Mən olmasaydım, dünyada altı böyük müharibə gedirdi - Tramp .....                        Ərdoğan Tokayevi hava limanında qarşıladı .....                        Azərbaycanlı qazi jurnalistlər AA, CNN TÜRK, Azərbaycan evində - FOTO .....                        Dənizdə meyit tapıldı .....                        Vəzifəli qadın azərbaycanlı futbolçunun evindən oğurluq edib .....                        Sahibə Qafarova Baş katiblə görüşdü .....                        Putin Netanyahu ilə danışıqlar apardı .....                        Şəkidə ağır qəza - Ölən var .....                        Şəkidə ağır qəza - Ölən var .....                       
5-07-2025, 14:51
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM


Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Azərbaycan Elmlər Akademiyasının təşkilatçılarından biri, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Milli Elmlər Akademiyası Elm və Təhsil Nazirliyi ilə birlikdə akademik Yusif Məmmədəliyevin 120 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayacaq.
Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, bu ilin dekabr ayında görkəmli alim və ictimai xadim, Azərbaycan Elmlər Akademiyasının təşkilatçılarından biri, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, SSRİ Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Heydər oğlu Məmmədəliyevin anadan olmasının 120 ili tamam olur.
5-07-2025, 14:50
Güney Azərbaycan Təşkilatları və İranda Yaşayan Digər Türk Toplumlarının Bəyanatı


Güney Azərbaycan Təşkilatları və İranda Yaşayan Digər Türk Toplumlarının Bəyanatı

Bu günlərdə yaşadığımız kritik tarixi məqamda Güney Azərbaycanın siyasi təşkilatları bir bəyanatla Güney Azərbaycan və İranın digər bölgələrindəki türk xalqına müraciət edərək “Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası”nın yaradıldığını bəyan etdilər.
Güney Azərbaycan Təşkilatlarının Güney Azərbaycan Xalqına və İran Coğrafiyasında Yaşayan Digər Türk Toplumlarına Ünvanlanan Bəyanatı
Azərbaycan türk milləti!
Bu gün artıq heç kimə sirr deyil ki, İranın ən böyük milli zümrəsi olan türk milləti uzun illərdir şiddətli zülm və haqsızlıqla üzləşib. Teokratik rejim öz varlığını saxlamaq üçün ölkənin milli sərvətlərini əsassız ideoloji avantüralara xərcləmiş, xalqın canını və malını girov götürmüşdür. Bu hakimiyyətin yeganə məqsədi öz varlığını davam etdirmək olub.
Ötən yarım əsrdə İran İslam Respublikası, xüsusilə Azərbaycana və ölkənin digər xalqlarına zülm, iztirab və fəlakətdən başqa bir şey gətirməmişdir. Bu gün əhalisinin yarıdan çoxunu Azərbaycan türklərinin və digər türk toplumlarının təşkil etdiyi İranda minlərlə insanımız rejimin terror siyasəti nəticəsində fiziki, ruhi və psixoloji təzyiq altında yaşayır, millətimizin təməl hüquqları sistemli şəkildə pozulur.
Ötən iki həftə ərzində İran-İsrail müharibəsi kontekstində bu rejimin İrandakı xalqları necə dəhşətli şəraitdə yaşamağa məcbur etdiyi dünyaya bir daha aydın oldu. Bu müharibədən yaranan fəlakətli vəziyyət İran rejiminin bölgəni necə uçuruma doğru itələdiyini açıq şəkildə göstərir.
Digər tərəfdən, belə həssas və tarixi şəraitdə bəzi radikal kürd qrupları növbəti dəfə Azərbaycan torpaqları ilə bağlı əsassız iddialar irəli sürərək, onları işğal etməyə çağırıblar. Millətlərin birgə mübarizəsi üçün müvafiq imkanın yaradıldığı bir vaxtda bu səylər nə təsadüfi xarakter daşıyır, nə də sadə lokal mübahisə ilə məhdudlaşır; daha doğrusu bu hərəkətlər bilavasitə xalqların birliyinə xələl gətirmək məqsədi ilə həyata keçirilir və İran rejiminin ömrünü uzatmaqdan başqa heç bir nəticə verməyəcək. Təbii ki, terrorçu qrupların bu işğal yönümlü çağırışları qarşısında mərkəzi hakimiyyətin susması xüsusi məna kəsb edir və çox diqqət çəkir. Belə bir vəziyyətdə Azərbaycan xalqının öz müdafiəsini təşkil etməkdən başqa yolu qalmır. Şübhə etmirik ki, Azərbaycan türk milləti özünü müdafiə etmək gücündədir və bütün gücünü səfərbər edərək, terror qruplaşmalarının Azərbaycan torpaqlarını işğal etməsinə imkan verməyəcək.
Əminik ki, bu yolda sülh və sabitlik istəyən qonşu dövlətlər və xalqlar, eləcə də bütün dünyada mütərəqqi qüvvələr bizim yanımızda olacaqlar.
Biz Güney Azərbaycan təşkilatları olaraq bu tarixi və həssas məqamda bəyan edirik ki, torpağımızda öz müqəddəratımızı təyin etmək məqsədi ilə bir araya gəldik və keçmişdə olduğu kimi bu coğrafiyada yaşayan bütün xalqların dinc yanaşı yaşaması və həmrəyliyi prinsipini ön plana çəkdik. Biz bütün insanların hüquqlarını, azadlığını və təhlükəsizliyini irq, dil, din, etiqad və s. görə ayrı-seçkilik etmədən təmin etməyi öhdəmizə götürürük. Bunun əsasında “Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası”nı yaradır və millətimizə bəyan edirik:
* Milli birliyimizi gücləndirək!
* Vətənimizi, torpağımızı, milli kimliyimizi birlikdə qoruyaq!
* Gəlin ayıq olaq və qarşıdakı təhlükələrə hazır olaq!
* Azadlıq, Ədalət, Milli Hökumət!
* Gələcək bizimdir!
27.06.2025
"Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası"
1. GAÖB – Güney Azərbaycan Öyrəncilər Birliyi;
2. Dirəniş – Azərbaycan Milli Müqavimət Təşkilatı;
3. GAMAC – Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi;
4. AZOH – Azərbaycan Öyrənci Hərəkatı;
5. GAİP - Güney Azərbaycan İstiqlal Partiyası;
6. ACP - Güney Azərbaycan Cümhuriyyət Partiyası;
7. GADP - Güney Azərbaycan Demokrat Partiyası;
8. GAQP - Güney Azərbaycan Qurtuluş Partiyası;
9. AMP – Azərbaycan Mərkəz Partiyası;
10. MDŞ - Güney Azərbaycan Milli Dövlətçilik Şurası;
11. ADF – Azərbaycan Demokrat Firqəsi.
https://www.instagram.com/p/DLZd72zoebD/?igsh=NWF1cXZheTR4ZDZx
5-07-2025, 14:35
Sabahın havası: Külək, yağış, dolu...


