Nazir ATƏT-lə əməkdaşlıqdan danışdı .....                        ATƏT sülh prosesini dəstəkləyəcək .....                        Minsk qrupunu saxlamağın heç bir məntiqi yoxdur .....                        Aprelin sonunadək yağış və şimşək .....                        Sahibə Qafarova Papanın dəfni üçün Romaya getdi .....                        Əvəz Zeynallının azadlıqdan ilk FOTOSU .....                        Bayramovla Sinirlioğlu arasında geniş tərkibli görüş - FOTO .....                        “Dəniz Mall”ın ərazisində kişi meyiti tapıldı .....                        Prezidentdən milli mətbuatın 150 illiyi ilə bağlı SƏRƏNCAM .....                       
13-04-2025, 13:41
Ermənistan Konstitusiyasının dəyişdirilməsi vacibdir - Ceyhun Bayramov


Ermənistan Konstitusiyasının dəyişdirilməsi vacibdir - Ceyhun Bayramov


Azərbaycan Ermənistanın 30 illik işğalına son qoymaqla iki ölkə arasında münasibətlərin normallaşması və Cənubi Qafqaza sülhün gəlməsi üçün fürsət yaranıb”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu” agentliyinə müsahibəsində deyib.
O, rəsmi Bakının 2021-ci ildə İrəvana düşmənçilik səhifəsini bağlamağı təklif etdiyini və bu çağırışın təxminən bir il cavabsız qaldığını xatırladıb:
“2022-ci ilin ilk aylarında sülh razılığının beş əsas bəndini Ermənistana təqdim etdikdən sonra həmin ilin oktyabr ayında ölkələr arasında müzakirələr başlayıb. Sülh sazişinin ilk layihəsi də Azərbaycan tərəfindən yazılıb və Ermənistana təqdim edilib. Danışıqlar təxminən iki il yarım çəkib. Təxminən bir ay əvvəl müzakirələr başa çatıb və mətnlə bağlı razılıq əldə olunub. Danışıqlar davam edərkən biz Ermənistanı və prosesdə maraqlı olan digər ölkələri bu məsələlərlə bağlı məlumatlandırmışıq. Həll edilməli olan mühüm amillər mövcuddur. Bunlardan ən önəmlisi Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların yer almasıdır. Bu davam etdikcə sülh sazişinin imzalanması mümkün deyil. Ermənistan Konstitusiyasının dəyişdirilməsi vacibdir”.
Nazir qeyd edib ki, Azərbaycanın daha bir şərti 1990-cı illərdə Qarabağ münaqişəsinin həlli üçün yaradılmış ATƏT-in Minsk Qrupunun ləğv edilməsi ilə bağlıdır:
“ATƏT-in Minsk Qrupu 30 ildir heç bir nəticə əldə etməyib. Artıq Qarabağ məsələsi həll olunub və bu ərazilər Azərbaycanın bir hissəsidir. Ermənistan da bunu qəbul edib. Belə olan halda Ermənistanın Minsk Qrupunun fəaliyyətini davam etdirmək üçün davamlı səyləri bizdə suallar doğurur. Biz israrla Minsk Qrupunun buraxılmasını tələb edirik və gözləyirik”.
13-04-2025, 13:20
Ukraynaya raketlər atıldı: 20-dən çox dinc sakin öldü


Ukraynaya raketlər atıldı: 20-dən çox dinc sakin öldü

Ukraynanın şimal-şərqindəki Sumı şəhərinə endirilən raket zərbəsi nəticəsində 20-dən çox dinc sakin həlak olub.
Bu barədə Sumı merinin səlahiyyətlərini icra edən Artem Kobzar teleqramda məlumat verib.
“Palm bazarının bu parlaq günündə cəmiyyətimiz dəhşətli faciə yaşayıb. Düşmən dinc əhaliyə raket zərbəsi endirib. Təəssüf ki, 20-dən çox ölüm faktı artıq məlumdur”, - deyə o qeyd edib.
Sumidə qurbanlar barədə məlumatı Prezident Aparatının rəhbəri Andrey Yermak da təsdiqləyib: “Rusiya ordusu Sumı şəhərini raketlərlə vurublar və dinc sakinləri öldürüblər”, - o vurğulayıb.
13-04-2025, 12:51
Qlobal maliyyə böhranı riski artır - Fridrix Merts


Qlobal maliyyə böhranı riski artır - Fridrix Merts

Almaniyanın gələcək kansleri Fridrix Merts hesab edir ki, ABŞ Prezidenti Donald Trampın tarif siyasəti qlobal maliyyə böhranı riskini artırır. O, bu təhlükələrin aradan qaldırılması üçün əsas variantları açıqlayıb.
Bu barədə o, "Handelsblatt" qəzetinə müsahibəsində bildirib.
Fridrix Merts, Trampın tarif siyasətinin maliyyə böhranı riskini artırdığını vurğulayaraq, ABŞ və Avropa ölkələri arasında azad ticarət sazişinin bağlanmasını təklif edib. O, "Bəli, mən yeni transatlantik azad ticarət sazişinə ümid edirəm. Bütün məhsullara sıfır tariflər tətbiq edilsin. Bu, hər iki tərəf üçün daha yaxşı olardı" deyə bildirib.
Fridrix Merts əlavə edib ki, əgər ABŞ qlobal ticarətdən tamamilə çəkilmək qərarına gələrsə, Avropa üçüncü ölkə bazarlarına yönəlməlidir. "Prezident Trampın siyasəti növbəti maliyyə böhranının gözləniləndən daha tez baş verməsi riskini artırır. Biz, avropalılar, inandırıcı bir cavab verməliyik" deyə o qeyd edib.
13-04-2025, 12:40
Gənc oğlan dəm qazından zəhərləndi


