Bu gün, 09:38
Culfada 63 kiloqram narkotik vasitə aşkarlandıNaxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasından tranzit keçməklə Türkiyə Respublikasına etilen polimer yükü aparan nəqliyyat vasitəsi rentgen baxış qurğusundan keçirilərkən monitorda şübhəli təsvirlərin görünməsi səbəbindən əsaslı yoxlamaya cəlb olunub.
Bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.
Yoxlama zamanı nəqliyyat vasitəsindəki yükün 30 kisəsinin içərisində gömrük nəzarətindən gizlədilmiş, ümumi təmiz çəkisi 63 kiloqram olan xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Bu gün, 09:10
Kiyev yaxınlığında silsilə partlayışlar
Sentyabrın 13-ü axşam saatlarında Ukraynanın Kiyev vilayətində silsilə partlayışlar baş verib.
Bu haqda Kiyev Regional Hərbi Administrasiyası məlumat yayıb.
"Kiyev vilayəti daxilində Rusiyanın hava hədəfləri qeydə alınmayıb və hava hücumu siqnalı verilməyib. Hadisə yerində fövqəladə hallar xidmətinin əməkdaşları işləyir. Bütün lazımi tədbirlər görülür. Daha ətraflı məlumat daha sonra veriləcək", - məlumatda deyilir.
Bu gün, 00:56
Güləşçimiz dünya çempionatının finalındaAzərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili (125 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən düyna çempionatında finala yüksəlib.
İdmançı yarımfinalda Polşa təmsilçisi Robert Baranla üz-üzə gəlib.
Rəqibini üstələyən Meşvildişvili həlledici görüşə vəsiqə qazanıb. Medal qarşılaşmaları sabah baş tutacaq.
Nürəddin Novruzov (61), Kənan Heybətov (70 kq), Arseniy Djioyev (86 kq) əvvəlki raundlarda məğlub olublar.
Qeyd edək ki, mundial sentyabrın 21-də başa çatacaq.