Qəzada yaralanan uşaq 3 gün sonra öldü .....                        Bayramovla Sinirlioğlunun müzakirə etdiyi mövzular .....                        Zelenski Trampa cavab verdi .....                        İstanbul yenidən silkələndi .....                        Ermənilərin məhkəməsində yeni faktlar AÇIQLANDI .....                        Putin Trampın nümayəndəsi ilə nədən danışdı... .....                        Nazir ATƏT-lə əməkdaşlıqdan danışdı .....                        ATƏT sülh prosesini dəstəkləyəcək .....                        Minsk qrupunu saxlamağın heç bir məntiqi yoxdur .....                       
Dünən, 16:25
Əvəz Zeynallı həbsdən AZAD EDİLDİ


Əvəz Zeynallı həbsdən AZAD EDİLDİ

"Xural” internet telekanalının rəhbəri Əvəz Zeynallının səhhətinə görə həbsdən azad edilməsi ilə bağlı müraciətə baxılıb.
Qərar Nizami Rayon Məhkəməsinin hakimi Nigar Qədirli tərəfindən verilib.
Qərara əsasən, Əvəz Zeynallı və müdafiəçisinin vəsatəti təmin edilib.
Əvəz Zeynallı cəzasının çəkilməmiş hissəsindən azad edilib. O, saxlanıldığı cəzaçəkmə müəssisəsindən dərhal azad ediləcək.
Ə.Zeynallı prosesdə iştirak etməyib, həbsxanadan onlayn qoşulub.
Xatırladaq ki, Əvəz Zeynallı bir müddət əvvəl xərçəng xəstəliyinə yoluxub.
O, ötən ilin fevral ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətə azadlıqdan məhrum edilib.
Ə.Zeynallı, Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (rüşvət alma- təkrar və külli miqdarda törədildikdə), 311.3.4-cü (ağırlaşdırıcı hallarda rüşvət alma), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və digər maddələri ilə təqsirli bilinib.
Dünən, 16:10
Bayrağımızı yandıranlar məsuliyyətə cəlb edilməlidir - XİN-dən bəyanat


Bayrağımızı yandıranlar məsuliyyətə cəlb edilməlidir - XİN-dən bəyanat

23 aprel tarixində Ermənistanın paytaxtı İrəvanda “məşəl yürüşü” zamanı, habelə 24 aprel tarixində Fransanın paytaxtı Paris şəhərində erməni icmasının toplantısı zamanı Azərbaycan bayrağının yandırılmasını qətiyyətlə pisləyirik.
Bu barədə XİN-in Azərbaycan bayrağının Ermənistanda və Fransada yandırılması ilə bağlı bəyanatında bildirilib.
Qeyd edilib ki, Ermənistan və Fransa hökumətləri etnik zəmində kök salmış nifrətin təcəssümü olan bu kimi kampaniyaların qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməli idi.
"Ermənistan və Fransa hökuməti bu hərəkətləri törətmiş şəxsləri məsuliyyətə cəlb etməlidir.
Ermənistanda və ondan kənarda hələ də güclü şəkildə revanşist və etnik nifrətə əsaslanan düşüncənin açıq təzahürü olan bu kimi aktlar beynəlxalq səviyyədə pislənməli və qarşısı alınmalıdır", - bəyanatda vurğulanıb.
Dünən, 06:41
Aprelin 26-da Günel Natiqin yeni kitabı təqdim ediləcək

Aprelin 26-da Günel Natiqin yeni kitabı təqdim ediləcək

Tanınmış yazıçı, jurnalist, aparıcı Günel Natiqin bu günlərdə "Gözəl günlər naminə" adlı yeni kitabı işıq üzü görüb.
Kitabda müəllifin son illərdə qələmə aldığı povest və hekayələri toplanıb. Əsərlərdə insan ruhunun dərinliklərinə enən yazıçı, oxucunu yalqızlıq, mənəvi böhranlar və daxili ziddiyyətlərlə üz-üzə qoyur. Günel Natiqin yaratdığı obrazlar həyatiliyi və inandırıcılığı ilə seçilir, bu da oxucunu insan psixologiyasını daha dərindən dərk etməyə sövq edir.
9 kitab müəllifi olan Günel Natiq öz sosial şəbəkə paylaşımlarında yeni nəşrdəki əsərlərindən aşağıdakı fikirləri də oxucuların diqqətinə çatdırıb:
1. İnsan öz yaratdığından heç vaxt böyük ola bilməz.
2. Qələm adamının doğması yalnız ədəbiyyatla bağlı olanlardır.
3. Ədəbiyyat sənin taleyin olarsa, bunu ilk hiss edən də sən olacaqsan.
4. Allah – ən böyük analitikdir. Hər şeyi incəliyinə qədər hesablayıb. Onun yazısını redaktə etmək olmaz.
5. İnsanı xilas etmək lazımdır. Ona görə yox ki, o, müsbət varlıqdır... Amma o, yeganə varlıqdır ki, mükəmməlliyə can atır.
6.İnsan ağrısını paylaşanda yüngülləşir. Və nə qədər ki anlayan biri var – ümid də var...
7. İnsanın ən böyük silahı sevgiymiş… Bunu indi anladım…
8. Bu dünyada tabut ölçüsünə belə şəriət qaydaları var, amma diri insanların haqqını yeyənlər üçün qayda-qanun yoxdur.
9. Biz ölümü qarğıyırıq, amma ölümü sevmək ağlımıza gəlmir.
10. İnsan niyə heç vaxt öləndə ağlamaz? Yəqin ki, son anda həyatın həqiqətini anlayır.
11. Oğlu öləndə də yanlarında yalnız bu mebellər vardı. Və başqa heç kim yox idi.
12. Qarı, ərinin cansız bədəninə baxıb, ölümlə birgə darıxdı.
13. Və bundan sonra yalnız gözəl günlər naminə yaşayacağıq…

Qeyd edək ki, kitabın imza günü 26 aprel 2025-ci il tarixində, saat 14:00-da "Qanun" nəşriyyatında keçiriləcək. Ədəbiyyatsevərlər, yazıçının dostları və oxucular tədbirə dəvətlidir. Giriş sərbəstdir.

Mina RƏŞİD
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!