Qatara daş atan yeniyetmələr polis tərəfindən müəyyən edildi .....                        Bu avtobuslarda da gedişhaqqı 60-70 qəpik oldu .....                        Ərdoğan da İrəvana getməyəcək? .....                        Qazaxıstanda Zakir Həsənova medal təqdim edildi .....                        Rüşvət alan meşə gözətçisi həbs olundu .....                        Zəfərin 5 illiyinə həsr olunan “Yaradan” filmi təqdim edildi .....                        Prezidentin qızları və gəlini minifutbol turnirində .....                        Həbsdən cəmi bir gün əvvəl... - FOTO .....                        ABŞ ona qarşı sanksiyaları ləğv etdi .....                       
13-09-2025, 19:32
Boşandığı arvadının evini "sənə sürpriz edəcəyəm" deyib, yandırdı


Boşandığı arvadının evini "sənə sürpriz edəcəyəm" deyib, yandırdı

Abşeronda boşandığı həyat yoldaşına "sənə sürpriz edəcəyəm" deyib, evinə alışqanla od vuran şəxsə hökm oxunub.
1980-cı ildə Bakı şəhərində anadan olmuş Qürbət Şahverdiyevin Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, Qürbət həbsdən çıxıb və bundan sonra boşandığı həyat yoldaşı E.Ş. ilə birgə yaşadıqları mənzilə görə aralarında mübahisə yaranıb.
Qürbət içkili halda birgə nikah dövründə yaşadıqları Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsindəki fərdi yaşayış evinə gedib. Keçmiş həyat yoldaşını və övladlarını oradan çıxarıb. Bundan sonra siqaret yandıraraq, istifadə etdiyi alışqanı yatağın üstünə tullayıb. Alışqanın sönməməsinə ehtimal verməyərək, siqaret çəkmək üçün həyətə düşüb. Daha sonra evinin yandığını görüb. Nəticədə təqsirləndirilən şəxs 50 000 manat dəyərində əmlakı qəsdən yandırmaqla xeyli miqdarda ziyan vurub.
Məhkəmədə təqsirləndirilən şəxsin keçmiş həyat yoldaşı bildirib ki, Qürbət hadisədən bir neçə gün əvvəl "sənə sürpriz edəcəyəm" deyib. Sonra isə sözügedən hadisəni törədib.
Məhkəmənin hökmü ilə Qürbət Şahverdiyev 3 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
13-09-2025, 19:01
Nuri Şahin baş məşqçi təyin olundu


Nuri Şahin baş məşqçi təyin olundu

Türkiyənin "Başakşəhər" komandasının yeni baş məşqçisi məlum olub.
İstanbul təmsilçisi bu vəzifəyə tanınmış mütəxəssis Nuri Şahini təyin edilib.
Onunla imzalanacaq müqavilənin detalları açıqlanmayıb.
37 yaşlı məşqçi sonuncu dəfə Almaniyanın "Borussiya" (Dortmund) klubunda çalışıb.
13-09-2025, 18:44
Xalq artistinin ölümü ilə bağlı nekroloq


Xalq artistinin ölümü ilə bağlı nekroloq

Xalq artisti Hacı Murad Yagizarov vəfat edib.
Mədəniyyət Nazirliyi aktyorun ölümü ilə bağlı nekroloq yayıb.
“Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq artisti, tanınmış teatr və kino aktyoru, Dövlət mükafatı laureatı Hacı Murad Yagizarov 13 sentyabr 2025-ci il tarixində, ömrünün 86-cı ilində Almaniyada vəfat edib.
Hacı Murad Hacı Əhməd oğlu Yagizarov 18 iyul 1939-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəb illərindən səhnə sənətinə maraq göstərib, dram dərnəyində çıxış edib. 1958–1962-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Aktyorluq fakültəsində (Xalq artisti Məhərrəm Haşımovun kursu) təhsil alıb.
1962-ci ildən sənət taleyini Azərbaycan Dövlət Rus Dram Teatrına bağlayan aktyor burada “Sən niyə yaşayırsan?”, “Həyat necə də qısadır”, “Pik saatı”, “Öz yolunla”, “Valentin və Valentina”, “İvanov”, “Qumluqdakı ev”, “Aydın”, “Şeyx Sənan”, “Qurdlar və quzular”, “Artist və onun kölgəsi”, “Arzu tramvayı” və digər tamaşalarda yaddaqalan obrazlar qalereyası yaradıb.
1950-ci illərin sonundan filmlərə də dəvət alan aktyor “Böyük dayaq”, “Ulduz”, “Arşın mal alan” (1965), “Bir cənub şəhərində”, “Ən vacib müsahibə” və s. filmlərdə maraqlı rollar oynayıb.
Aktyorun Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri yüksək qiymətləndirilib. O, 1974-cü ildə “Əməkdar artist”, 1982-ci ildə “Xalq artisti” fəxri adlarına, 1986-cı ildə Dövlət mükafatına, 2009-cü ildə “Şöhrət”, 2019-cu ildə isə “Şərəf” ordenlərinə layiq görülüb”.
Mədəniyyət Nazirliyinin kollektivi Xalq artisti Hacı Murad Yagizarovun vəfatından kədərləndiyini bildirib, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib”, - nekroloqda qeyd olunub.
13-09-2025, 18:15
Bakıda 20 avtobusun istiqaməti dəyişdirilir - Formula 1-ə görə


