Zelenskinin yeni "sağ qolu" kim olacaq? .....                        MDB liderləri bu ölkədə görüşəcək .....                        ABŞ iki od arasında .....                        Hər zaman həmrəy olaq! .....                        İranda etirazlar - minlərlə insan ayağa qalxdı .....                        Zəngəzur dəhlizi dünyanın ən yüksək tutumlu ticarət yolu olacaq .....                        ABŞ Ukraynaya qoşun yeridəcək? - Zelenskidən cavab .....                        Ərəb ölkəsi Yəməndə əməliyyatı dayandırır .....                        Bəşər Əsədin fotosu silindi .....                       
11-12-2025, 18:26
Samir Nuriyev iclas keçirdi


Samir Nuriyev iclas keçirdi

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasının (WUF13) təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin dekabrın 11-də növbəti iclası keçirilib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev iclası açaraq, Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycanın milli inkişaf strategiyasında şəhərsalma fəaliyyətinin prioritet istiqamətlərdən biri olduğunu deyib. Ölkəmizdə bu sahədə formalaşdırılmış müasir yanaşmaların iqtisadi dayanıqlılığın möhkəmləndirilməsinə, sosial rifahın artırılmasına və iqlim dəyişikliklərinə səmərəli uyğunlaşmanın təmin olunmasına xidmət etdiyini söyləyib.
Samir Nuriyev son beş il ərzində xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin Azərbaycan dövlətinin şəhərsalma sahəsində strateji baxışını, sistemli planlaşdırma prinsiplərini rəhbər tutduğunu və yüksək icra potensialını aydın şəkildə nümayiş etdirdiyini vurğulayıb. Azərbaycanın postmünaqişə dövründə tətbiq edilən sürətli bərpa və quruculuq işlərinin yeni inkişaf modelini formalaşdırdığını deyib.
Təşkilat Komitəsinin sədri bu nailiyyətlərin Azərbaycanın təcrübəsinə beynəlxalq səviyyədə də marağı artırdığını, ölkəmizi bu sahədə etibarlı tərəfdaş kimi tanıtdığını qeyd edib. O, WUF13-ün 2026-cı ildə Bakı şəhərində keçirilməsinin Azərbaycanın beynəlxalq şəhərsalma proseslərinə verdiyi töhfənin, dayanıqlı inkişaf istiqamətində həyata keçirdiyi siyasətin və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın bariz göstəricisi olduğunu söyləyib.
Samir Nuriyev WUF13-ə hazırlığın dövlətimizin başçısının birbaşa diqqət mərkəzində olduğunu vurğulayaraq, ilk iclasdan ötən müddətdə bu tədbirə hazırlıq çərçivəsində görülmüş işləri qeyd edib.
Daha sonra ümumi hazırlıq prosesinin gedişatı, substantiv, kommunikasiya, təşkilati-logistika sahələrində görülmüş işlər və gündəlikdə duran digər məsələlər üzrə Təşkilat Komitəsinin üzvlərinin məruzələri dinlənilib.
İclasın sonunda Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikası Prezidentinin bu mötəbər tədbirin yüksək səviyyədə təşkili və keçirilməsi ilə əlaqədar qarşıya qoyduğu vəzifəyə uyğun olaraq WUF13-ə hazırlıq prosesi, o cümlədən Tədbirlər Planının icrası və digər aidiyyəti məsələlər üzrə tapşırıqlar verib.
11-12-2025, 17:59
2026-cı ilin qeyri-iş günləri - CƏDVƏL


2026-cı ilin qeyri-iş günləri - CƏDVƏL

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı ilə 2026-cı il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.
Bu barədə Nazirlikdən məlumat verilib.
2026-cı il üçün iş vaxtı normasında qeyd edilir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin “2026-cı il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2025-ci il 2 dekabr tarixli 362 nömrəli Qərarına əsasən 2026-cı ildə aşağıdakı günlər iş günü hesab edilmir:

1, 2 yanvar – Yeni il bayramı;

20 Yanvar – Ümumxalq Hüzn Günü;

8 Mart – Qadınlar Günü;

20, 21, 22, 23, 24 mart – Novruz bayramı;

20, 21 mart -– Ramazan bayramı;

9 May -– Faşizm üzərində Qələbə günü;

27, 28 may – Qurban bayramı;

28 May – Müstəqillik Günü;

15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş Günü;

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü;

8 Noyabr – Zəfər Günü;

9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü;

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü.

Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, 2026-cı ildə beşgünlük iş həftəsində 9, 25, 26, 27 və 30 mart, 11, 29 may, 10 noyabr tarixləri, altıgünlük iş həftəsində 25, 26 mart, 29 may və 10 noyabr tarixləri istirahət günləridir.
2026-cı ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.
2026-cı ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan 5-ı bayramqabağı, 1-i Ümumxalq Hüzn Günü qabağı günlərdir), iş günü hesab edilməyən 107 istirahət günü (onlardan 5-i iş günü hesab edilməyən bayram günləri ilə, 3-ü Qurban və Ramazan bayramlarının iş günü hesab olunmayan başqa bayram günləri ilə üst-üstə düşməsinə görə müəyyən edilən), iş günü hesab edilməyən 19 bayram (onlardan 3-ü üst-üstə düşən) və 1 Ümumxalq Hüzn Günü vardır.
Ölkəmizdə gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.
Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz.
2026-cı ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq Hüzn Günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır.
Qanunvericiliyə uyğun olaraq 2026-cı il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1922 saat təşkil edir. Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2026-cı ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1922 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.
Hər il üçün təsdiq edilən iş vaxtı norması və istehsalat təqvimləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytının “İstehsalat təqvimləri” altbölməsində (//sosial.gov.az/az/faydali/istehsalat-teqvimi) yerləşdirilib.

11-12-2025, 17:51
II Qaregin çağırış etsə, hər şeyə hazırıq! - Sarkisyan


II Qaregin çağırış etsə, hər şeyə hazırıq! - Sarkisyan

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan müxalifətin indiyə qədər birləşməyə nail olmadığına görə təəssüflənir.
Bu barədə Sarkisyan erməni jurnalistlərlə söhbətində deyib.
"Düşünmürəm ki, bütün müxalifət qüvvələri baş verənləri sakitcə izləyirlər və ya bundan zövq alırlar. Amma birləşmə və birgə mübarizə problemi mövcuddur. Təəssüf ki, bu, həll olunmayıb. Amma siz istəyirsiniz ki, mən indi müxalifəti tənqid edim?!" - deyə o, müxalifətin kilsəni müdafiə etmək üçün mümkün hərəkətləri ilə bağlı suala cavab verərkən bildirib.
Sarkisyan qeyd edib ki, o və komandası bütün ermənilərin Katolikosu II Qareginin çağırışı ilə istənilən addımı atmağa hazırdırlar.
Sarkisyanın sözlərinə görə, onlar kilsə ilə bağlı məsələlərdə heç bir müstəqil hərəkətə keçməyəcəklər.
Ermənistan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasında qarşıdurma Baş nazir Nikol Paşinyanın ruhanilərə qarşı sərt çıxışlarından və dövlət üçün əsas rol oynayan katolikosun seçilməsi prosedurunu dəyişdirmək təşəbbüsündən sonra daha da şiddətlənib. Bu fonda üç yeparxiyanın rəhbəri - arxiyepiskoplar Baqrat Qalstanyan və Mikael Ajapaxyan, yepiskop Mkrtiç Proşyan və Eçmiədzin Ana Taxtının kanslerliya rəhbəri Arşak Xaçatryan müxtəlif ittihamlarla həbs olunublar.
Kilsəni müdafiə edən sahibkar Samvel Karapetyan da həbs edilib.
27 noyabrda Ermənistan Apostol Kilsəsinin bir qrup iyerarxı tərəfindən imzalanan bəyanat hökumətyönlü sosial mediada yayıldıqdan sonra gərginlik daha da artıb. Onlar katolikos II Qaregini internetdə yayılan intim videolara istinad edərək arxiyepiskop Arşak Xaçatryanın "küfr əməlini" ört-basdır etməyə çalışmaqda ittiham ediblər. Onlar iddia etdilər ki, Patriarx bununla "küfrü himayə edir". Elə həmin gün bəyanatın müəllifləri Baş nazir Paşinyanla görüşüblər. Noyabrın 29-da 10 nəfər din xadimi katolikosu könüllü olaraq taxtdan imtina etməyə çağıran və onu özbaşına idarəetmə, siyasi müdaxilə və kilsə başçısının missiyası ilə uyğun gəlməyən digər hərəkətlərdə ittiham edən yeni bir bəyanat yayıb.
11-12-2025, 17:44
Paşinyan seçilməsə, Zəngəzur məsələsi necə olacaq? - ŞƏRH


