Zelenskinin yeni "sağ qolu" kim olacaq? .....                        MDB liderləri bu ölkədə görüşəcək .....                        ABŞ iki od arasında .....                        Hər zaman həmrəy olaq! .....                        İranda etirazlar - minlərlə insan ayağa qalxdı .....                        Zəngəzur dəhlizi dünyanın ən yüksək tutumlu ticarət yolu olacaq .....                        ABŞ Ukraynaya qoşun yeridəcək? - Zelenskidən cavab .....                        Ərəb ölkəsi Yəməndə əməliyyatı dayandırır .....                        Bəşər Əsədin fotosu silindi .....                       
5-12-2025, 15:15
Laçında kanatın tikintisi bu tarixdə BAŞA ÇATACAQ - RƏSMİ


Laçında kanatın tikintisi bu tarixdə BAŞA ÇATACAQ - RƏSMİ

Laçın şəhərində inşası nəzərdə tutulan yeni kanat yolu layihəsi üzrə isə işlər sürətlə davam etdirilir. Layihələndirmə mərhələsinin cari ilin sonunadək tamamlanması planlaşdırılır.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)- dan məlumat verilib.
AYNA-dan bildirilib ki, obyektin 2026-cı ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.
"Xankəndi-Şuşa kanat yolu layihəsi üzrə hazırlıq işləri mərhələli şəkildə davam etdirilir. Burada xəttin ümumi uzunluğu 9 501 metr təşkil edəcək".
Əlavə olaraq qurumdan verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 may 2025-ci il tarixli “Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən, Balakən rayonunda mövcud kanat yolunun yerində yeni, müasir standartlara və texnologiyalara əsaslanan kanat yolunun inşası planlaşdırılır. Qeyd edilib ki, layihələndirmə üzrə ilkin işlərə artıq başlanılıb.
Qeyd edək ki, Laçın kanat yolu şəhərin Bulvar ərazisində yerləşir və iki hissədən ibarət olacaq. Kanat yolunun hündürlüyü 300 metr, xəttinin uzunluğu isə 1720 metr olacaq, hərəkət müddəti 6 dəqiqə təşkil edəcək. Ümumilikdə 17 kabinədən ibarət kanat yolu saatda 800 sərnişinə xidmət edə biləcək. Kanat yolunun yerləşdiyi, uzunluğu 2 kilometrə yaxın olan Bulvar ərazisi bu gün həm yerli sakinlərin, həm də turistlərin sevimli məkanlarından biridir.
5-12-2025, 15:07
Şimali Kiprin TDT-yə tamhüquqlu üzvlüyünün vaxtı çatıb - NAZİR


Şimali Kiprin TDT-yə tamhüquqlu üzvlüyünün vaxtı çatıb - NAZİR

Bu gün Bakıda Türk Dövlətləri Təşkilatının Əmək, Məşğulluq və Sosial Müdafiə Nazirlərinin I iclası keçirilib.
Şimali Kipr Türk Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Oğuzhan Hasipoğlu türk dünyasına önəmli mesajlar çatdırıb.
Hasipoğlu iclasda Türkiyənin əmək və əhalinin sosial müdafiəsi naziri Vedat Işıkhanın Şimali Kipr Türk Respublikasının illərdir embarqo altında saxlanılmasının qəbuledilməz olduğunu vurğulamasına görə təşəkkür edib
“Cənab Vedat Işıkhanın Şimali Kipr Türk Respublikasının embarqo altında əzilməsinə izn verilməyini açıqca ifadə etməsi bizim üçün son dərəcə qiymətlidir. Bu sadəcə açıqlama deyil, Şimali Kiprin Türk Respublikasının haqlı mücadiləsinin türk dünyası nəzdində güclü bir taleyidir”.
Nazir, xüsusilə vurğulayıb ki, Şimali Kiprin Türk Dövlətləri Təşkilatına tam üzv kimi qəbul edilməsinin vaxtı çatıb:
“Bu tələb siyasi duruş deyil, tarixi bir zərurətdir. Şimali Kiprin TDT-yə tam üzvlüyü qaçılmazdı. Türk dünyası ailəmizin içərisində güclü, bərabərhüquqlu və hörmətli bir yer tutmaq istəyirik.
Rum tərəfinin hər beynəlxalq platformada Şimali Kipri kənarda saxlamağa yönəlmiş addımlar atdığını bildirən Hasipoğlu bu cəhdlərin artıq daha sərt və qəti şəkildə cavablandırılmalı olduğunu vurğulayıb:
“Rum tərəfinin bizi platformalardan kənarlaşdırmaq, haqlarımızı əlindən almaq cəhdləri artıq tolerantlıqla qarşılanmamalıdır. Şimali Kipr konstitusiyası, institutları və dövlət ağılı ilə güclü bir Türk dövlətidir. Bizi yox sayma təşəbbüslərini qəbul etmirik”.
Hasipoğlu Türkiyə və Azərbaycanın Şimali Kiprə verdiyi dəstəyi “strateji bir həmrəylik” kimi qiymətləndirərək belə deyib:
“Azərbaycan və Türkiyədən gördüyümüz dəstək bizə güc verir və bizi qürurlandırır. Şimali Kipr Türk Respublikası Türk dünyasının ayrılmaz bir parçasıdır və bu ailə içində daha güclü bir mövqe hədəfləyirik”.
5-12-2025, 15:00
Gəncədə yaşlı qadını avtobus vurdu


