayev imzalanmış Memorandumun hər iki qurum arasında hüquqi əməkdaşlıq əlaqələrinin genişləndiriləcəyini bildirdi. Diqqətə çatdırılıb ki, Memorandumun əsas məqsədi Konstitusiya Məhkəməsi ilə Dövlət İdarəçilik Akademiyası arasında insan hüquqlarının təbliği, tədrisi və tətbiqi sahəsində əməkdaşlığın inkişaf etdirilməsidir.
Tədbirin sonunda akademik Urxan Ələkbərov qarşılıqlı əlaqələrin inkişafına verilən töhfəyə görə Konstitusiya Məhkəməsinə təşəkkürünü bildirib.


14-03-2025, 17:45
Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək


Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün aprelin 30-da növbəti imtahan keçirəcək.
Bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, imtahanda iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə müvafiq qurumlar tərəfindən sürücü olmaq istəyənlərin məlumatları təqdim olunub.
"Həmin şəxslər 14 mart saat 17:00-dan 14 aprel saat 18:00-dək qeydiyyatdan keçməlidirlər.
İmtahanda iştirak etmək üçün sürücülər ilk növbədə DİM-in internet saytında (//ekabinet.dim.gov.az/) “Şəxsi kabinet” yaratmalı və göstərilən vaxtadək “Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər. “Şəxsi kabinet”in yaradılması və hesaba lazımi vəsaitin əlavə olunması qaydaları ilə bağlı təlimatlar yuxarıdakı keçidə yerləşdirilib.
İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan 35 AZN məbləğində vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
Test imtahanı Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) kompüterlər vasitəsilə keçiriləcək. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsi ilə çap edə biləcəklər.
İmtahanın davametmə müddəti 1 saatdır. İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcəkdir.
Xüsusi hazırlığın proqramı ilə aşağıda verilən link vasitəsilə tanış olmaq olar",- deyə məlumatda qeyd edilib.
14-03-2025, 17:38
Tramp Putinlə Ukraynanı müzakirə etdi


Tramp Putinlə Ukraynanı müzakirə etdi

ABŞ prezidenti Donald Tramp Putinlə cümə axşamı danışdığını deyib.
Bu barədə TASS məlumat yayıb.
ABŞ prezidenti deyib ki, söhbət “yaxşı və məhsuldar” olub. O hesab edir ki, Ukraynada münaqişəyə son qoymaq üçün "çox yaxşı şans" var.
14-03-2025, 17:26
Bakıda dolları xüsusi üsullarla saxtalaşdıran dəstə ifşa olundu


Bakıda dolları xüsusi üsullarla saxtalaşdıran dəstə ifşa olundu

Bakıda polis saxta dollar satan dəstənin üzvlərini saxlayıb.
Nizami RPİ-nin əməkdaşları paytaxtda saxta dollar satan dəstə üzvlərinin saxlanılması məqsədilə əməliyyat keçirib.
Nəticədə qeyd edilən əməli törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb. Həmin şəxslər paytaxt ərazisində ümumilikdə 25 min 200 dollar saxta əskinası satmağa çalışıblar.
Ekspert rəyi ilə müəyyən edilib ki, pul əskinaslarının müdafiə nişanları saxlanılan şəxslər tərəfindən xüsusi üsullarla saxtalaşdırılıb.
Dəstənin ölkə daxili və xaricində olan digər üzvlərinin də saxlanılması istiqamətində əməliyyatlar davam etdiyindən saxlanılan şəxslərlərin ad və soyadını qeyd etmək məqsədəmüvafiq hesab edilmir.
Araşdırmalar aparılır.
14-03-2025, 17:19
Türkman QHT-lərinin nümayəndələri Azərbaycanda


Türkman QHT-lərinin nümayəndələri Azərbaycanda

Türkiyə, İraq, Suriyadan olan Türkman QHT-lərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.
Heyətə QHT sədrləri, ictimaiyyət nümayəndələri və media təmsilçiləri də daxildir.
Səfər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə həyata keçirilir. Qonaqlar martın 15-i Qarabağ Universitetinin müəllim və tələbələri ilə görüşəcək, növbəti gün isə Şuşa və Füzuli şəhərləri ilə tanış olacaqlar.
Martın 18-də Bakı şəhərində ilk dəfə olaraq “Türkman irsi: Vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu keçiriləcək.
Səfər martın 19-dək davam edəcək.
Səfər çərçivəsində əməkdaşlığa dair mühüm görüşlərin də keçirilməsi planlaşdırılır.

