Zelenskinin yeni "sağ qolu" kim olacaq? .....                        MDB liderləri bu ölkədə görüşəcək .....                        ABŞ iki od arasında .....                        Hər zaman həmrəy olaq! .....                        İranda etirazlar - minlərlə insan ayağa qalxdı .....                        Zəngəzur dəhlizi dünyanın ən yüksək tutumlu ticarət yolu olacaq .....                        ABŞ Ukraynaya qoşun yeridəcək? - Zelenskidən cavab .....                        Ərəb ölkəsi Yəməndə əməliyyatı dayandırır .....                        Bəşər Əsədin fotosu silindi .....                       
8-12-2025, 23:38
Ərdoğan Orbanla 16 saziş imzaladı


Ərdoğan Orbanla 16 saziş imzaladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Macarıstanın Baş naziri Viktor Orban ikitərəfli görüşün nəticələrinə həsr olunmuş birgə mətbuat konfransı keçiriblər. Tərəflər bəyan ediblər ki, yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci iclası çərçivəsində iki ölkə arasında müxtəlif sahələr üzrə 16 əməkdaşlıq sazişi imzalanıb.
Liderlər münasibətlərin daha da inkişaf etdirilməsinə sadiqliklərini təsdiqləyib və ikitərəfli və qlobal məsələlərin həlli üçün birgə planlaşdırma mexanizminin işə salınmasını müzakirə ediblər.
Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Türkiyə və Macarıstanın ticarət dövriyyəsinin 6 milyard dollarlıq hədəfə çatdırılmasına az qalıb. Tərəflər bu rəqəmin 10 milyard dollara yüksəldilməsi barədə razılığa gəliblər. İqtisadi əməkdaşlıqla yanaşı, liderlər Avropada təhlükəsizlik məsələlərini, müdafiə sənayesində əməkdaşlığın genişləndirilməsini, eləcə də elm və innovasiya sahələrində birgə layihələri müzakirə ediblər.
Türkiyə Prezidenti Macarıstanın Türk dünyasının inkişafına verdiyi töhfəsini qeyd edib və Budapeştə Ankaranın əsas strateji hədəfi olan Avropa İttifaqına tamhüquqlu üzvlüyə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
8-12-2025, 23:23
Zelenski Prezident Aparatının rəhbəri postuna namizədlər irəli sürdü - ADLAR


Zelenski Prezident Aparatının rəhbəri postuna namizədlər irəli sürdü - ADLAR

Ukrayna Prezidenti Volodimir Zelenski Prezident Aparatının rəhbəri vəzifəsinə namizədlərin adını açıqlayıb.
"Ukrayinskaya Pravda"nın məlumatına görə, namizədlər arasında nazirlər Denis Şmıxal və Mixaylo Fedorov, Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov, Prezident Aparatı rəhbərinin müavini Pavel Palisa və xarici işlər nazirinin müavini Sergey Kıslıtsya var.
"Hər halda, seçim edilməlidir və əgər bu uzun bir seçimdirsə, mən Aparat rəhbəri olmadan öhdəsindən gələ biləcəyimə və bəlkə də tamamilə onsuz işləyə biləcəyimə öyrəşəcəyəm, amma qərar verməliyəm", - Zelenski deyib.
28 noyabrda hüquq-mühafizə orqanlarının əməkdaşları Prezident Aparatının sabiq rəhbəri Andrey Yermakın hökumət məhəlləsindəki evində axtarış aparıblar. O, kiorrupsiyada şübhəli bilinir. Daha sonra Zelenski Yermakı Prezident Aparatının rəhbəri vəzifəsindən azad etdiyini açıqlayıb.
8-12-2025, 22:31
İlham Əliyev həmkarını Azərbaycana dəvət etdi


İlham Əliyev həmkarını Azərbaycana dəvət etdi

Dekabrın 8-də Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə geniş tərkibdə görüşü olub.
Göörüşdə çıxış edən Slovakiya Prezidenti Peter Pelleqrini dedi:

- Hörmətli cənab Prezident və Azərbaycanın nümayəndə heyəti.