Sabahın havası: Külək, yağış, dolu...

Bakıda və Abşeron yarımadasında iyulun 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var.
Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 24-27° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-22° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.
5-07-2025, 13:56
İran nüvə proqramından imtina etməyib - Tramp


İran nüvə proqramından imtina etməyib - Tramp

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İran nüvə proqramının beynəlxalq yoxlamalarına razılıq verməyib və uranın zənginləşdirilməsindən imtina etməyib.
Bunu prezident Nyu-Cersiyə gedərkən təyyarədə jurnalistlərə bildirib.
"Deyərdim ki, onların proqramı həmişəlik dayandırılıb. Əgər onlar yenidən başlamağa cəhd etsələr, böyük ehtimalla, başqa bir obyektdə olacaq. Əgər başlasalar - bu problem olacaq", - D.Tramp qeyd edib.
ABŞ Prezidenti, həmçinin vurğulayıb ki, İranın nüvə proqramının bərpasına imkan verməyəcək.
Qeyd edək ki, İran parlamenti artıq Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlığın nüvə infrastrukturunun təhlükəsizliyi və toxunulmazlığı təmin edilənə qədər dayandırılması haqqında qanun qəbul edib.
5-07-2025, 13:43
Qazın ucuzlaşması davam edir


Qazın ucuzlaşması davam edir

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.
Avqustda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,56% azalaraq 3,39 ABŞ dolları təşkil edib.
5-07-2025, 13:07
İrəvanda məscidlərimizi bərpa edəcəyik - Şeyxülislam


İrəvanda məscidlərimizi bərpa edəcəyik - Şeyxülislam

"Erməni kilsəsi ilə olan əlaqələrimiz qələbəmizdən öncə fərqli idi".
Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.
“2020-ci ilə qədər kilsə rəhbərləri ilə görüşdə onlar özlərini qalib kimi göstərir, bizə istehza ilə baxırdı. Bu məni də incitdiyi kimi, Azərbaycan xalqını da incidirdi. Mən indi qalib xalqın Şeyxülüslamıyam və bununla qürur duyuram. Bu yaxınlarda biz İrəvan qazılığını bərpa etdik. İnşallah o torpaqlara da gedəcəyik, məbədlərimizi, ziyarətgahlarımızı, məscidlərimizi bərpa edəcəyik, din xadimlərimiz orada fəaliyyət göstərək", - o əlavə edib.
5-07-2025, 12:55
CHP-li bələdiyyə sədrləri SAXLANILDI


