Bütün dünyaya sübut etmişik ki, güclü xalqıq - Prezident .....                        İsrail hərbçiləri Suriyanın iki kəndinə girdi .....                        Türkiyə nüvə reaktorlarının tikintisinə başladı .....                        Əfsanəvi boksçu 46 yaşında öldü .....                        Prezident Qarabağ Universitetinin Klinikasının açılışında - FOTO .....                        Prezident Xocalı rayonunun Şuşakənd kəndində olub .....                        Xankəndidə erməni əsilli sakin POLİSƏ QUMBARA ATDI .....                        Qəzzada ölənlərin sayı 64 871 nəfərə çatdı .....                        Türkiyədə silah zavodu yanır .....                       
Bu gün, 19:22
Bütün dünyaya sübut etmişik ki, güclü xalqıq - Prezident


Bütün dünyaya sübut etmişik ki, güclü xalqıq - Prezident

Biz bütün dünyaya sübut etmişik ki, güclü xalqıq, iradəli xalqıq, döyüş meydanında da qələbə qazanmışıq, sülhə də hər zaman hazır idik. Amma sülh ədalətli sülh olmalı idi, beynəlxalq hüquq və tarixi ədalət üzərində sülh olmalı idi.
Bu fikirləri Prezident İlham Əliyev Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşündə səsləndirib.
Dövlətimizin başçısı əlavə edib: “Son beş ilin tarixi onu göstərdi ki, heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilmədi”.
Bu gün, 18:56
İsrail hərbçiləri Suriyanın iki kəndinə girdi


İsrail hərbçiləri Suriyanın iki kəndinə girdi

İsrail hərbçiləri Suriyanın cənub-şərqində, Dəra əyalətində iki kəndə daxil olub.
Bu barədə Suriya dövlət xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, 1974-cü ildə müəyyən edilən atəşkəs xəttinə yaxın Saysun və Cemle kəndlərində hərbçilər axtarış tədbirləri həyata keçirib.
Suriya hökumət rəsmiləri isə bu əməliyyatı kəskin qınayıb.
Bu gün, 18:38
Türkiyə nüvə reaktorlarının tikintisinə başladı


Türkiyə nüvə reaktorlarının tikintisinə başladı

Ankara digər ölkələrin iştirakı olmadan nüvə reaktorlarının tikintisi üzrə milli layihəyə başlayıb.
Türkiyənin sənaye naziri Kacirin sözlərinə görə, bu, enerji müstəqilliyini gücləndirmək üçün “Milli Texnoloji Sıçrayış” strategiyasının bir hissəsidir.
Layihə süni intellekt, müdafiə, kimya və metallurgiya sahələrini əhatə edir, karbonsuz enerji mənbələrinə əsaslanır və Türkiyənin TENMAK, TÜBİTAK institutları və universitetləri ilə birgə həyata keçirilir. O, xarici layihələrə, o cümlədən Rusiyanın Akkuyu AES-ə alternativ ola bilər və Türkiyəni texnoloji suverenliyə doğru hərəkət etdirə bilər.
Bu gün, 18:21
Əfsanəvi boksçu 46 yaşında öldü


Əfsanəvi boksçu 46 yaşında öldü

Əfsanəvi britaniyalı boksçu Rikki Hatton 46 yaşında vəfat edib.
Keçmiş idmançı Mançesterdəki evində ölü tapılıb.
Polis təbii səbəblərdən başqa faciənin başqa versiyalarını nəzərdən keçirmir.
Qeyd edək ki, Hatton 2012-ci ildə 45-3 rekordu ilə təqaüdə çıxıb. Onun adı 2024-cü ildə Boks Şöhrət Zalına daxil edilib.
Bu gün, 17:27
Prezident Qarabağ Universitetinin Klinikasının açılışında - FOTO


Prezident Qarabağ Universitetinin Klinikasının açılışında - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikası binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında iştirak edib.
Elm və təhsil naziri Emin Əmrullayev, Qarabağ Universitetinin rektoru Şahin Bayramov və Qarabağ Universiteti Klinikasının rəhbəri, Tibb və sağlamlıq elmləri fakültəsinin dekanı Samir Babayev dövlətimizin başçısına yaradılan şərait barədə məlumat verdilər.
Bildirildi ki, yeni tədris ilindən Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayacaq. Fakültənin tədris korpusu müasir tələblərə cavab verən avadanlıqla təchiz edilib. Binada 10 dərs və 9 auditoriya otağı, 3 laboratoriya, iş və imtahan otaqları, istirahət zonaları, kitabxana, brifinq zalları yaradılıb. Burada, həmçinin mikrobiologiya, histologiya laboratoriyaları, hüceyrə yetişdirmə və digər inzibati otaqlar fəaliyyət göstərəcək. Fakültədə yerli və xarici ekspertlərin birgə hazırladığı, beynəlxalq təcrübələrə əsaslanan altıillik tibb və dördillik tibb bacısı proqramlarının tədrisi həyata keçiriləcək. Burada tətbiq olunacaq müasir təhsil modeli tələbələrin nəzəri biliklərini Qarabağ Universitetinin Klinikasında praktik vərdişlərə çevirməyə imkan yaradacaq. Tələbələrə tədqiqat aparmaq və liderlik keyfiyyətlərini inkişaf etdirmək üçün də hərtərəfli imkanlar veriləcək. Fakültənin fərqli xüsusiyyətlərindən biri isə seçmə fənn olaraq incəsənət proqramının tədris planına daxil edilməsidir. İncəsənət tələbələrin özünüifadə, qrup daxilində əməkdaşlıq və ünsiyyət bacarıqlarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Dövlətimizin başçısı Qarabağ Universitetinin Klinikası binasında yaradılmış şəraitlə tanış oldu. Klinika Prezident İlham Əliyevin bu ilin fevralında imzaladığı Fərmana əsasən yaradılıb. Klinikanın binasında 23 həkim otağı, laboratoriyalar, rentgen, təcili yardım, maqnit rezonans tomoqrafiya (MRT), kompüter tomoqrafiyası (KT) və angio otaqları fəaliyyət göstərəcək. Qısa müddət ərzində ali təhsil ocağında tibb sahəsi üzrə müasir tədris infrastrukturu yaradılıb. Klinika Qarabağ Universitetində tibb ixtisası üzrə təhsil alan tələbələrin peşəkar kadr kimi hazırlanmasını təmin edəcək, bu sahədə elmi tədqiqatlar aparmağa, həmçinin regionda əhalinin sağlamlığının qorunmasında mühüm rol oynayacaq. Burada, eyni zamanda, tədris, tədqiqat və tibbi xidmət fəaliyyəti həyata keçiriləcək.
Qarabağ Universitetində Klinikanın yaradılması, həmçinin Tibb və sağlamlıq elmləri fakültəsinin fəaliyyətə başlaması yeni dövrün çağırışlarına uyğun peşəkar tibb mütəxəssislərinin hazırlanması istiqamətində atılmış mühüm addımlardan biridir. Digər tərəfdən, klinikada həyata keçiriləcək elmi tədqiqatlar Qarabağ Universitetinin akademik nüfuzunun və beynəlxalq reytinqinin artmasına, eləcə də ölkəmizdə tibb elminin inkişafına öz töhfəsini verəcək. Bütün bunlar, eyni zamanda, xarici tələbələrin də bu ali təhsil ocağına marağını artıracaq.











