Bu ilin ikinci Günəş tutulması başlayıb .....                        Taliban Trampa cavab verdi: “20 il də döyüşə hazırıq!” .....                        Ordubada 19 sm qar yağıb .....                        Londona uçan təyyarə Bakıda təcili eniş etdi .....                        Suriya ilə danışıqlarda irəliləyiş var - Netanyahu .....                        Polşa ilə döyüşmək istəmirik - Xrenin .....                        Gürcüstan Prezidenti ABŞ-yə getdi .....                        Rusiya Ukraynanın 19 PUA-sını vurdu .....                        Peruda etirazçılarla polis arasında toqquşma .....                       
8-09-2025, 16:55
Ermənistan vətəndaşları Zəngəzur dəhlizindən necə istifadə edəcək?


Ermənistan vətəndaşları Zəngəzur dəhlizindən necə istifadə edəcək?

Avqustun 8-də Azərbaycan, Ermənistan və ABŞ liderləri Vaşinqtonda keçirilən sammitdə uzun müddətdir müzakirə olunan sülh sazişini paraflayıb və Zəngəzur dəhlizinin açılması barədə razılığa gəliblər.
Razılaşmaya əsasən “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlanan dəhlizin 42 kilometrlik Ermənistan ərazisinə düşən hissəsinə 99 il ərzində ABŞ (şirkəti) nəzarət edəcək.
Azərbaycan vətəndaşlarının Zəngəzur dəhlizindən maneəsiz keçəcəyi bildirilir.
Maraqlı nüanslardan biri də Ermənistan vətəndaşlarının dəhlizdən istifadə edib, başqa ölkələrə gedib-gedə bilməyəcəyi ilə bağlıdır.
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Arzuxan Əlizadə bildirib ki, Zəngəzur dəhliziinin açılması Ermənistan üçün də böyük dvidentlər gətirəcək:
"İkinci Qarabağ savaşında əldə etdiyimiz möhtəşəm qələbə nəticəsində, torpaqlarımızı işğaldan azad etməklə bölgədə yeni reallıqlar yaratdıq. Yeni reallıqlar fonunda regionda yeni kommunikasiya qovşaqlarının açılması məsələsi gündəmə gəldi. Azərbaycanın irəli sürdüyü məsələlərdən biri məhz Zəngəzurdan keçən yeni kommunikasiya qovşağının istifadəyə verilməsi ilə bağlıydı. Bununla bağlı artıq razılaşmalar əldə olunub. Azərbaycanın maraqları nəzərə alınmaqla avqustun 8-də Vaşinqtonda imzalanmış müqavilələr əsasında faktiki olaraq, kommunikasiya qovşağının fəaliyyətinin fəaliyyəti ilə bağlı ciddi addımlar atılıb. Və kommunikasiya qovşağının tam istifadəyə verilməsi üçün investisyalar qoyulmalıdır. ABŞ bu prosesdə əsas rol oynayacaq. ABŞ-yə məxsus bir şirkətin prosesdə əhəmiyyətli rol oynamasıyla yanaşı, bu ölkənin qarant rolu oynaması kommunikasiya qovşağının açılması imkanlarını bir qədər də reallaşdırır və tezləşdirir. Təbii ki, kommunikasiya qovşağı açılandan sonra, yalnız region ölkələri yox, regiondankənar dövlətlər də bu layihədən yararlanacaq və iqtisadi dvidentlər əldə edilmiş olacaq. Təbii ki, bu layihədən eyni zamanda Ermənistan da çox böyük dvidentlər əldə edəcək".
Deputat vurğulayıb ki, Ermənistan dövləti ilə yanaşı, bu ölkənin vətəndaşları da bu kommunikasiya qovşağından istifadə edə biləcək:
"Ermənistan vətəndaşları da kommunikasiya qovşağından istifadə etmək imkanı əldə edirlər. Onların Gömrük və digər beynəlxalq müqavilərə əsasən kommunikasiya qovşaqlarından istifadə etmək imkanları olacaq.Məlum olduğu kimi bu kommunikasiya qovşağından azərbaycanlılar istifadə edəcək, eləcə də ölkəmiz üzərindən yüklər buradan digər ölkələrə çatdırılacaq. Ermənistan vətəndaşları da bu kommunikasiyadan istifadə etməklə Azərbaycan ərazisi üzərindən başqa ölkələrə gedə biləcəklər. Hesab edirəm ki, burada əlavə hansısa məhdudiyyətlər olmayacaq. Bütün ölkələr üçün eyni imkanlar tanınmış olacaq".
Qeyd edək ki, Ermənistan vətəndaşlarının Zəngəzur dəhlizindən istifadə etməklə, əsasən İrana və Rusiyaya rahat çıxış imkanları əldə edə biləcəyi ehtimal olunur.
8-09-2025, 16:44
Tullantı sularını düzgün idarə etməyənlər 1000 manatadək cərimələnəcək


