Bütün dünyaya sübut etmişik ki, güclü xalqıq - Prezident .....                        İsrail hərbçiləri Suriyanın iki kəndinə girdi .....                        Türkiyə nüvə reaktorlarının tikintisinə başladı .....                        Əfsanəvi boksçu 46 yaşında öldü .....                        Prezident Qarabağ Universitetinin Klinikasının açılışında - FOTO .....                        Prezident Xocalı rayonunun Şuşakənd kəndində olub .....                        Xankəndidə erməni əsilli sakin POLİSƏ QUMBARA ATDI .....                        Qəzzada ölənlərin sayı 64 871 nəfərə çatdı .....                        Türkiyədə silah zavodu yanır .....                       
Bu gün, 12:44
Nepalda iğtişaşlar: Ölənlərin sayı 70-i ötdü


Nepalda iğtişaşlar: Ölənlərin sayı 70-i ötdü

Nepalda kütləvi iğtişaşlar zamanı 70-dən çox adam ölüb.
Bu barədə yerli hakimiyyət nümayəndələri məlumat yayıb.
"Ümumilikdə 72 nəfər ölüb. Daha 191 yaralı hazırda ölkənin müxtəlif xəstəxanalarında və səhiyyə müəssisələrində müalicə alır", - hökumət sözçüsü Eknarayan Aryal bildirib.
Onun sözlərinə görə, ölüm halları sentyabrın 8-də keçirilən etiraz aksiyaları zamanı, həmçinin sentyabrın 9-da baş verən yanğın və iğtişaşlar nəticəsində baş verib.
Bu gün, 12:19
Türk dövlətlərinin sığortaçıları Şuşada birgə sənəd imzalayıb


Türk dövlətlərinin sığortaçıları Şuşada birgə sənəd imzalayıb

Şuşada keçirilən Türk Dünyası Sığorta Birliyinin birinci Assambleyasında türk dövlətlərinin sığortaçıları arasında birgə "Proklamasiya sənədi" imzalanıb.
İmzalanan sənədə əsasən, Türk Dünyası Sığorta Birliyi Türk Dövlətləri Təşkikatının məqsəd və prinsiplərinə əsaslanaraq yenidən formalaşdırılib.
Belə ki, Birliyə 5 təsisçi üzvdən əlavə 3 ölkənin (Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası) sığorta assosiasiyaları müşahidəçi təşkilat qismində daxil olur.
Qeyd edək ki, Türk Dünyası Sığorta Birliyinin başlıca məqsədi Türk Dövlətləri Təşkilatına daxil olan üzv və müşahidəçi ölkələrin sığorta bazarları arasında qarşılıqlı təcrübə, kadr və məlumat mübadiləsi qurmaq, təkrarsığorta əlaqələrini sistemli formalaşdırmaq və qardaş ölkələrin sığorta bazarlarında davamlı və dayanıqlı inkişafa nail olmaqdır.
Bu gün, 12:07
İrəvandan yekun sülh sazişinin imzalanma vaxtına dair AÇIQLAMA


İrəvandan yekun sülh sazişinin imzalanma vaxtına dair AÇIQLAMA

Rəsmi İrəvan Ermənistan-Azərbaycan sülh sazişinin gələn ilin birinci yarısında imzalanacağı barədə yaılan məlumata münasibət bildirib.
Ermənistan xarici işlər nazirinin mətbuat katibi Ani Badalyan “Armenpress”ə bildirib ki, sülh sazişinin mümkün qədər tez imzalanması bərqərar olmuş sülhün institutlaşması istiqamətində ciddi addım olacaq.
“Bu il martın 13-də Ermənistan-Azərbaycan sülh sazişinin mətni üzrə razılaşma elan ediləndə Ermənistan tərəfi eyni vaxtda sənədi tez bir zamanda imzalamağa hazır olduğunu bildirdi. Sülhün bərqərar olmasına baxmayaraq, Ermənistanın imzalanma tarixinə prinsipial yanaşması dəyişməyib”, - deyə Ani Badalyan vurğulayıb.
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Romada Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən konfransda bildirib ki, Ermənistan və Azərbaycan arasında yekun sülh sazişi imzalandıqdan sonra Türkiyə də Ermənistanla münasibətləri normallaşdırmaq üçün addımlar atmağa başlayacaq.
“Vaşinqtonda imzalanan sənəd yekun sənəd deyil, yekun sənədin imzalanması 2026-cı ilin birinci yarısında gözlənilir”, - deyə Fidan bildirib.
Qeyd edək ki, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə əlaqədar bir sıra razılıq əldə olunub, sülh sazişi layihəsi paraflanıb. Bu razılıqlara uyğun olaraq 1 sentyabr 2025-ci il tarixindən etibarən ATƏT-in Minsk qrupunun ləğvinə dair qərar qəbul edilib.
Rəsmi Bakının tələbinə görə, yekun sülh süzişinin imzalanması üçün Ermənistan öz konstitusiyasına dəyişiklik etməli, onun preambula hissəsində Azərbaycana qarşı olan ərazi iddiası çıxarılmalıdır. Ermənistan hələ ki bu tələbi yerinə yetirməkdən yayınır...
Bu gün, 11:30
Azərbaycan Prezidentinin sabiq mətbuat katibi vəfat etdi


