Doğma ocağımıza qayıdacaq, yenə qurub yaradacağıq .....                        "Kəpəz" "Səbail"i məğlub etdi .....                        11-ci sinif şagirdi vəfat etdi .....                        Xameneidən göstəriş - Ordu hazır vəziyyətə gətirildi .....                        ABŞ-də ilk: Bu ölkənin vətəndaşlarına verilən bütün vizalar ləğv edidi .....                        Qəzzada son gün: 26 ölü, 113 yaralı .....                        Azərbacan-Türkiyə-Gürcüstan üçtərəfli parlament formatı yaradılacaq .....                        Ermənistanın mina terroru səbəbiylə günahsız insanlar təhdid altındadır - Ombudsman .....                        ABŞ-də Trampa qarşı kütləvi etirazlar .....                       
5-04-2025, 16:10
Bakıda “KamAZ”dan oğurluq edildi


Bakıda “KamAZ”dan oğurluq edildi

Nərimanov rayonu ərazisində bir nəfərin “KamAZ” markalı avtomobilindən 850 manat dəyərində 2 ədəd akkumulyatorun oğurlanması barədə polisə məlumat daxil olub.
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı F.Rəcəbov müəyyən olunaraq saxlanılıb.
Bundan başqa, rayon ərazisində yerləşən idman zallarının birində bir nəfərə məxsus içərisində 4000 manat, sürücülük vəsiqəsi və bank kartları olan pulqabını oğurlamaqda şübhəli bilinən 38 yaşlı M.Rəhimovanın saxlanılması da təmin edilib.
Araşdırmalar aparılır.
5-04-2025, 16:03
İki ölkə "super tank" yaradır


İki ölkə "super tank" yaradır

Almaniya və Fransa şirkətləri birlikdə tank istehsal etməyi planlaşdırır.
Almaniyanın "Rheinmetall" və KNDS, Fransanın "Thales" şirkətləri layihəyə cəlb edilib.
Üç şirkət Almaniyada birgə müəssisə yaradacaq. "Leopard-2 Leclerc" əsas döyüş tanklarının yeni nəsil "super tanklar"la dəyişdirilməsi 2040-cı ilə qədər baş tutacaq.
Almaniyanın müdafiə naziri Borus Pistorius qeyd edib ki, "super tanklar" mövcud tankların yeni versiyası deyil, süni intellektdən istifadə edən tamamilə yeni silah növüdür.
5-04-2025, 15:46
Naibə Allahverdiyevaya ağır itki


Naibə Allahverdiyevaya ağır itki

Xalq artisti Naibə Allahverdiyevaya ağır itki üz verib.
Xalq artistinin qardaşı Arif Kərimov Rusiyada qəfil insult keçirərək vəfat edib.
Bununla bağlı N.Allahverdiyevaya məlumat telekanalların birində canlı yayımda qonaq olarkən bildirilib.
Verilişdə xəbəri alan Naibə Allahverdiyevanın vəziyyəti pisləşib, efirdən çıxarılıb.
Xalq artisti məlumatı özü də təsdiq edib.
5-04-2025, 15:18
Suqovuşana qovuşanlar... - FOTO


Suqovuşana qovuşanlar... - FOTO

Aprelin 5-də doğma yurduna yola salınan köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb.
Bu barədə Xankəndi şəhərində,Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Məlumata görə, bu mərhələdə köçürülən 174 nəfərdən ibarət 53 ailəyə mənzillərin açarları təqdim edilib. Suqovuşana köçürülən ailələrə yeni tikilmiş fərdi yaşayış evlərində mənzillər verilib.
Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, torpaqlarına qayıdan keçmiş məcburi köçkünlərə xoşbəxt və firavan həyat arzulayıb. Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradıldığı da sakinlərin nəzərinə çatdırılıb.
Suqovuşan kəndinə avtomobil yolları, elektrik, rabitə, su xətləri çəkilib. Kənd qaz təchizatı ilə təmin olunub. Kənddə yararsız vəziyyətdə olan 144 şagird yerlik tam orta məktəbin binasında da əsaslı təmir işləri aparılıb. Bundan əlavə, ümumi gücü 7,8 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyaları yenidənqurmadan sonra istifadəyə verilib. Suqovuşan kəndinə ilk köç prosesi 20 ailəni əhatə edib.Kəndə köçlə bağlı, ümumilikdə, 180 ailə (591 nəfər) siyahıya alınıb. Köç prosesi mərhələli şəkildə davam edəcək. Xatırladaq ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatını uğurla davam etdirən Azərbaycan Ordusu oktyabrın 3-də şimal cəbhəsində mühüm strateji əhəmiyyətə malik Suqovuşan və Talış kəndlərini işğaldan azad etdi. İşğaldan sonra kənddə böyük tikinti quruculuq işləri həyata keçirilib.