Tullantı sularını düzgün idarə etməyənlər 1000 manatadək cərimələnəcək

Azərbaycanda, əsasən də Bakı ətrafı kanalizasiya şəbəkəsi ilə tam təmin edilməmiş ərazilərdə yaşayış məntəqələrində formalaşan tullantı suların əhali qrupu tərəfindən ətraf mühitə, o cümlədən su və su təsərrüfatı obyektlərinə birbaşa axıdılması hallarına rast gəlinir.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən (SİMDNX) bildirilib.
Məlumata görə, mərkəzləşdirilmiş tullantı suların axıdılması sisteminə çıxışı olmayan əhali qrupları tullantı suların idarə olunmasında alternativ və təhlükəsiz üsullardan istifadə etməli, mövcud qanunvericiliyin tələblərinə əməl etməlidirlər.
Mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud olmayan ərazilərdə tullantı suların idarə olunması “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın 5-ci bəndinin tələblərinə uyğun olaraq həyata keçirilməlidir.
Belə ki, kanalizasiya sisteminə qoşulmayan yaşayış sahələrində əmələ gələn tullantı sularının yığılması məqsədilə yerüstü hissəsi qapaq və barmaqlıqla təmin olunmuş, divarları və dibi sukeçirməz olan, dərinliyi 3 metrdən artıq olmayan çirkab su quyusu hazırlanmalıdır.
Bu quyular yaşayış binalarından, uşaq bağçalarından və məktəblərdən, uşaq oyunları meydançalarından və əhalinin istirahət yerlərindən mümkün qədər aralıda, 20 metrdən 100 metrə qədər məsafədə olmalıdır. Quyu, dolma həddindən asılı olaraq yarım ildə bir dəfədən az olmamaq şərtilə təmizlənməlidir.
Əhali qrupu tərəfindən qeyd edilən tələblərə riayət edilmədikdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən fiziki şəxslər 600 manatdan 1000 manatadək məbləğdə cərimə edilir.
8-09-2025, 16:39
Ali məktəblərə qeydiyyat müddəti uzadıldı


Ali məktəblərə qeydiyyat müddəti uzadıldı

Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin (əsas yerləşdirmədən sonra) portal.edu.az saytında qeydiyyat müddəti uzadılıb.
Bu barədə DİM-dən məlumat verilib.
Abituriyentlər 10 sentyabr saat 18:00-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.
Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.
Abituriyentlər qeydiyyat prosesi ilə bağlı məsələləri Elm və Təhsil Nazirliyi və ya portal vasitəsilə dəqiqləşdirə bilərlər.
Qeyd. Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunanların qeydiyyat prosesinə isə 9 sentyabr saat 11:00-da start veriləcək və 15 sentyabr saat 18:00-dək davam edəcək.
8-09-2025, 16:32
Dərslər başlayanda marşrut xətlərinə 2300-dən çox avtobus buraxılacaq


