Suqovuşan və Sarıcalıda məktəblər fəaliyyətə başladı .....                        Gəncədə 2 nəfərin meyiti aşkarlandı .....                        Temperatur 10 dərəcə enəcək, leysan, dolu yağacaq .....                        Sabiq nazir müavininə yeni vəzifə verildi .....                        “Dərbənd Xeyriyyə İctimai Birliyi - 30 il“ adlı kitab çapdan çıxıb .....                        Onların yaş həddi artırıldı - Prezidentdən SƏRƏNCAM .....                        "Heç kim seçki xəyalına düşməsin" .....                        İnstitutlar niyə birləşdirilir? - RƏSMİ CAVAB .....                        Balıq tutmaq istədi, "tok" vurub öldürdü .....                       
Dünən, 17:06
“28 May” stansiyası qismən bağlanır? - RƏSMİ AÇIQLAMA


“28 May” stansiyası qismən bağlanır? - RƏSMİ AÇIQLAMA

Bakı metrosunun "28 May" stansiyasının qismən bağlanacağı barədə xəbərlər yayılıb.
Qeyd olunur ki, metro xətlərində aparılacaq texniki işlər səbəbilə "28 May" stansiyası bu ilin sonu – payız aylarında və ya 2026-cı ilin əvvəlində 6 ay müddətinə qismən bağlanacaq.
Dəyişiklik "qırmızı" və "yaşıl" xətlərin ayrılması layihəsi çərçivəsində həyata keçiriləcək. Məlumatı "caliber" nəşri yayıb. Bildirilir ki, məhdudiyyətlər "Dərnəgül" istiqamətində hərəkət edən sərnişinlərə təsir edəcək.
"Dərnəgül-Həzi Aslanov xəttinin qatarları yalnız Nizami stansiyasına və geriyə hərəkət edəcək, yəni bu xəttin sərnişinləri üçün 6 ay ərzində son stansiya Nizami olacaq", - məlumatda bildirilir.
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, “28 May” stansiyasının bir küncü də olsa, bağlanmayacaq:
“Stansiya öz fəaliyyətini tam davam etdirəcək. "İçərişəhər" və "Əhmədli" arasında qatarlar ənənəvi qaydada hərəkətlərini davam etdirəcəklər. “28 May”dan "Yaşıl xətt"ə, yəni "Dərnəgül" istiqamətində qatarların hərəkəti dayandırılacaq. Qatarlar yalnız, “Dərnəgül” “Nizami” arasında hərəkət edəcək. Bu səbəbdən məhz birinci vəzifə olaraq “Dərnəgül” elektrik deposunun birinci mərhələ üzrə inşası tamamlanmalıdır. “28 May” stansiyasının bir küncü də olsa, bağlanmayacaq, öz funksional fəaliyyətini davam etdirəcək. Sadəcə həmin stansiyadan “Dərnəgül” yazılaraq, o istiqamətdə gedən qatarlar olmayacaq. Xətlərin ayrılması da elə bu deməkdir. Bu, “Dərnəgül” elektrik deposunda birinci mərhələ üzrə işlər tamamlandıqda baş tutacaq. Yəni bu ilin sonuna qədər tamamlanması nəzərdə tutulub".
Dünən, 16:45
Güləşçimiz erməni rəqibini məğlub etdi


Güləşçimiz erməni rəqibini məğlub etdi

Bu gün Bratislavada güləş üzrə Avropa çempionatı start götürüb.
Çempionatın ilk günündə güləşçimiz İbrahim İbrahimov 1/4 final mərhələsini adlayıb.
O, Avropa çempionu olan erməni rəqibi Vazgen Tevanyanı 2-3 hesabı məğlub edib.
Dünən, 16:36
Xəzərə tullantı su axıdan qurum cəzalandırıldı


