Bu ilin ikinci Günəş tutulması başlayıb .....                        Taliban Trampa cavab verdi: “20 il də döyüşə hazırıq!” .....                        Ordubada 19 sm qar yağıb .....                        Londona uçan təyyarə Bakıda təcili eniş etdi .....                        Suriya ilə danışıqlarda irəliləyiş var - Netanyahu .....                        Polşa ilə döyüşmək istəmirik - Xrenin .....                        Gürcüstan Prezidenti ABŞ-yə getdi .....                        Rusiya Ukraynanın 19 PUA-sını vurdu .....                        Peruda etirazçılarla polis arasında toqquşma .....                       
16-09-2025, 20:40
Qəzzada əməliyyat nə qədər davam edəcək? - General açıqladı


Qəzzada əməliyyat nə qədər davam edəcək? - General açıqladı

Qəzza şəhərinin tam ələ keçirilməsi bir neçə ay, onun tam təmizlənməsi isə əlavə bir neçə ay vaxt aparacaq.
Bunu İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi general Efi Defrin bildirib.
“Bütün şəhərin nəzarətə götürülməsi üçün bir neçə ay, şəhərdəki bütün terror infrastrukturlarının təmizlənməsi üçün isə daha bir neçə ay lazım olacaq”, – deyə general brifinqdə vurğulayıb.
Defrin qeyd edib ki, İsrail ordusu siyasi rəhbərliyin göstərişlərinə uyğun olaraq əməliyyatın növbəti mərhələsinə keçib. Əməliyyatın əsas məqsədi əsirlərin azad edilməsi və HƏMAS-ın Qəzza şəhərində tam məğlubiyyətidir.
Generalın sözlərinə görə, hazırda Qəzzada İsrail ordusunun üç diviziyası fəaliyyət göstərir və quru əməliyyatı tələb olunan qədər davam etdiriləcək.
“Hazırda Qəzza şəhərinin böyük əraziləri İsrail ordusunun nəzarəti altındadır. Son bir həftədə HƏMAS-ın müşahidə məntəqələri və digər hərbi infrastrukturu yerləşdirdiyi onlarla çoxmərtəbəli bina İsrail Hərbi Hava Qüvvələri tərəfindən vurulub”, – deyə Defrin əlavə edib.
16-09-2025, 20:00
İtaliya müharibəyə hazır deyil


İtaliya müharibəyə hazır deyil

İtaliya nə Rusiyadan, nə də digər dövlətlərdən gələ biləcək hücuma qarşı hazırdır.
Bu barədə İtaliyanın müdafiə naziri Gvido Krozetto bildirib.
Nazir “The Guardian” nəşrinə müsahibəsində son 20 ildə müdafiə sahəsinə kifayət qədər vəsait ayrılmadığını və bunun nəticəsində yaranan boşluğu qısa müddətdə doldurmağın çətin olduğunu qeyd edib.
“Biz nə Rusiya hücumuna, nə də başqa bir ölkənin hücumuna hazırıq. Bunu uzun müddətdir deyirəm. Bizim vəzifəmiz ölkəni elə vəziyyətə gətirməkdir ki, əgər hər hansı bir dəli bizə hücum etmək qərarına gəlsə, müdafiə oluna bilək. Burada söhbət Putindən getmir, ümumilikdə hər kəsdən gedir”, - deyə Krozetto vurğulayıb.
Nazir Ukraynadakı müharibəyə də toxunub və beynəlxalq ictimaiyyəti yaxın həftələrdə aktiv tədbirlər görməyə çağırıb:
“Əgər mövcud vəziyyət dəyişməsə, vəziyyət yalnız pisləşə bilər. Bu, hər birimiz üçün dramatik nəticələr doğura bilər. Kursu dəyişmək üçün əlimizdən gələni etməliyik.”
16-09-2025, 19:51
6 ölkənin birgə təlimi başa çatdı


6 ölkənin birgə təlimi başa çatdı

Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə respublikamızda keçirilən "Sonsuz qardaşlıq – IV" çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi başa çatıb.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, bu münasibətlə birgə təlimin iştirakçıları üçün Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Azərbaycan musiqi çələngi” adlı konsert proqramı təqdim olunub.
Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani çıxış edərək bu tədbirin 18 sentyabr - Milli Musiqi Günü ərəfəsinə təsadüf etdiyini qeyd edib, Azərbaycanın zəngin tarixi və mədəniyyəti ilə bağlı qonaqlara ətraflı məlumat verib.
Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin solistlərinin, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının ifasında xalq və bəstəkar mahnıları, qəhrəmanlıq nəğmələri və rəqslər təlim iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Təlim iştirakçılarına hədiyyələr təqdim olunub.
16-09-2025, 19:38
Avtobus sürücüsünü döyən şəxs tutuldu


