Bakıda daha bir ərazidə binalar PLANA DÜŞDÜ .....                        Gənc oğlan idman zalında vəfat etdi .....                        Heydər Əliyev Mərkəzi Türkiyə bayrağına büründü .....                        Bələdiyyə sədri əməliyyat zamanı öldü .....                        Suriya Kosovonu tanıdı .....                        Sahibə Qafarova: Şuşa Bəyannaməsi qardaşlığımızı zirvəyə yüksəldib .....                        Sabiq prezidentin qızı açıqlamasına görə məhkəməyə verildi .....                        Müdafiə Nazirliyini aldadan iş adamının CƏZASI AZALDILDI .....                        Prezident daha bir qəbul keçirdi .....                       
30-09-2025, 18:07
Yeni general Anar İsmayılov kimdir?


Yeni general Anar İsmayılov kimdir?

Prezident İlham Əliyevin Sərəncamı ilə polkovnik Anar Müslüm oğlu İsmayılova general-mayor ali hərbi rütbəsi verilib.
Anar İsmayılov Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşıdır.
52 yaşlı yeni general 44 günlük Vətən müharibəsində son dərəcə əhəmiyyətli olan rabitə əlaqələrinin yaradılmasında xüsusilə fərqlənən şəxslərdəndir.
Müharibədən sonra A.İsmayılov Prezidentin Sərəncamı ilə “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
O, hazırda həmin Dövlət Xidmətində Baş idarə rəisidir.
30-09-2025, 17:51
Cabir İmanov son mənzilə yola salındı


Cabir İmanov son mənzilə yola salındı

Əməkdar artist Cabir İmanov bu gün doğmalarının, sənət dostlarının və sənətsevərlərin müşayiəti ilə son mənzilə yola salınıb.
Əməkdar artistlə vida mərasimi əvvəlcə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində keçirilib. Mərasimdə mərhumun ailə üzvləri, yaxınları, incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimini Xalq artisti Murad Dadaşov açaraq, bu ağrılı anların nə qədər çətin və sarsıdıcı olduğundan bəhs edib. O, Cabir İmanovun Azərbaycan mədəniyyətində oynadığı roldan, onun dəyərli insani və sənətkar keyfiyyətlərindən söz açıb.
Mərhumun qardaşı Tahir İmanov da çıxış edərək qardaş itkisi ilə barışmağın nə qədər çətin olduğunu dilə gətirib:
“Hər kəs atadan, anadan yetim qalar deyirlər, amma mən qardaşdan yetim qaldım”,- deyə o söyləyib.
Həyatı boyu səhnədə yaratdığı obrazlarla tamaşaçıların rəğbətini qazanan Cabir İmanovun vəfatı mədəniyyət ictimaiyyəti üçün ağır itki olub. Mərasimdə Mənsum İbrahimov, Elməddin Cəfərov, Fatma Mahmudova, Dilarə Əliyeva, Nicat Rəhimov və digər sənət adamları iştirak ediblər. Onlar Cabir İmanovun sənətə verdiyi töhfələrdən, yüksək mənəvi dəyərlərindən və səhnə arxasındakı sadə, səmimi münasibətindən danışıblar.
Səssiz hüzn içində keçən vida anları onun sənətdə buraxdığı dərin izləri bir daha xatırladıb.
Vida mərasimi başa çatdıqdan sonra Cabir İmanovun cənazəsi "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb. Məzarı üzərinə əklillər, gül dəstələri düzülüb.
30-09-2025, 17:41
Qriqoryan ABŞ səfiri ilə 8 avqust Memorandumunu müzakirə etdi


Qriqoryan ABŞ səfiri ilə 8 avqust Memorandumunu müzakirə etdi

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Amerika Birləşmiş Ştatlarının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Kristina Kuinni qəbul edib.
Tərəflər avqustun 8-də Vaşinqtonda Ermənistan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında imzalanmış Anlaşma Memorandumunun həyata keçirilməsini müzakirə ediblər.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
30-09-2025, 17:33
Ermənistan və Türkiyə nazirləri görüşdülər


Ermənistan və Türkiyə nazirləri görüşdülər

Sentyabrın 30-da Belqradda keçirilən RISE 2025 konfransı çərçivəsində Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş ilə görüşüb.
Görüş zamanı sosial müdafiə sahəsində qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
Tərəflər iki ölkənin sektoral prioritetlərini və bu sahələrdə həyata keçirilən işləri müzakirə ediblər. Bu kontekstdə sosial xidmətlərin çeşidinin genişləndirilməsinin və keyfiyyətinin yüksəldilməsinin vacibliyini vurğulayıblar.
Həmsöhbətlər Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə də toxunaraq, sektor əməkdaşlığının da buna töhfə verəcəyinə ümidvar olduqlarını bildiriblər.
30-09-2025, 17:23
Metro sabah gücləndirilmiş iş rejimində çalışacaq