Paşinyan seçilməsə, Zəngəzur məsələsi necə olacaq? - ŞƏRH

Ermənistan Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizindən danışıb.
"Ermənistan-ABŞ birgə müəssisəsi olan “TRIPP Company” Ermənistanda qeydiyyata alınacaq. Ona dəmir yolları, yollar, neft və qaz boru kəmərləri və fiber-optik kabellər üçün lazımi infrastrukturu inkişaf etdirmək səlahiyyəti veriləcək. Gələn il praktiki həyata keçirmə və tikinti mərhələsinə keçəcəyik", - o deyib.
Bir məsələ də var ki, gələn ilin iyununda Ermənistanda parlament seçkiləri keçiriləcək. Seçkilərdə Paşinyan komandasının qalib gəlməyəcəyi təqdirdə proseslərin gedişatının necə olacağı maraq doğurur
Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin direktoru, politoloq Fərhad Məmmədov bildirib ki, hər şey növbəti 6 ay ərzində Paşinyan hökumətinin TRIPP layihəsi ilə bağlı razılığa gəlib-gəlməyəcəyi ilə bağlıdır:
“Ermənistan tərəfi layihəni çatdıra bilsələr, hökumət adından sənəd imzalayıb öhdəliklər götürməlidir. Düşünmürəm ki, Paşinyan seçkilərdə məğlub olacağı təqdirdə yeni hökumət, xüsusilə də Trampın prezident olduğu bir dövrdə ABŞ qarşısında öhdəliklərindən geri çəkilsin. Lazımdır ki, seçkiyə qədər növbəti 6 ay ərzində Ermənistan TRIPP-lə bağlı ABŞ ilə razılaşsın”.
F.Məmmədov vurğulayıb ki, Azərbaycan bütün situasiyalara hazırdır:
“TRIPP-lə bağlı razılaşmalar olduğu təqdirdə Paşinyanın seçilib-seçilməməsindən asılı olmyaraq, Azərbyacan bütün ssenarilərə hazırdır. Yəni yeni hökumətlə danışıqların başlayıb-başlamaması məsələsi var. Azərbaycan 2018-ci ildə olduğu kimi, indi də yeni qüvvələr hakimiyyətə gəlsə, gözləməli olacaq ki, yeni hakimiyyətin Azərbaycanla bağlı mövqeyi formalaşsın. Bundan sonra müvafiq qaydada addımlar atılacaq”.
11-12-2025, 17:37
Paşinyanın dediyi müqavilədən sonra olacaq


