Prezidentlər “Azadlıq Qapısı” abidəsini ziyarət etdi - FOTOAzərbaycan Prezidenti İlham Əliyev və Slovakiya lideri Peter Pelleqrini dekabrın 8-də Bratislavada “Azadlıq Qapısı” abidəsini ziyarət ediblər.
Əvvəlcə Azərbaycanın və Slovakiyanın Dövlət himnləri səsləndirilib.
Prezident İlham Əliyev və Prezident Peter Pelleqrini abidənin önünə əklil qoyub.
Qeyd edək ki, bu abidə 1948-1989-cu illərdə keçmiş Çexoslovakiyadan qaçmağa çalışan zaman həlak olanların xatirəsinə həsr edilib.