Qatara daş atan yeniyetmələr polis tərəfindən müəyyən edildi .....                        Bu avtobuslarda da gedişhaqqı 60-70 qəpik oldu .....                        Ərdoğan da İrəvana getməyəcək? .....                        Qazaxıstanda Zakir Həsənova medal təqdim edildi .....                        Rüşvət alan meşə gözətçisi həbs olundu .....                        Zəfərin 5 illiyinə həsr olunan “Yaradan” filmi təqdim edildi .....                        Prezidentin qızları və gəlini minifutbol turnirində .....                        Həbsdən cəmi bir gün əvvəl... - FOTO .....                        ABŞ ona qarşı sanksiyaları ləğv etdi .....                       
14-09-2025, 10:11
Ukrayna Rusiyanın ən böyük neft zavodunu vurdu


Ukrayna Rusiyanın ən böyük neft zavodunu vurdu

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Leninqrad vilayətində yerləşən Kirişi Neft Emalı Zavoduna hücum edib.
Bu barədə vilayətin qubernatoru Aleksandr Drozdenko bildirib.
Onun sözlərinə görə, Kirişi şəhəri yaxınlığında üç pilotsuz uçuş aparatı vurulub.
Lakin onların qalıqları müəssisənin ərazisinə düşərək yanğına səbəb olub.
Məlumata görə, yanğın qısa müddətdə söndürülüb. Hadisə nəticəsində tələfat və ya xəsarət alan olmayıb.
Qeyd edək ki, Kirişi Neft Emalı Zavodu Rusiyanın ən iri müəssisələrindən biridir və ildə təxminən 20 milyon ton neft emal etmək gücünə malikdir.
14-09-2025, 09:38
Culfada 63 kiloqram narkotik vasitə aşkarlandı


Culfada 63 kiloqram narkotik vasitə aşkarlandı

Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasından tranzit keçməklə Türkiyə Respublikasına etilen polimer yükü aparan nəqliyyat vasitəsi rentgen baxış qurğusundan keçirilərkən monitorda şübhəli təsvirlərin görünməsi səbəbindən əsaslı yoxlamaya cəlb olunub.
Bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.
Yoxlama zamanı nəqliyyat vasitəsindəki yükün 30 kisəsinin içərisində gömrük nəzarətindən gizlədilmiş, ümumi təmiz çəkisi 63 kiloqram olan xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
14-09-2025, 09:10
Kiyev yaxınlığında silsilə partlayışlar


Kiyev yaxınlığında silsilə partlayışlar

Sentyabrın 13-ü axşam saatlarında Ukraynanın Kiyev vilayətində silsilə partlayışlar baş verib.
Bu haqda Kiyev Regional Hərbi Administrasiyası məlumat yayıb.
"Kiyev vilayəti daxilində Rusiyanın hava hədəfləri qeydə alınmayıb və hava hücumu siqnalı verilməyib. Hadisə yerində fövqəladə hallar xidmətinin əməkdaşları işləyir. Bütün lazımi tədbirlər görülür. Daha ətraflı məlumat daha sonra veriləcək", - məlumatda deyilir.
14-09-2025, 00:56
Güləşçimiz dünya çempionatının finalında


Güləşçimiz dünya çempionatının finalında

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili (125 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən düyna çempionatında finala yüksəlib.
İdmançı yarımfinalda Polşa təmsilçisi Robert Baranla üz-üzə gəlib.
Rəqibini üstələyən Meşvildişvili həlledici görüşə vəsiqə qazanıb. Medal qarşılaşmaları sabah baş tutacaq.
Nürəddin Novruzov (61), Kənan Heybətov (70 kq), Arseniy Djioyev (86 kq) əvvəlki raundlarda məğlub olublar.
Qeyd edək ki, mundial sentyabrın 21-də başa çatacaq.
13-09-2025, 20:50
Sabiq nazir barədə həbs qərarı verildi


Sabiq nazir barədə həbs qərarı verildi

Vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz gəlirlərin leqallaşdırılmasında təqsirləndirilən Gürcüstanın keçmiş müdafiə naziri Xuanşer Burçuladze barəsində həbs qətimkan tədbiri seçilib.
Bununla da hakim Eka Barbakadze ittiham tərəfinin vəsatətini təmin edib.
Bundan əvvəl müdafiə tərəfi zaminə buraxılması ilə bağlı məhkəməyə vəsatət vermiş, hakim təmin etməmişdi.
13-09-2025, 20:45
Polşa Rusiyaya görə hərəkətə keçdi