Paşinyanın dediyi müqavilədən sonra olacaq

Ermənistanın Baş naziri Nikol Paşinyanın sərhəddə “etimad mühiti”nin formalaşdığı barədə açıqlaması müzakirələrə səbəb olub.
O bildirib ki, demarkasiyadan sonra sərhədçilər əvvəlcə səngərlərdən çıxıb bir-birlərini açıq görə biliblər, daha sonra dəbilqə və zirehli jiletlər çıxarılıb, üçüncü mərhələdə isə avtomatlarda patron saxlanmaması barədə razılıq əldə olunub.
Ekspertlər deyir ki, Paşinyanın açıqlaması tam hərbi reallığa uyğun gəlmir. Bu təsvir daha çox simvolik xarakter daşıyır. Çünki normal sərhəd xidmətlərində qoruyucu vasitələrin çıxarılması və silahların boş saxlanılması standartlara uyğun deyil. Hər ölkənin sərhədçiləri təhlükəsizlik üçün müəyyən protokollara əməl etməlidirlər və bu protokollar hər zaman qüvvədə qalır.
Amma Paşinyanın dediyi tamamilə mümkünsüz də deyil. Demarkasiyadan sonra bəzi yerlərdə gərginlik azalıbsa, mövqelər bir-birindən aralanıbsa və tərəflər arasında gündəlik əlaqə qurulubsa, lokal səviyyədə etimad jestləri ola bilər. Məsələn, səngərdən çıxmaq və sərhəd xəttini açıq şəkildə görmək müəyyən şəraitdə real addımdır. Hətta silahın döyüş vəziyyətinə gətirilməməsi barədə razılaşmalar da mümkündür, amma bu silahın tam boş olması demək deyil, burada söhbət lülədə patronun olmamasından gedə bilər.
Hərbi ekspert Cəlil Xəlilov bildirib ki, sülhə imza atılırsa, təbii ki, qonşu dövlətlərlə sərhədin qorunmasında yüngül silahlardan da istifadə edəcəyik:
"Görüşlərdə də rahat silahlardan istifadə olunacaq ki, təhlükə törətməsin, qorxu yaratmasın. Amma sərhədçi silahlı olmalıdır. O, hər hansı vəhşi heyvanlarla, təhlükəli məqamlarla üzləşə bilər. Təbii ki, məsələlərdə qonşu dövlətlərlə məsələlər də nəzərə alınmalıdır".
C.Xəlilov vurğulayıb ki, Paşinyan çıxışlarında cəmiyyəti sülhə hazırladığını göstərir:
"Bu gün Ermənistan cəmiyyətini sülhə hazırlamalıdırlar. Onlar müharibələrdən, konfliktlərdən yorulublar. Təbii ki, Paşinyan buna çalışır. Amma bu gün Ermənistan daxilində elə qüvvələr var ki, müharibələri, konfiliktləri davam etdirmək istəyir. Cəmiyyətə yalan, böhtan xarakterli məlumatlar yayırlar. Məhz bu da onları sülhə yox, terrorizmə, separatizmə, konfliktlərə sürükləyir. Bu məsələlərin başında katolikoslar kimii insanlar dayanır və onlar sülhə yox, başqa istiqamətlərə çağrırılar. Ermənistan Baş naziri erməniləri sülhə hazılramaqda maraqlıdır".
11-12-2025, 17:26
Əli Əsədov Aşqabadda Kobaxidze ilə görüşdü


Əli Əsədov Aşqabadda Kobaxidze ilə görüşdü

Baş nazir Əli Əsədov Türkmənistana işgüzar səfəri çərçivəsində bu gün Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.
Bu barədə Nazirlər Kabinetindən xəbər verilib.
Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Gürcüstanın Baş nazirinə çatdırıb.
İ.Kobaxidze Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycan dövlətinin başçısına çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, neft-qaz, yaşıl enerji, humanitar və digər sahələrdə inkişafından məmnunluq ifadə olunub.
İki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın gündəliyində duran aktual məsələlərə xüsusi diqqət yetirilib.
11-12-2025, 17:22
Azərbaycan Macarıstana 800 milyon kubmetr qaz satacaq


Azərbaycan Macarıstana 800 milyon kubmetr qaz satacaq

Azərbaycan Macarıstana 800 milyon kubmetr qaz satacaq.
Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
O, bu gün Azərbaycanın XİN başçısı Ceyhun Bayramovla görüşüb.
Siyarto ölkəsinin Azərbaycandan yeni qaz alışı ilə bağlı növbəti razılaşma imzaladığını açıqlayıb. Nazir bildirib ki, Macarıstan 2026–2027-ci illəri əhatə edən iki il müddətinə Azərbaycandan ümumilikdə 800 milyon kubmetr təbii qaz alacaq.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Macarıstanın "MVM ONEnergy" şirkəti arasında razılaşmalar çərçivəsindəsaziş imzalanıb.
"MVM və SOCAR arasında saziş gündəlik 1,1 milyon kubmetr idxalı nəzərdə tutur", - o dəqiqləşdirib.
Nazir qeyd edib ki, bu müqavilə Macarıstanın enerji təhlükəsizliyinin şaxələndirilməsi strategiyasının bir hissəsidir və Azərbaycan bu prosesdə əsas tərəfdaşlardan biridir.
11-12-2025, 17:18
Bakıda oğurluq edib qaçan şəxslər tutuldu


