Fidan Zəngəzur dəhlizindən danışdı: Azərbaycana güvənirik! .....                        Qarşılaşacağımız komandaların hamısı... - Qurban Qurbanov .....                        41 yaşlı kişini "tok" vurub öldürdü .....                        F-16 qırıcısı qəzaya uğradı: pilot öldü .....                        Putinlə görüş olmayacaq .....                        Hakan Fidan amerikalı həmkarı ilə Ukraynanı müzakirə etdi .....                        Gəncənin vurulması əmri Ermənistandan verilib - Arayik məhkəmədə .....                        "Qarabağ"ın rəqibləri bəlli oldu .....                        Zorakılıq edilən azyaşlılar körpələr evinə yerləşdiriləcək .....                       
17-07-2025, 18:33
Laçındakı yanğın tam söndürüldü


Laçındakı yanğın tam söndürüldü

Laçın rayonunun Hoçaz və Mollalar kəndləri ətrafında dağlıq ərazidə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.
Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.


17-07-2025, 18:24
Gənc ifaçı vəfat etdi


Gənc ifaçı vəfat etdi

Gənc ifaçı Qəşəm Cəfərov dünyasını dəyişib.
"Səs Azərbaycan"ın iştirakçısı olmuş Qəşəm xərçəngdən əziyyət çəkirdi.
Qeyd edək ki, Qəşəm Cəfərov həmin müsabiqədə Xalq artisti Röya Ayxanı seçmişdi. Röya bu yaxınlarda onu evində ziyarət etmişdi
17-07-2025, 18:00
Gəncədə 43 yaşlı qadın bıçaqlandı


Gəncədə 43 yaşlı qadın bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Şəhər sakinin 1982-ci il təvəllüdlü A. İbrahimova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadın əməliyyat edilib.
Hadisənin hansı şəraitdə baş veridiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
17-07-2025, 17:51
Ukraynada yeni müdafiə naziri təyin edildi


Ukraynada yeni müdafiə naziri təyin edildi

Ukrayna Ali Radası Denis Şmıxalın müdafiə naziri təyin edilməsinə səs verib.
Bu barədə Ukraynanın xalq deputatı Yaroslav Jeleznyak Telegram-da bildirib.
O qeyd edir ki, Şmıxalın namizədliyini 267 xalq deputatı dəstəkləyib.
Xatırladaq ki, Denis Şmıxal dünənə qədər baş nazir postunu tuturdu.
17-07-2025, 17:49
İranın hava limanlarının 24 saatlıq fəaliyyəti bərpa edildi


İranın hava limanlarının 24 saatlıq fəaliyyəti bərpa edildi

İranın Mülki Aviasiya Təşkilatı təhlükəsizlik qiymətləndirmələrindən sonra ölkədəki bütün hava limanlarının 24 saatlıq fəaliyyətini bərpa etdiyini açıqlayıb.
Açıqlamaya görə, yalnız Tehranın Mehrabad Beynəlxalq Hava Limanı hər gün səhər saat 4:00-dan axşam 19:00-a kimi sərnişin reyslərinə xidmət göstərməyə davam edəcək.
Bu arada, təhsil və turizm uçuşları növbəti xəbərdarlığa qədər qadağan edilib.
17-07-2025, 17:49
İranın hava limanlarının 24 saatlıq fəaliyyəti bərpa edildi


İranın hava limanlarının 24 saatlıq fəaliyyəti bərpa edildi

İranın Mülki Aviasiya Təşkilatı təhlükəsizlik qiymətləndirmələrindən sonra ölkədəki bütün hava limanlarının 24 saatlıq fəaliyyətini bərpa etdiyini açıqlayıb.
Açıqlamaya görə, yalnız Tehranın Mehrabad Beynəlxalq Hava Limanı hər gün səhər saat 4:00-dan axşam 19:00-a kimi sərnişin reyslərinə xidmət göstərməyə davam edəcək.
Bu arada, təhsil və turizm uçuşları növbəti xəbərdarlığa qədər qadağan edilib.
17-07-2025, 17:38
Əri tərəfindən güllələnən qadının vəziyyəti açıqlandı


Əri tərəfindən güllələnən qadının vəziyyəti açıqlandı

Dünən günorta saatlarında paytaxtın Yasamal rayonunda həyat yoldaşı Vasif Kərimov tərəfindən güllələnən Fərqanə Kərimovanın vəziyyəti açıqlanıb.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, ötən gün saat 13:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu ərazisindən təcili çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib. 1987-ci il təvəllüdlü şəxsə (qadın cinsli) ilkin tibbi xidmət göstərilib və qarının ön divarının deşilmiş yarası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.
Pasiyent əməliyyat edilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir.
17-07-2025, 17:24
Ərdoğan Suriya prezidentilə danışdı


Ərdoğan Suriya prezidentilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya prezidenti Əhməd Əl Şaraa ilə telefon danışığı aparıb.
Liderlər İsrailin hücumlarından sonra Suriyadakı son vəziyyəti müzakirə ediblər.
Prezident Ərdoğan Şaraa ilə telefon danışığında İsrailin Suriyaya hücumlarının qəbuledilməz olduğunu və İsrailin təcavüzünün bütün bölgə üçün təhlükə yaratdığını bildirib.
17-07-2025, 16:50
Ukraynada yeni hökumətin nazirləri seçildi - SİYAHI


Ukraynada yeni hökumətin nazirləri seçildi - SİYAHI

Xəbər verdiyimiz kimi, Ukrayna Ali Radası bu gün Yuliya Sviridenkonu baş nazir vəzifəsinə seçib.
Bu gün Ali Rada yeni baş nazir Yuliya Sviridenkonun təklif etdiyi yeni hökumətin nazirlərinin də təyin edilməsinə səs verib.
Köhnə Nazirlər Kabinetinin buraxılmasına və yeni hökumətin nazirlərinin seçilməsinə 253 xalq deputatı səs verib, 23 deputat bitərəf qalıb, 13 nəfər isə əleyhinə səs verib.
Ukraynanın yeni hökuməti aşağıdakı tərkibdədir:

Mixaylo Fedorov - Baş nazirinin birinci müavini - rəqəmsal transformasiya naziri;

Oleksiy Kuleba - Baş nazirin müavini - infrastruktur və ərazilərin inkişafı naziri;

Taras Kaçka - Avropa və Avro-Atlantik inteqrasiya üzrə Baş nazirin müavini;

Matvey Bednıy - gənclər və idman naziri;

German Qaluşenko - ədliyyə naziri;

Svitlana Qrinçuk - energetika naziri;

Denis Ulyutin - sosial siyasət, ailə və birlik naziri;

Nataliya Kalmıkova - veteranlar naziri;

İqor Klimenko - daxili işlər naziri;

Oksen Lisovoy - təhsil və elm naziri;

Viktor Lyaşko - səhiyyə naziri;

Serhi Marçenko - maliyyə naziri;

Oleksiy Sobolev - iqtisadiyyat, ətraf mühit və kənd təsərrüfatı naziri.

Qeyd edək ki, yeni müdafiə nazirnin köhnə baş nazir Denis Şmıxal olacağı gözlənilir.
17-07-2025, 16:25
Telman Hacıyev vəfat etdi


Telman Hacıyev vəfat etdi

Əməkdar incəsənət xadimi, fleytaçı Telman Hacıyev 88 yaşında vəfat edib.
Bu barədə Bakı Musiqi Akademiyasından məlumat verilib.
O, bu gün Yasamal qəbirstanlığında dəfn edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!