Bulvarda dənizdən meyit tapıldı .....                        Londonda iğtişaşlar - Saxlanılanlar var .....                        Ukraynada NATO-nun Ordu Qərargahı yaradılır .....                        Ötən gün azadlığa çıxmışdı, yenidən həbs edildi .....                        Putinin ölümsüzlüyü mümkündürmü? .....                        Ukraynada daha bir azərbaycanlı həlak oldu .....                        ABŞ-də Müdafiə Nazirliyi yaradıldı .....                        Boksçularımız beynəlxalq turnirdə 2 medal qazandılar .....                        Bakıda evlərə girməyə çalışan qadın tutuldu - VİDEO .....                       
Bu gün, 20:50
Bulvarda dənizdən meyit tapıldı


Bulvarda dənizdən meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində, dənizdən 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu gün, 20:35
Londonda iğtişaşlar - Saxlanılanlar var


Londonda iğtişaşlar - Saxlanılanlar var

Londonda, Parlament Meydanında “Palestine Action” təşkilatının qadağan edilməsinə qarşı keçirilən etiraz aksiyası gərgin anlara səbəb olub.
Keçirilən nümayişdə qarşıdurma zamanı zorakılıq halları qeydə alınıb, onlarla iştirakçı saxlanılıb. Şahidlərin sözlərinə görə, polis dəyənəklərdən istifadə edib və saxlanılan nümayişçilərdən biri qan içində qalıb. Təşkilatçılar iddia ediblər ki, aksiyada 1500-ə qədər insan iştirak edib.
Metropolitan Polisi bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları həm fiziki, həm də şifahi hücuma məruz qalıblar. Əməliyyata London şəhər polisi də qoşulub. Bölgədə 8 polis avtomobili saxlanılanları aparmaq üçün hazır vəziyyətdə gözləyib.
Bu gün, 20:02
Ukraynada NATO-nun Ordu Qərargahı yaradılır


Ukraynada NATO-nun Ordu Qərargahı yaradılır

Kiyevdə Fransa və Böyük Britaniyanın iştirakı ilə çoxmillətli qüvvələrin qərargahının formalaşmasına başlanılıb.
Bu barədə Ukrayna teleqram kanalları məlumat yayıb.
Məlumata görə, bu, Rusiya ilə atəşkəs olacağı təqdirdə hərəkətləri əlaqələndirmək üçün NATO və müttəfiq ölkələrin dəstəyi ilə yaradılan struktur olacaq.
Qərargaha rəhbərliyi Böyük Britaniya və Fransa birgə həyata keçirəcək.
Məlumata görə, qərargahı komandanlığı əvvəlcə Parisdə yerləşəcək, daha sonra isə Londona köçürülməsi planlaşdırılır.
Bu gün, 19:08
Ötən gün azadlığa çıxmışdı, yenidən həbs edildi


Ötən gün azadlığa çıxmışdı, yenidən həbs edildi

Türkiyədə ötən gün həbsdən buraxılan Beykoz bələdiyyə sədri Alaattin Köseler yenidən həbs edilib.
İstanbul Prokurorluğu CHP-dən olan bələdiyyəs sədrinin azadlığa buraxılması ilə bağlı qərara etiraz edib.
Məhkəmə vəsatəti qəbul edərək A.Köselerin yenidən həbs olunmasına qərar verib.
Bu gün, 18:51
Putinin ölümsüzlüyü mümkündürmü?


Putinin ölümsüzlüyü mümkündürmü?

Pekində keçirilən hərbi paradda Rusiya prezidenti Vladimir Putinlə Çin lideri Si Cinpin arasında kameraların qeydə aldığı söhbət dünya mediasında rezonans doğurub.
İki liderin orqan köçürülməsi vasitəsilə insan ömrünün uzadılmasından, hətta 150 yaşa qədər yaşamağın mümkünlüyündən bəhs etməsi zarafat kimi görünsə də, mövzunun arxasında ciddi elmi müzakirələr dayanır.
Son onilliklərdə orqan transplantasiyası minlərlə insanın həyatını xilas edib.
Məsələn, bəzi böyrəklər insan bədənində 50 ilə qədər fəaliyyət göstərə bilir. Ancaq əməliyyatlar risklidir, hər köçürmədə böyük cərrahi müdaxilələr edilir, üstəlik, orqanın adaptasiyası üçün xəstələr ömür boyu immuniteti zəiflədən güclü dərmanlardan istifadə etməlidirlər. Bu da infeksiyalara qarşı həssaslığı artırır, əlavə xəstəliklər yaradır.
Elm isə dayanmadan yeni yollar axtarır. Ksenotransplantasiya (genetik dəyişdirilmiş donuz orqanlarının insana köçürülməsi) artıq sınaq mərhələsindədir. Bir neçə uğurlu əməliyyat keçirilsə də, nəticələr hələ uzunömürlülüyə zəmanət vermir. Digər yanaşma isə kök hüceyrələrdən süni orqanlar yetişdirməkdir. Alimlər insan timusu və bağırsaq toxumaları üzərində ilk təcrübələri aparıb, amma hələ tam funksional orqan hazırlamaq mümkün olmayıb.
Mütəxəssislər bildirirlər ki, nəzəri olaraq yeni orqanların dəfələrlə dəyişdirilməsi ilə ömrü uzatmaq mümkündür. Amma insan bədəni yaşlandıqca yalnız orqanların deyil, bütün sistemlər (immunitetdən tutmuş hüceyrə regenerasiyasına qədər) zəiflədiyi üçün “ölümsüzlük” konsepsiyası real görünmür. Londonlu professor Nil Mabbottun sözləri ilə desək: “Çox yaşamaq mümkündür, amma bu, sağlam yaşlanmaq demək deyil”.
Bu gün texnologiyalar insanlara bir qədər uzun, amma daha çox sağlam ömür bəxş etməyə yönəlib. Yəni Putin və Sinin arzuladığı “sonsuz həyat” hələ də fantastika olaraq qalır. Elm hələlik ölümsüzlük deyil, daha yaxşı yaşlanma yollarını axtarır.
Bu gün, 18:30
Ukraynada daha bir azərbaycanlı həlak oldu


