Bu ilin ikinci Günəş tutulması başlayıb .....                        Taliban Trampa cavab verdi: “20 il də döyüşə hazırıq!” .....                        Ordubada 19 sm qar yağıb .....                        Londona uçan təyyarə Bakıda təcili eniş etdi .....                        Suriya ilə danışıqlarda irəliləyiş var - Netanyahu .....                        Polşa ilə döyüşmək istəmirik - Xrenin .....                        Gürcüstan Prezidenti ABŞ-yə getdi .....                        Rusiya Ukraynanın 19 PUA-sını vurdu .....                        Peruda etirazçılarla polis arasında toqquşma .....                       
17-09-2025, 17:54
Sahibə Qafarova Kamboca Milli Assambleyasının sədri ilə görüşdü


Sahibə Qafarova Kamboca Milli Assambleyasının sədri ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova Malayziyaya işgüzar səfəri çərçivəsində sentyabrın 17-də Kamboca Milli Assambleyasının sədri Xuon Sudari ilə görüşüb.
Görüşdə Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının (AİPA) beynəlxalq parlament platforması kimi fəliyyəti, bu təşkilat çərçivəsində əməkdaşlığın əhəmiyyəti qeyd olunub.
Söhbət zamanı Azərbaycan və Kambocanın dost ölkələr olduğu qeyd edilib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd edilib ki, Milli Məclisin sədri Sahibə Qafarova parlament diplomatiyasının, bu çərçivədə parlamentlərimiz arasında münasibətlərin daha da dərinləşdirilməsinin əhəmiyyətini qeyd edib. O, özünün Kambocaya rəsmi səfərini və burada keçirdiyi görüşlərini xatırladaraq, Milli Məclislə Kamboca Nümayəndələr Palatası arasında imzalanmış Anlaşma Memorandumunun önəmini qeyd edib.
Görüşdə deputatların qarşılıqlı səfərlərindən, hər iki tərəfdən nümayəndələrin Azərbaycan və Kambocada təşkil olunan tədbirlərdə iştirakından məmnunluq ifadə edilib.
Kamboca Milli Assambleyasının sədri Xuon Sudari ölkəsinin Azərbaycanla siyasi, iqtisadi, ticari, investisiya və digər sahələrdə əlaqələri daha da inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.
O, Milli Məclis sədrinin AİPA-da iştirakından və onunla Assambleya çərçivəsində görüşməkdən məmnun olduğunu bildirib.
Söhbət zamanı, həmçinin beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Spiker Sahibə Qafarova Kamboca parlamentinin Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində fəal iştirakından məmnunluğunu ifadə edib.
Milli Assambleyanın sədri Xuon Sudari isə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə görülmüş işləri, həmçinin Parlament Şəbəkəsinin fəaliyyətini yüksək qiymətləndirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.





17-09-2025, 17:42
"Qarabağ"ın qapıçısı: Biz tarix yazdıq


"Qarabağ"ın qapıçısı: Biz tarix yazdıq

Komanda olaraq qazanılan nəticəyə görə çox xoşbəxtik.
Bu sözləri "Qarabağ"ın qapıçısı Fabiyan Buntiç UEFA Çempionlar Liqasının əsas mərhələsində Portuqaliyada “Benfika”ya 3:2 hesabı ilə qalib gəldikləri ilk tur qarşılaşması barədə danışarkən deyib.
Almaniyalı qolkiper Lissabonda çox yaxşı oyun keçirdiklərini bildirib: “Hisslərimi sözlərlə ifadə etmək çətindir. Komandamız əzmkar oyun nümayiş etdirdi. Matça istədiyimiz kimi başlaya bilməsək də, sonda biz tarix yazmağı bacardıq. Buna görə çox xoşbəxtəm”.
Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində növbəti görüşünü oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” komandasına qarşı keçirəcək.
17-09-2025, 17:33
Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM


Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Mədəniyyət Nazirliyi, eləcə də Elm və Təhsil Nazirliyi ilə birlikdə Fətəli xan Xoyskinin 150 illik yubileyinə həsr olunan tədbirlər planı hazırlayıb həyata keçirməlidir.
Bildirilir ki, 2025-ci ildə Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və ilk Baş naziri Fətəli xan İsgəndər xan oğlu Xoyskinin 150 illiyi tamam olur.
Fətəli xan Xoyski XX əsrin əvvəllərindən milli-mədəni intibahını yaşayan Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti naminə hərəkatda üzərinə götürdüyü çətin vəzifəni şərəflə yerinə yetirmiş fədakar ziyalılar nəslinin parlaq nümayəndəsidir. Geniş dünyagörüşlü, cəsarətli, vətənpərvər şəxsiyyət və böyük siyasi xadim kimi o, daim Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin ön cərgələrində mövqe tutmuş, tarixi İstiqlal Bəyannaməsini imzalayanlardan biri olmuşdur.
Fətəli xan Xoyskinin rəhbərlik etdiyi hökumət kabinetləri Azərbaycan Xalq Cümhuriyyətinin ilk addımlarını atdığı vaxtdan etibarən demokratik dövlət idarəçiliyinin təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirmiş, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və hərbi quruculuq sahələrində mühüm nailiyyətlər qazanmış, Azərbaycanın müstəqilliyinin xarici dövlətlər tərəfindən tanınması və diplomatik münasibətlərinin yaradılması işinə layiqli töhfələr vermişdir.
17-09-2025, 17:29
Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı təsdiq edildi


Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı təsdiq edildi

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabineti Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini həyata keçirməli, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
17-09-2025, 17:18
Bu mesajları açmayın! - "Azərpoçt"dan əhaliyə çağırış


Bu mesajları açmayın! - "Azərpoçt"dan əhaliyə çağırış

"Azərpoçt" MMC-nin adından vətəndaşlara saxta mesajlar göndərilir.
Bu barədə səhmdar cəmiyyəti məlumat yayıb.
Bildirilir ki, "Azərpoçt" heç bir halda vətəndaşların kart məlumatlarını tələb etmir.
Qurum hər kəsi diqqətli olmağa və bu cür mesajları açmamağa çağırır.


17-09-2025, 17:12
"Neftçi"nin şikayəti təmin edilmədi


"Neftçi"nin şikayəti təmin edilmədi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Neftçi" klubunun apellyasiya şikayətini təmin etməyib.
AFFA İntizam Komitəsinin sentyabrın 3-də verdiyi qərar qüvvədə saxlanılıb.
Qeyd edək ki, "Neftçi"nin futbolçusu İqor Ribeyro "Turan Tovuz"a uduzduqları Misli Premyer Liqasının III turunun oyununda təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə almışdı. O, AFFA İntizam Komitəsinin qərarı ilə 3 oyunluq cəzalanıb, "ağ-qaralar"a isə 3000 manat cərimə tətbiq edilib.
17-09-2025, 17:07
Xocavənddə yanğın


Xocavənddə yanğın

Xocavənd rayonunun Qarazəmi kəndində yanğın olub.
Ümumi sahəsi 220 m² (1-ci mərtəbəsi 120 m², 2-ci mərtəbəsi 100 m²) olan ikimərtəbəli 5 otaqlı evin, bitişik sahəsi 50 m² talvarın, yaxınlıqdakı 30 m² yardımçı tikilinin yanar konstruksiyaları və içərisinə yığılan 1 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
17-09-2025, 16:35
Azərbaycan Kubokunun finalı bu stadionda keçiriləcək


Azərbaycan Kubokunun finalı bu stadionda keçiriləcək

Futbol üzrə Azərbaycan Kubokunun final matçının tarixi və keçiriləcəyi məkan bəlli olub.
Bu barədə ölkə kubokunun püşkatma mərasimində məlumat verilib.
Həlledici qarşılaşma mayın 13-də “Neftçi Arena”da gerçəkləşəcək.
17-09-2025, 16:26
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi


Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi

Müasir kampus konsepsiyasına uyğun əsaslı təmir işləri aparılmış 7 mənzil tipli binadan ibarət yeni yataqxana kompleksi Qarabağ Universitetinin tələbələrinin istifadəsinə verilib.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müvafiq yaşayış şəraiti yaradılmış 312 mənzil zəruri avadanlıqlarla təchiz edilib.
Ümumilikdə 30 min kvadrat metr mənzil sahəsi olan yataqxana kompleksində 1700 tələbənin yaşaması nəzərdə tutulub.
Qeyd edək ki, Qarabağ Universitetinin ötən il istifadəyə verilmiş digər tələbə yataqxanası 6 mənzil tipli binadan ibarətdir.





17-09-2025, 16:23
“Taliban” Əfqanıstanda interneti kəsib


“Taliban” Əfqanıstanda interneti kəsib

“Taliban” hakimiyyəti Əfqanıstanda internetə çıxışı mərhələli şəkildə məhdudlaşdırmağa başlayıb.
İlk olaraq Bəlx vilayətində optik internet tamamilə qadağan olunub.
Yerli rəsmilər bu addımı “əxlaqsızlığın qarşısını almaq” məqsədilə atdıqlarını bildiriblər.
Hazırda vilayətdə yalnız mobil internetdən istifadə mümkündür. Lakin sakinlərin sözlərinə görə, mobil internet bahalıdır və sürəti də çox zəifdir.
Əfqanıstan hakimiyyəti müəyyən hallarda təhlükəsizlik səbəblərini əsas gətirərək mobil interneti də mütəmadi olaraq dayandırır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!