Xəzərə tullantı su axıdan qurum cəzalandırıldı

Qaradağ rayonu, Lökbatan qəsəbəsində “Sədərək” və “Binə” ticarət mərkəzlərinin tullantı sularının Xəzər dənizinə axıdılması ilə bağlı sosial şəbəkələrdə yayılmış görüntülər 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər, Xəzər Kompleks Ekoloji Monitorinq idarələrinin və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Bunu 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev bildirib.
O qeyd edib ki, aparılan araşdırma və monitorinq zamanı sözügedən ərazidəki borunun ADSEA-nın balansındakı nasosxanaya aid olduğu, Qaradağ və Səbail rayonları ərazisindən tullantı sularının zərərsizləşdirilmədən həmin boru vasitəsilə Xəzər dənizinə axıdıldığı müəyyən edilib:
“Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin mütəxəssisləri tərəfindən analiz aparılması üçün boru vasitəsilə dənizə axan sudan nümunələr götürülüb. Analizin nəticələrinə görə su nümunəsində zərərli maddələrin miqdarının yol verilən həddən artıq olduğu məlum olub. Faktla bağlı akt və protokol tərtib edilərək İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin hüquqi şəxs qismində 12500 manat məbləğində cərimələnməsi üçün toplanmış materiallar Qaradağ Rayon Məhkəməsinə göndərilib. Eyni zamanda, nöqsanların aradan qaldırılması üçün İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə xəbərdarlıq məktubu ünvanlanıb”.
Dünən, 16:31
Bizə "xeyirli olsun" demək düşər - AK Partiyanın deputatı


Bizə "xeyirli olsun" demək düşər - AK Partiyanın deputatı

Ötən gün Türkiyənin ana müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının(CHP) növbədənkənar qurultayı keçirilib. Qurultayda Özgür Özel yenidən partiya sədri seçilib.
Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından olan deputat Yıldırım Tuğrul bildirib ki, CHP-də baş verənlər ilk növbədə partiya üzvlərini və idarəçilərini maraqlandırır.
"O baxımdan bizim prosesləri sadəcə izləmək və "xeyirli olsun" demək düşər. Bu qurultay texniki məsələ idi, növbədənkənar qurultay idi. O baxımdan əvvəlki günə nəzərən dəyişikliyi kimsə gözləmir, biz də gözləmirik. Çünki sədrliyə namizəd yalnız Özgür bəy idi. Qurultaya gedərkən də onun sədr seçiləcəyi bəlli idi. Partiya rəhbərliyi də qəti bir şey olmasa da, izlədiyim qədəri ilə gözlənildiyi kimi hazırlıq gördülər, qurultayı tamamladılar. Xeyirli olsun”.
Dünən, 16:25
Suqovuşana köçənlərə mənzillərin açarları təqdim edildi - FOTO


Suqovuşana köçənlərə mənzillərin açarları təqdim edildi — FOTO

Bu gün «Böyük Qayıdış» proqramı çərçivəsində Ağdərə rayonunun Suqovuşan kəndinə 185 nəfərdən ibarət 53 ailənin növbəti köçü baş tutub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ölkənin müxtəlif şəhər və rayonlarından yola salınan keçmiş məcburi köçkünlərə doğma ata-baba yurdlarında mənzillərin açarı təqdim edilib və ailələr yeni evlərində yerləşiblər.
Bununla da bugünədək Ağdərə rayonunun Suqovuşan kəndinə ümumilikdə 126 ailə köçürülüb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhramanov bildirib ki, köçürülən ailələrin işlə təmin edilməsi xüsusi diqqətdə saxlanılır.
Qeyd edək ki, Suqovuşan kəndinə köç bundan sonra da davam edəcək. Kəndə planlaşdırılan köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb.







Dünən, 16:09
Suqovuşana daha 53 ailə köçürüldü


Suqovuşana daha 53 ailə köçürüldü- FOTO

Bu gün “Böyük Qayıdış” proqramı çərçivəsində Ağdərə rayonunun Suqovuşan kəndinə 185 nəfərdən ibarət 53 ailənin növbəti köçü baş tutub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ölkənin müxtəlif şəhər və rayonlarından yola salınan keçmiş məcburi köçkünlərə doğma ata-baba yurdlarında mənzillərin açarı təqdim edilib və ailələr yeni evlərində yerləşiblər.Bununla da bugünədək Ağdərə rayonunun Suqovuşan kəndinə ümumilikdə 126 ailə köçürülüb. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhramanov bildirib ki, köçürülən ailələrin işlə təmin edilməsi xüsusi diqqətdə saxlanılır. Qeyd edək ki, Suqovuşan kəndinə köç bundan sonra da davam edəcək. Kəndə planlaşdırılan köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb.
Dünən, 16:04
Məktəb ətrafında neqativ hərəkətləri ilə diqqət çəkən şəxs polisə dəvət olundu