Bakıda 20 avtobusun istiqaməti dəyişdirilir - Formula 1-ə görə

Formula 1 üzrə “Azərbaycan Qran Pri” yarışları ilə əlaqədar sentyabrın 15-dən paytaxtın bir sıra yollarında nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, məhdudiyyət səbəbindən 2 müntəzəm marşrutun fəaliyyəti müvəqqəti olaraq dayandırılır, 20 marşrutun hərəkət sxemi dəyişdirilir. Dəyişikliyə əsasən:

1 nömrəli avtobus marşrutu (istiqamət: “Neftçilər” metrostansiyası), 46 nömrəli avtobus marşrutu (istiqamət: “Əhmədli” metrostansiyası) və H1 nömrəli avtobus marşrutu (istiqamət: Heydər Əliyev Beynəlxalq Aeroportu) 28 May küçəsi – Dilarə Əliyeva küçəsi – Kövkəb Səfərəliyeva küçəsi – Neftçilər prospekti – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

2 nömrəli avtobus marşrutu (istiqamət: “Dərnəgül” metrostansiyası) Dilarə Əliyeva küçəsi – Kövkəb Səfərəliyeva küçəsi – Neftçilər prospekti – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

4 nömrəli avtobus marşrutu (istiqamət: “Xətai” metrostansiyası) Azadlıq prospekti – Dilarə Əliyeva küçəsi – Kövkəb Səfərəliyeva küçəsi – Neftçilər prospekti – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

5 nömrəli avtobus marşrutu iki istiqamət üzrə xidmət göstərəcək. Birinci istiqamət “Nəriman Nərimanov” metrostansiyası – Süleyman Rəhimov küçəsini, ikinci istiqamət Salyan şosesi – Bibiheybət məscidi – Bakı Funikulyorunu (Bəhram Gur heykəli) əhatə edəcək.

6 nömrəli avtobus marşrutu iki istiqamətdə fəaliyyət göstərəcək. Birinci istiqamət "Azadlıq prospekti" metrostansiyası – Axundov bağını, ikinci istiqamət 20-ci Sahə – Bəhram Gur heykəlini əhatə edəcək.

10, 18, 31, 37, 77 və 205 nömrəli avtobus marşrutları (istiqamət: “İçərişəhər” metrostansiyası) Şeyx Şamil küçəsi – Lermontov küçəsi – Bünyad Sərdarov küçəsi (son dayanacaq məntəqəsi) üzrə fəaliyyət göstərəcək.

20, 88A və 120E nömrəli avtobus marşrutlarının hərəkəti Kövkəb Səfərəliyeva küçəsi ilə təşkil olunacaq. Əks istiqamətdə isə marşrut Xocalı prospekti – Yusif Səfərov küçəsi – 28 May küçəsi ilə hərəkət edəcək.

61 nömrəli avtobus marşrutu (istiqamət: Mərkəzi Bank) Səməd Vurğun küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Rəşid Behbudov küçəsi (son dayanacaq məntəqəsi) üzrə;

65 nömrəli avtobus marşrutu (istiqamət: “İçərişəhər” metrostansiyası) Murtuza Muxtarov küçəsi – Əhməd Cavad küçəsi – Azərbaycan prospekti (son dayanacaq məntəqəsi) üzrə;

88 nömrəli avtobus marşrutu (istiqamət: “28 May” metrostansiyası) Azadlıq prospekti – Füzuli küçəsi (son dayanacaq məntəqəsi) üzrə fəaliyyət göstərəcək.

