Corab satan Allahverdi Yolçuyevə iş verildi .....                        İŞİD lideri və iki oğlu öldürüldü .....                        Nazir əməliyyat müşavirəsi keçirdi - Tapşırıqlar verdi .....                        Meşə yanğının Bülent Ersoyun villasına çatdı .....                        Makronun sözünün çəkisi yoxdur .....                        Ceyhun Bayramov Fidanla sülhdən danışdı .....                        HƏMAS razılaşma istəmir - Tramp .....                        Şuşa Media Forumu qlobal mətbuatda .....                        Şamaxıda "Mercedes" ana və qızını vurdu .....                       
24-07-2025, 17:05
Tələbə təqaüdləri nə qədər artıb?


Tələbə təqaüdləri nə qədər artıb?

Prezident İlham Əliyev tələbə təqaüdlərinin artırılması barədə fərman və sərəncam imzalayıb.
Fərman və sərəncamlara əsasən, bütün tələbə təqaüdləri artırılacaq.
Artımlar sentyabrın 1-dən tətbiq ediləcək.
Ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği 350 manat olub.
Qeyd edək ki, bu məbləğ daha əvvəl 275 manat olub. Prezidentin fərmanı ilə təqaüdün məbləği 75 manat artırılıb.
Doktorantura pilləsində artımlar 40-50 manat təşkil edib. Belə ki, elmlər doktoru hazırlığı üzrə doktorantlara verilən təqaüd 400 manatdan 450 manata, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara verilən təqaüd isə 240 manatdan 300 manata çatdırılıb.
Magistratura səviyyəsi üzrə artımlar isə 10-45 manat arasındır. Belə ki, artıq magistr tələbələrindən əlaçılar 240, həvəsləndirici ("zərbə"çilər) 180 manat, adi 120 manat təqaüd alacaq.
Bakalvar pilləsində isə əlaçılar 200 manat, "zərbə"çilər 160 manat, adi təqaüd alanlar 100 manat təqüdlə təmin ediləcək. Artım 10-25 manat arasındır. Orta ixtisas təhsili müəssisələrində isə tələbələrə müvafiq olaraq 110, 90, 70 manat təqaüd veriləcək.

24-07-2025, 16:45
"Azərbaycana dəvət almamışam" - Overçuk


"Azərbaycana dəvət almamışam" - Overçuk

Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycana səfər planlarının olmadığını bildirib.
Jurnalistlərin “Yaxın vaxtlarda Azərbaycana səfər etməyi planlaşdırırsınızmı?” sualına cavab verən Overçuk deyib: “Yaxın vaxtlarda dəvətlər yoxdur hələ”.
Qeyd edək ki, Overçukun sonuncu rəsmi səfəri 2024-cü ilin 9 avqustunda baş tutub. Həmin tarixdə o, Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi əməkdaşlıq komissiyasının 22-ci iclasında iştirak etmək üçün Bakıya gəlib.
Bundan sonra, 2025-ci ilin iyun ayının sonunda Rusiya Baş nazirinin müavininin Azərbaycana daha bir rəsmi səfəri planlaşdırılmışdı. Lakin bu səfər sonradan ləğv edilib.
24-07-2025, 16:32
Abşeronda əməliyyat - Saxlanılanlar var


Abşeronda əməliyyat - Saxlanılanlar var

Abşeron Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı paytaxt sakini 38 yaşlı Rüfət Qədirov və 26 yaşlı Həsən Musayev saxlanılıblar.
R.Qədirovdan 1 kiloqram heroin və 3 kiloqram 447 qram marixuana, H.Musayevdən isə 495 qram psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılanlar şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkələrdə tanış olduqları İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər. Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Qeyd edək ki, Abşeron RPİ əməkdaşlarının ilin əvvəlindən narkotiklərlə bağlı keçirdikləri əməliyyatlar zamanı 51 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Bu istiqamətdə əməliyyatlar davam etdirilir.

