Şimali Makedoniya Prezidenti Mikayıl Cabbarovu qəbul edib .....                        Budapeştdə daha iki medal - FOTO .....                        Ərdoğandan Kiprlə bağlı çağırış .....                        Hakan Fidan suriyalı həmkarı ilə danışıqlar apardı .....                        Kürdə batan var .....                        Bakının tərəf müqabili Qum deyil, Tehrandır! .....                        Media Forumunun iştirakçıları Xocalıda - FOTO .....                        Qalmaqallı görüntüləri yayılan şirkət rəhbəri İSTEFA VERDİ .....                        Xocalıya qayıdacaq insanların sayı açıqlandı .....                       
Bu gün, 00:50
VAQİF SULTANLININ “SƏHRA SAVAŞI” ROMANI SERBİYADA YAYINLANDI

VAQİF SULTANLININ “SƏHRA SAVAŞI”
ROMANI SERBİYADA YAYINLANDI


Bu günlərdə yazıçı Vaqif Sultanlının “Səhra savaşı” romanı Serbiyada nəşr olunmuşdur. Belqraddakı nüfuzlu “Alma” nəşriyyatında yayınlanan romanı serb dilinə Semra Bayats və Susana Byelitsa çevirmişdir. Nəşriyyatın Asiya Ədəbiyyatı Kitabxanası seriyası ilə yayınladığı kitabın redaktoru Diana Javanoviçdir. Roman tanınmış yazıçı-publisist və dilçi Corce Otaşeviçin təşəbbüsü ilə Serbiyanın Xalq Kitabxanalarının ortaq layihəsi əsasında yayınlanmışdır.

Vaqif Sultanlının nəsr yaradıcılığında xüsusi yer tutan, şərti-metafоrik üslubda qələmə alınmış rоmanda təsvir olunan hadisə və əhvalatlar zamanın çatlaması ilə gələcəkdən imtina edərək keçmişə dönən qəhrəmanın taleyi fonunda aşkarlanır. Romanda bəşəriyyətin keçib gəldiyi tarixin ənənəvi səpkidə deyil, tərs müstəvidə canlandırılması müəllifə insan və dünya haqqında fəlsəfi düşüncələrini bütün yönlərilə canlandırmağa imkan vermişdir.
“Səhra savaşı” romanı ədalətsizliyin yaşanılmaz hala gətirdiyi çağdaş dünyaya hakim olan özgələşmə, yaddasızlaşma, mənasızlaşma, gərəksizləşmə kimi sosial və mənəvi-əxlaqi problemlərə kəskin etiraz ruhu ilə seçilməkdədr. Süjet xətti fəlsəfi-mifoloji düşüncədən qaynaqlanan, bədii konflikti İnsanla Zaman arasında cərəyan edən romanın baş qəhrəmanı kimi canlandırılmış Qoca obrazının timsalında hadisələrə işıq tutulması mətnin estetik özəlliyini şərtləndirir. Əsərdə yer üzündə gündən-günə dərinləşməkdə olan ziddiyyətlərin, qarşıdurmaların, çarəsizliyin, çıxılmazlığın real mahiyyətini aşkarlamağa yönəlik sorunlara aydınlıq gətirilməsinə çalışılır.

İlk dəfə 2013-ci ildə Azərbaycan oxucularına təqdim olunan roman indiyədək dünyanın bir sıra dillərinə çevrilmiş, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Türkiyə, Rusiya, Ukrayna, İran və başqa ölkələrdə yayınlanmış, haqqında müxtəlif səpkili araşdırmalar aparılmışdır.
Dünən, 18:30
Şimali Makedoniya Prezidenti Mikayıl Cabbarovu qəbul edib


Şimali Makedoniya Prezidenti Mikayıl Cabbarovu qəbul edib

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkovanın qəbulunda olub.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
“Şimali Makedoniyaya işgüzar səfərimiz çərçivəsində Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkovanın qəbulunda olduq. Ölkələrimiz arasında münasibətlərin prioritet istiqamətləri və qtisadi əməkdaşlığın inkişafı barədə fikirlərimizi bölüşdük”, - deyə nazir bildirib.
20-07-2025, 22:45
Budapeştdə daha iki medal - FOTO


Budapeştdə daha iki medal - FOTO

Azərbaycanın yunan-Roma güləşçiləri Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirinin son günündə daha iki medal qazanıblar.
Bu barədə federasiyadan məlumat verilib.
Yarışın sonuncu günündə yunan-Roma güləşi üzrə millimizin bir neçə üzvü mübarizə aparıb.