125 nömrəli avtobus marşrutu (istiqamət: “28 May” metrostansiyası) Lökbatan dairəsi – Bakı Dairəvi yol – Mikayıl Müşfiq küçəsi – Badamdar dairəsi – Mikayıl Müşfiq küçəsi – Abdulla Şaiq küçəsi – Mirzəağa Əliyev küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Süleyman Rüstəm küçəsini (son dayanacaq məntəqəsi “28 May” NMM) əhatə edəcək.

149 nömrəli avtobus marşrutu Sahil qəsəbəsindən “Binə” ticarət mərkəzinə (“Lökbatan” NMM) qədər fəaliyyət göstərəcək.

72 və E1 nömrəli avtobus marşrutlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq.
13-09-2025, 17:39
Rusiyaya sanksiya tətbiq etməyə hazıram - Tramp


Rusiyaya sanksiya tətbiq etməyə hazıram - Tramp

ABŞ prezidenti Donald Tramp NATO ölkələrini Rusiya neftinin alınmasını dayandırmağa və Çinə yüksək tariflər tətbiq etməyə çağırıb.
Bu barədə Tramp “Truth Social” şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, bu addımlar Moskvanın Pekindən asılılığını zəiflədəcək və müharibənin sonunu yaxınlaşdıracaq.
“Hazıram ciddi sanksiyalar tətbiq etməyə hazıram, amma yalnız o halda ki, NATO ölkələri eyni addımı atsın və Rusiya neftini almağı dayandırsın. Bəzi dövlətlərin hələ də bu nefti alması şokedicidir və danışıqlarda mövqeyi zəiflədir. Əlavə olaraq, NATO Çinə 50-100 faiz tariflər tətbiq etməli, müharibə bitəndən sonra isə bunları ləğv etməlidir. Bu, Rusiyanın Çindən asılılığını qıracaq”.
O, həmçinin iddia edib ki, əgər özü prezident olsaydı, müharibə heç vaxt başlamazdı:
“Bu, Trampın müharibəsi deyil, Bayden və Zelenskinin müharibəsidir. Mən sadəcə onu dayandırmaq və minlərlə həyat xilas etmək istəyirəm. Yalnız ötən həftə 7 mindən çox insan həyatını itirib”.
Tramp qeyd edib ki, NATO onun planına əməl etsə, müharibə qısa müddətdə başa çatacaq: “Əks halda siz yalnız mənim, həmçinin ABŞ-ın vaxtını, enerjisini və pullarını itirirsiniz”.
13-09-2025, 17:14
Sulutəpə və Sumqayıta gedənlərə şad xəbər! - Avtobuslar bərpa edilir


Sulutəpə və Sumqayıta gedənlərə şad xəbər! - Avtobuslar bərpa edilir[/size]

157 və 503 nömrəli marşrutlar üzrə keçirilən müsabiqələrdə qalib gələn daşıyıcılar – “BusTrans” MMC və “BakuBus” MMC yeni avtobuslarla xətlərin istismarını müvafiq olaraq sentyabrın 14-ü və 15-də həyata keçirəcəklər.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, hər iki marşrut üzrə sərnişindaşıma nağdsız ödəniş əsasında fəaliyyət göstərəcək.
Bakı Beynəlxalq Avtovağzal Kompleksini Sulutəpə qəsəbəsi ilə əlaqələndirən 157 nömrəli marşrut üzrə gedişhaqqı 0.50 qəpik, Sumqayıt şəhəri ilə əlaqələndirən 503 nömrəli marşrut üzrə isə 0.70 qəpik təşkil edəcək.
13-09-2025, 17:10
Polşada Baş nazirin maşınını oğurladılar


