Suqovuşan və Sarıcalıda məktəblər fəaliyyətə başladı .....                        Ukrayna ordusu iki çinlini əsir götürdü .....                        Gəncədə 2 nəfərin meyiti aşkarlandı .....                        Temperatur 10 dərəcə enəcək, leysan, dolu yağacaq .....                        Sabiq nazir müavininə yeni vəzifə verildi .....                        Bakıda yeni park salınır .....                        Bulvarda dənizdən meyit tapıldı .....                        Suqovuşan-Kəlbəcər yolundan yeni görüntülər .....                        “Dərbənd Xeyriyyə İctimai Birliyi - 30 il“ adlı kitab çapdan çıxıb .....                       
Dünən, 14:14
Nazir onlara vəzifə verdi


Nazir onlara vəzifə verdi

Mədəniyyət Nazirliyində yeni təyinatlar olub.
Mədəniyyət naziri Adil Kərimlinin əmrinə əsasən, Aydın Bəşir oğlu Bəşirov Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsindən azad edilib. O, Qarabağ Regional Mədəniyyət İdarəsinin rəisi təyin edilib.
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Kürdəmir rayonu üzrə nümayəndəsi Namiq Tarverdiyev isə bu idarənin rəisi təyin olunub.
Qeyd edək ki, N.Tarverdiyev daha əvvəl Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində də çalışıb.
Dünən, 13:59
Əmək pensiyaları ilə bağlı qanun dəyişir


Əmək pensiyaları ilə bağlı qanun dəyişir

Üç kateqoriya üzrə əmək pensiyası ödənişinin maliyyə mənbəyi kimi dövlət büdcəsi müəyyən olunur.
Bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
“Əmək pensiyaları haqqında” Qanunun 6.2-ci maddəsində uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası olan şəxslərin erkən pensiyası üçün 5 il ərzində ödənilən məbləği (8-ci maddə), bundan başqa, liliputların və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin erkən pensiyası üçün 20 il ərzində ödənilən məbləği (9.2-ci maddə), həmçinin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq dövrünün sığorta stajına daxil edilməsi ilə əlaqədar güzəştlərin qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği üzrə əmək pensiyası ödənişinin maliyyə mənbəyi kimi dövlət büdcəsi müəyyən edilir.
Qanunun tətbiqi 2025-ci il yanvarın 1-dən nəzərdə tutulur.
Dünən, 13:43
Astarada fiziki qüsurlu yeniyetməni maşın vurub öldürdü


Astarada fiziki qüsurlu yeniyetməni maşın vurub öldürdü

Astara rayonunda yeniyetmə bədbəxt hadisə
nəticəsində ölüb.
Hadisə Astara rayonunun Kijəbə qəsəbəsində baş verib.
Belə ki, yeniyetmənin əmisi Vasif Hacıbaba oğlu Kazımov "UAZ" markalı avtomobili geriyə hərəkət etdirərkən diqqətsizlikdən əlil arabasında olan 13 yaşlı Zəkiyyə Tosif qızı Kazımzadəni görməyib və onu vurub.
Ağır bədən xəsarətləri alan yeniyetmə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.
Meyit daxili və xarici müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.
Dünən, 13:06
Sahibə Qafarova Şavkat Mirziyoyevlə görüşüb - FOTO


Sahibə Qafarova Şavkat Mirziyoyevlə görüşüb - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Parlamentlərarası İttifaqın 150-ci Assambleyası çərçivəsində baş tutan görüşdə ölkələrimiz arasında münasibətlərin hazırkı yüksək səviyyəsindən məmnunluq qeyd edilərək, əlaqələrimizin inkişafında hər iki ölkənin prezidentlərinin xüsusi rolu vurğulanıb. Ali və yüksək səviyyəli səfərlərin ölkələrimiz arasında münasibətlərin daha da inkişafında xüsusi əhəmiyyət kəsb etdiyi qeyd olunub. Bildirilib ki, bu səfərlər və sıx təmaslar iki dost və qardaş ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi üçün geniş imkanlar yaradır.
Söhbət zamanı parlamentlərimizin də ölkələrimiz və xalqlarımız arasında mövcud dostluq, qardaşlıq münasibətlərinin ruhuna uyğun geniş əməkdaşlıq əlaqələrinə malik olmasından məmnunluq ifadə edilib. Bunun insanlarımız arasında təmasların daha da sıxlaşdırılması üçün vacibliyi diqqətə çatdırılıb.
Milli Məclisin sədri Özbəkistan paytaxtının Parlamentlərarası İttifaqın 150-ci Assambleyasına yüksək səviyyədə ev sahibliyini qeyd edərək, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin dördüncü konfransı haqqında da məlumat verib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı da fikir mübadiləsi aparılıb.



