Kobaxidze sərt danışdı: “Heç kimə imkan verməyəcəyik!” .....                        Cabirlə bərabər bu gün mən də öldüm - Murad Dadaşov .....                        Hər üç ölümdən birinin səbəbi ürək-damar xəstəliyidir... .....                        III MDB Oyunları: Azərbaycan komandası 8 medal qazandı .....                        Netanyahu Qətərə zəng edib üzr istədi .....                        Sumqayıtda 350 min manata yol cizgiləri çəkiləcək .....                        Ramiz Quliyevin vəziyyəti pisləşib - Oğlu danışdı .....                        Əsas məsələ yalnız bilik əldə etmək deyil - Nazir .....                        Qalib gələcəyimizə əminəm - Paşinyan .....                       
10-09-2025, 23:07
Özəl bağçada tərbiyəçi uşağa qarşı kobud rəftar etdi


Özəl bağçada tərbiyəçi uşağa qarşı kobud rəftar etdi

Bakıda uşaq bağçasında tərbiyəçinin azyaşlı ilə kobud rəftarını əks etdirən görüntülər yayılıb.
İqtisadiyyat.az-a müraciət edən vətəndaş hadisənin “Predu” uşaq bağçasının paytaxtın Xətai rayonundakı Həzi Aslanov filialında baş verdiyini qeyd edib.
O bildirib ki, uşaq bağçasına aylıq 1144 manat ödəniş etdiyi halda övladına göstərilən xidmətdən narazıdır.
“Söhbət mənim 3 yaşlı övladımdan getmir, axı azyaşlı uşağa necə şiddət göstərmək olar?”, - deyə adını açıqlamaq istəməyən valideyn bildirib.
Bağçadan isə bildirilib ki, uşaq nevropatoloq nəzarətində olan, dərman qəbul edən və ümumi inkişaf ləngiməsi diaqnozludur. Qeyd olunub ki, görüntülərin əvvəl kadrları kəsildiyi və sürətləndirildiyi üçün bu şəkildə kobud görünür.

10-09-2025, 22:21
Türkmən qazı da Zəngəzur dəhlizindən keçəcək


Türkmən qazı da Zəngəzur dəhlizindən keçəcək

Mərkəzi Asiya, Xəzər hövzəsi, Azərbaycan və Ermənistanı Türkiyəyə birləşdirəcək Zəngəzur dəhlizi həm regionun ticarət, həm də enerji təhlükəsizliyi baxımından strateji layihə kimi dəyərləndirilir.
"Anadolu" agentliyində dərc edilən məqalədə bildirilir, dəhliz Orta Dəhlizin əsas hissəsi olaraq Türkiyənin Avrasiyada enerji və logistika mərkəzinə çevrilməsi prosesini sürətləndirəcək.
Avqust ayında Qars–İğdır–Aralıq–Dilucu dəmir yolu xəttinin təməlqoyma mərasimi ilə dəhlizin praktiki addımları atılıb. Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu layihənin yalnız Türkiyə deyil, bütün Cənubi Qafqaz və Avrasiyanın gələcəyi üçün strateji əhəmiyyət daşıdığını bildirib.
ODTÜ professoru Oktay Tanrıseverin sözlərinə görə, Zəngəzur dəhlizi Xəzər enerji resurslarını Türkiyə və Avropa bazarlarına çatdırmaq üçün ən qısa marşrutdur. Onun fikrincə, layihənin strateji əhəmiyyəti həm tranzit ölkələrin sayının azalması, həm də Rusiyanın təsir dairəsindən daha uzaq olması ilə bağlıdır:
“Dəhliz gələcəkdə neft, qaz və elektrik ötürülməsi üçün istifadə edilə bilər. Amma bunun üçün təhlükəsizlik təmin olunmalı və siyasi sabitlik güclənməlidir.”
Tanrısever əlavə edib ki, Avropa İttifaqı və ABŞ dəhlizi Rusiyadan asılı olmayan enerji marşrutu kimi gördükləri üçün siyasi dəstək verirlər. Lakin konkret enerji xətlərinin istifadəyə verilməsi üçün ən azı 3–5 il vaxt lazım ola bilər.
ASBÜ professoru Levent Aydın isə bildirib ki, TANAP, Türk Axını və BTC kimi əsas enerji kəmərləri artıq Türkiyəni “enerji körpüsü”nə çevirib. Zəngəzur dəhlizi bu marşrutlara əlavə bir “halqa” ola bilər:
“Layihə açıldıqda yalnız yük daşımaları deyil, həm də boru kəmərləri, elektrik ötürmə xətləri və rəqəmsal kommunikasiya üçün yeni bir strateji infrastruktur formalaşacaq.”
Onun sözlərinə görə, yaxın perspektivdə dəhliz üzərindən Türkmən qazının da daşınması mümkündür.
O qeyd edib ki, ABŞ dəhlizi Rusiyanın enerji təsirini zəiflətmək, Aİ isə Ukrayna müharibəsindən sonra enerji asılılığını azaltmaq üçün dəstəkləyir. Çin isə dəhlizi “koridor müharibələrinin yeni cəbhəsi” kimi görür və “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində bölgəyə sərmayələr yatırır.
Ekspertlərə görə, yaxın illərdə dəhliz üzərindən əsasən yük daşımalarının başlanması gözlənilir. Enerji infrastrukturunun formalaşması isə siyasi sabitlik və regional razılaşmalardan asılı olaraq 5–10 il müddətində reallaşa bilər.
Beləliklə, Zəngəzur dəhlizi yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan Türkiyənin və bütövlükdə regionun gələcəyinə təsir göstərəcək strateji layihə kimi qiymətləndirilir.
10-09-2025, 22:12
Netanyahu hədələdi: “Əks halda bunu biz edəcəyik!”