Bu gün, 17:09
Prezident Xocalı rayonunun Şuşakənd kəndində olub


Prezident Xocalı rayonunun Şuşakənd kəndində olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xocalı rayonunun Şuşakənd kəndində olub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov görülmüş işlər barədə dövlətimizin başçısına məlumat verdi.
Qeyd edək ki, bu kənd də Silahlı Qüvvələrimizin iki il əvvəl həyata keçirdiyi antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçib.
İndiyədək kəndin sosial infrastrukturunun qurulması istiqamətində bir sıra layihələr həyata keçirilib və bu istiqamətdə işlər davam etdirilir. Belə ki, mövcud elektrik xətləri, 3 su anbarı, subartezian quyusu bərpa olunub, transformator quraşdırılıb, sayğaclaşdırma işlərinə başlanılıb, qaz xətti çəkilib, mövcud içməli su şəbəkəsi təmir edilib. Bundan başqa, rabitə xətlərinin layihəsi təsdiqlənib və bu istiqamətdə hazırlıq işləri görülür. Kənddə bayraq meydanı salınıb, kənddaxili yollar asfaltlanıb.
Şuşakənddə ümumilikdə 263 fərdi ev var. Onlardan 91-i yararsız, 172-si isə qismən yararlıdır. Bu evlərdən artıq 15-i istismara hazırdır. Bu ilin sonunadək daha 85 ev bərpa ediləcək. 2026-cı ildə isə 72 evin bərpası planlaşdırılır. Hazırda kəndə 15 ailə (59 nəfər) qayıdıb.
Dövlətimizin başçısı kəndə köçmüş Zaur Rzayevin evində olub, ailə üzvləri ilə söhbət edib.



Bu gün, 17:00
Xankəndidə erməni əsilli sakin POLİSƏ QUMBARA ATDI


Xankəndidə erməni əsilli sakin POLİSƏ QUMBARA ATDI

2025-ci il sentyabrın 14-də Xankəndi şəhərinin erməni əsilli sakini 1967-ci il təvəllüdlü Avanesyan Karen Albertoviç yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi "Kalaşnikov" avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb, bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulub.
Əməliyyat zamanı bir polis əməkdaşı yaralanıb.
Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə cinayət işi qaldırılaraq əməliyyat-istintaq tədbirləri aparılır.
Bu gün, 16:40
Qəzzada ölənlərin sayı 64 871 nəfərə çatdı


Qəzzada ölənlərin sayı 64 871 nəfərə çatdı

Son sutka ərzində İsrail Ordusunun zərbələri nəticəsində Qəzzada 68 nəfər ölüb, 346 nəfər yaralanıb.
Bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.
Bundan əlavə, son 24 saatda Qəzza sektorunda 2 nəfər aclıqdan ölüb. Bununla da 145-i uşaq olmaqla, aclıqdan ölənlərin sayı 422 nəfər olub.
Ümumilikdə, 7 oktyabr 2023-cü ildən indiyə qədər Qəzzada 64 871 nəfər ölüb, 164 610 nəfər yaralanıb.
Bu gün, 16:26
Türkiyədə silah zavodu yanır


Türkiyədə silah zavodu yanır

Türkiyənin Konya şəhərindəki silah zavodunda yanğın başlayıb.
Hadisə Beyşehir rayonundakı Üzümlü məhəlləsində qeydə alınıb.
Yanğın anbar olaraq istifadə edilən yerdən başlayıb.
Hadisə yerinə yanğınsöndürən, təcili tibbi yardım və jandarm əməkdaşları cəlb olunub.
Yanğının səbəbi bəlli deyil.
Hadisə nəticəsində ölən və yaralanan olması barədə məlumat yoxdur.
Bu gün, 16:10
Prezident yurdlarına dönmüş sakinlərlə görüşdü


Prezident yurdlarına dönmüş sakinlərlə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşüb.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.




����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!