Gəncədə yaşlı qadını avtobus vurdu

Gəncədə 78 yaşlı piyadanı avtobus vurub.
Hadisə şəhərin Əli Məmmədov küçəsində baş verib. Belə ki, "Baku Bus"a məxsus 4 saylı xətt üzrə işləyən sərnişin avtobusu hərəkətdə olan zaman 1947-ci il təvəllüdlü M.Nəsrullayevanı vurub. Piyada xəstəxanaya çatdırılıb, hazırda yaşlı qadının vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisə yerinə DYPN əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.
5-12-2025, 14:28
Növbəti köç karvanı Horovlu kəndinə çatdı


Növbəti köç karvanı Horovlu kəndinə çatdı

Dekabrın 5-də doğma yurduna yola salınan köç karvanı Horovlu kəndinə çatıb.
Bu mərhələdə Horovlu kəndinə 66 nəfərdən ibarət 18 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.




5-12-2025, 14:18
Fransa demoqrafik çağırışla üz-üzə


Fransa demoqrafik çağırışla üz-üzə

Fransa uzun illər Avropada demoqrafik sabitliyi ilə seçilsə də, son illərin göstəriciləri bu üstünlüyün sürətlə zəiflədiyini ortaya qoyub. Doğum səviyyəsinin azalması, əhalinin yaşlanması və iqtisadi dinamikanın zəifləməsi ölkənin sosial modelinə, maliyyə dayanıqlığına və əmək bazarına ciddi təsir göstərməkdədir. Hesablama Palatası dərc etdiyi hesabatla bu riskləri bir daha gündəmə gətirib.
İkinci dünya müharibəsindən sonra ilk dəfə olaraq Fransa 2025-ci ildə mənfi təbii artımla, yəni doğumdan daha çox ölüm halı ilə üzləşə bilər. Qadınbaşına düşən doğum sayı əhalinin özünü yeniləmə həddindən aşağı düşməkdədir. Eyni zamanda, ömür uzunluğunun artması fonunda əhalinin yaşlanması qaçılmaz hal alır.
“Insee” Sorğu İnstitutunun proqnozlarına görə, 2070-ci ildə 65 yaşdan yuxarı şəxslər ölkə əhalisinin təxminən üçdəbirini təşkil edəcək. Bu isə təkcə tibbi xidmət və baxım sektorunda deyil, həm də pensiya sistemi, dövlət maliyyəsi və əmək ehtiyatlarında kəskin təzyiq yaradacaq. Aktiv əhalinin azalması daha az sosial ödəniş, eyni zamanda isə artan yaşlı nəsil səbəbi ilə daha çox dövlət xərci deməkdir. İqtisadi artım potensialının zəifləməsi də əlavə risklər yaradır. Prezident Emmanuel Makron 2024-cü ilin əvvəlində “yenidən demoqrafik silahlanma” ifadəsini işlətsə də, ekspertlər bu prosesin asan olmadığını bildirirlər. Natalist siyasətlərin təsiri zəifdir və bir çox ölkələrdə gözlənilən nəticələri vermir. Eyni zamanda, immiqrasiya problemin miqyasını tam kompensasiya edə bilməz, baxmayaraq ki, Fransa üçün xarici işçi qüvvəsindən imtina daha ciddi tənəzzüllə nəticələnə bilər.
Hesabatda qeyd olunur ki, doğum səviyyəsinin kəskin azalmasının qarşısını almaq çətin olacaq və buna görə də dövlət artıq uyğunlaşma strategiyasına başlamaq məcburiyyətindədir. Bunun üçün yaşlı və gənc işçi qruplarının məşğulluq səviyyəsi yüksəldilməlidir, əhalinin yaşlanmasına bağlı olaraq pensiya sistemi yenidən tənzimlənməlidir, maliyyə yükü təkcə aktiv nəsillərin üzərinə qoyula bilməz, məsuliyyət bölgüsü yenidən qurulmalıdır.
Doğum səviyyəsinin azalması ilə bağlı səbəbləri və nəticələri araşdıracaq parlament missiyası işə başlayacaq. Bu, demoqrafik məsələlərin indiyədək büdcə müzakirələrində kifayət qədər yer almamasına qarşı ilk addım kimi dəyərləndirilir.
Hesablama Palatasının prezidenti Pierre Moscovici xəbərdarlıq edir: “Demoqrafiyada borc məsələsində etdiyimiz səhvi təkrarlamayaq”.
5-12-2025, 14:09
Azad edilmiş ərazilərdə 132 hektar yaşıllıq sahəsi salınıb - Nazir müavini