Məktəb ətrafında neqativ hərəkətləri ilə diqqət çəkən şəxs polisə dəvət olundu

Sosial şəbəkələrdə paylaşılan məktəb ətrafında bir nəfərin neqativ hərəkətlərilə bağlı ajiotaj daşıyan məlumatlar polis əməkdaşları tərəfindən araşdırılıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli məlumat yayıb.
Qeyd edib ki, həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib.
"Araşdırmalarla xüsusi narahatedici halın baş vermədiyi müəyyənləşib. Hər iki tərəf verdikləri izahatda bunun anlaşılmazlıq olduğunu bildiriblər",- deyə o əlavə edib.
Dünən, 16:01
Ermənistan prezidenti Birləşmiş Ərəb Əmirliklərinə getdi


Ermənistan prezidenti Birləşmiş Ərəb Əmirliklərinə getdi

Ermənistan prezidenti Vaaqn Xaçaturyan Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın dəvəti ilə Əbu-Dabidə keçirilən illik İnvestisiya Konqresində iştirak etmək üçün bu ölkəyə işgüzar səfər edib.
"Armenpress"in məlumatına görə, Prezident Aparatı konfransın açılışında Vaaqn Xaçaturyanın çıxış edəcəyini bildirib.
Səfər zamanı Ermənistan prezidentinin BƏƏ-nin ali rəhbərliyinin nümayəndələri ilə də görüşü nəzərdə tutulub.
Dünən, 15:56
Moskva Bakı ilə “Rus Evi”nə dair kompromis axtarır - AÇIQLAMA


Moskva Bakı ilə “Rus Evi”nə dair kompromis axtarır - AÇIQLAMA

Moskva və Bakı Azərbaycandakı “Rus Evi” ilə bağlı kompromis axtarır. Rusiya tətəfi danışıqların konstruktiv olacağına və “Rus Evi”inin işinin bərpa olunacağına inanırr.
Bunu “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov bildirib.
"Biz Azərbaycan tərəfi ilə kompromis axtarmağa davam edirik. Həm Azərbaycan tərəfi, həm də biz konstruktiv və kifayət qədər nikbinik ki, hələ də kompromis tapacağıq və tammiqyaslı iş bərpa olunacaq", - Primakov "Rossiya Seqodnya" media qrupunun mətbuat mərkəzində deyib.
O əlavə edib ki, Rusiya və Azərbaycan əvvəllər “Rus Evi”nin “hüquqi şəxs və ya QHT kimi” qeydiyyat formatını müzakirə ediblər:
"Bakıdakı “Rus Evi” uzun illərdir ki, respublika hökuməti qarşısında bütün zəruri öhdəlikləri, o cümlədən hüquqi öhdəlikləri yerinə yetirərək uğurla fəaliyyət göstərir. Buna baxmayaraq, informasiya və mədəniyyət mərkəzlərinin fəaliyyəti haqqında 1997-ci il tarixli hökumətlərarası sazişdə açıq şəkildə qeyd olunub ki, bu mərkəz Azərbaycanda hüquqi şəxs kimi qeydiyyatdan keçməlidir", - Primakov deyib.
“Rossotrudniçestvo”nun rəhbəri bundan əvvəl bəyan etmişdi ki, Bakıda “Rus Evi”nin icarəyə götürdüyü binanın sahibi həmin binaları satır və “Rus Evi”nə ay yarım ərzində köçməyi təklif edir. O, həmçinin bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyi Moskvaya nota göndərərək, Bakıda “Rus Evi”nin fəaliyyətini düzgün qeydiyyata almadığına görə dayandırmağa çağırıb.
Dünən, 15:49
Görkəmli dövlət xadimi İlyas Vəkilovun məzarı ziyarət edilib


Görkəmli dövlət xadimi İlyas Vəkilovun məzarı ziyarət edilib - FOTOLAR

Professor Mahirə Hüseynova: ”Keçmişinə hörmət etməyən xalqın gələcəyi olmaz”.
İctimaiyyət nümayəndələri, ziyalılar, ictimai xadimlər görkəmli dövlət xadimi İlyas Vəkilovun məzarını ziyarət ediblər. Bu barədə ADPU-nin Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru, Leyla Calalova məlumat verib. O, bildirib ki, ADPU-nin prorektoru, professor Mahirə Hüseynovanın təşəbbüsü ilə dövlət xadimi İlyas Vəkilovun 120 illik yubileyi çərçivəsində Azərbaycan Dövlət Televiziyasının Mədəniyyət Kanalında “ Şərəfli ziyalı ömrü yaşayan İlyas Vəkilov” adlı verliş hazırlanmışdır. Eyni zamanda bu tədbirlər çərçivəsində ictimaiyyət nümayəndələrinin iştirakı ilə İlyas Vəkilovun məzarı ziyarət edilib.

