Bakıda daha bir ərazidə binalar PLANA DÜŞDÜ .....                        Gənc oğlan idman zalında vəfat etdi .....                        Heydər Əliyev Mərkəzi Türkiyə bayrağına büründü .....                        Bələdiyyə sədri əməliyyat zamanı öldü .....                        Suriya Kosovonu tanıdı .....                        Sahibə Qafarova: Şuşa Bəyannaməsi qardaşlığımızı zirvəyə yüksəldib .....                        Sabiq prezidentin qızı açıqlamasına görə məhkəməyə verildi .....                        Müdafiə Nazirliyini aldadan iş adamının CƏZASI AZALDILDI .....                        Prezident daha bir qəbul keçirdi .....                       
10-09-2025, 14:21
Narkokuryerlərdən 31 kiloqram narkotik aşkarlandı


Narkokuryerlərdən 31 kiloqram narkotik aşkarlandı

Bakının Yasamal rayonunda narkotiklərin satışı və qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı 28 yaşlı Fəqan Məmmədov və 24 yaşlı Məhərrəm Həsənzadə saxlanılıblar. Onlardan ümumilikdə 31 kiloqram marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər maddi qazanc əldə etmək üçün İran vətəndaşları ilə əlaqə yaradıblar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
10-09-2025, 14:00
Prezident Yazıçılar Birliyinin Yaradıcılıq Evinin açılışında - FOTO


Prezident Yazıçılar Birliyinin Yaradıcılıq Evinin açılışında - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Azərbaycan Yazıçılar Birliyinin Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına Yaradıcılıq Evində yaradılmış şərait barədə məlumat verdi.
Bildirildi ki, Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən kompleksin ərazisi 3 hektara yaxındır. Burada “suite” və “standart” tipli olmaqla ümumilikdə 43 otaq var. Kompleksdəki 174 yerlik konfrans zalında müxtəlif tədbirlərin, o cümlədən yaradıcılıq gecələrinin, yazıçılarla görüşlərin və digər mədəni tədbirlərin keçirilməsi mümkün olacaq. Burada kinoteatr, kitabxana, qapalı, həmçinin açıq havada restoranlar, kafe, fitnes zonası da fəaliyyət göstərəcək. Eyni zamanda, futbol, tennis və uşaq oyun meydançaları da istirahət edənlərin ixtiyarına veriləcək.
Qeyd edək ki, kompleksin bu cür müasir səviyyədə inşası ölkəmizdə yaradıcı insanların fəaliyyətinə göstərilən dövlət dəstəyinin növbəti təzahürü olmaqla, ilk növbədə, onların istirahətinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət nəticəsində yaradılmış şərait mədəniyyət və incəsənət sahəsində çalışanların fəaliyyətinin daha da canlanmasına səbəb olmaqla yanaşı, bu sahənin inkişafına mühüm töhfə verir. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində yaradıcı şəxslərin fəaliyyətinin stimullaşdırılması, onların əməyinə yüksək qiymətin verilməsi, sosial təminatlarının, mənzil-məişət şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülür. Bundan başqa, istirahət və yaradıcılıq imkanlarının genişləndirilməsi məqsədilə yaradıcılıq ittifaqlarının, yaradıcılıq evlərinin və sanatoriyaların fəaliyyəti də dövlət səviyyəsində dəstəklənir.












10-09-2025, 13:56
Baş nazir bu qurumları Nazirliyin tabeliyindən çıxardı


Baş nazir bu qurumları Nazirliyin tabeliyindən çıxardı

Nazirlər Kabineti 12 iyul 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"na dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısından "Azərpoçt", "AzInTelekom", "Bakı Taksi Xidməti" MMC-lər, "Bakı Telefon Rabitəsi" MMC və onun tabeliyindəki qurumlar ("AzEuroTel" MMC, Bakı Avtomat Telefon Qovşağı, Layihə Axtarış Kontoru, Rabitə Qurğularının Təmiri və Tikintisi İdarəsi), "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi və Azərbaycanın Kosmik Agentliyi ("Azərkosmos") çıxarılıb.
10-09-2025, 13:48
Polşa Belarus sərhədinə hərbi texnika toplayır