Azad edilmiş ərazilərdə 132 hektar yaşıllıq sahəsi salınıb - Nazir müavini

“Azərbaycan‒Türkiyə Beynəlxalq Meşəçilik Təlim Mərkəzi”nin və “Ağıllı Tinglik Təsərrüfatı”nın yaradılması ilə bağlı işlər davam etdirilir.
Bunu Şuşa şəhərində keçirilən Ekoloji məsələlər üzrə İşçi qrupun iclasında ekologiya və təbii sərvətlər nazirinin müavini, İşçi qrupun rəhbəri Vüqar Kərimov deyib.
Vüqar Kərimov bildirib ki, bu xüsusda işğaldan azad edilmiş rayonların ərazi planlaşdırma sənədlərinə uyğun olaraq, yaşıllıq sahələrinin yaradılması məqsədilə ayrılmış Zəngilan, Cəbrayıl, Ağdam, Füzuli rayonlarının ərazisində ümumilikdə 132 hektar yeni yaşıllıq sahəsi salınıb. Eyni zamanda, meşə fondu ərazilərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi planları çərçivəsində Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli və Laçın rayonları ərazisində ümumilikdə 408 hektar meşə fondu sahələrində əkin və səpin işləri icra olunub.
Həmçinin Ağdərə, Laçın, Zəngilan və Cəbrayıl rayonlarının ümumilikdə 240 hektar meşə fondu sahələrində meşəbərpa tədbirlərinə başlanılmış və hazırda meşə əkini və səpini işləri davam etdirilir.
5-12-2025, 14:04
"Qaçqınkom" Qobudakı yanğınla bağlı MƏLUMAT YAYDI