Gənc oğlan dəm qazından zəhərləndi

Göygöldə zəhərlənmə faktı qeydə alınıb.
Hadisə rayon ərazisində baş verib.
Məlumata görə, 25 yaşlı H.İsmayılov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal gənc oğlana yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Qeyd edilir ki, H.İsmayılov yaşadığı evin vanna otağında zəhərlənib.
13-04-2025, 12:25
ABŞ-də qızılca: Yoluxanların sayı 700-ü keçdi


ABŞ-də qızılca: Yoluxanların sayı 700-ü keçdi

ABŞ-də qızılcaya yoluxanların sayı 700-ü keçib.
Bu barədə Xəstəliklərə Nəzarət və Profilaktika Federal Mərkəzlərinin (CDC) məlumatında deyilir.
Qeyd olunur ki, qızılca epidemiyası ölkənin ştatlarının yarısını əhatə edib. Rəsmilər 25 ştatda 712 nəfərin virusa yoluxduğunu təsdiqləyib.
Xəstəliklərin təxminən üçdə biri 5 yaşa qədər uşaqlarda, digər 38 %-i isə 5-19 yaş qrupunda qeydə alınıb. Bundan başqa, yoluxanların 97 %-i qızılcaya qarşı peyvənd olunmayıb.
Hesabata görə, yoluxanların 11 %-i xəstəxanaya yerləşdirilməli olub. Xəstəliyin yalnız üç halı ölümlə nəticələnib.
Bundan əvvəl ABŞ-nin səhiyyə naziri Robert Kennedi bütün ölkə üzrə insanları qızılcaya qarşı peyvənd etməyə çağırıb. ABŞ Prezidenti Donald Tramp bildirib ki, xəstəliklə bağlı vəziyyət pisləşsə, hakimiyyət qəti tədbirlər görəcək.
13-04-2025, 12:10
Tacikistanda zəlzələ - 17 ev dağıldı


Tacikistanda zəlzələ - 17 ev dağıldı

Tacikistanın Rəşt rayonunda baş vermis 5,9 maqnitudalı zəlzələ nəticəsində 17 yaşayış evi dağılıb.
Bu barədə Tacikistan hökuməti yanında Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin Böhranlı Vəziyyətləri İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanların episentri Rəşt rayonu olub. Orada zəlzələnin gücü 5 bal, paytaxt Düşənbədə isə 4 bal təşkil edib.
Qeyd edək ki, yeraltı təkanlar qonşu ölkələrdə də hiss edilib.
13-04-2025, 11:43
Turizm vizası ilə Həcc ziyarəti QADAĞANDIR


Turizm vizası ilə Həcc ziyarəti QADAĞANDIR

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycandan Həcc ziyarətinə getmək istəyən zəvvarlara çağırış edib.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi rəhbəri Vüsal Cahangiri məlumat verib.
O qeyd edib ki, ötən il olduğu kimi, bu il də bəzi işbaz şirkətlər vətəndaşları aldadaraq turizm vizası ilə onları Həccə aparmağa cəhd edirlər:
"Bizdə olan məlumatlara görə, 100-ə yaxın, bəlkə də daha artıq vətəndaşımız belə işbazların təşviqedici vədərinə aldanaraq onlara çoxlu pul vəsaitləri ödəyiblər. Vətəndaşlara bir daha qəti şəkildə bildirmək istəyirik ki, Həcc vizası tamam fərqli vizadır, onu yalnız Qafqaz Müsəlmanları İdarəsi vasitəsilə əldə etmək olar, Səudiyyə Ərəbistanı Krallığı Həcc və Ümrə nazirliyi tərəfindən qanuni səlahiyyət yalnız bu quruma verilib".
Onun sözlərinə görə, turizm vizası ilə Həcc mövsümündə Məkkəyə daxil olmaq Krallığın qanunlarına ziddir, həmin turizm vizasının üzərində də bu, qeyd edilib.
"Bu qanunu pozanları Krallığın hüquq-mühafizə orqanları tərəfindən yüksək cərimələr və həbslər, deportasiyalar və "qara siyahı"ya düşmələr kimi ağır cəzalar gözləyir. Ötən ildən fərqli bu qanunu pozana cərimə ikiqat artırılaraq 10 min Səudiyyə riyalı (təxminən 2 700 ABŞ dolları) təyin edilib. Bizdə dəqiq məlumatlar var ki, keçən il çox sayda vətəndaşlarımız belə şirkətlərin qurbanı olub. Bir daha xəbərdarlıq edirik ki, vətəndaşlarımız belə işbazlara aldanmasınlar, özlərini yüksək maddi və mənəvi xəsarətə məruz qoymasınlar", - QMİ-nin şöbə müdiri vurğulayıb.
13-04-2025, 11:17
Şuşa, Xankəndi və Xocalıda ilk buraxılış imtahanı


