Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
10-09-2025, 18:56
Delimitasiya və demarkasiya ilə bağlı yeni xəbərlər ola bilər


Delimitasiya və demarkasiya ilə bağlı yeni xəbərlər ola bilər

"Azərbaycanla yolların açılması, o cümlədən delimitasiya və demarkasiya məsələləri üzərində işləyirik və bu istiqamətdə yeni xəbərlər ola bilər".
Bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan deyib.
Onun sözlərinə görə, Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində də əhəmiyyətli nəticələrin şahidi olmağın vaxtı çatıb:
"Biz kommunikasiyaların açılması üzərində işləyirik. Bir çox texniki məsələlər üzrə danışıqlar aparmaq lazımdır. Kommunikasiyaların açılmasına nail olmaq bizim maraqlarımıza uyğundur", - deyə Mirzoyan qeyd edib.
10-09-2025, 18:48
“Azərbaycanla delimitasiya məsələləri üzərində işləyirik” - Mirzoyan


“Azərbaycanla delimitasiya məsələləri üzərində işləyirik” - Mirzoyan

Türkiyə ilə münasibətlərin normallaşdırılması baxımından əhəmiyyətli nəticələrin şahidi olmağın vaxtı çatıb.
Bunu sentyabrın 10-da hökumət saatında Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan deyib.
“Biz kommunikasiyaların açılması üzərində işləyirik, güman edirik ki, Ermənistanın dəmir yolu və digər infrastrukturu baxımından hadisələri anlamaq üçün amerikalılarla əlaqə güclənəcək.
Daha əvvəl də qeyd etdiyimiz kimi, dərc olunanlardan başqa heç nə ilə bağlı razılığa gəlməmişik. Bir çox texniki məsələlərlə bağlı danışıqlara ehtiyac var. Kommunikasiyaların blokdan çıxarılmasına nail olmaq bizim maraqlarımıza uyğundur. İnsanlar davamlı olaraq Azərbaycandan Naxçıvana keçiddən danışırlar, lakin Ermənistan eyni dərəcədə və eyni şərtlərlə blokdan çıxarılacaq.
Məhz Ermənistan 30 il ərzində hər iki tərəfdən blokadada olub, ona görə də biz ABŞ prezidenti Trampın iştirakı ilə razılaşdırılmış və imzalanmış sənədlər çərçivəsində blokun tezliklə açılmasına nail olmaq üçün hər şeyi edəcəyik.
Biz həmçinin Azərbaycanla blokun açılması, o cümlədən delimitasiya və demarkasiya məsələləri üzərində işləyirik”, - Mirzoyan qeyd edib.
10-09-2025, 18:37
Milli Məclisin nümayəndə heyəti Özbəkistanda