60 kq

Nihat Məmmədli koreyalı Seunqhak Kimə (9:0), özbəkistanlı Mehrac Bəhramova (4:0) və serbiyalı Georgi Tibilova (3:2) qalib gələrək finala yüksəlib. Nihat həlledici görüşdə hindistanlı Sumit Sumit üzərində inamlı qələbə (5:1) qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu çəkidəki digər təmsilçimiz İlkin Qurbanov 1/8 finalda qazaxıstanlı Qalim Kabdunassarova müqavimət göstərə bilməyib – 1:9.

63 kq

Ziya Babaşov təsnifat mərhələsində özbəkistanlı Asiya çempionu və dünya üçüncü İslamcan Bəhramova sonuncu xal prinsipinə əsasən (3:3) məğlub olub.

67 kq

Fərid Xəlilov koreyalı Byeonqqi Seonu (6:0) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda gürcüstanlı dünya və Avropa çempionu Leri Abuladzeyə ilk xal prinsipinə əsasən (1:1) məğlub olub.

77 kq

Sənan Süleymanov serbiyalı Aleksa İliçə (4:0) və moldovalı Aleksandrin Qutuya (8:0), özünü ilk dəfə bu çəkidə sınayan Ülvü Qənizadə isə xorvatiyalı Antonio Kamenyaseviçlə (1:1) koreyalı Hyeonjin Kanqa (3:3) qalib gələrək 1/4 finala yüksəliblər. Milli üzvləri bu mərhələdə qarşılaşmalı olsalar da, Ülvü xalçaya çıxmayıb və Sənan yarımfinala vəsiqə qazanıb. Süleymanov finalın bir addımlığında rusiyalı Sergey Kutuzova (6:8), bürünc medal görüşündə isə macarıstanlı Levente Levaya (2:3) məğlub olub.

82 kq

Qurban Qurbanov zədələndiyi üçün təsnifat mərhələsində moldovalı Mixail Bradu ilə görüşə çıxmadı və yarışdan çəkildi.

97 kq

Murad Əhmədiyev türkiyəli Abdulkadir Çebiyə (3:1), serbiyalı Uros Krstinə (9:0) və gürcüstanlı Giorgi Katsanaşviliyə (8:0) qalib gələrək yarımfinala adlayıb. Murad yarımfinalda gürcüstanlı Giorgi Meliaya 1:5 hesabıyla uduzub. Ancaq bürünc medal uğrunda mübarizədə rusiyalı İliya Yermolenkodan güclü olub – 8:4.
Onun çəki yoldaşı Arif Niftullayev hindistanlı Niteş Niteşə (9:0) və qazaxıstanlı Yussuf Matsiyevə (2:2) qalib gəlsə də, 1/4 finalda gürcüstanlı Giorgi Meliaya (tuş), təsəlliverici görüşdə isə rusiyalı İliya Yermolenkoya (3:3) məğlub olub.
Beləliklə, son yarış günündə “klassiklərimiz” 1 qızıl və 1 bürünc medal qazanıb. Yunan-Roma güləşi üzrə milli ilin son reytinq yarışını 4 medalla başa vurub. Xatırladaq ki, ötən gün Ruslan Nurullayev (72 kq) və İslam Abbasov (87 kq) üçüncü yeri tutub.