Netanyahu hədələdi: “Əks halda bunu biz edəcəyik!”

İsrailin Baş naziri Binyamin Netanyahu 7 oktyabr 2023-cü ildə başlayan hücuma görə məsuliyyət daşıyanların ya ölkələrdən qovulmasını, ya da məhkəmə qarşısına çıxarılmasını tələb edib.
O, açıqlamasında 9 sentyabrda İsrailin hava zərbəsinə məruz qalan Qətəri də hədəf göstərib.
Onun açıqlaması İsrail hökumətinin saytında yayımlanıb.
“Mən Qətərə və terrorçuları gizlədən bütün ölkələrə deyirəm: ya onları qovun, ya da ədalət qarşısına çıxarın. Əks halda bunu biz edəcəyik.”, - Netanyahu deyib.
10-09-2025, 21:59
Kanaldan meyit tapıldı


Kanaldan meyit tapıldı

Salyanda suvarma kanalında kişi meyiti aşkar edilib.
Rayonun Yenikənd kəndində suvarma kanalında kişi meyiti aşkarlanıb.
Cəsədin Salyan sakini, 2006-cı il təvəllüdlü Babaşzadə Ramil Əhməd oğluna məxsus olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
10-09-2025, 21:30
Makronun yeni baş naziri narazılıq yaratdı


Makronun yeni baş naziri narazılıq yaratdı

Fransada genişmiqyaslı “Hər şeyi bloklayaq-10 sentyabr” etiraz aksiyalarının fonunda Matinyon sarayında Baş nazir postunun təhvili olub. Silahlı qüvvələr naziri vəzifəsindən istefa verən Sebastyən Lökornü Fransua Bayru ilə keçirdiyi qapalı görüşdən sonra rəsmi olaraq yeni Baş nazir olub. Ancaq S.Lökornünün Baş nazir təyin edilməsinə müxalif partiyalar etiraz edirlər.
“Əyilməz Fransa” (LFİ) hərəkatı Lökornü hökumətinə qarşı etimadsızlıq səsverməsi təqdim edəcəyini açıqlayıb. Bu barədə partiyanın milli koordinatoru Manuel Bompard BFMTV-yə bildirib. Solçu partiyaların bir çox nümayəndələri Prezident Emmanuel Makrona yaxınlığına görə Sebastyən Lökornünün təyinatını təxribat adlandırıblar.
Sosialist Partiyasının birinci katibi Olivye For “franceinfo” kanalında verdiyi müsahibədə yeni Baş nazirə müraciət edərək, Konstitusiyanın 49.3 maddəsinin istifadəsindən imtina etməyə çağırıb. “Bu, metodun dəyişdiyini göstərən bir addım olar”, – deyə o bildirib və əlavə edib ki, son 8 ilin siyasətindən qopmaq lazımdır.
Milli Birlik (RN) partiyasının lideri Marin Lö Pen yeni təyinatı tənqid edərək bildirib ki, Prezident makronizmin son gülləsini atır. O, növbəti Baş nazirin Jordan Bardella olacağını proqnozlaşdırıb.
Jan-Lük Melanşon isə bu təyinatı “Parlamentə hörmətsizlik” kimi qiymətləndirərək, Emmanuel Makronun istefasını bir daha tələb edib.
Makronist deputat Silvən Mayar “franceinfo” kanalına açıqlamasında qeyd edib ki, Sebastyən Lökornü tələsmədən hökumət formalaşdırmaq niyyətindədir. “Yalnız bu yolla büdcə üzərində işləyəcək çoxpartiyalı birgəlik yaradıla bilər”, – deyə o bildirib.
Emmanuel Makron yeni Baş naziri siyasi partiyalarla razılıq tapmaq və bu əsasda yeni hökumət formalaşdırmaq üçün təyin edib. Respublikaçılar partiyasının lideri, keçmiş daxili işlər naziri Brüno Rötayo dərhal Lökornü ilə əməkdaşlığa açıq olduğunu bildirib.
Sosialist partiyası Makronun “israrla yanlış yolda irəlilədiyini” bəyan edərək, bu hökumətdə yer almayacaqlarını açıq şəkildə bildirib.
Yeni hökumətin formalaşması və siyasi balansların necə dəyişəcəyi yaxın həftələrdə aydın olacaq.
10-09-2025, 21:03
Minsk qrupunun faydalı fəaliyyəti yox idi


