İlham Əliyev Bp şirkətinin regional prezidentini təltif etdiBP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Counz Robert Qəri "Şöhrət" ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla o, bu mükafata Azərbaycan neft sənayesinin inkişafında xüsusi xidmətlərinə görə layiq görülüb.