14-03-2025, 17:13
Ceyhun Bayramov Şarl Mişellə görüşüb


Ceyhun Bayramov Şarl Mişellə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel ilə görüşüb.
Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Görüş zamanı tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər. Eyni zamanda, post-münaqişə dövründə regional dinamika, sülh sazişi ilə bağlı son inkişaflar və bu proses qarşısında duran çağırışlar diqqət mərkəzində olub.
Görüşdə Şarl Mişelin Avropa İttifaqı Şurasının sədri kimi əvvəlki fəaliyyəti və göstərdiyi mühüm səylərə görə ona təşəkkür ifadə edilib.
14-03-2025, 17:01
Qarabağda istehsal edilən məhsullar xaricə “Ermənistan məhsulları” adı altında satılıb


Qarabağda istehsal edilən məhsullar xaricə “Ermənistan məhsulları” adı altında satılıb

Azərbaycan əraziləri işğal altında olan vaxtlarda
Qarabağ ərazisində istehsal edilən məhsullar xarici ölkələrə “Ermənistan məhsulları” adı altında satılıb.
Bu sözləri martın 14-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən deyib.
“Məhsullar Ermənistan şirkətlərinin məhsulları adı altında satılırdı”, - deyə o əlavə edib.
B.Sahakyan işğal dövründə Ermənistan vətəndaşlarının Qarabağda, qondarma “respublika”nın Qarabağda yaşayan erməni sakinləri isə Ermənistanda həmin ölkənin vətəndaşlarının statusu ilə daşınmaz əmlak ala bildiklərini, digər hüquqlardan da istifadə etdiklərini bildirib və deyib ki, Ermənistan bizim üçün xarici ölkə hesab edilmirdi.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
14-03-2025, 16:55
"Sovetski" tamamilə söküləcək? - Komitə sədrindən açıqlama


"Sovetski" tamamilə söküləcək? - Komitə sədrindən açıqlama

Bakıda Mərkəzi Park bir neçə mərhələdə salınıb.
Bunu keçmiş “Sovetski” məhəlləsinin tamamilə sökülməsi məsələsinə münasibət bildirərkən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
“Doğrudur, hələ də bəzi hissələr var ki, orada evlər qalmaqdadır. Bu gələcəkdə investorların marağından asılıdır. Maraq olarsa, onlarla da bağlı iş görülə bilər”, - o vurğulayıb.
Anar Quliyev əlavə edib ki, tarixi abidələr hər bir halda toxunulmaz qalacaq.
14-03-2025, 16:52
Tramp administrasiyasından Bakı və İrəvana çağırış


Tramp administrasiyasından Bakı və İrəvana çağırış

Donald Tramp administrasiyası Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını alqışlayır.
Bu barədə ABŞ dövlət katibi Marko Rubio bəyanat yayıb.
Dövlət katibi İrəvan və Bakını sənədi tezliklə imzalamağa çağırıb.
Qeyd olunub ki, bu addım hər iki ölkə üçün onilliklər boyu davam edən münaqişənin səhifəsini çevirmək mühüm fürsətdir: “Bu hər iki ölkə üçün Prezident Trampın daha sülhsevər dünya baxışına uyğun olaraq onilliklər boyu davam edən münaqişənin səhifəsini çevirmək üçün bir fürsətdir.
İndi sülhə nail olmaq, müqaviləni imzalamaq və ratifikasiya etmək, eləcə də Cənubi Qafqaz xalqları üçün yeni tərəqqi dövrünü açmaq vaxtıdır”, - bəyanatda vurğulanıb.
Xatırladaq ki, Azərbaycan və Ermənistan sülh sazişi layihəsinin mətni ilə bağlı danışıqlar prosesini yekunlaşdırıb. Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, yaxın günlərdə Ermənistan tərəfi iki açıq maddə üzrə Azərbaycan tərəfinin təkliflərini qəbul etdiyini əlaqə kanalları vasitəsilə çatdırıb.
Məlumatı Ermənistan XİN də təsdiq edib. İrəvan sülh sazişinin imzalanması üçün tarix və məkanı müzakirə etməyə hazır olduğunu bəyan edib. Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyi vurğulanıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!