Minsk qrupunun faydalı fəaliyyəti yox idi

ATƏT-in Minsk qrupunun fəaliyyətində faydalı heç nə yox idi.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
"Mən Minsk qrupunun fəaliyyətində faydalı heç nə görmürəm, orada belə bir şey olmayıb. Bu fəaliyyət münaqişəni dərinləşdirməyə, onu təkcə Ermənistanı deyil, bütün regionu nəzarətdə saxlamaq alətinə çevirməyə yönəlib", - Paşinyan vurğulayıb.
Bundan əvvəl Paşinyan bildirib ki, avqustun 8-də Vaşinqtonda imzalanan sənədlərdə Ermənistanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı göstərildiyi üçün Ermənistan hökuməti Azərbaycanla sülh müqaviləsi bağlanana qədər ATƏT-in Minsk qrupunun buraxılmasına razılaşıb.
10-09-2025, 20:50
Zərdabda qız qaçıran şəxs həbs edildi


Zərdabda qız qaçıran şəxs həbs edildi

Sentyabrın 9-da Zərdab rayonunun kəndlərindən birində 22 yaşlı xanımın iradəsi əleyhinə evlənmək məqsədilə oğurlanması hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən cinayəti törədən şəxs - 1998-ci il təvəllüdlü İzzət Rəhmanoğlu saxlanılıb.
Faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanıb. Adam oğurluğunda şübhəli bilinən şəxs cinayət məsuliyyətinə cəlb olunub.
Qeyd edək ki, oğurlanan şəxsin yeri müəyyən edilərək ailəsinə qaytarılması təmin olunub.
10-09-2025, 20:19
Paşinyan Putinlə nələrdən danışıb?


Paşinyan Putinlə nələrdən danışıb?

Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 8-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı və son görüşü zamanı Bakı ilə əldə olunmuş Vaşinqton razılaşmalarını müzakirə edib.
Bu barədə Paşinyan parlamentdə hökumət saatında bildirib.
Bu razılaşmalar İran prezidentinin avqustda İrəvana səfəri zamanı da müzakirə olunub.
Paşinyanın sözlərinə görə, o, Rusiya və İran liderləri ilə iki ölkə ilə əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə edib. O əlavə edib ki, müəyyən narahatlıq var, lakin bu narahatlıq Vaşinqtonda danışıqlardan əvvəl də var idi. Amma diplomatiya məhz ona görə mövcuddur ki, tərəflər öz narahatlıqlarını bir-biri ilə bölüşsünlər və onları aradan qaldırmaq üçün tədbirlər görsünlər.
10-09-2025, 19:52
Trampdan Polşaya hücuma qəribə reaksiya


Trampdan Polşaya hücuma qəribə reaksiya

ABŞ Prezidenti Donald Tramp Rusiyanın pilotsuz uçuş aparatları (PUA) ilə Polşanın hava məkanını pozmasına münasibət bildirib.
Bu barədə o, “Truth Social” platformasında paylaşım edib.
“Rusiyanın Polşa hava məkanını dronlarla pozması? Başlayırıq!”, - Tramp yazıb.
Xatırladaq ki, Polşa hakimiyyəti sentyabrın 10-na keçən gecə ölkənin hava məkanının azı 19 dəfə pozulduğunu açıqlayıb. Polşa ordusu bir neçə rus PUA-sını vurduğunu bəyan edib. Hadisədən sonra NATO-nun 4-cü maddəsi işə salınıb və alyans daxilində məsləhətləşmələr başlayıb.
10-09-2025, 19:33
Kerimovun yaxtası 100 milyon dollara satışa çıxarıldı


Kerimovun yaxtası 100 milyon dollara satışa çıxarıldı

ABŞ Ədliyyə Nazirliyi rusiyalı milyarder, Dağıstan əsilli Suleyman Kərimova məxsus olduğu iddia edilən “Amadea” adlı superyaxtanı hərraca çıxarıb.
105 metrlik nəhəng gəmi 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlanmasından sonra Fici sahillərində saxlanılmış və ABŞ-ın xüsusi "KleptoCapture" qrupunun əməliyyatı nəticəsində müsadirə edilmişdi.
“Amadea” hovuz, helikopter meydançası, səkkiz VIP-kayut və sauna ilə təchiz olunub. Gəmi əvvəllər 350 milyon dollara qiymətləndirilsə də, üç illik istismar edilmədiyinə və yüksək saxlanma xərclərinə görə indi 100 milyon dollara satışa çıxarılıb. ABŞ marşalları 2022-ci ildən bəri gəminin daşınması, saxlanması və texniki xidmətinə 32 milyon dollar xərcləyib.
ABŞ prokurorları gəminin əsl sahibinin Kərimov olduğunu bildirir və onun sanksiyaları pozaraq Amerika bank sistemindən istifadə etdiyini iddia edirlər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!