Sizi Slovakiyada, Bratislavada qəbul etmək böyük şərəfdir. Slovakiyaya səfər etmək qərarınız bizi çox şərəfləndirdi. Bu, Slovakiya Respublikasının tarixində Azərbaycan Prezidentinin ilk rəsmi səfəridir. Hətta 20 il əvvəl Slovakiyaya səfər etməyinizə baxmayaraq, o, rəsmi səfər deyildi. Ola bilsin, o, konfrans və ya digər tədbir ilə bağlı idi. Mən çox minnətdaram ki, Siz hökumət üzvlərindən ibarət bu cür geniştərkibli nümayəndə heyəti ilə gəlmisiniz. Çünki fikrimizcə, bu səfər güclü siqnal verməlidir: əlaqələrimiz sadəcə dostluq əlaqələri deyil, onların hələ də böyük inkişaf potensialı var. Biz çox sahələri nəzərdən keçirəcəyik. Təkbətək görüşdə çox səmimi müzakirəyə görə minnətdaram və bunu həqiqətən yüksək dəyərləndirirəm. Ümidvaram ki, ikitərəfli nahar və Bratislava Qəsrində dövlət ziyafəti zamanı bizim gündəliyə baxmaq üçün xeyli imkanımız olacaq.
Bir daha qeyd edim ki, Siz dostlarınızın yanına gəlmisiniz. Biz Sizi, ölkənizi özümüzə dost hesab edirik, çünki Sizinlə dəfələrlə görüşmək imkanımız olub. Çox məmnunam ki, Baş nazir qismində səfərim zamanı Sizinlə görüşdüyüm vaxtda, biz münasibətlərimizi gücləndirmək qərarına gəldik. Belə fikrə gəldik ki, Bakıda səfirliyimizi açsaq, əla olar. Hökumət olaraq, biz həmin qərarı qəbul etdik. Siz də eyni qərar qəbul etdiniz. Çox şadam ki, hazırda masa arxasında səfirlər də əyləşib - biri Bratislavadan, digəri Bakıdan. Düşünürəm ki, bu addım çox faydalı oldu. Biz, həmçinin ölkələrimiz arasında Komissiyanı yaratmaq qərarına gəldik. Sonuncu iclas 2024-cü ildə keçirilib. Növbəti iclas 2026-cı ildə nəzərdə tutulur. Bir sözlə, işlər gedir.
Əlbəttə, mən hökumət üzvlərinin çoxsaylı səfərlərini də qeyd etməliyəm. Təkcə Prezident və Baş nazirlərin səfərləri deyil, digər səfərlər də olub. Çox məmnunam ki, müdafiə naziri mənə səfərinin uğurla keçdiyini bildirdi. O, həmçinin parada dəvət olundu. Mühüm milli gün qeyd edildi. O, mənə söylədi ki, onun sahəsi ilə bağlı əla görüşləri baş tutdu, çünki onun özü çox fəal nazirdir. Potensial böyükdür.
İqtisadiyyat naziri də buradadır. Bu, bizim üçün indiki anda çox vacib mövzudur, çünki enerji təchizatına gəldikdə, Slovakiya hazırda olduqca ağır vəziyyətə düşüb. Görürük ki, uzun perspektivdə Azərbaycan həll variantının bir hissəsi ola bilər. Avropa İttifaqı Rusiya qazının Slovakiyaya idxalını tam qadağan etmək qərarına gəlib. Onlar bu qərarı 27 üzv adından qəbul ediblər. Müddət çox qısadır. Şirkətlərimizin rəhbərləri də buradadır. Çox şadam ki, Siz SOCAR-ın prezidentini də nümayəndə heyətinə daxil etmisiniz. Çox konkret söhbət apara bilərik. Azərbaycan enerji təchizatının şaxələndirilməsində rol oynaya bilər, çünki cənab Prezident, hazırda biz boru kəmərinin sonundayıq. Əslində Qərbi Avropa istiqamətində biz hər zaman əvvəldə olmuşuq. İndi isə boru kəmərinin sonundayıq. Təsəvvür edə bilərsiniz bu nəyə baha başa gəlir. Bir daha, cənab Prezident. xoş gəlmisiniz. Sizi burada qəbul etmək bizim üçün və bütün slovak xalqı üçün böyük şərəfdir.