Bakıda daha bir ərazidə binalar PLANA DÜŞDÜ .....                        Gənc oğlan idman zalında vəfat etdi .....                        Heydər Əliyev Mərkəzi Türkiyə bayrağına büründü .....                        Bələdiyyə sədri əməliyyat zamanı öldü .....                        Suriya Kosovonu tanıdı .....                        Sahibə Qafarova: Şuşa Bəyannaməsi qardaşlığımızı zirvəyə yüksəldib .....                        Sabiq prezidentin qızı açıqlamasına görə məhkəməyə verildi .....                        Müdafiə Nazirliyini aldadan iş adamının CƏZASI AZALDILDI .....                        Prezident daha bir qəbul keçirdi .....                       
13-09-2025, 17:39
Rusiyaya sanksiya tətbiq etməyə hazıram - Tramp


Rusiyaya sanksiya tətbiq etməyə hazıram - Tramp

ABŞ prezidenti Donald Tramp NATO ölkələrini Rusiya neftinin alınmasını dayandırmağa və Çinə yüksək tariflər tətbiq etməyə çağırıb.
Bu barədə Tramp “Truth Social” şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, bu addımlar Moskvanın Pekindən asılılığını zəiflədəcək və müharibənin sonunu yaxınlaşdıracaq.
“Hazıram ciddi sanksiyalar tətbiq etməyə hazıram, amma yalnız o halda ki, NATO ölkələri eyni addımı atsın və Rusiya neftini almağı dayandırsın. Bəzi dövlətlərin hələ də bu nefti alması şokedicidir və danışıqlarda mövqeyi zəiflədir. Əlavə olaraq, NATO Çinə 50-100 faiz tariflər tətbiq etməli, müharibə bitəndən sonra isə bunları ləğv etməlidir. Bu, Rusiyanın Çindən asılılığını qıracaq”.
O, həmçinin iddia edib ki, əgər özü prezident olsaydı, müharibə heç vaxt başlamazdı:
“Bu, Trampın müharibəsi deyil, Bayden və Zelenskinin müharibəsidir. Mən sadəcə onu dayandırmaq və minlərlə həyat xilas etmək istəyirəm. Yalnız ötən həftə 7 mindən çox insan həyatını itirib”.
Tramp qeyd edib ki, NATO onun planına əməl etsə, müharibə qısa müddətdə başa çatacaq: “Əks halda siz yalnız mənim, həmçinin ABŞ-ın vaxtını, enerjisini və pullarını itirirsiniz”.
13-09-2025, 17:14
Sulutəpə və Sumqayıta gedənlərə şad xəbər! - Avtobuslar bərpa edilir


Sulutəpə və Sumqayıta gedənlərə şad xəbər! - Avtobuslar bərpa edilir[/size]

157 və 503 nömrəli marşrutlar üzrə keçirilən müsabiqələrdə qalib gələn daşıyıcılar – “BusTrans” MMC və “BakuBus” MMC yeni avtobuslarla xətlərin istismarını müvafiq olaraq sentyabrın 14-ü və 15-də həyata keçirəcəklər.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, hər iki marşrut üzrə sərnişindaşıma nağdsız ödəniş əsasında fəaliyyət göstərəcək.
Bakı Beynəlxalq Avtovağzal Kompleksini Sulutəpə qəsəbəsi ilə əlaqələndirən 157 nömrəli marşrut üzrə gedişhaqqı 0.50 qəpik, Sumqayıt şəhəri ilə əlaqələndirən 503 nömrəli marşrut üzrə isə 0.70 qəpik təşkil edəcək.
13-09-2025, 17:10
Polşada Baş nazirin maşınını oğurladılar


