Bu ilin ikinci Günəş tutulması başlayıb .....                        Taliban Trampa cavab verdi: “20 il də döyüşə hazırıq!” .....                        Ordubada 19 sm qar yağıb .....                        Londona uçan təyyarə Bakıda təcili eniş etdi .....                        Suriya ilə danışıqlarda irəliləyiş var - Netanyahu .....                        Polşa ilə döyüşmək istəmirik - Xrenin .....                        Gürcüstan Prezidenti ABŞ-yə getdi .....                        Rusiya Ukraynanın 19 PUA-sını vurdu .....                        Peruda etirazçılarla polis arasında toqquşma .....                       
2-09-2025, 14:27
20 nəfərin bank kartından 10 min manat oğurlandı


20 nəfərin bank kartından 10 min manat oğurlandı

Hacıqabulda polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkələrdə kiberdələduzluq edən əvvəllər məhkum olunmuş Aslan Qurbanov saxlanılıb.
DİN-in Mətbuat xidmətinin regional qrupundan verilən xəbərə görə, o, müxtəlif xəstəliklərdən əziyyət çəkən şəxslərə yardım adı altında sosial şəbəkələrdə paylaşılan bank kartlarındakı maddi vəsaitləri talamaqda şübhəli bilinir. Araşdırma zamanı adıçəkilən şəxsin 20 nəfərin etibarından sui-istifadə edərək bank kartlarının məxfi məlumatlarını əldə etdiyi məlum olub. Bu üsulla A.Qurbanov 10.000 manatdan artıq pul ələ keçirib. Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
A.Qurbanovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə polisə məlumat verə bilərlər.
2-09-2025, 14:15
Avtoxuliqanlıq edən sürücü həbs olundu


Avtoxuliqanlıq edən sürücü həbs olundu

Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlərlə idarə etdiyi “VAZ-2106” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və hərəkət iştirakçılarına təhlükə yaradan sürücü Xaləddin Əliyev saxlanılıb.
Onun barəsində toplanmış materiallar məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə X.Əliyev 17 sutka inzibati qaydada həbs edilib.
2-09-2025, 00:51
TikTok-da yeni funksiya


TikTok-da yeni funksiya

TikTok öz mesajlaşma sistemində (DM) əhəmiyyətli dəyişikliklər etdiyini açıqlayıb.
İstifadəçilər 60 saniyəyə qədər səsli qeydlər göndərə, bir mesajda isə 9-a qədər foto və ya video paylaşa biləcəklər.
Yeniləmə çərçivəsində tətbiqdaxili kamera ilə birbaşa foto və video çəkimi, həmçinin cihazın qalereyasından media seçib redaktə edərək göndərmək imkanı da əlavə olunub.
Yeni funksiyalar yaxın həftələr ərzində mərhələli şəkildə tətbiq olunacaq.
2-09-2025, 00:39
"Fənərbaxça"da yeni transfer


"Fənərbaxça"da yeni transfer

"Fənərbaxça" heyətini yeni futbolçu ilə gücləndirib.
İstanbul təmsilçisi Marko Asensionu transfer edib.
Bunu klubun mətbuat xidməti açıqlayıb.
Onunla 3+1 illik müqavilə imzalanıb. Futbolçunun son klubu PSJ olub.
Qeyd edək ki, Asensio daha öncə "Malyorka", "Real Madrid" və "Aston Villa"da çıxış edib.
1-09-2025, 18:23
Pakistan Ermənistanın ŞƏT-ə üzvlüyünü bloklayıb


Pakistan Ermənistanın ŞƏT-ə üzvlüyünü bloklayıb

Pakistan Ermənistanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyünü blok edib.
Pakistan Hindistanın Azərbaycanla bağlı hərəkətinə cavab olaraq belə bir addım atıb.
Qeyd edək ki, bu günlərdə Pakistanla Ermənistanın xarici işlər nazirləri arasında ilk telefon danışığı baş tutub, tərəflər diplomatik münasibətlərin qurulması barədə razılığa gəliblər.
Onu da xatırladaq ki, Hindistan Azərbaycanın ŞƏT-ə üzvlük müraciətini yenidən bloklayıb. Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü dəstəkləsə də, Hindistan yenidən Bakının tamhüquqlu üzvlük təklifini bloklayıb.
1-09-2025, 17:50
Putin Pezeşkianla görüşdü