24-07-2025, 16:09
İlon Mask 20 min insanın beyninə çip yerləşdirməyi planlaşdırır İlon Mask 20 min insanın beyninə çip yerləşdirməyi planlaşdırır


İlon Mask 20 min insanın beyninə çip yerləşdirməyi planlaşdırır


Amerikalı milyarder İlon Maskın beyin-kompüter interfeysi texnologiyası üzərində çalışan "Neuralink" şirkəti 2031-ci ilə qədər 20 min insana beyin çipi implantasiya etməyi hədəfləyir.
Bu barədə "Bloomberg" agentliyi şirkətin daxili təqdimat və sənədlərinə istinadən məlumat yayıb.
Məlumata görə, önümüzdəki 6 il ərzində "Neuralink" ABŞ ərazisində 5 böyük klinika açmağı planlaşdırır. Bu mərkəzlərdə insan beyninə mikroçiplərin yerləşdirilməsi həyata keçiriləcək.
Çiplər fərqli funksiyalara malik olacaq və müxtəlif xəstəliklərin müalicəsi və ya insan-kompüter əlaqələrinin inkişaf etdirilməsi üçün istifadə olunacaq.
Şirkətin üç əsas proqramı var. "Telepathy" insan beyninin kompüterlə birbaşa əlaqəsini təmin etməyi və bu sahəni öyrənməyi hədəfləyir. "Blindsight" isə görmə qabiliyyətini itirmiş insanlara kömək etməyə yönəlib. "Deep" isə Parkinson xəstəliyindən əziyyət çəkən insanlara yönəlmiş neyroterapiya proqramıdır.
"Neuralink" 2029-cu ilə qədər "Telepathy" proqramı üzrə ABŞ tənzimləyici qurumlarından rəsmi icazə almağı və ildə təxminən 2 min əməliyyat keçirməyi planlaşdırır. 2030-cu ildən isə şirkət "Blindsight" proqramını genişləndirərək ildə 10 min nəfər görmə qüsurlu şəxsə çip yerləşdirməyi qarşıya məqsəd qoyub.
24-07-2025, 15:58
Bu il mina partlayışlarında 18 nəfər xəsarət alıb


Bu il mina partlayışlarında 18 nəfər xəsarət alıb

Ermənistan tərəfinin apardığı mina terroru nəticəsində 2025-ci ilin birinci yarımilində mina və partlamamış hərbi sursat partlayışları nəticəsində 18 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Bu barədə Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında bildirilib.
Qeyd olunub ki, 2020-ci ilin noyabr ayından hazırki vaxtadək isə ümumilikdə 400 şəxs bu terrorun qurbanı olmuş, onlardan 70 nəfəri həlak olmuş, 330 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti almışdır.
24-07-2025, 15:53
Bütün rayonlarda ehsan verilməsi DAYANDIRILACAQ