Polşada Baş nazirin maşınını oğurladılar

Polşada baş nazir Donald Tuska məxsus avtomobili oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə RMF FM məlumat yayıb.
Məlumata görə, hadisə ilə bağlı saxlanılan şəxs 41 yaşlı Polşa vətəndaşıdır. O, daha əvvəl də fırıldaqçılıq və sağlamlığa, həmçinin insan həyatına qarşı cinayətlərdə adının hallanması ilə hüquq-mühafizə orqanlarının diqqətini çəkib.
Şübhəli şəxs Qdansk hava limanında, Bolqaristana uçuşa bir neçə dəqiqə qalmış saxlanılıb.
Məlumata görə, əməliyyata sərhəd xidmətinin xüsusi müdaxilə qrupu da cəlb olunub.
Şübhəlinin evində aparılan axtarış zamanı istintaq üçün əhəmiyyət kəsb edən materiallar aşkarlanıb və müsadirə edilib.
13-09-2025, 15:55
Maşından 5200 manat oğurlayan şəxs tutuldu


Maşından 5200 manat oğurlayan şəxs tutuldu

Sabunçu rayonu Bakıxanov qəsəbəsində bir nəfərə məxsus avtomobildən içərisində 5200 manat olan pul kisəsinin oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Sabunçu RPİ 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən paytaxt sakini 43 yaşlı M.Tağıyev saxlanılıb.
Abşeron rayonunda isə evlərin birindən 2000 manat dəyərində qızıl-zinət əşyası talamaqda şübhəli bilinən əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Kürdəmir rayon sakini 42 yaşlı İ.Rüstəmzadə polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
13-09-2025, 15:48
2026-cı ilin büdcəsi Prezidentə təqdim ediləcək


2026-cı ilin büdcəsi Prezidentə təqdim ediləcək

İqtisadi Şuranın növbəti iclası keçirilib.
Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin proqnoz layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, dünya iqtisadiyyatının inkişaf meylləri, büdcə proqnozlarında istifadə olunan əsas fərziyyələr, cari iqtisadi vəziyyət və 2025-2029-cu illər üzrə yenilənmiş makroiqtisadi proqnozlar, 2026-2029-cu illərdə büdcə siyasətinin əsas məqsəd, istiqamət və hədəfləri, Qarabağ və Şərqi Zəngəzurun yenidənqurulması və bərpası ilə bağlı xərclərin maliyyələşdirilməsi və Böyük Qayıdış Proqramının təmin edilməsi, Ortamüddətli Xərclər Çərçivəsi və nəticə əsaslı büdcə mexanizminin tətbiq olunduğu sahələr, büdcə qaydasının parametrləri üzrə hədəf göstəriciləri, makroiqtisadi və maliyyə sabitliyi sahəsində cari vəziyyət, siyasət istiqamətləri və digər məsələlər ətraflı müzakirə olunub.
İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun, maliyyə naziri Sahil Babayevin, Mərkəzi Bankın sədri Taleh Kazımovun və əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin məruzələri dinlənilib. Təqdim olunan gündəliyə dair İqtisadi Şuranın üzvləri tərəfindən müzakirələr aparılıb.
İclasın yekununda İqtisadi Şura üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla 2026-cı ilin büdcə zərfinə daxil olan bütün sənəd və məlumatların Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
13-09-2025, 15:09
“Hamburger” və “dondurma” sözlərini qadağan etdi


“Hamburger” və “dondurma” sözlərini qadağan etdi

Şimali Koreya lideri Kim Çen İn ölkədə “çox Qərb mənşəli” hesab olunan sözlərin istifadəsinə qadağa qoyulması barədə göstəriş verib.
Bu barədə məlumatı "The Sun" yayıb.
Məlumata görə, Vonson kurortunda Rusiya və Çin turistləri ilə işləyən bələdçilərə Qərbdən və Cənubi Koreyadan gələn ingiliscə terminlərdən istifadə etməmək tapşırılıb.
Bununla bağlı bir sıra məşhur ifadələrə alternativ adlar təklif edilib. Məsələn, “hamburger” bundan sonra "dajin-gogi gyeopppang", yəni “çörək arası ət” kimi təqdim olunacaq, “dondurma” "eseukimo" adlandırılacaq, "karaoke" aparatları isə “ekran müşayiəti maşınları” kimi tanıdılacaq.
Daha əvvəl KXDR-ə səfər etmiş rusiyalı turistlər bildiriblər ki, təyyarədə onlara “Kim Çen İn reseptli burger” təqdim olunub və bu yemək “milli nailiyyət” kimi qələmə verilib.
13-09-2025, 14:48
Toy karvanında qayda pozanlar cəzalandırıldı