Anım tədbirində çıxış edən ADPU-nun prorektoru, Qərbi Azərbaycan Dərələyəz (Keşkənd) icmasının rəhbəri, professor Mahirə Hüseynova deyib: “Bütöv Azərbaycanın dəyərli bir parçası olan, Qərbi Azərbaycana qayıdış hərəkatı, müxtəlif platformalarda gerçəkləşir. Bu mənada yurd yerlərimizdən Azərbaycana bəxş edilmiş ziyalıların, dövlət xadimlərinin təbliği, tədqiq olunması ehtiramla yad edilməsi çox önəmlidir. Bu gün işığına toplaşdığımız, dövlət xadimi, parlaq ziyalı, vətən təəssübkeşi İlyas Vəkilovda belə şəxsiyyətlərdəndir. Bizi yurd yerlərimizə bağlayan həm də bu cür ziyalılardır. İlyas Vəkilovun 120 illik yubileyi çərçivəsində reallaşan anım tədbiri gənc nəsil üçün bir örnəkdir. Keçmişinə hörmət etməyən xalqın gələcəyi olmaz deyiblər. Bu tarixi yaddaş, bizi Qərbi Azərbaycana qaytaracaq”.

Professor Mahirə Hüseynova babası el ağsaqqalı İbrahim Mirzəli oğlu ilə İlyas Vəkilovun yaxın münasibətlərindən də danışmışdır.

Sonra İlyas Vəkilovun tədqiqatçısı ehtiyatda olan polkovnik Kamil Dərələyəzli (Məmmədov) çıxış edərək dövlət xadiminin həyat və yaradıcılığından, Azərbaycan xalqının mariflənməsindəki tövhələrindən danışdı.
Sonda vəkilovlar ailəsi adından hüquqşünas Səməd Vəkilov mərasim iştirakçılarına təşəkkür etdi.
Qeyd edək ki, 120 illik yubileyi qeyd edilən İlyas Sultan bəy oğlu Vəkilov 20 mart 1905-ci ildə Şərur-Dərələyəz qəzasının Çivə kəndində anadan olub. 1923-cü ildə Bakı hərbi məktəbini bitirərək bölük komandiri rütbəsi almışdır (1927). Azərbaycan SSR Xalq Ədliyyə Komissarlığında xüsusi şöbə rəisinin müavini və rəisi işləmişdir (1927–1929). Moskva Kommunist Tərbiyəsi Akademiyasında təhsilini (1929–1931) başa vurduqdan sonra Azərbaycan SSR Dövlət Plan Komitəsi sistemində işləmiş (1931–1935), ixtisasını artırmaq üçün Moskvada Ümumittifaq Plan Akademiyasında təhsilini davam etdirmişdir (1935–1938). Naxçıvan MSSR Xalq Komissarları Sovetinin sədri olmuş (1938–1949). İlyas Vəkilov bu idarəyə rəhbərlik edərkən onun şəxsi zəmanəti ilə Azərbaycan xalqının böyük oğlu, dahi siyasətçi, ümummilli lider Heydər Əliyev bu quruma işə qəbul edilmişdir. Ümummilli Lider Heydər Əliyev ona daimi ehtiramla yanaşmışdır.
İlyas Vəkilov otuz il Bakı Şəhər Soveti plan komissiyasının sədri vəzifəsində işləmişdir (1949–1978).
İlyas Vəkilov "Oktyabr inqilabı", "Şərəf nişanı" ordenləri, "Qafqazın müdafiəsi uğrunda" medalı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif edilmişdir. Dəfələrlə Bakı Şəhər Sovetinin deputatı və İcraiyyə Komitəsinin üzvü, Azərbaycan KP Bakı Komitəsinin üzvü seçilmişdir.






����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!