Dünən, 12:50
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında aprelin 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12-16° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20°, bəzi yerlərdə 23° isti olacaq.
Dünən, 12:10
Ukrayna səfirliyində bayraq endirildi - Başsağlığı kitabı açılacaq


Ukrayna səfirliyində bayraq endirildi - Başsağlığı kitabı açılacaq

Ukraynanın Azərbaycandakı səfirliyində Rusiya ordusunun Ukraynanın Krivoy Roq şəhərinə hücumu nəticəsində həyatını itirənlərin xatirəsinə başsağlığı kitabı açılacaq.
Bu barədə Ukrayna səfirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycandakı səfirlikdə matəm əlaməti olaraq Ukraynanın dövlət bayrağı yarıya qədər endirilib.
"Ürəyimiz Krivı Roqdakı qurbanlar və Rusiya təcavüzü nəticəsində hər gün itirilən bütün insanlar üçün ağrıyır".
Qeyd edilib ki, başsağlığı kitabı Ukraynanın Azərbaycandakı səfirliyində bu gün saat 14:00-18:00, sabah isə 12:00-18:00 saatları arasında açılacaq. Eyni zamanda, başsağlığı mesajları [email protected] elektron poçtu vasitəsilə də göndərilə bilər.
Dünən, 11:51
Ermənistan mövqelərimizə atəş açdı - Ordumuz CAVAB VERDİ


Ermənistan mövqelərimizə atəş açdı - Ordumuz CAVAB VERDİ

Aprelin 6-sı axşam saatlarından aprelin 7-si saat 04:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Qarakilsə, Basarkeçər, Keşişkənd, Tovuzqala və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə intensiv atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Dünən, 11:39
“Cəfər Cabbarlı"-"Nizami” metrostansiyaları birləşdiriləcək


“Cəfər Cabbarlı"-"Nizami” metrostansiyaları birləşdiriləcək

Bakı Metropoliteninin "28 May" stansiyasında kəsişərək birləşən Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsinin icrasına cari ildə başlanacaq.
Bunu bu gün jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin sədrinin müşaviri Emil Əhmədov bildirib.
"Bu xətlərin müstəqil olması hər birinin öz infrastrukturu çərçivəsində fəaliyyətinin, idarəetmə prinsiplərinin, sərnişindaşıma xidmətinin və texniki quruculuğunun daha səmərəli və keyfiyyətli təşkilinə imkan yaradacaq. Tədbirlərə “28 May” stansiyası yaxınlığında qazıntı işləri ilə başlanacaq. Ərazinin ağır geoloji quruluşa malik olması səbəbindən ən optimal qazma üsulu ilə inşaatın texniki təhlükəsizliyi təmin ediləcək. Bu işlər “Cəfər Cabbarlı-Nizami” mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşası ilə tamamlanacaq. Həmin müddət ərzində geoloji təsirlər nəticəsində “Nizami” stansiyası istiqamətində tunel geyimində meydana gəlmiş və yol mənzilində qatarların sürət həddinin aşağı salınmasına səbəb olan texniki çatışmazlıqlar da aradan qaldırılacaq", - o bildirib.
Onun sözlərinə görə, layihə çərçivəsində “28 May” stansiyasından “Cəfər Cabbarlı” stansiyasına daha bir keçid tikiləcək.
"Bu isə sərnişin axını gur olan “28 May” stansiyasından “Cəfər Cabbarlı” stansiyasına və əksinə sərnişin axınının parçalanmasına və hərəkətin daha intensiv tənzimlənməsinə, təhlükəsizliyin daha da artırılmasına əsaslı şəkildə təsir göstərəcək. Qeyd edək ki, layihənin icrası, sadəcə, tunelin və keçidin tikintisi ilə məhdudlaşmır", - o bildirib.
Dünən, 11:14
Metronun “Dərnəgül” elektrik deposu tikilir