Toy karvanında qayda pozanlar cəzalandırıldı

Naxçıvanda toy karvanı zamanı ictimai qaydanı və yol hərəkətinin təhlükəsizliyini kobud şəkildə pozan “Chevrolet” markalı avtomobilin sürücüsü Daşqın Həsənov, “Jaguar” markalı avtomobilin sürücüsü Həsən Allahverdiyev, “Renault” markalı avtomobilin sürücüsü Tuncay Cabbarlı və “Kia” markalı avtomobilin sürücüsü İlkin Rüstəmov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla onların digər hərəkət iştirakçılarının sərbəst hərəkətinə pirotexniki vasitələrdən istifadə etməklə mane olduqları və yol hərəkəti qaydalarını pozduqları aşkar edilib.
Faktla bağlı saxlanılan şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
13-09-2025, 14:24
Rusiya raketləri Londona da, Madridə da sürətlə çata bilər


Rusiya raketləri Londona da, Madridə da sürətlə çata bilər

NATO baş katibi Mark Rutte Rusiya raketlərinin yalnız Şərqi Avropa ölkələri üçün deyil, bütün alyans üçün təhlükə yaratdığını bildirib.
O, bu barədə “Şərqin mühafizəçisi” əməliyyatının başlanması ilə bağlı keçirilən mətbuat konfransında deyib.
“Bəziləri elə bilir ki, Londonda və ya Madriddə yaşamaq daha təhlükəsizdir, nəinki Tallində. Bu, belə deyil”.
Ruttenin sözlərinə görə, Rusiyanın yeni nəsil hipersəs raketləri səs sürətini beş dəfə üstələyir:
“Onlar Madrida və ya Londona Tallin və ya Vilnüsdən cəmi 5–10 dəqiqə gec çatır”.
NATO baş katibi əlavə edib ki, alyans üzvləri vəziyyəti elə qəbul etməlidirlər ki, sanki bütün dövlətlər şərq cəbhəsində yerləşir.
13-09-2025, 14:13
Sabah Bakıda intensiv yağış yağacaq


Sabah Bakıda intensiv yağış yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 14-də arabir yağış yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Əsasən günün birinci yarısında yarımadanın bəzi yerlərində yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimal olunur.
Küləkli hava şəraitinin sentyabrın 14-ü də davam edəcəyi gözlənilir.

***

12:47

Azərbaycanda sentyabrın 14-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən günün birinci yarısında yarımadanın bəzi yerlərində leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-20, gündüz 20-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət isə 75-85 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-19, gündüz 20-25, dağlarda gecə 4-7, gündüz 7-12 dərəcə isti olacaq.
13-09-2025, 13:46
Mesaj yazaraq kart məlumatlarını aldı - İnstaqramda dələduzluq


Mesaj yazaraq kart məlumatlarını aldı - İnstaqramda dələduzluq

Sosial şəbəkələrdə dələduzluq edərək vətəndaşların kart hesablarını talamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 22 yaşlı Zaur Teymurxanov saxlanılıb.
DİN-dən verilən məlumata görə, araşdırmalarla məlum olub ki, Z.Teymurxanov instaqramda ayrı-ayrı vətəndaşların şəxsi məlumatlarını öyrənəndən sonra onların dostluğundakı şəxslərə mesaj yazaraq kart məlumatlarını ələ keçirib. O, bu yolla külli miqdarda pul vəsaitini oğurlayaraq öz hesabına köçürüb.
Faktlarla bağlı araşdırmalar aparılır. Z.Teymurxanovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə müraciət edə bilərlər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!