CHP-li bələdiyyə sədrləri SAXLANILDI

Türkiyədə Cümhuriyyət Xalq Partiyasından (CHP) olan bələdiyyə sədrlərinə qarşı hüquq-mühafizə orqanları tərəfindən əməliyyatlar aparılıb.
Əməliyyatlar nəticəsində Adana Böyükşehər Bələdiyyə sədri Seydan Karalar ve Adıyaman Bələdiyyə sədri Abdurrahman Tutdere haqqında həbs qətimkan tədbiri seçilib.
Böyükçəkməcə Bələdiyyə sədrinin müavini Ahmet Şahin ve sürücüsü, Seyhan Bələdiyyəsinin təmizlik işlər müdiri Özcan Zenger haqqında da eyni qərar verilib.
5-07-2025, 12:44
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu


Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü çərçivəsində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Azərbaycanla Pakistan arasında bu ölkəyə investisiya qoyuluşunu nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Sənədi Azərbaycan tərəfindən nazir, Pakistan tərəfdən isə bu ölkənin Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar imzalayıb.
"Sənəd iki ölkə liderlərinin qarşılıqlı iqtisadi münasibətlərin və sərmayə tərəfdaşlığının daha da gücləndirilməsi barədə tapşırığının icrasına təkan verəcək", - deyə M.Cabbarov qeyd edib.


5-07-2025, 11:21
Səfərovlar işi: İstintaq birbaşa Moskvanın nəzarətindədir


Səfərovlar işi: İstintaq birbaşa Moskvanın nəzarətindədir

Rusiyada həbsdə olan Bakir Səfərova zəruri dərman ötürülməsinə icazə verilib.
Bunu Bakir Səfərovun qardaşı Seyfəddin Hüseynli bildirib.
“Qardaşım Bakir Səfərovun 62 yaşı var. O, hipertoniya xəstəsidir. Yəni, yüksək təzyiqi var. Onun dərmanları vaxtı-vaxtında verilməli, pəhrizi düzgün saxlanılmalıdır. Düzdür, indi ona dərman ötürülməsinə icazə verilir. Amma ilk vaxtlarda həkim müayinəsi də edilməmişdi. Azərbaycan dövlətinin müvafiq təsiri ilə bu məsələ həllini tapdı”, - o deyib.
S.Hüseynli qeyd edib ki, onda olan məlumata görə, Səfərovların işi üzrə istintaq indi tamamən Moskvanın nəzarətindədir:
“Qardaşım Bakir müəllimlə bağlı artıq şəxsi xətlə ala biləcəyim heç bir məlumat yoxdur. Nə məlumat varsa, rəsmi kanalla yayılır. Mənim bildiyimə görə, istintaqı və ona nəzarəti Moskva tamamilə öz üzərinə götürüb. Digər saxlanılanlarla bağlı da məlumatsızam. Ümidvaram ki, inşallah qardaşım Bakir Səfərovla əlaqədar məaələ tezliklə ədalətli həllini tapacaq. Bakir müəllim ziyalı bir insandır, pedaqoqdur. Hər kəs onu əsl ağsaqqal, nurani insan kimi tanıyırlar. Bakir müəllimin dinc, mülayim, barışdırıcı insan olduğunu onu tanıyanların hamısı bilir. Onu tanıyanlar buna zəmanət verə bilərlər. Buna görə də onun hansısa cinayət işində adının hallanması, bununla bağlı ittiham olunması çox ciddi haqsızlıq olardı”.
Xatırladaq ki, iyunun 27-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində hüquq-mühafizə orqanlarının xüsusi bölməsi (OMON dəstələri) tərəfindən azərbaycanlılara qarşı əməliyyat keçirilib. Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi azərbaycanlı Səfərov qardaşlarının evinə basqın edib. Basqın nəticəsində Ziyəddin və Hüseyn Səfərovlar işgəncə ilə öldürülüb. Bakir Səfərov isə həbs edilib. Onlarla azərbaycanlıya ciddi bədən xəsarətləri yetirilib, xeyli soydaşımız saxlanılıb.

5-07-2025, 10:04
19 yaşlı oğlan Kürdə Boğuldu


19 yaşlı oğlan Kürdə Boğuldu

Sabirabadda 19 yaşlı oğlan Kür çayında boğulub.
Sabirabad rayonunun Ulacalı kənd sakini, 2006-cı il təvəllüdlü (19 yaş) Məmiyev Eldəniz Cabir oğlu Kür çayının kəndin ərazisindən keçən hissəsində çimərkən suda boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!