Metro sabah gücləndirilmiş iş rejimində çalışacaq

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” Futbol Klubunun növbəti matçı ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək.
Bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilib ki, Oktyabrın 1-də “Gənclik” stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçla əlaqədar paytaxtımızda təşkil edilən kütləvi tədbirlər və Bakı metropoliteninin əməliyyat planına uyğun olaraq, gücləndirilmiş iş rejimi tətbiq olunacaq:
"Saat 20:45-də başlanacaq oyuna azarkeş marağı nəzərə alınaraq, sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə bir sıra tədbirlər görüləcək. “Gənclik” stansiyasında nəzarət mexanizmləri artırılacaq, əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib ediləcək.
Ehtiyat tədbirlər “28 May” və “Nərimanov” stansiyalarında da həyata keçiriləcək. Sərnişin axınının intensivliyinə əsasən zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.
Ümumilikdə, gün ərzində Bakı metropoliteninin bütün stansiyalarında qatarlar payız-qış iş rejiminin qrafikinə uyğun hərəkət edəcək".
30-09-2025, 17:18
Ramiz Ələkbərov Qəzzada atəşkəsə çağırdı


Ramiz Ələkbərov Qəzzada atəşkəsə çağırdı

Yaxın Şərq sülh prosesi üzrə xüsusi koordinatorunun müavini və rezident əlaqələndiricisi, BMT-nin humanitar koordinatoru Ramiz Ələkbərov təşkilatın Təhlükəsizlik Şurasında çıxış edib.
O, Qəzzadakı vəziyyəti “son onilliklərin ən ağır faciəsi” adlandırıb.
Ramiz Ələkbərovun sözlərinə görə, 22 aydır davam edən müharibə nəticəsində minlərlə insan həlak olub, bölgədə humanitar böhran yaşamır.
O qeyd edob ki, münaqişə başlayandan bəri 240-dan çox jurnalist öldürülüb. BMT rəsmisi, həmçinin 50 girovun hələ də HƏMAS-ın əlində olduğunu və onların ağır şərtlərdə saxlanıldığını bildirib.
Ramiz Ələkbərov xəbərdarlıq edib ki, Qəzza ərazisinin 86 faizi hərbi zonaya çevrilib və aclıq sürətlə yayılır. Onun sözlərinə görə, İsrailin buraxdığı məhdud humanitar addımlar vəziyyəti yüngülləşdirmir.
O, beynəlxalq ictimaiyyəti təcili olaraq atəşkəsə nail olmağa və bütün girovların qeyd-şərtsiz azad edilməsinə çağırıb.
30-09-2025, 17:12
Azərbaycanla Belarus baş nazirləri danışıqlar apardılar


Azərbaycanla Belarus baş nazirləri danışıqlar apardılar

Minskdə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Belarus Respublikasının Baş naziri Aleksandr Turçin arasında danışıqlar aparılıb.
Bu barədə Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tərəflər dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edib və iki ölkənin prezidentlərinin birgə səyləri nəticəsində qarşılıqlı faydalı tərəfdaşlığın dinamik inkişafını vurğulayıblar.
Onlar iqtisadi-ticari və investisiya qarşılıqlı fəaliyyəti, sənaye kooperasiyası, o cümlədən kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Azərbaycan və Belarus dövlət başçılarının tapşırıqlarının icrasına xüsusi diqqət yetirilib, əldə olunmuş razılaşmalar çərçivəsində hazırlanmış bir sıra layihələrin həyata keçirilməsinin gedişi yüksək qiymətləndirilib.


30-09-2025, 17:05
Polşa deputatları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər


Polşa deputatları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər

Polşalı parlamentarilər Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Azərbaycan Respublikasında səfərdə olan Polşa parlamentinin Polşa-Azərbaycan parlamentlərarası əlaqələr qrupunun sədri Pşemışlav Vitekin başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 30-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.
Sonra nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.
Bakının ən hündür nöqtəsindən şəhəri seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin Polşa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sevinc Fətəliyeva və digər rəsmi şəxslər müşayiət ediblər.



30-09-2025, 16:57
Azərbaycanla Kamboca arasında memorandum təsdiqləndi


Azərbaycanla Kamboca arasında memorandum təsdiqləndi

“Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında turizm əməkdaşlığına dair Anlaşma Memorandumu” təsdiq edilib.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Kamboca Krallığı Hökumətinə bildiriş göndərməlidir.
30-09-2025, 16:49
AYNA-ya yeni vəzifə həvalə edildi


AYNA-ya yeni vəzifə həvalə edildi

Naxçıvan Muxtar Respublikasında nəqliyyat qovşaqlarının (nəqliyyat mübadilə mərkəzlərinin), yeni avtomobil duracaqlarının (qarajlarının) yaradılması (layihələndirilməsi, tikilməsi) ilə bağlı tədbirlər görmək və onların cari vəziyyətinə nəzarəti həyata keçirmək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə həvalə edilib.
Bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə edilən dəyişiklikdə əksini tapıb.
Nazirlər Kabineti və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!