5-04-2025, 14:05
Azərbaycan Premyer Liqasında XXIX tur


Azərbaycan Premyer Liqasında XXIX tur

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX tura start veriləcək.
İlk oyun günündə bir qarşılaşma keçiriləcək. Çempionatın autsayderi "Səbail" öz meydanında avrokuboklar uğrunda mübarizə aparan "Turan Tovuz"u sınağa çəkəcək. "ASCO Arena"dakı görüş saat 17:00-da başlayacaq. Matçı baş hakim Rəşad Əhmədov idarə edəcək.
Hazırda Tovuz təmsilçisi 43 xalla 4-cü, Bakı klubu isə 19 xalla 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, turun digər oyunları aprelin 6-7-də təşkil olunacaq.
5-04-2025, 13:42
Keçmiş məhkumlar oğurluğa görə tutuldular


Keçmiş məhkumlar oğurluğa görə tutuldular

Sumqayıt şəhəri ərazisində oğurluq hadisəsi qeydə
alınıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bir nəfər polisə müraciət edərək yaşadığı evdən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - 36 yaşlı E.Axundov və 33 yaşlı X.Hümbətov müəyyən edilərək saxlanılıblar.
Aparılan araşdırmalarla E.Axundovun əvvəllər məhkum olunmuş 35 yaşlı A.Ağayevlə birgə şəhər ərazisində yerləşən daha iki evdən pul və 6 min manat dəyərində qızıl-zinət əşyaları oğurladığı məlum olub. Əməli törətməkdə şübhəli bilinən A.Ağayevin saxlanılması da təmin edilib.
Araşdırmalar davam etdirilir.
5-04-2025, 13:33
Ermənistandakı türk qalasının görüntüləri


Ermənistandakı türk qalasının görüntüləri

Aşağı Talin qalası Qərbi Azərbaycanın Araqatsion bölgəsində Daştadem kəndinin (Aşağı Talin) cənub tərəfində yerləşir.
Ehtimallara görə, qala X-XII əsrlərdə oğuz-türk təməli üzərində Səlcuqilər tərəfindən inşa olunub.
Qalanın qədim istehkam quruluşu, sonrakı əsrlərdə mühafizə divarları bürclərlə möhkəmləndirilib, daha sonrakı tarixi dövrlərdə isə qalanın ərazisi ikiqat qala divarı ilə əhatə olunub.
Talin qalası tarix boyunca müxtəlif dövrlərdə təmir və bərpa edilib. Lakin 1960-cı ildə ermənilər tərəfindən "bərpa quruculuq" adı altında abidənin çoxsaylı yazı və elementləri məhv edilib. Qalanın divarlarında mövcud olan bədii daş nümunələri, onun haqqında yazılı mənbələr, eləcə də bəzi istehkamlar, məscid və qala kompleksinin tikilmə tarixi haqqında bütün məlumatlar, rəmzlər və digər memarlıq elementləri ermənilər tərəfindən "bərpa və quruculuq" işləri adı ilə aparılan təmir zamanı silinib, dağıdılıb və yox edilib.
1989-1990-cı illərdə qala divarının şimal hissəsində qazıntı işləri aparılıb, nəticədə qalada ermənilərə aid heç bir dəlil aşkarlanmayıb. Bunun davamı olaraq 2005-2007-ci illərdə Ermənistan hökumətinin dəvəti ilə əraziyə gələn, Milan Erməni Mədəniyyətinin Tədqiqat və Bərpa Mərkəzinin əməkdaşlarının iştirakı ilə qala divarının əsas tağlı girişinin daxili tərəfində qazıntılar aparılsa da, nəticəsiz oldu, erməni mədəni irsinə aid heç bir dəlil tapılmadı. 2011-2012-ci və 2015-ci illərdə qalanın qərb və cənub-qərb hissələrində Ermənistanın "Tarixi Ətraf Mühitin Mühafizəsi Xidməti və Tarix-Mədəniyyət Muzey-Qoruqları" adlı təşkilat tərəfindən yenə nəticəsiz qazıntı işləri aparıldı. Erməni mədəni-irsinə aid yenə də heç nə tapılmadı.
Butov.az AzTV tərəfindən əldə edilmiş gizli çəkilişləri təqdim edir:

5-04-2025, 13:20
Nazir onu baş rejissor təyin etdi


Nazir onu baş rejissor təyin etdi

İrəvan Dövlət Azərbaycan Dram Teatrına yeni baş rejissor təyin edilib.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə rejissor Gümrah Ömər bu vəzifəyə təyin edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!