Milli Məclisin nümayəndə heyəti Özbəkistanda

Sentyabrın 10-da Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyevin başçılıq etdiyi Azərbaycan Parlament Aparatının nümayəndə heyəti Özbəkistana səfəri çərçivəsində Daşkənd şəhərində Özbəkistan Ali Məclisi Senatının Aparat rəhbəri Kudrat Nurullayevlə görüşüb.
Qonaqları səmimiyyətlə salamlayan Senatın Aparat rəhbəri Özbəkistan-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq və əməkdaşlıq səviyyəsinə yüksəldiyiini diqqətə çatdıraraq, bu münasibətlərin inkişafında dövlət başçılarımızın xüsusi rolunu qeyd edib. Bildirilib ki, Bakıda Özbəkistanın yeni səfirlik binasının açılışı və “Özbəkistan” parkının təməlinin qoyulması, həmçinin Özbəkistanda Azərbaycanla bağlı həyata keçirilməsi nəzərdə tutulan layihələr ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyəsindən xəbər verir.
Parlamentlərarası münasibətlərdən danışan Aparat rəhbəri bildirib ki, parlamentlərimiz arasında aktiv dialoq və sıx əməkdaşlıq mövcuddur. Bu münasibətlərin tərkib hissəsi olaraq parlament aparatları arasında da əməkdaşlıq günü-gündən inkişaf edir.
Səmimi görüş üçün təşəkkürünü bildirən Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev spiker Sahibə Qafarovanın salamlarının spiker Tənzilə Narbayevaya çatdırılmasını xahiş edib.
Aparat rəhbəri diqqətə çatdırıb ki, ölkələrimiz arasındakı tarixi köklərə əsaslanan münasibətlər bu gün yeni səviyyəyə yüksəlib. Əsası Ulu Öndər Heydər Əliyev və Özbəkistanın o dövrkü dövlət başçısı tərəfindən qoyulmuş bu münasibətlər bu gün Prezidentlərimiz cənab İlham Əliyev və cənab Şavkat Mirziyoyev tərəfindən uğurla inkişaf etdirilir.
İki ölkənin parlamentlərarası əlaqələrindən danışan Fərid Hacıyev bu sahədə parlament sədrlərinin qarşılıqlı səfərlərinin və parlament təşkilatlarındakı qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayıb. Aparat rəhbəri cari ilin aprel ayında Özbəkistanın paytaxtı Daşkənd şəhərində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin IV konfransının, həmçinin cari ilin iyul ayında Özbəkistanın Xivə şəhərində keçirilmiş Birinci Özbəkistan-Azərbaycan parlamentlərarası forumunun yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə Özbəkistan tərəfinə təşəkkürünü bildirib.
İki ölkə parlamentinin aparatları arasında əlaqələrin uğurlu inkişafından məmnunluqla danışan Milli Məclis Aparatının rəhbəri konstruktiv əməkdaşlığın və qarşılıqlı təcrübə mübadiləsinin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.
Sonra görüş qarşılıqlı sual-cavab və tərəfləri maraqlandıran məsələlərin müzakirəsi ilə davam etdirilib.
Görüşdə nümayəndə heyətinin üzvləri - Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Qaibov, Milli Məclis sədrinin köməkçisi Rauf Məmmədov, Parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsi müdirinin müavini Səməd Sultanov, Milli Məclis rəhbərliyi Katibliyinin sektor müdiri İlkin Qəhrəmanov iştirak ediblər.
Sonra Parlament Aparatının nümayəndə heyəti Özbəkistan Ali Məclisi Senatı Aparatının Nəzarət-analitika idarəsinin, Nəzarət-analitika idarəsinin Nəzarət və məlumat-analitik şöbəsinin, Ərazilərin sosial-iqtisadi inkişafı və büdcə şöbəsinin, Ərazi nümayəndəlik orqanlarının fəaliyyətinin öyrənilməsi mərkəzinin əməkdaşları ilə də görüş keçiriblər və bu şöbələrin də fəaliyyəti ilə tanış olublar.
Görüşdən əvvəl Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyevin başçılıq etdiyi Parlament Aparatının nümayəndə heyətinin üzvləri Aparatlar arasında təcrübə mübadiləsi çərçivəsində Özbəkistan Ali Məclisi Senatının inzibati binasında olublar, burada Mətbuat mərkəzinin, kitabxananın, mətbəənin, müxtəlif şöbələrin fəaliyyəti ilə maraqlanıblar, senatorlar və Aparat əməkdaşları üçün yaradılmış iş şəraiti ilə tanış olublar.
10-09-2025, 18:31
Sülhü pozmaq istəyənlər var! - Paşinyan


Sülhü pozmaq istəyənlər var! - Paşinyan

Avqustun 8-də Vaşinqtonda əldə olunan sülhü pozmaq cəhdləri var.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə bildirib.
Onun sözlərinə görə, 1994-cü ildən Qarabağ münaqişəsinin nizamlanması prosesi davam edir, lakin danışıqlar zamanı heç vaxt masa üzərində bəyanatdan başqa sənəd olmayıb.
“Bəyanat mətninə imza atılıb. Bu, bir çoxlarının proqramına daxil deyil. Onlara sülhün pozulması lazımdır. Belə qüvvələr həm Ermənistanda, həm də ona yaxınlıqda və uzaqlıqda mövcuddur”, – Paşinyan bildirib.
10-09-2025, 17:52
Bakı ilə sülhü pozmaq istəyən qüvvələr var - Paşinyan


Bakı ilə sülhü pozmaq istəyən qüvvələr var - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, Ermənistanda və onun hüdudlarından kənarda Azərbaycanla sülhü pozmaq istəyən qüvvələr var.
"Bəli, sülh bərqərar olub. Lakin həm Ermənistanın özündə, həm də yaxın və uzaq xaricdə sülhü pozmağa, dayandırmağa çalışan qüvvələr var", - o qeyd edib.
10-09-2025, 17:45
Rəşad Nəbiyev Kris Hevişlə müzakirələr apardı


Rəşad Nəbiyev Kris Hevişlə müzakirələr apardı

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev oyun yaradıcıları üçün qlobal kommersiya platforması olan “Xsolla” şirkətinin prezidenti Kris Hevişlə görüş keçirib.
Görüşdə Azərbaycanla şirkət arasında əməkdaşlıq imkanları müzakirə edilib.
Həmçinin “Xsolla”nın ölkəmizdəki ofisinin regional tədqiqat və inkişaf habına çevrilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.
10-09-2025, 17:41
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı


Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Moskvadakı "Aviapark" ticarət mərkəzində azərbaycanlı iş adamı Emin Ağalarova məxsus üç restoran eyni vaxtda bağlanıb.
Bu barədə Rusiya mətbuatı yazıb.
"Edoko", "Zafferano" və "Forte Bello" adlı restoranların bağlanma səbəbi göstərilmir. Lakin iddia olunur ki, iş adamının bütün resursları hazırda onun Bakıda inkişaf etdirdiyi "Sea Breeze" kurortunda cəmləşib.
10-09-2025, 17:33
Mənə Koçaryanla bağlı sual verməyin! - Sarkisyan