Azərbaycan Prezidentinin sabiq mətbuat katibi vəfat etdi

Azərbaycan Prezidentinin sabiq mətbuat katibi, siyasi şərhçi Rasim Ağayev vəfat edib.
Bu barədə onun yaxınları məlumat yayıb.
R.Ağayev sentyabrın 14-də uzun sürən xəstəlikdən sonra 85 yaşında dünyasını dəyişib.
Rasim Hüseyn oğlu Ağayev 17 mart 1940-cı ildə anadan olub. O, ali təhsilli filoloqdur. Tarix elmləri namizədi olan Rasim Ağayev İraqda siyasi qüvvələrin problemlərinə dair dissertasiya müdafiə edib.
1974-ci ildən jurnalist kimi fəaliyyətə başlamış R.Ağayev rusdilli “Azradio” yayım agentliyinin müxbiri, redaktoru, ictimai-siyasi redaksiya şöbəsinin müdiri, “Novosti Press” agentliyinin, “Trud” qəzetinin xüsusi müxbiri işləyib, müxtəlif illərdə "Mayak" radiosunda çalışıb.
O, “Novosti Press” agentliyinin Azərbaycan üzrə departament rəhbəri, onun Liviya bürosunun rəhbəri kimi də fəaliyyət göstərib.
Rasim Ağayev vaxtilə Azərbaycan Kommunust Partiyası (KP) Mərkəzi Komitəsinin (MK) birinci katibinin köməkçisi, Azərbaycan KP MK-nın ideologiya şöbəsinin müdiri vəzifələrini də tutub.
1988-1991-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirovun mətbuat katibi işləyib.
Rasim Ağayev 1991-1992-ci illərdə Azərbaycan Respublikasının ilk Prezidenti Ayaz Mütəllibovun mətbuat katibi vəzifəsində çalışıb. O,1994-cü ildə həbs edilib, bir müddət sonra azadlığa buraxılıb.
R.Ağayev politologiya tədqiqatlarının və bir sıra bədii kitabların müəllifidir. O, son illər Türkiyə, İran, İraq, MDB, Cənubi Qafqaz ölkələrində geosiyasətin müasir problemlərinə həsr olunmuş elmi konfranslarda iştirak edir, politoloq kimi cari siyasətlə bağlı məsələlərə dair mətbuata şərhlər verirdi. Bir müddət idi ki, xəstəliklə əlaqədar aktiv fəaliyyətini dayandırmışdı.
Allah rəhmət eləsin.
Bu gün, 11:24
Rusiya Türkiyədən "S-400"ləri geri alır - SENSASİON İDDİA


Rusiya Türkiyədən "S-400"ləri geri alır - SENSASİON İDDİA

Moskva Türkiyənin artıq aktiv istifadə etmədiyi “S-400” hava hücumundan müdafiə sistemlərini geri alıb başqa ölkələrə satmağı planlaşdırır. ABŞ sanksiyalarını aşmaq istəyən Ankara isə bu plana isti baxır.
Bu barədə Türkiyənin “Nefes” nəşri məlumat yayıb.
Nəşr yazır ki, dünya müharibə və böhranlarla mübarizə apararkən, hava hücumundan müdafiə sistemləri əldə etmək istəyən bir çox ölkə Rusiyaya üz tutub.
Lakin Moskvanın anbarında istifadə olunan sistemlərdən başqa hazır “S-400”ləri yoxdur. Məlumata görə, Rusiyanın 2019-cu ildə Türkiyəyə satdığı, lakin Ankara tərəfindən aktiv istifadə olunmayan “S-400” sistemlərini geri alaraq başqa ölkələrə satmağı düşündüyü bildirilir.
Öz imkanları ilə “Çelik Kubbe” hava hücumundan müdafiə sistemini inkişaf etdirən Türkiyənin isə “S-400”ə olan ehtiyacı hər keçən gün azalır. Üstəlik, “S-400” sistemi NATO-ya iteqrasiya edilə bilmirdi.
Bildirilir ki, sistemin ən vacib komponentlərindən olan raketlərin ömrü artıq yarıya çatıb və bəzi hallarda texniki baxım tələb olunur.
Qeyd edək ki, ABŞ Rusiyadan hava hücumundan müdafiə sistemi aldığı üçün Türkiyəyə CAATSA sanksiyaları tətbiq edib və Ankara “F-35” proqramından çıxarılıb. Bu vəziyyətdə, Türkiyənin “S-400”ləri geri qaytarmağa maraqlı ola biləcəyi qeyd edilir. Çünki Ankara “F-16” tədarükü ilə bağlı ABŞ-la danışıqları davam etdirir və eyni zamanda “F-35” layihəsinə də qayıtmaq niyyətindədir.
Xatırladaq ki, 2017-ci ildə Türkiyə Rusiyadan 2,5 milyard dollar qarşılığında iki “S-400” sistemi almaq üçün müqavilə imzalayıb, sistemlərin çatdırılması isə 2019-cu ildə həyata keçirilib. ABŞ isə CAATSA (Sanksiyalar Yoluyla Amerikanın Düşmənlərinə Qarşı Mübarizə Aktı) çərçivəsində Türkiyəni “F-35” proqramından çıxarıb.
Bu gün, 11:12
İranda güclü zəlzələ