Bütün rayonlarda ehsan verilməsi DAYANDIRILACAQ

Azərbaycanda bəzi rayon və kəndlərdə yas mərasimlərində ehsan verilməsi dayandırılıb. Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən rayonları və Naxçıvanın Mahmudkənd kəndində yas mərasimlərində ehsan verilməsi dayandırıldığı deyilir.
Artıq çay süfrəsindən başqa ehsan verilməməsi tövsiyə olunur. Qeyd edək ki, ehsan verilməməsi barədə məsələ tövsiyə xarakterlidir və bəzi insanlar bu tövsiyələrə əməl etmir. Məsələ cəmiyyətin müxtəlif təbəqələri tərəfindən birmənalı qarşılanmasa da, əsas məqsəd israfçılığın qarşısını almaq və yas mərasimlərini daha sadə formada keçirməkdir.
Tezliklə bütün rayonlarda ehsan süfrələrinin verilməsinin dayandırılması gözlənilir.
Artıq bu barədə müvafiq qurumlara tapşırıqlar verilib.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, əslində burada söhbət yasla bağlı qadağalardan getmir:
“Məsələ ondadır ki, artıq bir çox rayonlarımızda insanlar özləri şüurlu şəkildə bu prosesə başlayıblar və yas mərasimlərindəki israfçılığa tədricən son qoyulur. Bu hansısa bir qadağa nəticəsində baş vermir. Sözügedən məsələ uzun müddətdir ki, cəmiyyətdə geniş şəkildə müzakirə olunur”.
Millət vəkili bildirib ki, dəfələrlə parlamentdə, mətbuatda, televiziyada yas mərasimlərindəki israfçılığa son qoyulması ilə bağlı məsələlərə toxunub:
“Çünki bu gün insanlar bu vəziyyətdən əziyyət çəkirlər. Yas mərasimlərində əbəs yerə böyük məbləğdə vəsait xərclənir və xüsusilə də maddi imkanı zəif olan insanlar bu vəziyyətdən ciddi şəkildə zərər görürlər. Ona görə də bu cür təşəbbüslərin başlanması və belə bir prosesin həyata keçirilməsi olduqca önəmlidir və düşünürəm ki, yalnız alqışlanmalıdır”.
C.Məmmədov qeyd edib ki, bu məsələnin iki həlli yolu var: "Birincisi, insanların özlərinin anlayaraq bu prosesə daxil olması, onu dərk etməsi və bu israfçılıqdan könüllü şəkildə imtina etməsidir. İkinci yol isə inzibati üsullarla aparıla bilər. Düşünürəm ki, ən düzgün, ən sağlam yol insanların bu prosesi şüurlu şəkildə başlatması və bu addımları könüllü olaraq həyata keçirməsidir. Sevindirici haldır ki, cəmiyyət artıq bu prosesə özü başlayıb və bu gün insanlar könüllü şəkildə bu yola gedirlər”.
Deputat əlavə olaraq bildirib ki, bu ənənə ölkənin bütün bölgələrində tətbiq edilməlidir:
“Digər bölgələr də mərhələli şəkildə bu qaydalara əməl etməlidir. Biz bu məsələni birdəfəlik həll etməliyik. Çünki bu problem insanlara ciddi şəkildə ziyan vurur”.
O, eyni zamanda ehsan mərasimlərinin qadağan olunması ilə bağlı həm müsbət, həm də mənfi məqamlara toxunub:
“Müsbət tərəf ondan ibarətdir ki, israfçılığa son qoyulur və bu, həmçinin qida məhsullarına da ciddi təsir göstərəcək. Çünki hazırkı vəziyyətdə bu, ciddi bir problemə çevrilib. İnsanlar bu israfçılıqla həm maddi cəhətdən əziyyət çəkirlər, həm də bu, bazarda qiymətlərin artmasına da təsir göstərir. Mən düşünürəm ki, burada heç bir mənfi tərəf yoxdur. Əksinə, bunun müsbət cəhətləri daha çoxdur”.
Deputat, həmçinin vurğulayıb ki, əgər insanlar bir araya gəlmək istəyirsə, bunu müxtəlif formalarda, daha sadə və mənalı şəkildə edə bilərlər.
“Əksər hallarda bu mərasimlərdə təqdim edilən yeməklərdən ehtiyacı olmayan insanlar istifadə edir və bu, sadəcə olaraq adətə çevrilmiş bir vərdiş halını alır. Buna "ehsan" demək də, məncə, tam doğru deyil. Kimsə doğrudan da ehsan vermək istəyirsə, həmin yeməkləri uşaq evlərinə, qocalar evlərinə, ehtiyacı olan ailələrə göndərə bilər. Bu cür yardım daha mənalı və savab olar. Amma mövcud formada keçirilən yas mərasimləri, əslində, böyük bir israfçılıq, həm də dini baxımdan da böyük bir günahdır”.
Həmsöhbətimiz yaxın zamanlarda respublikanın hər yerində bu qaydaların tətbiq olunacağını və cəmiyyətimizdə istər yas, istərsə də toy mərasimlərində israfdan uzaq bir yanaşmanı görəcəyimizdən ümidləndiyini bildirib:
“İnsanın yaxın qohumu və ya doğması dünyasını dəyişəndə, o adam bu ağır günü və dərdini yaşamaq istəyir. Amma elə bil yemək hazırlamaq, yer axtarışı və digər təşkilati məsələlərlə məşğul olmaq zərurəti yaranır. Bu isə nə doğru, nə də dünyasını dəyişən insana xeyir verən bir addımdır. Cəmiyyətimiz anlamalıdır ki, bu israfçılığın dünyasını dəyişmiş insan üçün heç bir faydası yoxdur. Biz bu cür israfçılıqdan, mənasız və yersiz xərclərdən qurtulmalıyıq”.
C.Məmmədov onu da diqqətə çatdırıb ki, cəmiyyət bu məsələdə daha həssas və məsuliyyətli mövqe nümayiş etdirməlidir.
“Belə proseslər nə ənənəyə, nə də mənəviyyatımıza yaraşır. Bu, cəmiyyət üçün narahatedici bir məsələdir. Qeyd etdiyimiz adətlərin heç bir dini əsası yoxdur. Ona görə də biz qəti şəkildə bu adətlərdən imtina etməli, cəmiyyətimizi bu cür israfçı və yanlış əməllərdən xilas etməliyik. Əks halda, insanlarımız uzun illər bu problem altında əziyyət çəkməyə davam edəcək”.
24-07-2025, 15:20
AZAL təyyarəsinin atəşə tutulması ilə bağlı yeni TƏFƏRRÜAT