Dərslər başlayanda marşrut xətlərinə 2300-dən çox avtobus buraxılacaq

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən tədris mövsümünün başlaması ilə əlaqədar sərnişindaşıma imkanlarının yaxşılaşdırılması üçün xətlərə buraxılan avtobusların sayı artırılacaq.
AYNA-dan verilən məlumata görə, 2022-ci ilin sentyabr ayında Bakı şəhəri üzrə sərnişindaşımada istifadə edilən avtobusların sayı 1780 ədəd, 2023-cü ildə 2011 ədəd, 2024-ci ildə isə 2180 ədəd olub. Hazırda paytaxtda sərnişindaşımada 2200 avtobus istismar edilir. Tədris mövsümü ilə əlaqədar nəqliyyat vasitələrinin sayının 2300-dən çox olması nəzərdə tutulub. Bununla bağlı AYNA tərəfindən plan hazırlanıb, daşıyıcılarla görüşlər keçirilib, xətlər üzrə avtobus sayının artırılması barədə tapşırıqlar verilib.
Hazırda dövlətin təşəbbüsünü dəstəkləyən özəl nəqliyyat şirkətləri tərəfindən ekoloji cəhətdən təmiz texnologiyalardan, yəni elektrik enerjisi və ya sıxılmış təbii qazdan istifadə edən müasir avtobusların ölkəyə gətirilməsi davam etdirilir.
2025-ci il ərzində 10 marşrut üzrə yenilənmə aparılıb və 150-yə yaxın ekoloji təmiz avtobus daşımalara cəlb olunub. Yenilənmə prosesi paytaxtla yanaşı Sumqayıt şəhəri və Abşeron rayonu ərzisini də əhatə edib. Belə ki, 7 marşrut üzrə 85 müasir avtobus sərnişinlərin istifadəsinə verilib. Əlavə olaraq, bu yaxınlarda daşıyıcılar tərəfindən Bakı şəhərində daşımalara ekoloji cəhətdən təmiz və komfortlu daha 200 avtobus gətiriləcək.
8-09-2025, 16:20
Çin Azərbaycan vasitəsilə Avropaya yük qatarları göndərir


Çin Azərbaycan vasitəsilə Avropaya yük qatarları göndərir

2025-ci ilin yeddi ayında Çindən 225 blok-qatar qəbul edilib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 2 dəfə çoxdur.
Bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey bugünkü brifinqdə bildirib.
Onun sözlərinə görə, ilin sonuna qədər 400-dən çox blok-qatarın qəbul ediləcəyi gözlənilir.
“Bu ilin əvvəlindən etibarən Pekindən və Çinin Şansi, Quandoun və Çjetszyan əyalətlərindən Transxəzər marşrutu üzrə Çin-Avropa qatarları Azərbaycan üzərindən uğurla yola düşüblər. Sabah mən Çjetszyandan Bakıya gələcək Çin-Avropa yük qatarının qəbul mərasimində iştirak edəcəyəm”, - diplomat qeyd edib.
8-09-2025, 16:11
Ukrayna Ordusu Donetskdə bir kəndi ruslardan azad etdi


Ukrayna Ordusu Donetskdə bir kəndi ruslardan azad etdi

Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətinin Vladimirovka kəndini ruslardan azad edib və bir sıra digər yaşayış məntəqələrindən işğalçıları sıxışdırıb.
Bu barədə DeepState analitik layihəsi məlumat yayıb.
“Ukrayna Müdafiə Qüvvələri Vladimirovkanı təmizləyib, Razino, Zolotoy Kolodeziya və Novotoretske yaxınlığında düşməni geri sıxışdırıb”, - məlumatda deyilir.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski xatırladıb ki, avqust ayında Ukrayna ordusu Pokrovski istiqamətində 5 kvadrat kilometr ərazi itirib, lakin 26 kvadrat kilometr əraziyə nəzarəti bərpa edə bilib.
8-09-2025, 15:48
Ermənistan günü sabah sərhədləri açmağa hazırdır - Rubinyan