Polşa Belarus sərhədinə hərbi texnika toplayır

Polşa Ordusu Belarus sərhədinə hərbi texnika toplayır.
Bu barədə Polşanın “Birinci Milli” dövlət telekanalı məlumat yaayıb.
Telekanalın yaydığı kadrlarda hərbi texnika kolonlarının ümumi istifadə üçün nəzərdə tutulan yollarda sərhədə doğru hərəkət etdiyi görünür.
Məlumatda bildirilir ki, bu hadisə Varşavada NATO-nun 4-cü maddəsinin tətbiqi imkanlarının müzakirəsi ilə eyni vaxta təsadüf edib. Sözügedən maddə alyans üzvlərinə təhlükəsizlik təhdidi yarandıqda məsləhətləşmələr aparma imkanı verir.
10-09-2025, 13:38
Əsgərlərin valideynlərlə görüşü qadağan edildi


Əsgərlərin valideynlərlə görüşü qadağan edildi

Yeni xidmətə başlayan gənc əsgərlərin adaptasiya dövründə sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə qabaqlayıcı tədbirlər keçirilir. Gənc əsgərlərin respirator xəstəliklərə, o cümlədən qrip infeksiyasına yoluxmasının qarşısını almaq üçün onlarla görüşə müvəqqəti məhdudiyyət qoyulub.
Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
“İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi xahiş edirik”, məlumatda deyilir.
10-09-2025, 12:49
Havadan su əldə ediləcək - Azərbaycanda yeni layihə hazırlanır


Havadan su əldə ediləcək - Azərbaycanda yeni layihə hazırlanır

2025-ci ilin sonuna kimi suyun əldə edilməsi üzrə texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanması planlaşdırılıb. 2026-cı ildə müvafiq sahədə pilot layihə keçiriləcək ərazilərin müəyyənləşdirilməsi, 2027-ci ildə havadan suyun əldə edilməsi texnologiyası ilə bağlı 1 pilot layihənin icrası nəzərdə tutulub.
Eyni zamanda ölkədə yüksək minerallaşmış yeraltı suların təmizlənməsi və istifadəyə cəlb edilməsi planlaşdırılıb.
Belə ki, 2025-ci ilin sonuna kimi su təminatı zəif olan yaşayış məntəqələrinin müəyyən ediləcək, 2026-cı ildə müvafiq yaşayış məntəqələrinin məişət-təsərrüfat sahəsində yeraltı sularından istifadəyə dair layihələr hazırlanacaq, 2027-ci ildə su təminatında təmizlənmiş yeraltı sulardan istifadəyə dair 1 pilot layihə həyata keçiriləcək.
10-09-2025, 12:04
Sabahın havası


Sabahın havası

Azərbaycanda sentyabrın 11-də Bakı və rayonlarda yağış yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal olunur. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 19-23, gündüz 25-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-22, gündüz 27-30, dağlarda gecə 8-13, gündüz 14-17 dərəcə isti olacaq.
10-09-2025, 07:23
Ofelya Qafarova yazır: "Zaman..."


Ofelya Qafarova yazır: "Zaman..."