İranda güclü zəlzələ

İranın Fars əyalətində 4,7 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanlar səhər saatlarında Kənartəxte şəhərində, 16 kilometr dərinlikdə qeydə alınıb.
Xatırladaq ki, dünən də Fars əyalətinin Xeşt şəhərində eyni gücdə zəlzələ baş vermişdi.
Hazırda dağıntılar və mümkün itkilərlə bağlı məlumat açıqlanmayıb.
Bu gün, 10:49
Xəzər dənizində tornado


Xəzər dənizində tornado

Dünən Dağıstanın Kaspiysk şəhərində dəniz üzərində nəhəng su burulğanı (tornado) əmələ gəlib.
Bu barədə görüntüləri "Komsomolskaya pravda" Telegram kanalı yayıb.
Yerli sakinlərin sözlərinə görə, burulğanı hətta evlərin pəncərəsindən də görmək mümkün olub.

Bu gün, 10:33
Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyası Şuşada keçirilir


Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyası Şuşada keçirilir

Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyası Azərbaycan Mərkəzi Bankının strateji dəstəyi, "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin təşkilatçılığı və Türk Dövlətləri Təşkilatının (TDT) iştirakı ilə Şuşada işinə başlayıb.
Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kiprdən dövlət rəsmiləri, maliyyə requlyatorları, sığorta assosiasiyalarının nümayəndələri, eləcə də TDT-nın rəhbərliyi iştirak edir.
Assambleya çərçivəsində Türk Dünyası Sığorta Birliyinin TDT-nın məqsəd və prinsiplərinə əsaslanaraq yenidən formalaşdırılmasına dair "Proklamasiya sənədi"nin imzalanması nəzərdə tutulub.
Qeyd edək ki, Türk Dünyası Sığorta Birliyi 24 may 2022-ci ildə Azərbaycan ilə Türkiyənin sığorta assosiasiyalarının ortaq razılığı və birgə təşəbbüsü ilə İstanbulda təsis edilib. Quruma Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın sığorta assosiasiyaları üzv olub. Daha sonra Macarıstan, Türkmənistan və Şimali Kiprin sığorta assosiasiyaları müşahidəçi qismində qoşulublar.
Birliyin ilk Assambleyası təşkilatın "Yol xəritəsi"nə uyğun olaraq, alfabetik ardıcıllıq əsasında Azərbaycanda keçirilir.
Bu gün, 10:22
Gəncədə qəza - 4 nəfər yaralandı


Gəncədə qəza - 4 nəfər yaralandı

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhər ərazisində qeydə alınıb.
Hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alaraq xəstəxanaya yerəşdirilib.
Xəsarət alanlar 2006-ci il təvəllüdlü S.Ələkbərov, 2006-cı il təvəllüdlü N.Həsənova, 2008-ci il təvəllüdlü G.Həsənova və 1981-ci il təvəllüdlü B.Həsənovadır. Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bu gün, 10:11
Ukrayna Rusiyanın ən böyük neft zavodunu vurdu


Ukrayna Rusiyanın ən böyük neft zavodunu vurdu

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Leninqrad vilayətində yerləşən Kirişi Neft Emalı Zavoduna hücum edib.
Bu barədə vilayətin qubernatoru Aleksandr Drozdenko bildirib.
Onun sözlərinə görə, Kirişi şəhəri yaxınlığında üç pilotsuz uçuş aparatı vurulub.
Lakin onların qalıqları müəssisənin ərazisinə düşərək yanğına səbəb olub.
Məlumata görə, yanğın qısa müddətdə söndürülüb. Hadisə nəticəsində tələfat və ya xəsarət alan olmayıb.
Qeyd edək ki, Kirişi Neft Emalı Zavodu Rusiyanın ən iri müəssisələrindən biridir və ildə təxminən 20 milyon ton neft emal etmək gücünə malikdir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!