AZAL təyyarəsinin atəşə tutulması ilə bağlı yeni TƏFƏRRÜAT

2024-cü il dekabrın 25-də AZAL-ın "Embraer 190" mülki təyyarəsinin vurulması ilə bağlı yeni detallar üzə çıxıb.
"Minval Politika"nın əldə etdiyi məlumata görə, Cənub Hərbi Dairəsinin döyüş növbətçiliyini yerinə yetirən aşağıdakı hərbi qulluqçuları raket buraxılışı zamanı icra edilən fəaliyyətin birbaşa şahidi və iştirakçılarına çevriliblər.
Beləliklə, 51-ci Hava Hücumundan Müdafiə Diviziyasının döyüş idarəetmə qrupunun böyük şturmanı, kapitan Dmitri Yevgeniyeviç Pudovkin;
Cənub Hərbi Dairəsinin qərargahının əməliyyat növbətçisi, polkovnik-leytenant Vladimir Viktoroviç Yanovski;
Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiənin 4-cü Mühafizə Ordusunun komanda məntəqəsinin operativ növbətçisi, polkovnik Gennadi Nikolayeviç Yeremenko - təyyarəmizin atəşə tutulması zamanı icra edilən fəaliyyətin birbaşa şahidi və iştirakçılarına çevriliblər.
Xatırladaq ki, bir neçə gün əvvəl AZAL təyyarəsinin vurulması əmrini kimin verdiyi məlum olub.
AZAL-a məxsus "Embraer 190" mülki təyyarəsinin vurulması barədə qərarın verilməsində Rusiya Cənub Hərbi Dairəsinin Hərbi Hava Qüvvələrinin (HHQ) və Hava Hücumundan Müdafiə (HHM) 4-cü qvardiya ordusunun 51-ci Hava Hücumundan Müdafiə diviziyasının komandiri, general-mayor Aleksandr Vasilyeviç Tolopilonun şəxsən iştirak etdiyi ehtimal olunur. Lakin adı çəkilən bu şəxs nəinki cəzalandırılıb, əksinə vəzifəsi artırılıb.
24-07-2025, 15:06
Ağdamda daha bir yanğın


Ağdamda daha bir yanğın

Ağdamda növbəti yanğın başlayıb.
Yanğın rayonun Gülablı kəndi istiqamətində müşahidə edilir.
Hazırda FHN-in əməkdaşları yanğının söndürülməsi istiqamətində işlər aparır.
Qeyd edək ki, artıq 3-cü gündür, işğaldan azad edilmiş ərazilərdə boş sahələrdə quru ot və kol-kosun yanması müşahidə edilir. Alovun söndürülməsinə FHN-in helikopterləri də cəlb edilmişdi.
24-07-2025, 14:58
Cüdoçumuz erməni rəqibinə ipponla qalib gəldi


Cüdoçumuz erməni rəqibinə ipponla qalib gəldi

Azərbaycan cüdoçusu Məhəmməd Ağakişiyev (73 kq) Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) Ermənistandan olan rəqibinə ipponla qalib gəlib.
Bu barədə Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Mübarizəyə 1/8 finaldan başlayan cüdoçumuz Tiqran Saruxanyanla qarşılaşıb. Rəqibinə ipponla qalib gələn M.Ağakişiyev 1/4 finala vəsiqə qazanıb.
24-07-2025, 14:45
Köç karvanı Ağdərənin Həsənriz kəndinə çatdı - FOTO


Köç karvanı Ağdərənin Həsənriz kəndinə çatdı - FOTO

İyulun 24-də doğma yurduna yola salınan köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb.
Bu mərhələdə köçürülən 114 nəfərdən ibarət 29 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin rəsmiləri iştirak ediblər.
Həsənriz kəndində daimi yaşayış üçün köçürülən ailələrə bərpa edilmiş fərdi yaşayış evlərində mənzillər verilib. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.







����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!