20-07-2025, 22:30
Ərdoğandan Kiprlə bağlı çağırış


Ərdoğandan Kiprlə bağlı çağırış

Dünya ictimaiyyəti Kipr reallığını qəbul etməli, Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə diplomatik, siyasi və iqtisadi əlaqələr qurmalıdır.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü Lefkoşadakı ŞKTC Prezident Kompleksində bildirib.
Onun sözlərinə görə, Türkiyə Şimali Kipr xalqının yanında olub və olacaq, Kipr türklərinin rifahının artmasına töhfə verməyə davam edəcək.
“Ankara ŞKTC-nin siyasi və iqtisadi inkişafı məsələsində Lefkoşanı dəstəkləyir. Biz hər zaman Kiprdə olacağıq”, - deyə Türkiyə lideri əmin edib və qeyd edib ki, Ankaranın dəstəyi sayəsində ŞKTC “Şərqi Aralıq dənizinin parlaq ulduzuna” çevrilib.
Türkiyə Prezidenti Kiprdə fikir ayrılıqlarının “iki dövlət” prinsipi əsasında həlli ilə bağlı ŞKTC lideri Ersin Tatarın mövqeyi ilə tam həmrəy olduğunu vurğulayıb.
“Kipr türklərinin on illər ərzində üzləşdiyi haqsızlığa son qoyulmalıdır. Türkiyə Lefkoşa yolunda maneələr yaratmağa çalışan qüvvələrin hiylələrinə cavab olaraq Kipr türkləri önündə yeni qapılar açmağa davam edir”, - deyə Türkiyə dövlətinin başçısı vurğulayıb.
20-07-2025, 21:43
Hakan Fidan suriyalı həmkarı ilə danışıqlar apardı


Hakan Fidan suriyalı həmkarı ilə danışıqlar apardı

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tom Barak və suriyalı həmkarı Əsəd əl-Şeybani ilə telefonla danışıb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr məlumat yayıb.
Danışıqlar zamanı Suriyadakı vəziyyət müzakirə olunub, ölkənin cənubundakı hadisələrlə bağlı Əmmanda keçirilən danışıqlar qiymətləndirilib.
20-07-2025, 20:51
Kürdə batan var


Kürdə batan var

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Yevlax şəhərindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.
20-07-2025, 20:22
Bakının tərəf müqabili Qum deyil, Tehrandır!


Bakının tərəf müqabili Qum deyil, Tehrandır!

İranın ali rəhbəri Əli Xamanei öz müşavirlərini əsasən Rusiyaya göndərir. O bu dəfə baş müşaviri Əli Laricanini Kreml sahibi Vladimir Putinlə görüşə göndərib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Laricaninin Putinlə görüşü İran rəhbərliyinin birbaşa tapşırığı ilə həyata keçirib. Maraqlıdır, görəsən ali rəhbər müşavirlərini Kreml sahibi ilə görüşə göndərəndə, məqsədi barədə Prezidenti məlumatlandırır?
Bunu politoloq Elxan Şahinoğlu deyib.
O qeyd edib ki, İran Konstitusiyasında əsas fiqur ali rəhbərdir:
"Ancaq axı İran Prezidentinə tabe olan xarici işlər naziri var və ölkənin xarici siyasətinə o cavabdehdir. Azərbaycana baxışda İrana paralel strukturlarının fərqini gördük. İranın xarici işlər naziri Abbas Araqçının çıxışlarında və açıqlamalarında Azərbaycana iradı olmazkən, ali rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayət bir neçə gün əvvəl Pakistanın daxili işlər naziri ilə görüşdə ona Azərbaycandan şikayət edib. Bunun özü də maraqlıdır ki, müşavir Azərbaycanla bağlı “iradlarını” Pakistanın nazirinə niyə bildirib? Pakistan Azərbaycanın strateji tərəfdaşıdır və İslamabad Vilayətinin “iradlarını” təkrarlamayacaq. Görünür, Vilayəti ali rəhbərin Azərbaycanla bağlı “iradlarını” dolayı yolla Bakının diqqətinə çatdırmaq istəyib. Ancaq həmin “iradlar” məntiqsiz olduğuna görə, Bakı onlara əhəmiyyət verməyib. Bakının tərəf müqabili Qum deyil, Tehrandır.
Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunda İranın “Mehr” agentliyinə müsahibəsində İranla münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. İlham Əliyev buna misal olaraq İran Prezidenti Məsud Pezeşkianın Xankəndinə səfərini göstərib. Bu Pezeşkianın qısa müddətdə Azərbaycana ikinci səfəri idi. Həqiqətən iki ölkə Prezidenti arasında isti münasibətlər formalaşıb. Ancaq İrandakı mühafizəkarların bu münasibətlərə çomaq soxmağa çalışması da ortadadır. Bu dairələr Pezeşkianın Azərbaycana səfərini tənqid atəşinə tutublar. Onların “məntiqinə” görə İran Prezidenti Xankəndinə getməməli və İlham Əliyevlə səmimi görüş keçirməməli idi. Bax elə bu cür siyasətə görə, İran qonşu ölkələrlə sabit münasibətlər qura bilmir. Halbuki, Pezeşkiana mane olmasalar, o qonşularla sıx münasibətlərin formalaşdırılması tərəfdarıdır".
20-07-2025, 20:15
Media Forumunun iştirakçıları Xocalıda - FOTO