Keçmişin ötən xatirələrimi, indinin öz içində sıxışıb qalmış olduğu bataqlığıdır, yoxsa gələcəyin səbirsiz yaxınlayışımı?
O keçmiş günlər sanki toxunulmaz, uca, amma bir o qədər məsum görsənir düşüncələr dənizimdə...Izah olunmaz, xoş təbəssüm qarışığı buruq melanxoliyanı yaradır uzaq xatirələrimdə...
Insanın üz cizgilərini dərinləşdirən də zaman deyilmi? Həyatın yaşatdığı eniş-yoxuşların alında büruzə verdiyi dərinliklər, keçmişi xatırlayıb dodağın kənarına qonan gülümsəyişlər, göz kənarındakı, yanaqdakı o dərin, yaşanmış, yaşanmamış, peşmanlıqlarla dolu ötən illərin dərinlikləri gizlədir özünü...
Diqqətlə baxsanız itərsiniz o baxışların dərinliyində, ağuşuna qapılarsız gənclik illərinin gətirdiyi ehtirasın və bəlağətli nitqlərin atəşində.
Amma indi oturur və pəncərəni israrla döyəcləyən aramsız yağmuru izləyirsiniz, mübarizə aparan hər yağış damcısı içinizdə keçmişə dair küskün bir gülümsəyiş yaradır. Vaxtın keçdiyinə inandırır sizi çəhrayı səmada batmaqda olan yorğun günəş...Dalğaların sahilə vuruşuyla rahatladığınız yaşa gəlib çatmış olursuz artıq.
Sahilə vurmağa çalışan hər buruq sizi aparır sanki bir xəyal imiş kimi yaşamış olduğunuz o uzaq enişli-yoxuşlu cığırlara. Ağarmış saç dənələriniz, o acılı amma hər zərrəsi ilə gözəl olan günləri xatırlayıb köks ötdürən qövsünüz, baxışlarınızda gizlənmiş arzular, xəyallar sizi bir daha uzaqlara aparır.
Zaman keçmir, sadəcə biz itirik o zamanların arasında. Itirik bu qeyri-müəyyən məhfumun qolları altında. Sarılırmı bizə sıxı-sıxı, yoxsa nifrətlə itələyirmi bu sonsuzluq qədər uzun gözüküb, sürətlə keçən həyata? Bəlkə də zaman, ötən bir sayğacdan çox sənin onu necə hiss elədiyindir.
Hər birimiz bir zamanıq. Əqrəbimiz bəzən sürətlə, bəzən aramla keçir o yaşanmışlıqlardan. Bəzən bir əsrə, bəzənsə qısa bir saniyəyə bərabər xatirələrin uzərindən keçir o kiçik əqrəbimiz. Içimizdə yaşayırıq zamanı. Bəlkə də zaman sənin nə hiss etdiyindir, kim bilir?!
10-09-2025, 00:11
“Üçüncü dünya müharibəsi başlayıb”


“Üçüncü dünya müharibəsi başlayıb”

Üçüncü dünya müharibəsi artıq başlayıb və ABŞ imperiyası dünyaya öz siyasi, iqtisadi, mədəni və hərbi hegemonluğunu sırımaq üçün xüsusi müharibə planı həyata keçirir.
Bunu Venesuela Prezidenti Nikolas Maduro bildirib.
“Papa Fransisk hələ iki il əvvəl deyirdi ki, biz üçüncü dünya müharibəsinə doğru gedirik. Mən hesab edirəm ki, o artıq başlayıb. ABŞ imperiyası dünyaya öz hegemonluğunu diktə etmək üçün müharibə planına malikdir”, - deyə Maduro vurğulayıb.
Xatırladaq ki, 2022-ci ilin avqustunda Roma Papası Fransisk (2025-ci ilin aprelində vəfat edib) bəşəriyyətin “üçüncü dünya müharibəsini yaşadığını” bəyan edib. 2024-cü ilin mayında isə o, qlobal vəziyyəti yenidən bu ifadə ilə xarakterizə edib.
"Reuters"in məlumatına görə, 19 avqustda ABŞ Hərbi Dəniz Qüvvələrinin üç esminesi, atom sualtı qayığı və raket kreyseri, həmçinin 4,5 min hərbçisi Venesuela sahillərinə, Karib hövzəsinin cənub hissəsinə göndərilib. Rəsmi izahata görə, məqsəd “narkokartellərə qarşı əməliyyatlar” aparmaq olub.
"The New York Times" yazır ki, ABŞ Prezidenti Donald Tramp Latın Amerikasındakı narkokartellərə qarşı hərbi güc tətbiqi barədə gizli direktiv imzalayıb. Dövlət katibi Marko Rubio isə 2 sentyabrda Venesueladan çıxmış və “narko-terrorçu təşkilata” məxsus olduğu iddia edilən gəminin məhv edildiyini, hücum nəticəsində 11 nəfərin həlak olduğunu açıqlayıb.
Vaşinqton Maduronu “Cartel de los Soles” adlı narkokartel ilə əlaqəli olmaqda ittiham edir. Lakin rəsmi Karakas bu qurumun mövcudluğunu qəti şəkildə inkar edir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!