Polşada Baş nazirin maşınını oğurladılar

Polşada baş nazir Donald Tuska məxsus avtomobili oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə RMF FM məlumat yayıb.
Məlumata görə, hadisə ilə bağlı saxlanılan şəxs 41 yaşlı Polşa vətəndaşıdır. O, daha əvvəl də fırıldaqçılıq və sağlamlığa, həmçinin insan həyatına qarşı cinayətlərdə adının hallanması ilə hüquq-mühafizə orqanlarının diqqətini çəkib.
Şübhəli şəxs Qdansk hava limanında, Bolqaristana uçuşa bir neçə dəqiqə qalmış saxlanılıb.
Məlumata görə, əməliyyata sərhəd xidmətinin xüsusi müdaxilə qrupu da cəlb olunub.
Şübhəlinin evində aparılan axtarış zamanı istintaq üçün əhəmiyyət kəsb edən materiallar aşkarlanıb və müsadirə edilib.
13-09-2025, 15:55
Maşından 5200 manat oğurlayan şəxs tutuldu


Maşından 5200 manat oğurlayan şəxs tutuldu

Sabunçu rayonu Bakıxanov qəsəbəsində bir nəfərə məxsus avtomobildən içərisində 5200 manat olan pul kisəsinin oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Sabunçu RPİ 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən paytaxt sakini 43 yaşlı M.Tağıyev saxlanılıb.
Abşeron rayonunda isə evlərin birindən 2000 manat dəyərində qızıl-zinət əşyası talamaqda şübhəli bilinən əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Kürdəmir rayon sakini 42 yaşlı İ.Rüstəmzadə polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
13-09-2025, 15:48
2026-cı ilin büdcəsi Prezidentə təqdim ediləcək


2026-cı ilin büdcəsi Prezidentə təqdim ediləcək

İqtisadi Şuranın növbəti iclası keçirilib.
Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin proqnoz layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, dünya iqtisadiyyatının inkişaf meylləri, büdcə proqnozlarında istifadə olunan əsas fərziyyələr, cari iqtisadi vəziyyət və 2025-2029-cu illər üzrə yenilənmiş makroiqtisadi proqnozlar, 2026-2029-cu illərdə büdcə siyasətinin əsas məqsəd, istiqamət və hədəfləri, Qarabağ və Şərqi Zəngəzurun yenidənqurulması və bərpası ilə bağlı xərclərin maliyyələşdirilməsi və Böyük Qayıdış Proqramının təmin edilməsi, Ortamüddətli Xərclər Çərçivəsi və nəticə əsaslı büdcə mexanizminin tətbiq olunduğu sahələr, büdcə qaydasının parametrləri üzrə hədəf göstəriciləri, makroiqtisadi və maliyyə sabitliyi sahəsində cari vəziyyət, siyasət istiqamətləri və digər məsələlər ətraflı müzakirə olunub.
İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun, maliyyə naziri Sahil Babayevin, Mərkəzi Bankın sədri Taleh Kazımovun və əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin məruzələri dinlənilib. Təqdim olunan gündəliyə dair İqtisadi Şuranın üzvləri tərəfindən müzakirələr aparılıb.
İclasın yekununda İqtisadi Şura üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla 2026-cı ilin büdcə zərfinə daxil olan bütün sənəd və məlumatların Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
13-09-2025, 15:09
“Hamburger” və “dondurma” sözlərini qadağan etdi


“Hamburger” və “dondurma” sözlərini qadağan etdi

Şimali Koreya lideri Kim Çen İn ölkədə “çox Qərb mənşəli” hesab olunan sözlərin istifadəsinə qadağa qoyulması barədə göstəriş verib.
Bu barədə məlumatı "The Sun" yayıb.
Məlumata görə, Vonson kurortunda Rusiya və Çin turistləri ilə işləyən bələdçilərə Qərbdən və Cənubi Koreyadan gələn ingiliscə terminlərdən istifadə etməmək tapşırılıb.
Bununla bağlı bir sıra məşhur ifadələrə alternativ adlar təklif edilib. Məsələn, “hamburger” bundan sonra "dajin-gogi gyeopppang", yəni “çörək arası ət” kimi təqdim olunacaq, “dondurma” "eseukimo" adlandırılacaq, "karaoke" aparatları isə “ekran müşayiəti maşınları” kimi tanıdılacaq.
Daha əvvəl KXDR-ə səfər etmiş rusiyalı turistlər bildiriblər ki, təyyarədə onlara “Kim Çen İn reseptli burger” təqdim olunub və bu yemək “milli nailiyyət” kimi qələmə verilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!