Şuşa, Xankəndi və Xocalıda ilk buraxılış imtahanı

13 aprel 2025-ci il tarixində işğaldan azad olunmuş Şuşa, Xankəndi və Xocalı rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə ilk dəfə olaraq buraxılış imtahanı keçirilir.
İşğaldan azad olunmuş təhsil bərpa olunan Xankəndi, Şuşa və Xocalı rayonlarındakı imtahanlarda

- Xankəndi şəhəri 4 N-li tam orta məktəb- 49 şagird

- Xocalı şəhəri 1 N-li tam orta məktəb – 6 şagird

- Şuşa şəhəri 1 N-li tam orta məktəb- 14 şagird buraxılış imtahanında iştirak edir.

İşğaldan azad olunan rayonlar üzrə buraxılış imtahanları 3 binada təşkil olunub. İmtahanın idarə olunmasına 3 bina nümayəndəsi, 3 imtahan rəhbəri və 4 zal nəzarətçisi cəlb olunmub.
İşğaldan azad olunmuş rayonlardakı imtahanlarda ümumilikdə 69 nəfər şagirdin iştirakı nəzərdə tutulub.
İmtahan bütün binalarda eyni vaxtda başlayıb və 3 saat davam edəcək.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərir, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olur. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Aprelin 14-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalı aparılacaq.
13-04-2025, 11:04
Türkiyə NATO-nu gücləndirir


Türkiyə NATO-nu gücləndirir

Türkiyə NATO və Avropa İttifaqını (Aİ) daha da gücləndirir.
Bu barədə ABŞ-nin “The National Interest” nəşri yazıb.
Qeyd olunub ki, Türkiyənin Rusiya- Ukrayna müharibəsindəki mövqeyi mühüm və strateji əhəmiyyətə malikdir: “Türkiyənin nüfuzunun artması həm də Avropa İttifaqı və NATO-nun güclənməsi deməkdir”.
Məqalədə, həmçinin yazılıb ki, hərbi gücü nəzərə alınmaqla Türkiyə Aİ-yə üzv olmalıdır: “Türkiyə regiondakı bütün gərginlik və münaqişələrdə vasitəçi, yaxud ticarət diplomatiyasını təmin edən dərin siyasət nümayiş etdirir. Türkiyə dünyanın ən gərgin nöqtəsi olan Avrasiyanın mərkəzində yerləşən bir ölkə kimi regional şahmat oyununda böyük ustalıq nümayiş etdirir”.
Bildirilib ki, Türkiyə-Rusiya münasibətlərində tarix boyu qarşıdurma və gərginlik müşayiət olunsa da, onlar indi tərəfdaşdırlar:
“Türkiyə indi həm Rusiya, həm də Ukrayna üçün vacib ölkə olmaqla yanaşı, dünya miqyasında müstəqil ölkə kimi mövqeyini qoruyur və NATO-nu gücləndirir. Türkiyə bir tərəfdən Ukraynanı silahlandıran, digər tərəfdən Rusiya ilə ticarət apara bilən vacib ölkəyə, həmçinin “Taxıl sazişi” kimi mühüm raızlaşmaların əldə edilməsinə nail olan aktora çevrilib”.
Məqalədə vurğulanıb ki, Ankara Cənubi Qafqaz və Mərkəzi Asiyada da siyasi və iqtisadi imkanlarını artırır.
13-04-2025, 10:36
ABŞ İranı uranın zənginləşdirilməsini dayandırmağa çağırmayıb


ABŞ İranı uranın zənginləşdirilməsini dayandırmağa çağırmayıb

ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkof Omanda İranın xarici işlər naziri Abbas Əraqçi ilə danışıqlar zamanı Tehrandan uranın zənginləşdirilməsi proqramından tamamilə imtina etməsini tələb etməyib.
Bu barədə “The New York Times” (NYT) yazıb.
Nəşr qeyd edir ki, Uitkof diqqəti mövcud materialın silahlarda istifadə edilməməsinin təmin edilməsinə yönəltməyi təklif edib.
Nəşr vurğulayıb ki, danışıqların birinci raundu İran üçün uğurlu olub, çünki bu, müzakirələri yeni səviyyəyə qaldırmaq üçün zəruri olan əsas məqsədlərə nail olmağa imkan verib.
İranın nüvə proqramı ilə bağlı dolayı danışıqlar aprelin 12-də başlayıb. Tərəflər İranın nüvə proqramı ilə bağlı məhdudiyyətlərin müqabilində bəzi sanksiyaların yumşaldılmasını müzakirə ediblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!