Ermənistan günü sabah sərhədləri açmağa hazırdır - Rubinyan

Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşü yaxın günlərdə Ermənistanda baş tutacaq.
Bunu jurnalistlərlə söhbətində İrəvanın Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesindəki xüsusi nümayəndəsi Ruben Rubinyan deyib.
Onun sözlərinə görə, qarşıdan gələn iclasda prosesin bütün məsələləri, həyata keçirilən və həyata keçiriləcək addımlar müzakirə olunacaq. Rubinyan son iclasda Qars-Gümrü dəmir yolunun texniki parametrlərinin müzakirə edildiyini, tarixi Ani körpüsünün də bərpasının nəzərdə tutulduğunu xatırladıb.
Rubinyan görüşün dəqiq harada - İrəvanda və ya sərhəddə keçiriləcəyini açıqlamayıb.
R.Rubinyan bildirib ki, Ermənistan günü sabah da Türkiyə ilə sərhədlərini açmağa və diplomatik əlaqələr qurmağa hazırdır.
O əmin edib ki, Ermənistan tərəfindən heç bir maneə yoxdur:
“Əgər iradə olarsa, bu, qısa müddətdə baş verəcək”, - deyən Rubinyan Ermənistan tərəfdən heç bir şərt olmadığını xatırladaraq, bu istiqamətdə işlərin davam etdiriləcəyini söyləyib.
“Vaşinqton razılaşmaları, şübhəsiz ki, regionda və ondan kənarda vəziyyətə müsbət təsir edəcək çox mühüm hadisədir”, - deyə Ruben Rubinyan əlavə edib ki, İrəvan nikbindir.
Rubinyan qeyd edib ki, qarşıdakı götrüşdə bütün proses məhz sərhədlərin açılmasına diplomatik münasibətlərin qurulmasına yönəlib.
8-09-2025, 15:30
Lənkəranda iki maşın toqquşub - xəsarət alanlar var


Lənkəranda iki maşın toqquşub - xəsarət alanlar var

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin "Kiçik Bazar" ərazisində, dəniz kənarında qeydə alınıb.
Lənkəran rayon sakini 1973-cü il təvəllüdlü Elçin Misir oğlu Ağayevin idarə etdiyi "Land Rover" markalı avtomobil "KİA" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində hər iki sürücü xəsarət alıb.
E.Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Qeyd edək ki, xəsarət alan Elçin Ağayev Lənkəranda tanınmış hüquqşünasdır, eləcə də məşhur müğənni Cavad Rəcəbovun yeznəsidir.
Faktla bağlı araşdırma aparılır.
8-09-2025, 15:29
Sumqayıt Kimya Sənaye Parkının adı dəyişdirildi


Sumqayıt Kimya Sənaye Parkının adı dəyişdirildi

Sumqayıt Kimya Sənaye Parkının adı dəyişdirilərək Sumqayıt Sənaye Parkı adlandırılıb.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyinə Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
8-09-2025, 15:26
Prezident Təşkilat Komitəsi yaratdı - Samir Şərifov sədr oldu


Prezident Təşkilat Komitəsi yaratdı - Samir Şərifov sədr oldu

İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, 2026-cı il iyunun 16–19-da IsDB Qrupunun gələn il üzrə İllik Toplantılarının Bakıda keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:

Təşkilat Komitəsinin sədri

Samir Şərifov - Baş nazirin müavini

Təşkilat Komitəsi sədrinin müavini

Mikayıl Cabbarov - iqtisadiyyat naziri

Təşkilat Komitəsinin üzvləri:

Ceyhun Bayramov - Azərbaycan Respublikasının xarici işlər naziri

Sahil Babayev - Azərbaycan Respublikasının maliyyə naziri

Adil Kərimli - Azərbaycan Respublikasının mədəniyyət naziri

Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Vilayət Eyvazov - Azərbaycan Respublikasının daxili işlər naziri

Rəşad Nəbiyev - Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Teymur Musayev - Azərbaycan Respublikasının səhiyyə naziri

Şahin Bağırov - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Vüsal Hüseynov - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi

Fuad Nağıyev - Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Taleh Kazımov - Azərbaycan Respublikası Mərkəzi Bankının sədri

Samir Rzayev - "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

Eldar Əzizov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı.

Nazirlər Kabineti İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının keçirilməsi ilə əlaqədar xərclərin maliyyələşdirilməsi üçün 2026-cı ilin dövlət büdcəsi layihəsində müvafiq vəsaitin nəzərdə tutulmasını təmin etsin və digər zəruri məsələlərin həlli üçün tədbirlər görəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!