Təbrik Edirik!Əzizim Fərhad, Ulu Yaradandan dilərəm ki, bundan sonra ömrünə səni tanıdığım illərin sayı qədər ömür calasın. Qardaş, bu illər ərzində çox şey dəyişib. Dünyanın düzəni pozulub, insanlar arasında ünsiyyət azalıb. Qohumlar yadlaşıb, dostların bir-birinə inamı, etibarı azalıb. Müqəddəs şeylər, sevgi qarışıq-alış veriş, dəyər-dəyməz predmetinə çevrilib. Çox sayıb vaxtını almıram. Bircə onu deyim ki, bütün bu dəyişiklikləri görə-görə saçlarını ağartdın, amma çox şey dəyişsədə sən dəyişmədin. Yaxşı ki, dəyişmədin. Olduğun kimi, saf, təmiz, təmənnasız, dürüst, özü-sözü bütöv, etibarlı qaldın.
Bu gün 60 yaşın tamam olur. Daha bundan sonra istəsən də xasiyyətini dəyişə bilməzsən. Heç dəyişmə də. Olduğun kimi qal. Qal ki, güvənməyə, söykənməyə yerimiz olsun. Qardaş, səni ailəmiz adından, səmimi qəlbdən təbrik edirəm, xoş günlər arzulayıb, bağrıma basıram!
Sevgi və sayğıyla: Tamxil ZİYƏDDİNOĞLU