Metronun “Dərnəgül” elektrik deposu tikilir

Bakı metropoliteninin “28 May” stansiyasında kəsişərək birləşən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tərkib hissələrindən biri kimi “Dərnəgül” elektrik deposunun inşasına başlanılır.
Hazırda Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin hər ikisinə“Nərimanov” elektrik deposu xidmət göstərir. Depo bir xətt üçün nəzərdə tutulduğundan iki xəttin əsas tələbatını ödəmir. “Dərnəgül” elektrik deposunun ərazisi Binəqədi rayonu, M.Əliyev küçəsinin 3126-27-ci məhəlləsində ayrılmış 16,5 hektara yaxın torpaq sahəsində yerləşir. Deponun ərazisi dəmir yolu xəttinə çıxış sahəsi də daxil olmaqla hasarlanıb. Ərazinin fərqli və bəzi yerlərdə mürəkkəb relyefi nəzərə alınmaqla istinad divarlarının dəmir beton konstruksiyalarının tikintisi tamamlanıb. 3 nəzarət-buraxılış məntəqəsindən 2-si tam hazırdır.Depoların ən mühüm tələbi olan səthin hamarlanması işləri yerinə yetirilib. Ərazidə 7-mərtəbəli inzibati bina və 2-mərtəbəli istehsalat emalatxanalarının tikinti-quraşdırma işləri başa çatdırılıb.
Ərazidə 500 kubmetrlik 2 yanğın və 100 kubmetrlik içməli su anbarları, həmçinin xidməti və texniki otaqların tikintisi tamamlanıb. Dartı-alçaldıcı elektrik yarımstansiyasının və iki qazanxana binasından birinin inşa işləri qismən tamamlanıb.
Təməl qazıntı və konstruktiv elementləri əvvəlki dövrdən hazır olan qatarların dayanma-təmir sahəsində hərəkətinin təşkili və idarə edilməsi mərkəzi, vaqonların əsaslı təmiri, təkəryonma, təkər cütlərinin diaqnostikası, vaqonyuma və üfürmə sahələri, həmçinin dönmə dairəsi inşa ediləcək.
Depoda rels-qaynaq sexi, qazanxanalar, nasosxanalar, müxtəlif növ yağıntılar, işlənmiş mayelər üçün axar və çənlərin, habelə təmizləyici qurğuların və digər mühüm obyektlərin inşası da nəzərdə tutulub. Burada işçilərin əmək şəraitinin və asudə vaxtlarının səmərəli təşkili üçün lazım olan bütün infrastrukturyaradılacaq. Avtodayanacaq, söhbətgahlar, idman meydançası, istirahət guşələri ilə yanaşı, depo layihəsinə yaşıllıqlar və parkların salınması da daxildir. Ərazinin ekoloji layihələri çərçivəsində 1000-ə yaxın ağac əkiləcək, çəmənlik zonaları yaradılacaq.
Depo ərazisində inşa ediləcək yerüstü platforma yaxınlıqda yaşayan sakinlərin metrodan daha səmərəli və rahat istifadəsinə imkan verəcək. Burada platformanı keçidlə birləşdirən tunel və gözləmə zalı, açıq hava şəraitinin təsirlərindən mühafizə və xidməti infrastrukturinşa olunacaq.
Hazırda layihələrin son tamamlanması, ekspertizadan keçirilməsi, habelə inşaat və infrastrukturun qurulması istiqamətində işlər davam etdirilir.
Dünən, 10:56
Sahibə Qafarovanın səlahiyyət müddəti artırıldı


[b]Sahibə Qafarovanın səlahiyyət müddəti artırıldı[/b]

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin dördüncü konfransında Milli Məclisin sədri Sahibə Qafarovanın Parlament Şəbəkəsinə sədrliyinin növbəti 3 illik dövr üçün yenilənməsi, həmçinin sədr müavinlərinin də səlahiyyət müddətinin növbəti dövr üçün artırılmasına dair qərar qəbul olunub.
Bu qərar layihəsinin müzakirəsi dövründə Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentləri qurumun sədr və müavinlərinin səlahiyyət müddətlərinin yenilənməsi məsələsinə böyük dəstək göstəriblər.
Konfransda həmçinin Şəbəkəyə üzv parlamentlərin yekdil mövqeyini ifadə edən və bir sıra mühüm müddəaların əks olunduğu Daşkənd Bəyannaməsi qəbul olunub. Bəyannamədə digər məsələlərlə yanaşı, Parlament Şəbəkəsinin institusional çərçivəsinin daha da inkişaf etdirilməsi, o cümlədən, büro və daimi komitələrin fəaliyyətinin təmin olunması, Şəbəkənin mənzil qərargahının yaradılması istiqamətində müzakirələrin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. Sənəddə həmçinin Bakı İqlim Birliyi Paktı və COP29-un mühüm nəticələri, Qoşulmama Hərəkatına üzv dövlətlərdə öz yaşayış yerlərini zor gücü ilə dəyişməyə məcbur qalmış şəxslərin, o cümlədən, Qərbi Azərbaycan icmasının öz evlərinə sülh yolu ilə təhlükəsiz şəraitdə və ləyaqətlə geri qayıdışı hüququna dəstək ifadə edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!