Polşa Rusiyaya görə hərəkətə keçdi

Ukraynanın qərbində Rusiya pilotsuz təyyarələrinin mövcud hücum təhlükəsi səbəbindən Polşa və NATO qırıcıları ölkə səmasına qalxıb.
Bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı məlumat yayıb.
"Hava məkanımızın təhlükəsizliyini təmin etmək məqsədilə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının rəisi bütün lazımi prosedurlara başlayıb. Yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat sistemləri yüksək hazırlıq vəziyyətinə gətirilib", - məlumatda deyilir.
Polşanın şərqindəki Lyublin hava limanı da ölkənin Hərbi Hava Qüvvələrinin keçirdiyi əməliyyatla əlaqədar uçuşlar üçün müvəqqəti bağlanıb.
Bundan əvvəl Polşanın Baş naziri Donald Tusk bundan əvvəl telegram kanalında bildirib ki, Polşa ilə sərhədə yaxın ərazidə fəaliyyət göstərən Rusiya pilotsuz təyyarələrinin təhdidinə görə, Polşa və müttəfiqlər tərəfindən profilaktik hava əməliyyatı başlayıb.
13-09-2025, 20:37
Bir-iki günə tamamilə fərqli məlumatlar eşidəcəyik - Zelenski


Bir-iki günə tamamilə fərqli məlumatlar eşidəcəyik - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın şərq cəbhəsində üstünlük qazandığı barədə bütün açıqlamaları “dezinformasiya” adlandırıb və Moskvanın hərbi uğursuzluqlarını informasiya hücumları ilə kompensasiya etdiyini bildirib.
Zelenski bu sözləri Viktor Pinçukun təşəbbüsü ilə təşkil edilən YES 2025 illik konfransında səsləndirib.
Onun sözlərinə görə, Rusiya ordusunun say üstünlüyü və dronlardan istifadə etməsi vəziyyəti çətinləşdirir, lakin Ukrayna cəbhə xəttinə nəzarəti saxlayır və rusların irəliləyişini dayandırır:
“Ruslar dezinformasiya kampaniyasını döyüş meydanından daha yaxşı aparırlar. Onlar şərq haqda bu qədər danışırlarsa, deməli, məhz orada məhv ediləcək. Bir-iki günə tamamilə fərqli məlumatlar eşidəcəyik”.
Zelenski bildirib ki, Moskva təzyiqi artırsa da, Sumsı, Novopavlovski və Pokrovski istiqamətlərindəki bütün hücumlar iki ay ərzində darmadağın edilib.
Zelenski həmçinin iddia edilən “üç aya şərqi ələ keçirəcəklər” bəyanatlarına cavab verib:
“Ağ Evdə eşitdiyim kimi, guya onlar üç aya şərqi işğal edəcəklər, yalandır. Onların bunu illərlə etməsi də mümkün olmayacaq. Amma heç kim illərlə müharibə aparmaq istəmir”.
Prezidentin sözlərinə görə, Kreml informasiya hücumlarına daha çox güvənir, çünki döyüş meydanında uğur qazana bilmir.
13-09-2025, 20:20
Xocalının Daşbulaq kəndinə ilk köç - FOTO


Xocalının Daşbulaq kəndinə ilk köç - FOTO

Qarabağa böyük qayıdış prosesi davam edir. Sentyabrın 13-də Xocalı rayonunun Daşbulaq kəndinə yola salınan ilk köç mənzil başına çatıb.
Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, 67 nəfərdən ibarət 13 ailəyə müasir tələblərə cavab verən fərdi evlərin açarları təqdim olunub.
Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, sakinlərə kənddə infrastruktur – içməli su, elektrik, qaz xətləri, yol və digər zəruri sosial obyektlərin artıq istifadəyə verildiyini deyib. Daşbulağa qayıdan sakinlər də onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Beləliklə, Xocalının Daşbulaq kəndinə ilk köçün reallaşması Böyük Qayıdış proqramının daha bir uğurlu mərhələsi kimi tarixə düşdü.

***

16:20

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.
Sentyabrın 13-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı Ağdamdan Xocalının Daşbulaq kəndinə yola salınıb.
Modern.az xəbər verir ki, ilk mərhələdə Daşbulaq kəndinə 13 ailə - 67 nəfər köçürülür. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.









13-09-2025, 19:53
Müdafiə Nazirliyi vətəndaşlara daha bir müraciət etdi


Müdafiə Nazirliyi vətəndaşlara daha bir müraciət etdi

Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, hərbi hissələrdə effektiv profilaktik tədbirlərin görülməsi sayəsində şəxsi heyət arasında respirator xəstəliklərə, o cümlədən qrip infeksiyasına yoluxma hallarının qarşısı alınır:
"Gənc əsgərlərin valideynlərindən, eləcə də bütün vətəndaşlardan hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, məhdudiyyəti anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi bir daha xahiş edirik. Qeyd olunan məhdudiyyət götürüldükdən sonra ictimaiyyətə əlavə məlumat veriləcək".
Qeyd edək ki, Müdafiə Nazirliyi bir neçə dəfə bununla bağlı vətəndaşlara müraciət edib.
13-09-2025, 19:48
Xırdalanda yanğın oldu


Xırdalanda yanğın oldu

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının iyirmibirmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi müəyyən edilib.
FHN qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 110 kvadratmetr olan üçotaqlı mənzilin zalı 20 kvadratmetr sahədə yanıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!