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək dedi:
- Təşəkkür edirəm. Xoş sözlərə görə çox sağ olun, cənab Prezident. Dəvətə və qonaqpərvərliyə görə minnətdaram. Çox şadam ki, biz Bratislavada görüşürük. İlk öncə Bakıdakı görüşümüz xatirimdədir. COP29 konfransında iştirak etdiyinizə görə Sizə bir daha öz təşəkkürümü bildirirəm. Sizinlə xeyli söhbət etmək imkanımız oldu. Siz Baş nazir kimi səfərinizi və səfirliyin açılmasını xatırlatdınız. Əslində, biz ikimiz Slovakiya ilə Azərbaycan arasında münasibətlərin fəal fazasını başlatdıq. Əlaqələr bu gün artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ötən il biz əlaqələrimizi ən yüksək səviyyəyə qaldırmış Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni imzaladıq. Həmçinin biz Baş nazirin müavini və müdafiə naziri cənab Kalinyakın ötən ay hərbi paradımızda iştirak etdiyinə görə çox minnətdarıq. Biz bunu aramızda güclü dostluq əlaməti hesab edirik. Son illər ərzində münasibətlərimiz yüksək dərəcədə inkişaf edib və bir çox sahələri əhatə edir.
Siz energetikanı qeyd etdiniz. Ötən il biz Slovakiyaya qaz təchizatına başladıq. İstənilən lazımi vaxtda davam etdirməyə hazırıq. Müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlığımızın gələcəkdə böyük potensialı var. Artıq vacib işlər görülüb, amma daha çox işlər də görülməlidir. Qarabağın yenidən qurulmasında fəal iştirak edən slovak şirkətlərinə dəstəyinə görə minnətdarıq.
Slovakiya Prezidenti dövlətimizin başçısını Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə əlaqədar əldə olunmuş tarixi nailiyyət münasibətilə təbrik etdi.
Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirdi.
Söhbət zamanı dost ölkə kimi Slovakiya şirkətlərinin işğaldan azad edilmiş Ağdam rayonunun Baş Qərvənd kəndinin "ağıllı kənd" konsepsiyası əsasında yenidən qurulmasında iştirakı məmnunluqla qeyd olundu, Azərbaycanla Slovakiya arasında enerji, nəqliyyat, müdafiə sənayesi sahələrində uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı. Slovakiyanın ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin inkişafını dəstəklədiyi qeyd edildi.
Dövlətimizin başçısı Slovakiya Prezidentini Azərbaycana rəsmi səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olundu.
8-12-2025, 21:55
Zelenski Avropa liderləri ilə bir arada