"Qaçqınkom" Qobudakı yanğınla bağlı MƏLUMAT YAYDI

5 dekabr 2025-ci il, saat 03:20 radələrində Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Qobu Park-1” yaşayış kompleksinin 4-cü binasının 7-ci mərtəbəsindəki 78-ci mənzildə yanğın baş verib. Hadisə barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Nazirliyin əraziyə gələn müvafiq bölmələri qısa müddətdə alovu söndürərək, yanğının digər mənzillərə keçməsinin qarşısını alıblar.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, yanğınla əlaqədar, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri və komitənin aidiyyəti struktur bölmələrin rəhbərləri hadisə yerində olublar.
İlkin araşdırma nəticəsində müəyyən edilib ki, yanğın Kəlbəcər rayonundan keçmiş məcburi köçkün Emin Həmidovun müvəqqəti məskunlaşdığı mənzildə baş verib: “Yanğın nəticəsində meydana gələn qatı tüstü nəticəsində binanın 9-cu mərətəbəsindəki 86-cı mənzildə yaşayan, Füzuli rayonundan keçmiş məcburi köçkün Yusifov Əkrəm Əşrəf oğlunun həyat yoldaşı 1998-ci il təvəllüdlü Yusifova Zülfiyyə Ramiq qızı və onun övladları 2016-cı il təvəllüdlü Yusif Yusifov və 2019-cu il təvəllüdlü Məryəm Yusifova, həmçinin 9-cu mərtəbədəki 88-ci mənzildə yaşayan Füzuli rayonundan keçmiş məcburi köçkün 1953-cü il təvəllüdlü Yusif Hüseynov həyatlarını itiriblər.
Vəfat edənlərin ailə üzvlərinin verdiyi məlumata görə, Yusif Hüseynov Bakı şəhəri Xəzər rayonu Qala qəbiristanlığı, Zülfiyyə Yusifova və övladları isə doğulduğu Gədəbəy rayonunda dəfn olunacaqlar”.
Bildirilib ki, yanğının söndürülməsi zamanı müvəqqəti yaşayış sahələri zərər görən ailələrin yerləşdirilməsi üçün Dövlət Komitəsi tərəfindən tədbirlər görülür: “Baş vermiş yanğınla bağlı aidiyyəti qurum tərəfindən cinayət işi başlanıb.
İş üzrə tam, obyektiv və hərtərəfli istintaq aparılmaqla qanunamüvafiq qərarın qəbul olunması təmin olunacaq.
Dövlət Komitəsinin rəhbərliyi baş vermiş yanğında həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”.

5-12-2025, 14:00
İstanbulda televiziya aparıcıları saxlanıldı


İstanbulda televiziya aparıcıları saxlanıldı

İstanbulda jandarma qrupları tanınmış şəxslərə qarşı narkotik əməliyyatı keçirib.
Müxtəlif televiziya kanallarında xəbər təqdim edən Ela Rumeysa Cebeci, Meltem Acet və Hande Sarıoğlu saxlanılıb.
Ankarada saxlanılan Hande Sarıoğlu İstanbula gətirildiyi qeyd olunub. Əlavə məlumat verilməyib.
5-12-2025, 13:48
Avtobusla yük maşını toqquşdu - Ölən var


Avtobusla yük maşını toqquşdu - Ölən var

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba rayonunun Vəlvələ kəndi yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sərnişin avtobusu "Ford" markalı yük avtomobili ilə toqquşub.
Nəticədə yük avtomobilinin sürücüsü müxtəlif dərəcəli xəsarətlər alıb. O, Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
5-12-2025, 13:39
Hikmət Hacıyev NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri ilə görüşdü


Hikmət Hacıyev NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri ilə görüşdü

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri Aleksandr Vinnikovla görüşüb.
Bu barədə İsveçin Azərbaycandakı səfirliyi məlumat yayıb.
Səfər zamanı Aleksandr Vinnikov Azərbaycan Prezidentin köməkçisi Hikmət Hacıyevlə səmərəli müzakirələr aparıb.
Məlumatda bildirilib ki, bu həftə NATO-nun Cənubi Qafqazdakı Ofisinin (Tbilisidə) rəhbəri Aleksandr Vinnikov NATO-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsi, eləcə də qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri ilə bağlı müzakirələri davam etdirmək üçün Bakıya gəlib.
Aleksandr Vinnikov NATO-nun hərbi təhsilin təkmilləşdirilməsi proqramına və onun müdafiə və təhlükəsizlik islahatlarına töhfəsinə həsr olunmuş beynəlxalq konfransda NATO-Azərbaycan tərəfdaşlığı haqqında əsas məruzə ilə çıxış edib.
Nümayəndə heyəti həmçinin yerli analitik mərkəzlər, NATO səfirləri və Ukraynanın Azərbaycandakı səfiri ilə faydalı görüşlər keçirib.
Səfər 2025-2026-cı illər üçün Azərbaycanda NATO-nun əlaqə mərkəzi kimi fəaliyyət göstərən Slovakiya və İsveçin Bakıdakı səfirliklərinin dəstəyi ilə təşkil olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!