Media Forumunun iştirakçıları Xocalıda - FOTO

III Şuşa Qlobal Media Forumunun iştirakçıları Ağdamdan sonra Xocalıya səfər ediblər.
Forum iştirakçılarına Xocalının 30 ildən artıq müddətdə işğal altında qalması, 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkənin suverenliyinin təmin olunması, işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Xocalıda aparılan bərpa-quruculuq işləri barədə məlumat verilib.
Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücum edərək azərbaycanlılara qarşı soyqırımı törədib. Şəhər darmadağın edilib və talanıb, dinc əhaliyə amansızlıqla divan tutulub. 613 nəfər xüsusi amansızlıqla və işgəncə verilməklə öldürülüb. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.
Diqqətə çatdırılıb ki, Azərbaycanın işğaldan azad olunmuş bütün əraziləri kimi, Xocalı da böyük bərpa-quruculuq işləri həyata keçirilir.
Artıq bir zamanlar yurdlarından didərgin düşən sakinlərin Xocalı şəhərinə və rayonun üç kəndinə qayıdışı təmin edilib.
Forum iştirakçıları Xocalı şəhəri ilə tanışlıqdan sonra Şuşaya yola düşüblər.




20-07-2025, 19:53
Qalmaqallı görüntüləri yayılan şirkət rəhbəri İSTEFA VERDİ


Qalmaqallı görüntüləri yayılan şirkət rəhbəri İSTEFA VERDİ

ABŞ-nin "Astronomer" texnologiya şirkətinin baş icraçı direktoru (CEO) Endi Bayron vəzifəsindən istefa verib.
Buna səbəb onun "Coldplay" qrupunun konsertində şirkətin insan resursları müdiri Kristin Kabot ilə qucaqlaşması görüntülərinin nəhəng ekrana verilməsi və videonun sosial şəbəkələrdə sürətlə yayılması olub.
ABŞ mediası hər iki şəxsin ailəli olduğunu ortaya çıxarıb. Hadisədən sonra şirkət məsələ ilə bağlı daxili araşdırma başladıb və Bayronun istefasını qəbul edib.
Şirkət rəhbərlərinin məsuliyyət və etik davranış baxımından nümunə göstərməli olduğunu bəyan edib. Hazırda şirkət yeni rəhbər axtarışına başladığını, müvəqqəti CEO-nun isə təyin olunduğunu açıqlayıb.
20-07-2025, 19:51
Xocalıya qayıdacaq insanların sayı açıqlandı


Xocalıya qayıdacaq insanların sayı açıqlandı.

Hazırda Xocalı şəhəri də daxil olmaqla 3 yaşayış məntəqəsinə - Ballıca, Təzəbinə və Xanyurdu kəndlərinə ümumilikdə 1433 nəfərdən ibarət 327 ailə köç edib.Bu ilin sonunadək Xocalıya daha 400 ailə də qayıdacaq.Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu fikirləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, III Şuşa Qlobal Media Forumu iştirakçıları ilə Xocalıda keçirilən görüşündə deyib.Xüsusi nümayəndə, forum iştirakçılarına-- yerli və xarici jurnalistlərə Xocalının işğal tarixi, Xocalı faciəsi qurbanlarının sayı barədə də məlumat verib.

Xatırladaq ki, iyulun 19-da Xankəndidə “Rəqəmsal Keçidlər: Süni intellekt dövründə informasiya və medianın dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilən III Şuşa Qlobal Media Forumu iyulun 21-də Şuşada davam edəcək.Forumda 52 ölkədən 140-a yaxın xarici nümayəndə iştirak edir. Onların arasında 30-dan artıq informasiya agentliyinin, 7 beynəlxalq təşkilatın, 80-ə yaxın media qurumunun, həmçinin bu sahə üzrə fəaliyyət göstərən digər qurumların təmsilçiləri yer alıb.






����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!