Zelenski Avropa liderləri ilə bir arada

Ukrayna Prezidenti Volodimir Zelenski Londona səfər edib.
Zelenski səfər çərçivəsində Böyük Britaniyanın Baş naziri Keyr Starmerlə görüşüb. Həmçinin Zelenski Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merzlə video-formatda danışıqlar aparıb.
Görüşdən sonra mətbuata açıqlama verilməyib.
8-12-2025, 21:49
Prezidentlər “Azadlıq Qapısı” abidəsini ziyarət etdi - FOTO


Prezidentlər “Azadlıq Qapısı” abidəsini ziyarət etdi - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya lideri Peter Pelleqrini dekabrın 8-də Bratislavada “Azadlıq Qapısı” abidəsini ziyarət ediblər.
Əvvəlcə Azərbaycanın və Slovakiyanın Dövlət himnləri səsləndirilib.
Prezident İlham Əliyev və Prezident Peter Pelleqrini abidənin önünə əklil qoyub.
Qeyd edək ki, bu abidə 1948-1989-cu illərdə keçmiş Çexoslovakiyadan qaçmağa çalışan zaman həlak olanların xatirəsinə həsr edilib.





8-12-2025, 21:11
Heydər Əliyev Fondu ilə ICESCO arasında saziş imzalandı


Heydər Əliyev Fondu ilə ICESCO arasında saziş imzalandı

Bakıda keçirilən "İslam dünyasında süni intellekt indeksinin təqdimatı" beynəlxalq konfransı çərçivəsində dekabrın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ICESCO-nun baş direktoru Səlim bin Məhəmməd əl-Maliklə görüşüb.
ICESCO-nun baş direktoru yenidən Azərbaycanda olmaqdan məmnunluğunu bildirib, süni intellekt indeksinin təqdimatı ilə bağlı beynəlxalq tədbirin Bakıda yüksək səviyyədə təşkilinə görə minnətdarlığını ifadə edib.
Qonaq beynəlxalq konfransda aparılan fikir mübadiləsi, keçirilən görüşlərin süni intellekt sahəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatına (ICESCO) üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə töhfə olacağına əminliyini bildirib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ölkəmizə davamlı dəstəyinə və mədəniyyətimizin təşviqinə istiqamətlənən tədbirlərə görə ICESCO-ya minnətdarlığını çatdırıb.
Ölkəmizlə ICESCO arasında mövcud olan uğurlu əməkdaşlığın, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ICESCO ilə səmərəli və sıx əlaqələrinin bu işbirliyinin daha da genişləndirilməsinə xidmət etdiyi vurğulanıb, iki qurum arasında elm, təhsil, mədəniyyət sahələrində gələcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Heydər Əliyev Fondu ilə ICESCO arasında Nigerin üç regionunda münaqişədən zərər çəkmiş qadınların imkanlarının genişləndirilməsi və sosial inklüzivlik istiqamətində həyata keçirilən layihə ilə bağlı saziş imzalanıb.






8-12-2025, 19:21
Azərbaycan Slovakiya ilə dostdur


Azərbaycan Slovakiya ilə dostdur

"Səfər zamanı apardığımız danışıqlar Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır".
Bu sözləri Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə mətbuata bəyanatında söyləyib.
Keçən il Slovakiya ilə Azərbaycanın Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladıqlarını xatırladan dövlətimizin başçısı qeyd edib ki, bu, əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran bir sənəddir. O sənədin imzalanmasından sonra bütün istiqamətlər üzrə biz çox fəal əməkdaşlığı görürük.
8-12-2025, 19:10
Məhkəmə binası təmir ediləcək - Nazirlik pul ayırdı


Məhkəmə binası təmir ediləcək - Nazirlik pul ayırdı

Ədliyyə Nazirliyi maliyyə təminatı həyata keçirilən məhkəmələrin inzibati binalarında cari təmir işlərinin satın alınması ilə bağlı müsabiqəyə yekun vurub.
Ağcabədi Rayon Məhkəməsinin inzibati binasında müxtəlif tikinti-bərpa işlərinin həyata keçirilməsi üzrə tenderin qalibi "TVM İnşaat" MMC olub.
Tenderin məbləği 1 milyon 159 min manat təşkil edir.
8-12-2025, 18:46
Liderlər təkbətək görüşdü - FOTO


Liderlər təkbətək görüşdü - FOTO

Dekabrın 8-də Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə təkbətək görüşü olub.




8-12-2025, 18:30
Nazirlik Bakıdakı məşhur klinikanı cərimələdi


Nazirlik Bakıdakı məşhur klinikanı cərimələdi

Səhiyyə Nazirliyi Bakıda fəaliyyət göstərən "Premium Clinic"də plandankənar yoxlama keçirib.
Özəl klinikada yoxlama keçirilən zaman lisenziyadankənar (ginekoloji iş, stasionar) və sertifikatsız tibb fəaliyyətinin təşkil olunması aşkar edilib.
Nazirlik İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrinin tələblərini pozduğu üçün klinika barədə inzibati protokol tərtib edərək Nəsimi Rayon Məhkəməsinə göndərib.
Məhkəmənin qərarına əsasən, "Premium Clinic" 6 000 manat məbləğində cərimələnib.
Qeyd edək ki, "Premium Clinic"in təsisçi direktoru Mübariz Nağıyevdir. Sözügedən klinika oktyabr ayında oraya müalicə üçün yollanan qadının ölümü ilə gündəmə gəlmişdi.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!