Mənə Koçaryanla bağlı sual verməyin! - Sarkisyan

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan ölkədə hakimiyyət dəyişikliyi məsələsinin daim gündəmdə olduğunu bildirib.
Onun sözlərinə görə, bunun “ən düzgün və optimal yolu” hökumətə və baş nazirə etimadsızlıq göstərmək, yəni impiçment elan etməkdir.
Sarkisyan parlamentin yalnız danışmaq yox, həm də dinləmək məkanı olduğunu vurğulayıb: “Baxın beynəlxalq təcrübəyə: dünən dünyada iki böyük hadisə baş verdi - Nepalda və Fransada. Hakimiyyəti devirmək və ya etimadsızlıq göstərmək üçün iki yol var. Biri Nepaldakı kimi zorakılıq və qətllərlə, digəri isə Fransadakı kimi parlament vasitəsilə. Biz xalqımıza hansını təklif etməliyik?” - deyə o, çıxışında qeyd edib.
Jurnalistlərin ikinci prezident Robert Koçaryanla bu mövzuda anlaşmamasının səbəbi barədə sualına isə Sarkisyan cavab verməkdən yayınaraq belə deyib: “Mən xahiş etmişdim ki, ikinci prezident haqqında sual verməyin.”
10-09-2025, 17:28
Aİ Ukraynaya daha 1 milyard avro maliyyə yardımı ayırdı


Aİ Ukraynaya daha 1 milyard avro maliyyə yardımı ayırdı

Avropa İttifaqı (Aİ) dondurulmuş Rusiya aktivlərindən əldə olunan vəsait hesabına Ukraynaya daha 1 milyard avro makro-maliyyə yardımı göndərib.
Bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko “X”də bildirib.
Onun sözlərinə görə, bu yardım Avropanın Rusiyanın artan raket hücumları və destabilizasiya cəhdlərinə qarşı Ukraynanın müdafiəsini və dayanıqlılığını gücləndirmək əzmindən xəbər verir.
Sviridenko həmçinin Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenə və İqtisadiyyat və Məhsuldarlıq, Tətbiq və Sadələşdirmə üzrə Komissar Valdis Dombrovskisə təşəkkür edib:
“Bu vəsaitlər insanların qorunmasına, şəhərlərin bərpasına və Ukraynanın Avropa gələcəyinin təmin edilməsinə xidmət edir. Təcavüzkar cavabını alacaq. Ədalət qalib gələcək.”
10-09-2025, 17:22
Xəzərdə yeni böyük quru ərazi üzə çıxa bilər


Xəzərdə yeni böyük quru ərazi üzə çıxa bilər

Hazırkı dövrdə Xəzər dənizi mürəkkəb ekoloji və hidroloji dəyişikliklərlə üzləşir. Son 30 ildə aparılan müşahidələr dəniz səviyyəsində əhəmiyyətli azalmanı göstərir ki, bu da sahilyanı ərazilərə və iqtisadi fəaliyyətlərə təsir göstərir.
Bunu Su və meliorativ proseslərin modelləşdirilməsi sektorunun müdiri, Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun Su və meliorativ proseslərin modelləşdirilməsi sektorunun müdiri Kəminə Ağayeva Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransında - “Baku Water Week”də (Bakı Su Həftəsi) çıxışı zamanı deyib.
O bildirib ki, son 30 ildə Xəzər dənizində suyun səviyyəsi 2,5 metr, son 10 ildə 1,5 metr, son 5 ildə 0,93 metr azalıb, ümumilikdə isə hər il Xəzər dənizdə suyun səviyyəsi 20-30 sm azalır: "Xəzər dənizinin şimal hissəsi çox dayazdır (orta dərinlik 5-6 metr). Səviyyənin bu qədər enməsi həmin hissənin qismən və ya tam qurumasına səbəb ola bilər. Bu, nərə balıqları, suitilər və şimaldakı bataqlıq ekosistemləri üçün ciddi təhlükədir. Sosial baxımdan suyun geri çəkilməsi Volqa deltasına, balıqçılığa və sahilyanı kənd təsərrüfatına zərbə vurur".
"NASA-nın Qlobal Su Monitorinqin tərəfindən bir neçə peykdən toplanan radar altimetriya məlumatları əsasında aparılan hesablamalara əsasən 21-ci əsrin sonuna qədər Xəzər dənizinin səviyyəsi 9-18 metr enə bilər ki, bu da dənizin təxminən 1/4 sahəsini itirməsinə və 93 min kvadrat kilometr yeni quru ərazinin üzə çıxmasına səbəb olacaq. Yeni yaranacaq torpaqların çoxu Xəzərin şimal hissəsində formalaşacaq", - deyə K. Ağayeva qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!