Bakıda oğurluq edib qaçan şəxslər tutuldu

Binəqədi rayonu ərazisində yerləşən iki evdən oyun aparatı, təmir aləti və məişət əşyaları oğurlanıb.
Hadisə barədə polisə müraciət edən zərərçəkənlərə ümumilikdə 5015 manat maddi ziyan dəydiyi məlum olub.
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı Faiq Quliyev və 30 yaşlı Fuad Abdulov müəyyən olunaraq saxlanılıblar.
Aparılan araşdırmalarla F.Abdulovun bir nəfərə məxsus bağ evindən 1850 manat dəyərində məişət əşyaları oğurladığı da məlum olub.
Saxlanılan şəxslərin evlərə daxil olmaları, oğurluq etdikləri anlar və “BYD” markalı avtomobillə hadisə yerindən uzaqlaşmaları təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb. Hətta saxlanılan şəxslər hadisə günü oğurluq etdikləri mənzildən qayıdan zaman yol hərəkəti qaydalarını pozduqlarına görə də xüsusi texniki vasitələrin köməkliyi ilə cərimələniblər.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
11-12-2025, 17:14
Paşinyan Moskvadakı iclasa yetişdi


Paşinyan Moskvadakı iclasa yetişdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada keçiriləcək Avrasiya Hökumətlərarası Şurasının iclasına qatılıb.
Məhdud iştiraklı iclasa qatılanlar arasında Rusiyanın Baş naziri Mixail Mişustin, Belarusun Baş naziri Aleksandr Turçin, Qazaxıstanın Baş naziri Oljas Bektenov, Qırğızıstanın Baş naziri Adilbek Kasımalıyev və Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Bakıtcan Saqintayev Bakıtjan Saqintayev də var.
Tədbirdən əvvəl Mişustin Paşinyanla Rusiya hökumət binasında görüşüb və onunla birlikdə şəkil çəkdirib.
Rusiya Nazirlər Kabinetinin mətbuat xidmətinin əvvəllər verdiyi məlumata görə, tədbir zamanı Birliyə üzv dövlətlərin hökumət başçıları Avrasiya iqtisadi inteqrasiyasının daha da dərinləşdirilməsi məsələlərini müzakirə edəcəklər. Xüsusi diqqət Avrasiya İqtisadi Birliyi daxili bazarının fəaliyyətinə, enerji, sənaye və kənd təsərrüfatı sektorlarında əməkdaşlığın inkişafına yönəldiləcək.
Daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan bildirib ki, onun təyyarəsi hava məkanının müvəqqəti bağlanması səbəbindən gecə Moskvaya enə bilməyib və Sankt-Peterburq hava limanına yönləndirilib.
Yeri gəlmişkən, Nikol Paşinyan 11 dekabrda Moskvadakı Ermənistan səfirliyinin qarşısında təşkil edilən mitinqlə qarşılaşıb. Etirazçılar həbs olunmuş ruhanilərin fotoşəkilləri olan plakatlar tutublar. Onlar Rusiyada yaşayan erməniləri birləşməyə və bütün ermənilərin kilsəsi və katolikosunun yanında olmağa çağırıblar.
Xatırladaq ki, ermənilər Paşinyanın işgüzar səfərdə olduğu Berlində də etiraz aksiyası təşkil ediblər.
11-12-2025, 17:10
Əli Əsədov Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO


Əli Əsədov Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO

Aşqabad şəhərində işgüzar səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb.
Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və Türkmənistanın daimi neytrallığının 30 illiyi münasibətilə təbriklərini bu ölkənin dövlət başçısına çatdırıb.
Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevin salamlarına və təbriklərinə görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycanla Türkmənistan arasında siyasi dialoqun yüksək səviyyədə olduğu vurğulanıb, qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!