Avtobus sürücüsünü döyən şəxs tutuldu

Paytaxtın Nizami rayonunda 49 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsünü döyən şəxsi polis saxlayıb.
DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, 25 yaşlı Elşən Səmədzadə məsuliyyətə cəlb olunub.
Araşdırmalar davam edir.
Xatırladaq ki, ötən gün 49 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü Qafarov Kamran Azər oğlu sərnişin tərəfindən döyülüb.
İddiaya görə, insident sürücünün sərnişindən ödəniş etməsi tələbindən sonra baş verib.
16-09-2025, 19:23
Prokurorluqdan Cəlilabaddakı cinayətlə bağlı açıqlama


Prokurorluqdan Cəlilabaddakı cinayətlə bağlı açıqlama

Cəlilabad rayonunda məktəblilər arasında qətllə bitən hadisə ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Belə ki, yetkinlik yaşına çatmayan N.M-nin (şərti) təhsil aldığı tam orta ümumtəhsil məktəbində ölməsi faktı üzrə Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
16-09-2025, 19:10
İsrail ordusu Yəməni bombaladı


İsrail ordusu Yəməni bombaladı

İsrail ordusu Yəməndə husi hərəkatına məxsus hədəflərə qarşı növbəti hava zərbələri endirib.
İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, hədəf liman şəhəri Hodeydədə yerləşən və “husi üsyançıları tərəfindən İran rejimindən gətirilən silahların daşınması üçün istifadə olunan” hərbi infrastruktur obyektləri olub.
İsrail ordusu bəyan edib ki, hücum son günlərdə husilərin İsrail ərazisinə pilotsuz uçuş aparatları və “yer-yer” tipli raketlər atmasına cavabdır:
“İsrail Müdafiə Qüvvələri təkrarlanan hücumlara qarşı sərt tədbirlər görməkdə davam edəcək və İsrail vətəndaşlarına qarşı hər hansı təhlükəni məsafəsindən asılı olmayaraq aradan qaldırmaqda qətiyyətlidir.”
İsrailin müdafiə naziri İsrael Kats bildirib ki, zərbələr husilərə qarşı tətbiq edilən dəniz və hava blokadasının möhkəmləndirilməsi məqsədi daşıyır:
“İsrail Hərbi Hava Qüvvələri Hodeydə limanını vurdu ki, husilərin silah təchizatının qarşısı alınsın. Cavab hücumları olacağı təqdirdə yeni zərbələr endiriləcək.”
Beynəlxalq dəniz monitorinqi məlumatlarına əsasən, hücum anında Hudeyda limanı akvatoriyasında təxminən onadək gəmi olub.
Husi hərəkatına məxsus “Al Masirah” telekanalı İsrailin liman və ətraf ərazilərə 12 hava zərbəsi endirdiyini açıqlayıb.
16-09-2025, 18:54
"Bir-birimizin yanındayıq" - İlham Əliyev


"Bir-birimizin yanındayıq" - İlham Əliyev

Bizim siyasi əlaqələrimiz çox uğurla inkişaf edir. Biz hər zaman beynəlxalq təşkilatlarda bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik.
Bu fikirləri Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə geniş tərkibdə görüşündə səsləndirib.
“Son vaxtlar qarşılıqlı sərmayə qoyuluşu bizi çox şad edir. Neft-qaz sahəsində əməkdaşlıq dərinləşir. Bu gün imzalanmış sənədlər arasında nəqliyyat sektorundakı əməkdaşlıq böyük perspektivə malikdir”, - deyə dövlətimizin başçısı əlavə edib.
16-09-2025, 18:16
Trampdan “TikTok”la bağlı mühüm açıqlama


Trampdan “TikTok”la bağlı mühüm açıqlama

“TikTok”la bağlı razılaşmamız var.
Bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
Tramp böyük şirkətlər qrupunun “TikTok”u alacağını, Çinlə razılığa gəldiyini bildirib:
“TikTok”la bağlı razılaşmamız var. Mən Çinlə razılığa gəldim. Cümə günü hər şeyi təsdiqləmək üçün Si Cinpinlə danışacağam”.
16-09-2025, 17:53
Zelenski razılığa gəlməlidir - Tramp


Zelenski razılığa gəlməlidir - Tramp

ABŞ Prezidenti Donald Tramp Ukrayna-Rusiya müharibəsi haqda danışıb.
Ağ Ev rəhbəri Zelenskinin sülh sazişi ilə bağlı razılığa gəlməli olduğunu vurğulayıb.
"Zelenskinin Ukraynadakı vəziyyəti nizamlamaq üçün razılıq əldə etməsinə ehtiyac var", - o deyib
16-09-2025, 17:07
İlham Əliyev həmkarına “Ərgünəş” adlı Qarabağ atı hədiyyə etdi - FOTO


İlham Əliyev həmkarına “Ərgünəş” adlı Qarabağ atı hədiyyə etdi - FOTO

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana at hədiyyə edib.
Sentyabrın 16-da İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər.
Dövlətimizin başçısı həmkarına “Ərgünəş” adlı Qarabağ atını hədiyyə edib.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!