Ukraynada daha bir azərbaycanlı həlak oldu

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.
Zaqatala rayon Yuxarı Çardaxlar kənd sakini Elnur İbrahim oğlu Əliyev Rusiya ordusunda Ukraynaya qarşı vuruşub.
Bir neçə gün əvvəl gedən şiddətli döyüşlərdə Elnur Əliyev həyatını itirib.
Onun cənazəsi ötən gün Zaqatalaya gətirilib və doğulduğu Yuxarı Çardaxlar kəndində torpağa tapşırılıb.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri 10-a yaxın Zaqatala sakini döyüşlərdə ölüb.
Bu gün, 18:23
ABŞ-də Müdafiə Nazirliyi yaradıldı


ABŞ-də Müdafiə Nazirliyi yaradıldı

ABŞ-nin Müdafiə Nazirliyinin adı dəyişib.
Bu barədə ABŞ Prezidenti Donald Tramp Sərəncam imzalayıb.
Sərəncama əsasən, ABŞ Müdafiə Nazirliyi Müharibə Nazirliyi adlanacaq.
Qeyd edək ki, Müharibə Nazirliyi 1789-cu ildə Corc Vaşinqton tərəfindən yaradılıb. O, 1947-ci ildə o vaxtkı prezident Harri Truman tərəfindən yenidən təşkil edilənədək mövcud olub. 1949-cu ildə Müdafiə Nazirliyi adlandırılıb.
Bu gün, 16:36
Boksçularımız beynəlxalq turnirdə 2 medal qazandılar


Boksçularımız beynəlxalq turnirdə 2 medal qazandılar

Qazaxıstanın Aktau şəhərində boks üzrə keçirilən beynəlxalq turnir başa çatıb.
Azərbaycan millisi Şokır Beltekulının xatirəsinə həsr olunan A kateqoriyalı ənənəvi yarışı 2 medalla başa vurub.
Boksçularımızdan Məhəmməd Aşırəliyev (60 kiloqram) və Ruslan Rüstəmov (65 kiloqram) fəxri kürsüyə yüksəliblər. Onların hər ikisi turniri bürünc medalla başa vurublar.
Bu gün, 16:18
Bakıda evlərə girməyə çalışan qadın tutuldu - VİDEO


Bakıda evlərə girməyə çalışan qadın tutuldu - VİDEO

Bakının Nərimanov rayonu, Azadlıq prospektində yerləşən binaların birində naməlum qadın bloklara daxil olaraq evlərə girməyə çalışıb.
Qapılardan birinin açıq olduğunu görən qadın mənzilə daxil olub.
Həmin görüntüləri isə sosial şəbəkədə sakinlər paylaşıblar.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, paytaxtın Nərimanov rayonunda yerləşən binalardan birinin mənzillərinə daxil olmağa çalışan naməlum qadınla bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılır.
Həmin şəxsin saxlanılması istiqamətində müvafiq tədbirlər görülür.

***

DİN Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən binada bloklara daxil olaraq mənzillərə girməyə cəhd göstərən naməlum qadının şəxsiyyəti müəyyən olunub: “1992-ci il təvəllüdlü, tufeyli həyat tərzi keçirən Səidə Kişiyevanın tutulması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür. Əlavə məlumat veriləcək”.

***

Polis əməkdaşları tərəfindən həmin qadın saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Araşdırmalar aparılır.
Ətraflı “Xəzər Xəbər”in videomaterialında:

Bu gün, 15:08
Qurban Qurbanov hücumçu transfer etməmələrinin səbəbini açıqladı


Qurban Qurbanov hücumçu transfer etməmələrinin səbəbini açıqladı

"Qarşımıza yeni tələblər qoyulurdu. Razılaşırdıq. Sonda isə həddindən artıq böyük bir məbləğ deyildi".
Qurban Qurbanov AzTV-yə müsahibəsində "Qarabağ"ın üzərinə düşənləri yerinə yetirdiyini, qarşı tərəfdəki klubların qeyri-peşəkar davrandığını bildirib.
"Transfer pəncərəsində bəzi keçidlər etdik. Yeni futbolçular cəlb etdik komandamıza. Bəzi transferlər isə alınmadı. Bu, bizim istəyimizlə olmadı. İki futbolçunu daha çox istəyirdik. Biri sırf hücumçu idi, digəri isə sol vinger. Hər iki klubla çox geniş danışıqlar getdi. Hər gün şərtlər dəyişdirilirdi. Bizim tərəfimizdən yox, onlar tərəfindən. Qarşımıza yeni tələblər qoyulurdu. Razılaşırdıq. Sonda isə həddindən artıq böyük bir məbləğ deyildi. Məncə, biz o məbləğə razı olsaydıq, yenə də yeni bir tələb qoyulacaqdı. Sadəcə olaraq bizə bəlkə də bir az qeyri-peşəkar yanaşdılar. Ona görə də sonda danışıqları dayandırdıq. 3-cü futbolçuda isə işlər bir az qarışıq idi. Sənədləri ilə bağlı problemlər də vardı. İnanın ki, biz sona qədər öz üzərimizə düşəni, hətta artığını etdik", - deyə Qurban Qurbanov vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!