Putin Pezeşkianla görüşdü

Rusiya prezidenti Vladimir Putin İran prezidenti Məsud Pezeşkianla ikitərəfli görüş keçirib.
Görüş Çinin Tiencin şəhərində Putinin müvəqqəti iqamətgahında, yəni Ritz-Carlton otelində baş tutub.
ŞƏT+ sammitində hadisələr başa çatdıqdan sonra Putin görüşlərini oteldə davam etdiri. Rusiya liderini səfərdə xarici işlər naziri Sergey Lavrov, baş nazirin müavini Aleksey Overçuk, Prezident Administrasiyası rəhbərinin müavini Maksim Oreşkin, Prezidentin mətbuat katibi Dmitri Peskov, Prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov, və digər rəsmilər müşayiət edirlər.
1-09-2025, 17:43
Sumqayıtda karton zavodu yanır


Sumqayıtda karton zavodu yanır

Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.
Sumqayıtda karton istehsalı müəssisəsində yanğın başlayıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və xüsusi texnikası cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Hadisənin başvermə səbəbləri araşdırılır.
1-09-2025, 17:38
Kremldən Putin-Əliyev görüşü barədə açıqlama


Kremldən Putin-Əliyev görüşü barədə açıqlama

Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində hələ də bir-biri ilə danışmayıblar.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Xeyr, bu gün ayrı-ayrılıqda heç bir əlaqə olmayıb”, - deyə Peskov jurnalistlərə açıqlamasında bildirib.
Qeyd edək ki, hər iki lider Çində keçirilən ŞƏT sammitində iştirka edir.
1-09-2025, 17:33
1-ci xanımların tədbirində İranı Pezeşkianın qızı təmsil etdi - FOTO


1-ci xanımların tədbirində İranı Pezeşkianın qızı təmsil etdi - FOTO

Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva sentyabrın 1-də Çinin Tiencin şəhərində Çin Xalq Respublikasının birinci xanımı Pen Liyuan və “Şanxay Əməkdaşlıq Təşkilatı plyus” formatında keçirilən görüşdə iştirak edən dövlət və hökumət başçılarının xanımları ilə birlikdə Hayha çayında gəmi gəzintisində iştirak ediblər.
Dövlət və hökumət başçılarının xanımlarının iştirak etdiyi tədbirdə İranı president Məsud Pezekianın qızı Zəhra Pezeşkian təmsil edir.



Xatırladaq ki, doktor Pezeşkianın həyat yoldaşı uzun illər öncə dünyasını dəyişməsi səbəbindən İranda keçirilən prezident seçkiləri zamanı da onun qızı Zəhra Pezeşkian müşayiət etmişdi...
Zəhra Pezeşkian digər rəsmi xarici səfərlərdə də atasının yanında olur.
Qeyd edək ki, Məsud Pezeşkianın 3 övladı var – oğlanları Mehdi və Yusif, qızı Zəhra.
Prezidentin qızı Zəhra Pezeşkian İrandakı Şərif Texnologiya Universitetində kimya üzrə ali təhsil alıb və magistr dərəcəsinə yiyələnib. O, əvvəllər “Jam Petrochemicals” şirkətində işləyib.
İran prezidentinin kürəkəni - Zəhra Pezeşkianın həyat yoldaşı Həsən Məcidi hazırda Prezident Administrasiyasının rəhbərinin icraçı köməkçisi vəzifəsində çalışır. O, ixtisasca maliyyə ekspertidir və əvvəllər özəl şirkətdə işləyib.




1-09-2025, 17:24
Azərbaycanlı hakim UEFA-dan yeni təyinat aldı


Azərbaycanlı hakim UEFA-dan yeni təyinat aldı

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan yeni təyinat alıb.
O, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Belarus - Avstriya görüşünün hakim-inspektoru olacaq.
Oyun sentyabrın 8-də Gürcüstanın Qori şəhərində yerləşən Tengiz Burcanadze adına stadionda baş tutacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!